Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teofil
Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi. Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər.
Trevol
Trevol (fr. Trévol) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03290. 2008-ci ildə əhalinin sayı 1599 nəfər təşkil edirdi. İllərə görə əhalinin sayı 1962= 777 1968= 812 1975= 1004 1982= 1255 1990= 1405 1999= 1366 2008= 1599 2007-ci ildə 1069 nəfər əmək qabiliyyətli (15-64 yaş arasında) insanlar arasında 802 nəfər iqtisadi cəhətdən fəal, 267 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 75.0%). 802 aktiv şəxsdən 763 nəfər (403 kişi və 360 qadın) işləyir, 39 nəfər işsizdir (17 kişi və 22 qadın). Aktiv olmayan 267 nəfər arasında şagird və ya tələbə, 121 nəfər təqaüdçü, 69 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Teofil Durand
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.
Teofil Düran
Teofil Aleksi Düran (fr. Théophile Alexis Durand; 4 sentyabr 1855 – 12 yanvar 1912) — İsveçrə əsilli Belçika botanik-təsnifatçısı. Durandeeldea Kuntze, 1891 [syn. Acidoton Sw., 1788, nom. cons.] Durandia Boeckeler, 1896 [syn. Scleria P.J.Bergius, 1765] Durand, T.; Pittier, H. (1882—1885). Catalogue de la flore vaudoise. 3 vols. Durand, T. (1887—1888). Index generum phanerogamarum.
Teofil Qotye
Teofil Qotye(fr. Pierre Jules Théophile Gautier; 30 avqust 1811[…] – 23 oktyabr 1872[…], Nöyi-sür-Sen) — Fransa yazıçısı, şairi, tənqidçisi. Teofil Qotye "Sənət sənət üçündür" nəzəriyyəsinin tərəfdarı idi. "Parnak" ədəbi məktəbinin rəhbəri olmuşdu.
Teofil-Aleksandr Steynlen
Teofil-Aleksandr Steynlen (fr. Théophile-Alexandre Steinlen; 10 noyabr 1859, Lozanna — 14 dekabr 1923, Paris) — realist üslubda və müasir üslubda işləyən fransız rəssamı, qrafik rəssamı və illüstratoru, "Paris proletariatının həyatının ilkin tarixçisi" . Teofil-Aleksandr Steynlen 10 noyabr 1859-cu ildə Lozanna şəhərində anadan olmuşdur. Steynlen 1878-ci ildə Parisə gəldikdən sonra, əvvəlcə sənətkarlıq işi etdi. 5 il sonra Monmartr şəhərinə köçdü. Burada Steynlen tez bir zamanda və Monmartr bədii mühiti ilə tanış oldu, xüsusən də «Qara pişik» ing. Black Cat kabare - ilk növbədə rəssamlar Anri de Tuluz-Lotrek və Adolf Villette, habelə , şair Aristid Brüan ilə dost oldu. İlk dəfə "Black Cat" -də Steynlen 1883-cü ildə gəldi . «Qara pişik» kabaresinin çoxsaylı plakatlar Steynlenin müəllifliyinə aiddir, həmçinin qəzet, jurnal və kitabları təsvir etmişdir, komik jurnallarda əməkdaşlıq etmiş və 1911-ci ildə o və yoldaşları «Yumorist» qəzetini dərc etməyə başlamışdılar.
Villqodt Teofil Odner
Villqodt Teofil Odner (10 avqust 1845 – 2 sentyabr 1905, Sankt-Peterburq) — rus əsilli isveç mexaniki, bütün dünyada məşhur olan portativ mexaniki Odner arifmometrinin ixtiraçısı. Arifmometrin ixtirasına görə o, dəfələrlə qızıl və gümüş medallarla təltif edilmişdir. Mühəndisliklə bərabər Odner ictimai və idarəçilik fəaliyyəti ilə də məşğul idi. O, ″Skandinaviya″ xeyriyyə cəmiyyətinin, həmçinin yaşlı qadınlar üçün sığınacağın idarə heyətinin üzvü idi. Təəssüflər olsun ki, Odner ürək xəstəliyi səbəbindən bütün planlarını həyata keçirə bilməmişdir.
Rəfail
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael Süleymanov Rafael Qvaladze — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990). Rəfail Oğuztürk Dağlı Digər Rafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rəfail Allahverdiyev
Rəfael Xanəli oğlu Allahverdiyev (9 may 1945, Bakı – 11 yanvar 2009, Bakı) — Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (1993–2000), Azərbaycan Respublikasının Milli Məclisinin I və II çağırış deputatı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi. 1945-ci il mayın 9-da Bakı şəhərində anadan olmuşdur. Moskva İctimai Elmlər Akademiyasının mətbuat işçiləri fakültəsini və Bakıdakı Qərb Universitetinin xarici iqtisadi əlaqələr fakültəsini bitirmişdir. İşgüzar inzibatçılıq üzrə magistr olmuşdur. Rus dilini bilirdi. Evlidir, 3 övladı var. 2004-cü ildən İsveçrədə yaşayırdı. 2009-cu il yanvarın 11-də Bakıda vəfat edib. 1971–1983-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1983–1988-ci illərdə Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi olub.
Rəfail Becanov
Rafail Becanov (2 iyul 1968, Odurakəran, Yardımlı rayonu) — "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru. Rəfail Zəkəriyyə oğlu Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1986–1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. Eyni zamanda 1990–1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib. Evlidir. 2 övladı var. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub. 1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub. 1993-cü ildən jurnalistikadadır.
Rəfail Fətullayev
Rəfail Həsənov
Rəfail Həsənov — Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri (2019), sosiologiya elmləri doktoru, professor. R.M.Həsənov 12 noyabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhərinin 190 saylı məktəbini bitirdikdən sonra Kazan Dövlət Pedaqoji İnstitutunun Tarix-fililogiya fakültəsinin tarix, ictimaiyyətşünaslıq və ingilis dili şöbəsinə daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir. 1989-cu ilədək Kazan şəhərində peşə məktəbi və texnikumda komsomol komitəsinin azad katibi olmuş, orduda hərbi xidmət keçmişdir. 1994-cü ildə “Şəxsiyyət azadlığı və ictimai məsuliyyət” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə isə “Transformasiya şəraitində vətəndaş cəmiyyətinin formalaşması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1998-ci ildən BDU-nun Sosiologiya kafedrasında dosent vəzifəsində çalışır. 2011-ci ildən həmin kafedranın professorudur. O, 2002-ci ilin avgustundan Harvard Universitetinin Mərkəzi Avrasiya Tədqiqatlar Mərkəzinin (CESS), 2012-ci ildən bu günə kimi ABŞ-nin Merivud Universitetində yerləşən Yaxın Şərqdə Dövlət İdarəçiliyi və Siyasəti Assosiasiyasının (AMEPPA) və 2019-cu ildən Ümumdünya Sosiologiya Assosiasiyasının üzvüdür. 100-ə yaxın elmi məqalənin, 1 monoqrafiyanın, 2 kitabın, 2 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir. Xaricdə çıxan nüfuzlu jurnallarda məqalələri dərc olunmuşdur.
Rəfail Tağızadə
Rəfail Tağızadə (azərb. Rəfail Alı oğluTağızadə‎; 11 fevral 1958, Sofulu, Ağdam rayonu) — şair, publisist, Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı (2006), Ümid Partiyası Ali Məclisinin sədri, “Ədəbi ovqat” dərgisinin təsisçisi, Prezident təqaüdçüsü (2011). Rəfail Alı oğlu Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb. Rəfail Alı oğlu Tağızadə müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində zabit kimi xidmət edib. Ordu komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunub. "Qapı" (2004) və "Qarabağ rüzgarları" (2009), "Gecə xəyalları" (2013), “Su üzərində bahar (2019)” şeir kitablarının müəllifidir. Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabının tərtibçisi və redaktorudur.
Rəfail İncəyurd
Rəfail İncəyurd (tam adı: Rəfail Ağakişi oğlu İsmayılov; 4 iyul 1954, Kəmərli, Qazax rayonu) — Azərbaycan şairi. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Rəfail İncəyurd 4 iyul 1954-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini bitirmişdir. Ədəbi həyata yeniyetmə yaşlarından başlamışdır. Universiteti bitirdikdən sonra bir müddət müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. 1981–1998-ci illərdə Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı, redaktor müavini, redaktor, Müəllim nəşriyyatında redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, Odlar Yurdu və Diplomat nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışıb. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Rəfail İsmayılov
Rəfail İşiyev
Rəfail İşiyev (tam adı: Rəfail Əhmədağa oğlu İşiyev; 4 sentyabr 1979; Cəlilabad rayonu, Azərbaycan — 3 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda dünyaya gəlib. Rəfail İşiyevin ömrünün 16 ili orduda keçmişdir. O, 16 ilin PDM (BMP) mütəxəssisi idi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdir. Vətən Müharibəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və idarə etdiyi BMP vurulmuşdur. Yaralanandıqdan 2 gün sonra yenidən döyüşlərə qatılmışdır. Yaralı döyüş yoldaşının BMP-sini idarə edərək Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurmuşdur. İkinci dəfə də texnikası vurulmuş və yaralanmışdır. Amma, bir müddət sonra yenidən erməni qəniməti olan 3-cü BMP-ilə döyüşlərə qatılıraq düşmənə qan uddurmuşdur.
Rəfail Şeydayev
Rəfail İldam oğlu Şeydayev (1 avqust 2000, Xaltan, Quba rayonu – 7 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Rəfail İldam oğlu Şeydayev 1 avqust 2000-ci ildə Quba rayonunun Nütəh kəndində anadan olub. Rəfail Şeydayev 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 7 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail Şeydayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail Şeydayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail Şeydayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Rəfail Əlizadə
Rəfail Həsənalı oğlu Əlizadə — Riyaziyyat üzrə professor 1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Ailəlidir, 3 övladı var. Ingilis, türk və rus dillərini bilir. 1963–1973-cü illərdə Cəbrayıl şəhər Maksim Qorki (indiki Mehdizadә) adına mәktәbdә oxumuşdur. Azərbaycan Respublikası Riyaziyyat olimpiadalarında 1971-ci ildə qızıl, 1972-ci və 1973-cü illərdə gümüş medal almışdır. 1972–1973-cü illərdə Rusiyada nəşr olunan "Kvant Populyar Riyaziyyat və Fizika" jurnalının məsələlər guşəsinin qaliblərindən olmuşdur. 1973–1978-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində təhsil almış, sonradan bu təhsil müəssisəsində aspiranturada da oxumuşdur. 1978–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda, 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1994–2022-ci illəri arasında Türkiyənin İzmir şəhərindəki ingilisdilli ali təhsil müəssisələrində dərs vermişdir: 1994–2000-ci illərdə Dokuz Eylül Universitetində, 2001–2010-cu illərdə İzmir Yüksək Texnologiya İnstitutunda və 2010–2022 illərdə özəl Yaşar Universitetində professor vəzifəsində fəaliyyət göstərmişdir. 2023-cü ilin yanvar ayında Azərbaycana dönmüş, hazırda ADA universitetində elmi və pedaqoji fəaliyyətini davam etdirməkdədir.
Rəfail Mirzəyev
Rəfail (Rafael) Xalid oğlu Mirzəyev (19 fevral 1959, Marneuli rayonu) — Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini (2006-cı ildən), Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini (?–2006) general-leytenant (), gömrük xidməti general-leytenantı (2005).
Rəfil Əhmədov
Rəfail Fətullayev (əsgər)
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Rəfail Oğuztürk Dağlı
Rəfail Oğuztürk – şair, tarixçi-etnoqraf, pedaqoq, hərbçi. Rəfail Oğuztürk Dağlı (Mustafayev Rəfail Salman oğlu) 1966-cı il may ayının 22-də Bakı şəhərində anadan olub. Əslən Sayad-Xızı (indiki Xızı) rayonundandır. Səlcuqlu Dövlətinin qurulmasında misilsiz xidmətləri olan, Türk tarixində daha çox "Arslan Yabqu elatı" kimi tanınmış "Dağlı" (Qara Dağlı) oğuz elatının məşhur isalu-əfşar tayfasındandır. 1973–1983-cü illərdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 21 saylı orta məktəbdə oxuyub. 1983-cü ilin dekabr ayından 1985-ci ilin iyunayına qədər fəhləişləyib. 1985-ci ilin avqust ayında Leninqrad (indiki Sankt-Peterburq) Ali Hərbi Mühəndis Məktəbinə daxil olub və 1990-cı ildə bu məktəbi bitirib. 1990 – 1991-ci illərdə Şimali Qafqaz Hərbi Dairəsində xidmət edib. 1991-ci ildə Zaqafqaz Hərbi Dairəsinə keçirilib. 1992-ci ildən 2003-cü ilə qədər Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib.
Rəfail Əlizadə (alim)
Rəfail Həsənalı oğlu Əlizadə — Riyaziyyat üzrə professor 1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Ailəlidir, 3 övladı var. Ingilis, türk və rus dillərini bilir. 1963–1973-cü illərdə Cəbrayıl şəhər Maksim Qorki (indiki Mehdizadә) adına mәktәbdә oxumuşdur. Azərbaycan Respublikası Riyaziyyat olimpiadalarında 1971-ci ildə qızıl, 1972-ci və 1973-cü illərdə gümüş medal almışdır. 1972–1973-cü illərdə Rusiyada nəşr olunan "Kvant Populyar Riyaziyyat və Fizika" jurnalının məsələlər guşəsinin qaliblərindən olmuşdur. 1973–1978-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində təhsil almış, sonradan bu təhsil müəssisəsində aspiranturada da oxumuşdur. 1978–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda, 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1994–2022-ci illəri arasında Türkiyənin İzmir şəhərindəki ingilisdilli ali təhsil müəssisələrində dərs vermişdir: 1994–2000-ci illərdə Dokuz Eylül Universitetində, 2001–2010-cu illərdə İzmir Yüksək Texnologiya İnstitutunda və 2010–2022 illərdə özəl Yaşar Universitetində professor vəzifəsində fəaliyyət göstərmişdir. 2023-cü ilin yanvar ayında Azərbaycana dönmüş, hazırda ADA universitetində elmi və pedaqoji fəaliyyətini davam etdirməkdədir.