Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dombay
Dombay (rus. Домбай) — Rusiya ərazisində, Qaraçay-Çərkəz Respublikasının Teberda hövzəsində dağlıq ərazi. Dombayın cənub sərhəddi - Baş Qafqaz silsiləsidir. Ən yüksək zirvəsi - Dombay-Ulgendir. Hündürlüyü 4046 metrdir. Dombay üç əsas dərənin birləşməsidir: Alibek, Amanauza və Dombay-Ulgen. Hər üç dərə mərkəzdə mənzərəli Dombay talasını formalaşdırır. Talanın hündürlüyü 1630 metrdir. Dombay inzibati ərazi olmayıb dəqiq sərhədlərə malik deyil. Bu əraziyə müasir Teberda çayının yuxarı axarları aiddir.
Topbağ
Topbağ — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 3 iyul 1998-ci il tarixli, 518-IQ saylı Qərarı ilə Qəbələ rayonunun Zalam kənd inzibati ərazi vahidinin Topbağ kəndi Yenikənd kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Topbağ kəndi Yenikənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Topbağ kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Əsl adı Topabağdır. Yaşayış məntəqəsini inqilabdan əvvəl mövcud olmuş Vəndamdərə kəndinin əhalisi əvvəllər zoğal və fındıq bağları olan indiki sahədə salmışdılar. Oykonim topa (sıx) və bağ (ağaclıq) sözlərindən ibarət olub, "sıx ağaclığı olan kənd" mənasındadır. Ərazisində bir neçə övliyalar olduğuna görə kənd topa şəklində olan bu ziyarətlərdən adını götürüb. == Coğrafiyası və iqlimi == Kənd Vəndam və Dəmiraparan çaylarının suayrıcında, Şəki, Qəbələ yaylasında yerləşir. Rayon mərkəzi ilə arası 30 km-dir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 532 nəfər əhali yaşayır.
Vombat
Vombatlar (lat. Vombatidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi. Avstraliyanın cənub-şərqində və Tasmaniyanın dağlıq ərazilərində yaşayır. Vombatlar gəmiricilərə xas iri ön dişlərə və güclü ətrafları (ön və arxa ayaqları) sahibdir. Onlar torpağın altında geniş yuva şəbəkəsi qurur. Vombat balaca, qısa quyruqlu, kisəli heyvandır. Qısa quyruğu yırtıcılar tərəfindən tutulmasını çətinləşdirir. Digər kisəlilərdən əsas fərqi odur ki, kisəsinin ağzı bədəninin gerisindədir. Bunun bala vombatlar üçün böyük əhəmiyyəti var. Beləki, vombat yeri qazarkən torpaq kisəsinə dolmur.
Bomba
Bomba — içi partlayıcı və yanıcı maddəylə dolu, bir odlama nizamıyla təchiz olunmuş, kürə formasında yox edici odlu silah. == Bombanın quruluşu == Bombalar ümumiyyətlə dörd hissədən ibarətdir. Bunlar xarici örtük, bombanın havada balanslı getməsini təmin edən qanadcıqlar, tapa və tapanı odlamağa yarayan mexanizmdir. Bombalar hədəflərə dəyişik formalarda göndərilə bilər. Təyyarədən buraxıla, bir raket köməyiyl , əllə atıla bilər, ya da hədəfə əvvəldən yerləşdirilib uzaqdan patladıla bilər. Mərmi ilə fərqlidir. Bombalarda, top mərmisindəki sövq barıtı kimi itələyici bir maddə tapılmır. Amma ilk bombalar top mərmisinə bənzəyirdi və barıt doldurulmuş metal bir kürə şəklində idi. Ağır-ağır yanan bir fitilli yanaraq patladılırdı. Düşmən sipərlərinə əllə, ya da hava topuyla atılan bu cür bombalar ilk dəfə XVI əsrdə istifadə edilmişdir.
Tomak
Tomak (ing. Tomacco) — pomidorun qələmlik tütünə vurulması yolu ilə əldə edilmiş bitki. 2003-cü ildə amerikan fermeri Rob Braur tərəfindən yetişdirilmişdir. Tomakı hibrid adlandırmaq düzgün deyildir, çünki o calaq yolu ilə əldə edilməmişdir. == Tarixi == 1959-cu ildə "Scientific American"' jurnalında belə bitkinin yetişdirilməsi prosesi təsvir edilmişdi və iddia edilirdi ki, tərkibində nikotin olan pomidor tipli bitki əldə etmək mümkündür. Hələ yetişdirilməzdən öncə bitki "Simpsonlar" multserialında ("E-İ-E-İ- (Annoyed Grunt)" seriyası) xatırlanmışdı. Bu seriyadan ilhamlanan Rob Baur jurnaldakı məqalənin köməyilə bu bitkini yetişdirə bilmişdi. Yoxlamalar göstərdi ki, bitkinin yarpaqlarında doğrudan da nikotin var. 2004-cü ildə "tomacco" sözü Amerikan dialekt cəmiyyəti tərəfindən neologizm kimi tanınmışdır.
Topaz
Topaz — qiymətli daşdır. Kimyəvi formulu- Al2[SiO4][FOH]2Rumbik sinqoniyanın rumbik-dipiramida sinfində kristallaşır.Tez-tez yaxşı inkişaf etmiş və böyük kristallarda tapılır. Kristalları prizmatik habitusda olur. Qeyri-mükəmməl ayrılma qabiliyyətinə malikdir. Sərtliyi 8, xüsusi çəkisi 3,5-dir. Rəngi sarı, bənövşəyi, ağ, qonurudur.Şüşə parıltılıdır. Şəffafdır. Penevmatogen proses nəticəsində əmələ gəlmişdir. Peqmatitlərdə və həmçinin qreyzenlərdə tapılır. Qreyzen- maqmatogen mənşəli süxurların pnovmatogen-hidrotermal dəyişmələrə məruz qalmış növlərinə deyilir.
Bombax pyramidale
Ochroma pyramidale (lat. Ochroma pyramidale) — əməköməcikimilər fəsiləsinin ochroma cinsinə aid bitki növü.
Kombat (qəzet)
Kombat — İkinci Dünya müharibəsində Almaniyanın Fransanı işğalına qarşı başladılan Fransa Müqavimət Hərəkatı tərəfindən 1941-ci ildə yaradılan qəzet. == Tarixi == Kombat 1944-cü ilin avqustunda Güzəştsiz qəzetinin ofisini ələ keçirdi. 1943–1947-ci illər aralığında qəzetin baş redaktorluq vəzifəsi Alber Kamüyə verildi.Fransa azad edildikdən sonra Albert Olivier, Jan Pol de Dadelsen kimi naşirlər qəzetdə aktiv rol oynamağa başladılar. Qəzetə öz töhfəsini verənlər arasında Jan Pol Sartr və Raymon Aron da var idi.Kombat 1946-cı il ərzində Fransanın yenidən qurulmasında iştirak etmək istəyən "tərəflərin oyunu"na qarşı çıxdı və beləliklə, Şarl de Qoll qeyri-rəsmi şəkildə qəzetin əsas şəxsinə çevrildi. Qəzet 1974-cü ilin avqustunda Henri Smadyanın intiharından sonra fəaliyyətini dayandırdı.
Mortal Kombat
Mortal Kombat (azərb. Ölümcül döyüş‎, qısa variantı: MK) – "Action" (ing. Hərəkətli) janrında hazırlanan oyunlardan biridir. "Midway Games" kompaniyası tərəfindən yaradılmışdır. "Mortal Kombat" oyunu rəngarəng döyüş fəndləri ilə seçilir. Bu döyüş fəndlərində qəddarlıq müşahidə olunur. == Tarixi == "Mortal Kombat" videooyunu 1991-ci ildə Ed Bun, Con Tobias, Con Vogel və Den Forden tərəfindən hazırlanmağa başlanır. İlk vaxtlarda Ed Bun və Con Tobias videooyun qəhrəmanının Jan-Klod Van Dammın olacağını düşünürdülər. Lakin yeni hazırlanacaq videooyun, janrındakı qəddarlıq xüsusiyyətinə görə "Street Fighter II" kimi döyüş janrlı oyunlardan fərqlənməli idi. Bu səbəbdən oyunun məzmunu dəyişdirilir.
Qısatüklü vombat
Qısatüklü vombat və ya Tasmaniya vombatı (lat. Vombatus ursinus), — Vombatlar fəsiləsinə, Kisəlilər infrasinfinə daxil olan yaşayan növ. Çağdaş növ Qısatüklü vombatlar cinsinə (Vombatus) daxildir. Yetkinlərin boyu 80 ilə 130 sm, çəkisi 17 ilə 40 kq arasında dəyişir. Tasmaniya və Flinders adalarında tapılan fərdlər materikdə olan fərdlərdən daha kiçikdir. Uzuntüklü vombatlar tüksüz burunları ilə fərqlənirlər. == Sinoninləri == Həm cinsin həm də növün sinoimləri olduqca çoxdur.
Sara Tommazi
Sara Tommazi(it. Sara Tommasi; 9 iyun 1981, Narni, Umbriya) — italyan aktrisası, teleaparıcısı, fotomodeli. == Həyatı == Sara Tommazi 9 iyun 1981-ci ildə İtaliyanın Umbriya əyalətinin Narni şəhərində anadan olub.Milanda Bokkoni Universitetini iqtisadçı ixtisası ilə bitirib. Sonra Nyu-Yorkda aktyorlar studiyasında oxuyub.
Tambax Muzeyi
Tambax Muzeyi — Keniyanın Tambax regionunda yerləşən muzeydir. Muzey keçmiş Rayon Komissarlığının iqamtgahına yerləşmişdir.
Tomasz Frankowski
Tomasz Frankowski (16 avqust 1974-cı , Belostok, Polşa) — Polşa futbolçusu. == Karyerası == === Klub === == Milli karyerası == Tomasz Frankowski bir müddət Polşa U-18 komandasında çıxış etmişdir. O, həmçinin Polşa milli futbol komandası ilə üç yoldaşlıq görüşündə də iştirak etmişdir.
Tomazo Albinoni
Tomazo Albinoni (it. Tomaso Albinoni; 8 iyun 1671[…], Venesiya[…] – 17 yanvar 1751[…], Venesiya) — İtaliyalı bəstəkar. == Həyatı == Tomazo Albinoni 1671-ci ilin 8 iyun tarixində İtaliyanın Venesiya şəhərində varlı ailədə anadan olmuşdur. Albinoni maddi baxımdan çətinlik çəkmədiyindən musiqi ilə tez-tez məşğul olurdu. Ailədə ən böyük övlad olması, atasının ölümündən sonra ailə daxili və xarici münasibətləri nizamlamaq üçün ailə şirkətinə rəhbərlik etməyə başlamışdır. Albinoni Dilettante Veneto adlı gənc musiqiçi ilə öz musiqi fəaliyyətinə başlamışdır. Albinoni opera müğənnisi Marqarita Raimondi ilə evlənmişdir. 1721-ci ildə Tomazo Albinoninin xanımı Marqarita Raimondinin vəfat etməsi, ona pis təsir etmişdir. 1740-cı illərdə Fransada Albinonin skripka sonatalarından ibarət musiqi kitabı nəşr olunmuşdur. Kitabın ön səhifəsində müəllifin 1741-ci ildə vəfat etdiyi göstərilmişdir.
Tommazo Pobeqa
Tommazo Pobeqa (15 iyul 1999, Triest) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və İtaliya milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. == Karyerası == === Klub === Tommazo uşaq yaşlarında doğulduğu Triest şəhərini təmsil edən "Triestana" klubunun uşaq komandasına qoşulur. 2013-cü ildə futbolçu İtaliya grandlarından olan "Milan" klubunun uşaq komandasına keçir. 23 avqust 2018-ci ildə Pobeqa 2018–19 mövsümü üçün icarə əsasında C Seriyası klubu "Ternana"ya keçdi.Oktyabrın 7-də o, "Renate" klubu ilə evdə keçirilən oyunun 73-cü dəqiqəsində Cüzeppe Vivesi əvəzinə meydana çıxaraq peşəkar futbol karyerasında debüt edir. Dekabrın 27-də o, ilk peşəkar qolunu evdə "Teramo" klubu üzərində 2–1 hesablı qələbənin 69-cu dəqiqəsində vurdu. 9 fevral 2019-cu ildə Pobeqa " Virtus Verona" ilə ev oyununda dubl edərək iki qol vurur. Pobeqa "Ternana" klubunda 32 oyun, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalır.İcarədən geri döndükdən sonra 15 iyul 2019-cu ildə Pobeqa B Seriyasının "Pordenone" klubuna 30 iyun 2020-ci ilə qədər icarə əsasında qoşulur. Avqustun 11-də o, İtaliya kubokunun ikinci turunda "FeralpiSalo" klubuna qarşı evdə 2–1 hesablı məğlub olduqları 44-cü dəqiqəsində, "Pordenone" klubunun heyətində ilk qolunu vurur. Avqustun 26-da o, "Pordenone"nin heyətində B Seriyasında debüt etdi və evdə "Frozinone" üzərində 3–0 hesablı qələbədə dubl edərək iki qol vurur.
Topbağ bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Toşbak adası
Toşbak adası (özb. Tоshbaqa oroli) — Özbəkistan Respublikası, Cizzəx vilayəti Aydarkul gölünün şimal hissəsində yerləşən ada. == Adı == Toşbak sözü özbəkcə tərcümədə tısbağa deməkdir. Adanın bu cür adlanmasına səbəb onun ərazisində böyük tısbağa populyasiyasının olması ilə əlaqədardır. == Coğrafiya == Toşbak adası Özbəkistanın Aydarkul glünün şimal-şərqində yerləşir. Adanın sahəsi 6,42 km²-dir. XX əsrin 60-cı illərində Şardar Su Elektrik stamnsiyasının inşası zamanı meydana gəlmişdir. Nəticədə böyük torpaq sahələri su altında qalmışdır. nisbətən hündür sahələr isə suyun səthiundə qalmışdır. Toşbak adası insan fəaliyyəti nəticəsindir.
Tromba Marina
Tromba Marina (dəniz trumpeti) (Çexcə Trumšajt.) — Musiqi aləti. Bu alət üçgən bir dabana dayanan kəsik konus şəklindəki bir gövdə boyundan ibarətdir. Adətən 4 və ya 7 fut (2 m)hündürlüyündə simli çalğı alətidir. Orta əsrlərin ruporuna (dənizdə danışmaq üçün istifadə olunan alət, megafon) bənzəməsi ilə onun adına bənzər adla adlandırılmışdır. Bu sim dayanmadan çalınır lakin bəzi nöqtələrdə simə yüngülcə toxunaraq təbii harmoniyalar çalınır. Alət 15-ci əsrdə İngiltərədə məşhur idi daha sonradan Avropaya yayıldı.
TOMA
TOMA (türk. Toplumsal Olaylara Müdahale Aracı) — Kütləvi ixtişaşlara müdaxilə maşını DİN Çevik Polis Alayı və DQ-ın zirehli texnikası sayılan TOMA Respublika ərazisində pozulmuş ictimai əsayişin bərpası zamanı istifadə olunur. Türkiyə, Azərbaycan, Zimbabve, Gürcüstan, Qazaxıstan, Liviya kimi bir çox dövlətlərin təhlükəsizlik qüvvələri bu texnikadan istifadə edirlər. == Xüsusiyyətləri == Texnika əsasən kütləni dağıtmaq üçün sudan istifadə edir.Bundan başqa o gözyaşardıcı qazlar və rəngli boyalarıda əsayişi pozanlara qarşı istifadə edə bilir. Texnikanın ön tərəfində yerləşən ton yarından çox buldozer qarşıya çıxacağ hər hansı maneəni ardan qaldırmaq üçün nəzərdə tutulub, 5 ton yükü 5 km/s aradan qaldıra bilir. Toma 20 m məsafəyə bir atıma 20 l su istifadə edə bilir. Texnika özünü yanğından qorumağa malikdir.Hər tərəfi yaxşı görə biləcək müşahidə kameraları ilə əhatələnib.
Ahmed Touba
Ahmed Touba (fr. Ahmed Touba; 13 mart 1998, Rube) — Erediviziya təmsilçilərindən olan "Valveyk" klubunda yarımmüdafiənin sol cinahında çıxış edən peşəkar Belçikalı futbolçu. Fransada doğulan futbolçu Belçikada böyümüş və Əlcəzair millisinin heyətində oynayır. == Klub karyerası == === Brügge === Touba Brügge akademiyası vasitəsilə inkişaf etmişdir. Touba öz peşəkar karyerasında debütünü 1 may 2017-ci ildə etmişdir. O, "Zülte Varegem" klubu ilə qarşılaşmada etmişdir. O, 80-ci dəqiqədə Xose İskyerdonu əvəz etmişdir. == Milli komanda == Əlcəzair əsilli futbolçu Fransada doğulub. O, gənc yaşlarında Belçikaya köçmüş və ölkənin gənclərdən ibarət milli komandasında çıxış etməyə başlamışdır. 3 iyun 2021-ci ildə Mavritaniya millisi ilə oyunda Əlcəzair millisinin formasıyla meydana çıxmışdır.
Ambruaz Tomas
Şarl Luis Ambruaz Tomas (fr. Charles Louis Ambroise Thomas; 5 avqust 1811, Meç — 12 fevral 1896, Paris) — fransız opera bəstəkarı, Fransa İnstitunun üzvü, 25 il Paris konservatoriyasının direktoru. Uşaqikən Tomas əla musiqi qabiliyyətinə malik olmuşdur. Atasının rəhbərliyo altında məşhurlaşır. Paris konservatoriyasında Durlenin (harmoniya), Leskürün (kompazisiya nəzəriyyəsi), Kalkbrennerin (fortopiano) tələbəsi olmuşdur. Daha sonra 3 il İtaliyada yaşadıqdan sonra 1866 cı ildə ilk Minyon və sonra 1868 ci ildə Hamlet operalarını yazır. Hər iki opera bütün məşhur opera səhnələrini dolaşmış olur. Daha sonra Qaraçı, Betti və Tufan, Raymon kimi operalarını yazır. 1852 ci ildən Paris konservatoriyasında dərs demiş 1871 ci ildən isə ona rəhbərlik etmişdir. Bəstəkar Jül Massne onun parlaq tələbələrindəndir.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Bomba (hekayə)
Bomba — Əbdürrəhim bəy Haqverdiyevin ən məşhur novellalarından biri. == Təhlili == Əsər epik növdə, hekayə janrındadır. Hekayənin novella formasında yazılıb. Hadisələrin təsvirində təhkiyə üsulundan istifadə olunub. Əsərdə əsas obraz kimi çıxış edən Kərbəlayı Zal avamlığı, səriştəsizliyi və fərasətsizliyi ilə seçilir. Kərbəlayı Zal qarodovoy kimi xidmət edirdi, xidmət müddətində, pristava görə, yararlı olmayıb. Onun vəzifədə qalmaq niyyəti özünün şəxsi mənafeyinə görədir, xalqın mənafeyinə görə deyil. Yerli camaatdan qulluğa götürülən Kərbəlayı Zal kimi insanlar dövrün hakimiyyətinə xəbərçilik etməyə təhrik edilirdilər. Arvadı ona baqqaldükanı açmağı desə də, Kərbəlayı Zal dövlət qulluğunun önəmini, maaşı bəhanə edərək öz işində qalmaq istəyir. Kərbəlayı Zalın Usta Feyzulla ilə ədavəti olmur.
Demien Tomas
Demien Tomas (ing. Damien Thomas) - Böyük Britaniya aktyorudur.
Gonbul (bomba)
Gonbul adam ABŞ tərəfindən 9 avqust 1945-ci ildə Naqasakiyə atılan atom bombasına verilən addır.İkinci dünya müharibəsidə istifadə edilən atom bombasının ikincisidir və o günə qədər həyata keçirilmiş üçüncü atom partlayışıdır.Həyata keçirilmiş ilk atom partlayışı Triniti sınağı, ikinci partlayış isə Little Boyun partladılması olmuşdur.
Ötömbay (Baymak)
Ötömbay (başq. Өмөтбай, rus. Уметбаево) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Bilal kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == rayon mərkəzindən (Baymak): 76 km, kənd sovetliyindən (Bilal): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 115 km.Sakmara çayınınn sahilində yerləşir. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (97%) üstünlük təşkil edir.