Rəfail İşiyev (tam adı: Rəfail Əhmədağa oğlu İşiyev; 4 sentyabr 1979; Cəlilabad rayonu, Azərbaycan — 3 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.
Rəfail İşiyev | |
---|---|
İşiyev Rəfail Əhmədağa oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəlilabad rayonu |
Vəfat tarixi | (41 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Cəlilabad rayonu |
Vətəndaşlığı |
![]() |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2004-2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
Aprel döyüşləri (2016) Qarabağ döyüşləri (2020) |
Təltifləri |
![]() ![]() ![]() |
Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda dünyaya gəlib.[1]
Rəfail İşiyevin ömrünün 16 ili orduda keçmişdir. O, 16 ilin PDM (BMP) mütəxəssisi idi. 2016-cı ilin Aprel döyüşlərində də iştirak etmişdir. Vətən Müharibəsində Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və idarə etdiyi BMP vurulmuşdur. Yaralanandıqdan 2 gün sonra yenidən döyüşlərə qatılmışdır. Yaralı döyüş yoldaşının BMP-sini idarə edərək Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurmuşdur. İkinci dəfə də texnikası vurulmuş və yaralanmışdır. Amma, bir müddət sonra yenidən erməni qəniməti olan 3-cü BMP-ilə döyüşlərə qatılıraq düşmənə qan uddurmuşdur. Son döyüşü isə Xocavənd istiqamətində olan ağır döyüşlər olmuşdur. Təcrübəli mütəxəssis 3 noyabr Xocavənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəfail İşiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]