Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
French Exit
French Exit — amerikan indi-pop qrupu TV Girl-in ilk studiya albomu. 5 iyun 2014-cü ildə qrupun özü tərəfindən buraxılıb. Qrupun dediyinə görə albomda yer alan mahnılar "cazibəni itirmək, sevgidən sıxılmış hiss etmək və münasibətlərdə kifayət qədər sevgi əldə etməməkdən" bəhs edir. "French Exit" üçün səsyazma seansları zamanı yazılan bəzi mahnılar yekun albomun trek siyahısında yer almayıb. Bu çıxarılan mahnılar daha sonra "The Night in Question: French Exit Outtakes" adlı mini-alboma daxil edilib. Albom TikTok-da, xüsusən Spotify-da 537 milyon dəfədən çox yayımlanan "Lovers Rock" mahnısı ilə böyük populyarlıq qazandı. Albomun üz qabığında Meri Li Qoulandın 1969-cu ildə nəşr olunmuş Tender Bough adlı poeziya toplusundan götürülmüş redaktə edilmiş fotoşəkil var. Şəkil Merinin atası Piter Qould tərəfindən çəkilib. Albomun layner qeydlərində fotonun Merinin icazəsi ilə albomun üz qabığı kimi istifadə edildiyi qeyd edilir. Sample credits "Birds Don't Sing" contains samples of "Seven Minutes in Heaven", performed by the Poni-Tails.
Mortir
Mortir (nid. mortier) — kiçik lüləli artilleriya topu. Mortir maneələr (təpə, qala divarı, meşə zolağı və s.) arxasında xüsusi möhkəm istehkam və objektləri məhv etmək üçün nəzərdə tutulmuş topdur. XV əsrdən hərbdə tətbiqinə başlanılmışdır. Müasir hərb dilində ona minamyot ya minaatan deyilir. Mortir lülə uzunluğuna və çapına görə bir növ XİV-XVİ əsrlərdə qala divarlarını dağıtmaq üçün nəzərdə tutulmuş ilk arilleriya qurğusu olan bambardalara bənzəyir, lakin fərq ondadır ki, bambarda düz istiqamətdə tuşlanmış divara atəş açırdısa, mortir qıvsi trayektoriza üzrə maneələr arxası obyektləri hədəf seçir.
Mostar
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Mortal Kombat
Mortal Kombat (azərb. Ölümcül döyüş‎, qısa variantı: MK) – "Action" (ing. Hərəkətli) janrında hazırlanan oyunlardan biridir. "Midway Games" kompaniyası tərəfindən yaradılmışdır. "Mortal Kombat" oyunu rəngarəng döyüş fəndləri ilə seçilir. Bu döyüş fəndlərində qəddarlıq müşahidə olunur. "Mortal Kombat" videooyunu 1991-ci ildə Ed Bun, Con Tobias, Con Vogel və Den Forden tərəfindən hazırlanmağa başlanır. İlk vaxtlarda Ed Bun və Con Tobias videooyun qəhrəmanının Jan-Klod Van Dammın olacağını düşünürdülər. Lakin yeni hazırlanacaq videooyun, janrındakı qəddarlıq xüsusiyyətinə görə "Street Fighter II" kimi döyüş janrlı oyunlardan fərqlənməli idi. Bu səbəbdən oyunun məzmunu dəyişdirilir.
Mostar Universiteti
Mostar Universiteti (xorv. Sveučilište u Mostaru, lat. Universitas Studiorum Mostariensis) — Bosniya və Herseqovinanın Mostar şəhəri, Rodno rayonu ərazisində yerləşən universitet. Ölkədə olan yeganə universitetdir ki, bütün təhsil prosesi xorvat dilində aparılır. Mostar Universitetinin kökləri Franciskan ilahiyyat məktəbinin yaradıldığı 1895-ci ilə aiddir. 1950-ci ildə Mostarda ali təhsil məktəbi təşkil olunur. 1959-cu ildə Ali texniki məktəb, 1960-cı ildə isə ali kənd təsərrüfatı məktəbi təşkil olumuşdur. Universitet 11 fevral 1977-ci ildə təşkil olunmuşdur. İlk əvvəllər Camal Biediç adını daşıyırdı. O, bir dövlət xadimi olaraq 1977-ci ildə avia qəzada həlak olmuşdur.
Mostar körpüsü
Mostar körpüsü (bosn. Stari most; türk. Mostar Köprüsü) — Bosniya və Herseqovinanın Mostar şəhərindən keçən Neretva çayı üzərində Memar Sinanın şagirdi Memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilən körpüdür. Bu körpü Bosniya müharibəsi zamanı Xorvat hərbi qüvvələri tərəfindən 1993-cü ilin noyabrın 9-da dağıdılıb. Sonralar körpünün yenidən tikilməsi üçün layihə hazırlandı. Körpü 23 iyul 2004-cü ildə—yenidən bərpa olunduqdan sonra açıldı. Bu körpü ölkənin ən çox tanınan görməli yerlərindən biri kimi, həmçinin Balkanlarda İslam memarlığının ən nümunəvi əsərlərindən sayılır. Neretva çayından 24 metr yüksəklikdə, 30 metr uzunluğunda və 4 metr enində olan Mostar Körpüsü, dövrünə görə inkişaf etmiş bir texnologiyayla inşa edilib. Körpünün tikintisində 456 qəlib daş istifadə edilib. Körpünün tağları tenelija kimi tanınan yerli daşdan tikilib.
Mostar şəhəri
Mostar (bosn. Mostar, serb. Мостар, xorv. Mostar) — Bosniya və Herseqovinada şəhər. Herseqovina-Neretva Kantonun mərkəzi.
Nataliya Morar
Nataliya Morar (rum. Natalia Morari 12 yanvar 1984, Hinçesti[d]) — The New Times jurnalının müxbiri və siyasi müşahidəçisi kimi tanınan moldovalı jurnalist və teleaparıcı. Morar 2007-ci ildə "Kremlin Qara Büccəsi" adlı qalmaqallı nəşri, Rusiyaya giriş üçün dörd illik qadağa ilə nəticələnir. 2010-cu ildən 2012-ci ilə qədər Moldaviyanın Publika TV televiziya kanalında "Fabrika" tok-şousunun aparıcısı olur. 2013-cü ildən 2017-ci ilə qədər "Siyasət" verilişinə, 2015-ci ildən 2017-ci ilə qədər TV7 telekanalında "İnterpol" verilişinə, 2017-ci ildən 2018-ci ilə qədər TV8 telekanalında "Siyasət" verilişinə aparıcılıq edir. 2018-ci ildən bəri televiziyada "Nataliya Morarın Siyasəti" verilişini yayımlayır. Nataliya Morar Moldova SSR-nin Kotov (indiki Hinçesti) şəhərində anadan olub. Ata aqressiv olması səbəbindən ana Nataliyanın dörd yaşı olarkən ondan boşanmaq qərarına gəlir. "Gaudeamus" rus-rumın litseyində oxuyan Nataliya 2002-ci ildə Moskvaya köçür. Burada M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin sosiologiya fakültəsinə daxil olur.
Aşrah (Mortal Kombat)
Aşrah (ing. Ashrah) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Baraka (Mortal Kombat)
Baraka (ing. Baraka) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Tarkatan tayfasındandır. Yerin döyüşçülərinə qarşı vuruşur.
Blaze (Mortal Kombat)
Bleyz (ing. Blaze) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Odlu elementaldan ibarət olan ruhdur. "Mortal Kombat" seriyası boyu Bleyz üzərində qələbə çalan döyüşçülər müəyyən güc əldə edirlər. "Mortal Kombat II" videooyununun "Yama II" adlı arenasında yan tərəfdə asılmış körpü üzərində dayanan alovlu döyüşçünün təsviri dizayner Toni Qoski tərəfindən yaradılmışdır. Bu personaj videooyunun sirli əlamətləri daşımış və "Mortal Kombat: Deadly Alliance" seriyasında gizli personaj olan "Bleyz" adlı alovlu bədheybəti xatırladırdı. "Mortal Kombat: Armageddon" Bleyz personajı final bosslardan birinə çevrilmişdi.
Bleyz (Mortal Kombat)
Bleyz (ing. Blaze) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Odlu elementaldan ibarət olan ruhdur. "Mortal Kombat" seriyası boyu Bleyz üzərində qələbə çalan döyüşçülər müəyyən güc əldə edirlər. "Mortal Kombat II" videooyununun "Yama II" adlı arenasında yan tərəfdə asılmış körpü üzərində dayanan alovlu döyüşçünün təsviri dizayner Toni Qoski tərəfindən yaradılmışdır. Bu personaj videooyunun sirli əlamətləri daşımış və "Mortal Kombat: Deadly Alliance" seriyasında gizli personaj olan "Bleyz" adlı alovlu bədheybəti xatırladırdı. "Mortal Kombat: Armageddon" Bleyz personajı final bosslardan birinə çevrilmişdi.
Cek (Mortal Kombat)
Cekson Briqqs və ya Ceks Briqqs (ing. Jackson Briggs) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Sonya Bleydin yaxın dostudur.
Ceks (Mortal Kombat)
Cekson Briqqs və ya Ceks Briqqs (ing. Jackson Briggs) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Sonya Bleydin yaxın dostudur.
Ceyd (Mortal Kombat)
Ceyd (ing. Jade) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Ceyd personajı Sindel və Kitananın yaxın dostlarından biridir.
Daeqon (Mortal Kombat)
Deyqon (ing. Daegon) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Dairou (Mortal Kombat)
Dairou (ing. Dairou) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Darrius (Mortal Kombat)
Darrius (ing. Darrius) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Deyqon (Mortal Kombat)
Deyqon (ing. Daegon) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Drahmin (Mortal Kombat)
Drahmin (ing. Drahmin) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Drahminin başında olan artefakt ona güc qazandırır. Drahmin "Mortal Kombat: Deadly Alliance" seriyasında peyda olur. Drahmin Şanq Tsunq ilə birlik bağlayır. Bu birliyə Skorpion mane olsa da, onlarla bacara bilmir. Edeniya kraterində döyüşdə "Qaranlıq ordusu" tərkibində başqa döyüşçülərlə birlikdə yox olur.
Ermak (Mortal Kombat)
Ermak (ing. Ermac) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Bir sıra jurnallarda Ermak personajının Mortal Kombat videooyunun birinci hissəsində gəldiyini dərc edirdilər. Əslində, Ermak personajı səhv nəticəsində yaranmışdır. "Skorpion" personajının qırmızı rəngə boyanan zaman oyunda belə bir ifadə çıxmışdır: "Error Mace". Məhz bu sözün sayəsində həmin personaj "Ermak" adını qazanmışdır. Ermak personajı bir çox ruhların birləşməsindən yaranmışdır. Kano-nun qulu olmuşdur. Ondan yaxşı qatil çıxırdı. Bu halından normal hala dönməsini isə gözləri görməyən, yaxşı qılınc oynadan Kenşi təmin etmişdir.
Frost (Mortal Kombat)
Frost (ing. Frost) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Frost nindza qadın personajlarından biridir. Qüvvə səhətdən Sab-Zironu xatırladır.
Fujin (Mortal Kombat)
Fujin (ing. Fujin) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Mortal Kombat Mythologies: Sub-Zero seriyasında peyda olmuş, Mortal Kombat 4 oyununda isə oynanılan personaj kimi canlandırılmışdır. Fujin "Mortal Kombat" seriyalarında tanrılardan biri kimi göstərilir.
Havik (Mortal Kombat)
Havik (ing. Havik) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Hotaru (Mortal Kombat)
Hotaru (ing. Hotaru) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir.
Motaro (Mortal Kombat)
Motaro (ing. Motaro) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Yerdən kənar Qaranlıq dünyasının ən güclü döyüşçülərindən biridir.
Trento
Trento — İtaliyada Trentino-Alto Adige Muxtar Vilayətinin paytaxtı və eyni adı daşıyan Trento (Muxtar) vilayətinin mərkəzidir. Şəhərin əhalisi 111.000 nəfərdir. Bələdiyyə Başçısı Alberto Pacherdir. 157 km²-lik bir sahəyə malikdir.
Trenya
Trenya (fr. Treignat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03288. 2008-ci ildə əhalinin sayı 452 nəfər təşkil edirdi. 2007-ci ildə 245 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 180 nəfər iqtisadi fəal, 65 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə bu 72.1%). Fəal 180 nəfərdən 165 nəfəri (87 kişi və 78 qadın), 15 nəfəri işsizdir (9 kişi və 6 qadın). Fəal olmayan 65 nəfər arasında 18 nəfər şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 18 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Digital Trends
"Digital Trends" — ABŞ xəbər saytı. Saytın məzmunu texnologiya və istehlak elektronikası məhsulları haqqında xəbərlər, resenziyalar, bələdçilər, təsviri videolar və podkastlar dərc etməkdən ibarətdir. Saytın mərkəzi Oreqon ştatının Portlend şəhərində yerləşir. Portlend, Nyu-York, Çikaqo və digər yerlərdə ofisləri olan "Digital Trends" ispandilli auditoriya üçün nəzərdə tutulmuş yetirən "Digital Trends Español" saytını da idarə edən "Digital Trends Media Group"un mülkiyyətindədir. Sayt texnologiya ilə formalaşmış geniş çeşidli məhsullar haqqında resenziyalar və məlumatlar təklif edir. Bura smartfonlar, video oyunlar, noutbuklar, fərdi kompüterlər, periferiya qurğuları, televizorlar, rəqəmsal kameralar, video kameralar, planşetlər və s. kimi istehlakçı elektronikası məhsulları daxildir. Üçüncü tərəf veb-analitika provayderi "SimilarWeb"ə görə, sayt iyun 2018 (2018-June) tarixinə olan məlumata əsasən, ayda 40 milyondan çox ziyarətçi cəlb etmişdir. 2014-cü ildən 2021-ci ilə qədər "Digital Trends"in redaktor heyətinə baş redaktor Ceremi Kaplan rəhbərlik etmişdir.
Doktor Strenc
Doktor Strenc (ing. Doctor Strange) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən yaradılmış personaj. Yaradıcıları Sten Li və Stiv Ditkodur. İlk dəfə 1963-cü ilin iyulundan çapdan çıxan "Qəribə hekayələr" komiksinin 110-cu sayında peyda olmuşdur. Keçmiş neyrocərrah olan Strenc Ali sehrbazdır və Yerin mistik təhlükələrdən qorunmasında vacib rol oynayır. İki mistik əşyadan istifadə edir: Levitasiya plaşı və Aqamotonun gözü. Nyu-York şəhərində yerləşən Sanctum Sanctorum binasından iqamətgahı kimi istifadə edir. Ən yaxın köməkçisi Vonqdur. 2008-ci ildə Doktor Strenc "Wizard" jurnalının "Bütün dövrlərin ən böyük 200 komiks personajı" siyahısında 83-cü yerdə, 2012-ci ildə isə IGN-in "Top 50 Qisasçı" siyahısında 33-cü yerdə göstərilmişdir. Personaj IGN-in "Top 100 komiks personajı" siyahısında 34-cü yerdə qərarlaşmışdır.
Trento Universiteti
Trento Universiteti - İtaliyada ali təhsil müəssiəsi. Rektoru Ton Notermansdır.
Cortan
Cortan, Cortdan və ya Cotdan — Bir növ süd məhsulu. Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar. Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər. Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar. Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Forfar
Forfar (ing. Forfar, şot.kelt Baile Fharfair) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Lorlar
Lurlar — Qərbi İranda yaşayan xalqdır. Dilləri Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aiddir. Dillərinə ən yaxın dil fars dilidir. İranda məskunlaşmış lurlar dil baxımından iki qrupa ayrılır: Şimali lur dilində danışanlar Luristan ostanının mərkəzi və cənubunda, Xuzistan ostanının şimalında, Həmədan ostanının cənubunda, Mərkəzi ostanın cənubunda, İlam ostanında və saylarının təxminən 1.767 milyon (2010-ci il) nəfər olduğu ehtimal olunur . Cənubi lur dilində danışanlar Kohgiluyə və Boyer-Əhməd ostanında, Xuzistan ostanının şərqində, Fars ostanının şimali-qərbində (lurların yarımqrupu olan mamasani və şuli tayfaları) və Şiraz şəhərində məskunlaşmışlar və saylarının təxminən 916 min (2010-cu il) nəfər olduğu ehtimal olunur .
Montan
Montan — Bolzano şəhərinin təxminən 20 kilometr cənubunda İtaliyanın şimalındakı Cənubi Tirol əyalətində bir bələdiyyə. All demographics and other statistics: Italian statistical institute Istat.
Neytan Trent
Natanael Koll (alm. Nathanaele Koll‎; d. 4 aprel 1992, İnsbruk, Avstriya) və ya səhnə adı ilə Neytan Trent (ing. Nathan Trent) — Avstriya müğənnisi. O Avstriyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Neytan Trent 4 aprel 1992-ci ildə Avstriyanın İnsbruk şəhərində anadan olmuşdur. Onun atası Avstriyalı, anası isə İtalyandır. 2003-cü ildə Neytan Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. 2016-cı ilin iyun ayında Neytan "Like It Is" adlı debüt sinqlını çıxarmışdır. Həmin ilin dekabr ayında Avstriyanın ÖRF telekanalı Neytanın Avstriyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır.
Trend.az
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Trend İA
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Trent Cons
Trent Cons (12 avqust 1994) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Trent Cons Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. Trent Cons 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.845 saniyəlik nəticəsi ilə 8-ci yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 33.065 saniyəlik nəticəsi ilə 15-ci yeri tutdu.
Trend xətti
Trend xətti — müxtəlif növ birjalarda qiymət dəyişiklikləri tendensiyalarını müəyyən etmək üçün istifadə edilən texniki analiz aparatının elementi. Trend xətləri bəzi riyazi funksiyalardan istifadə etməklə əldə edilən təhlil edilən göstəricilərin orta qiymətlərinin həndəsi ekranıdır. Bir tendensiya xəttinin qurulması üçün funksiyanın seçimi adətən məlumatların zamanla dəyişməsinin xarakteri ilə müəyyən edilir. Üç növ tendensiya var: "boğa" (artan) — qiymətlər yüksəlir (buynuzlarını yuxarı qaldıran öküzlə müqayisədə); "ayı" (düşən) — qiymətlər düşür (pəncəsini aşağı vuran ayı ilə müqayisədə); "kambala" (yan) — qiymətlər qiymət aralığındadır. Tipik olaraq, konsolidasiya sonrakı yüksəliş və ya enişdən əvvəl baş verir.
Montor
Montor (fr. Montord) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Siul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03188. 2008-ci ildə əhalinin sayı 250 nəfər təşkil edirdi. İqtisadiyyatın əsasını şərabçılıq təşkil edir. 1992-ci ildən bəri hər il şərab festivalı keçirilir və bu müddət ərzində parad keçirilir. 2007-ci ildə əmək qabiliyyətli 135 nəfər arasında (15-64 yaş) 100 nəfər iqtisadi cəhətdən fəal, 35 nəfər hərəkətsiz (fəaliyyət göstərici 74.1%, 1999-cu ildə 70.5%) idi.
Mordad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Trençin
Trеnçin (slovak. Trenčín, mac. Trencsén) — Slovakiyanın qərbində sənaye şəhəri. Slovakiyanın şərgində Çyerna Qora dağ massivinin yamaclarında, Qornad çayı vadisində yerləşir. Əhali 56 min nəfərdir. Çexiya sərhəddindən 10 km məsafədədir. Vaq çayı sahilində yerləşir. Eyniadlı Trençin bölgəsinin inzibati mərkəzidir.
Trepça
«Trepça» (alb. Miniera e Trepçës, serb. Рудник Трепча) — Kosovoda böyük sənaye kompleksi. Mitrovitada yerləşir. Zavodun mülkiyyət məsələsi Serbiya və Kosovo hakimiyyəti arasında mübahisə predmetidir. Yuqoslaviyanın dövründə Trepçada 23000 nəfərə qədər işçi çalışırdı. Bu isə onu ölkənin ən böyük sənaye müəssisələrindən birinə çevirdi. 1930-cu illərdə bir ingilis şirkəti Mitrovitsa yaxınlığındakı Stanterq mədənindən istifadə hüququnu əldə edir. İkinci Dünya müharibəsindən sonra, sosializm şəraitində şirkət genişlənməyə davam edir. Trepça müəssisəsi, əsasən Kosovoda, qismən Monteneqroda yerləşən 40 mədən və fabrikdən ibarət bir konqlomerat idi.
Trençin FK
Trençin – Slovakiyanın futbol klubu. 1992-ci ildə yaradılıb.
Trençin bölgəsi
Trençin diyarı (slovak. Trenčiansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Trençin şəhəridir. Sahəsi 4501 km², əhalisi isə 609 828 nəfər (2001) təşkil edir. Trençin diyarı Slovakiyanın qərbində yerləşir və Çexiya ilə həmsərhəddir. Diyarda yerləşən Dunay düzənliyi Nove Mesto nad Vahom və Partizanske ərazilərini əhatə edir. Həmçinin diyar ərazisində bir sıra dağ massivləri də var: cənub-qərbdə Kiçik Karpat dağlarının bir hissəsi, mərkəzdə Strajov, cənubda Povajski İnovets, cənub-şərqdə Vtaçnik və şərqdə Jiar dağları. Trençin diyarı "okres" adlanan 9 rayona bölünür: Banovtse nad Bebravou rayonu İlava rayonu Miyava rayonu Nove Mesto nad Vahom rayonu Partizanske rayonu Povajska Bistritsa rayonu Priyevidza rayonu Puxov rayonu Trençin rayonu Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin).
Trençin diyarı
Trençin diyarı (slovak. Trenčiansky kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Trençin şəhəridir. Sahəsi 4501 km², əhalisi isə 609 828 nəfər (2001) təşkil edir. Trençin diyarı Slovakiyanın qərbində yerləşir və Çexiya ilə həmsərhəddir. Diyarda yerləşən Dunay düzənliyi Nove Mesto nad Vahom və Partizanske ərazilərini əhatə edir. Həmçinin diyar ərazisində bir sıra dağ massivləri də var: cənub-qərbdə Kiçik Karpat dağlarının bir hissəsi, mərkəzdə Strajov, cənubda Povajski İnovets, cənub-şərqdə Vtaçnik və şərqdə Jiar dağları. Trençin diyarı "okres" adlanan 9 rayona bölünür: Banovtse nad Bebravou rayonu İlava rayonu Miyava rayonu Nove Mesto nad Vahom rayonu Partizanske rayonu Povajska Bistritsa rayonu Priyevidza rayonu Puxov rayonu Trençin rayonu Diyarda əhalinin sıxlığı 135/km² nəfər təşkil edir. Diyarın inzibati mərkəzi Trençin şəhəri sayılır (almanca Trentschin).
Trençin qəsri
Trençin qəsri (slovak. Trenčiansky hrad, mac. trencséni vár) ― Slovakiyanın qərbindəki Trençin şəhərində yerləşən qəsr. Qəsrin tarixi II Roma legionu Lauqarisionun b.e. 179-cu ilində zəfərindən bəhs edən yazıya əsasən Roma imperiyası dövrünə qədər gedib çatır. Ərazidəki ən qədim bina Böyük Moraviya dövründə təsis edilmiş daş rotondadır. Qəsr XIII əsrin ortalarında kral IV Belanın qılıncdaşı olan baron Yakab Çesznekinin iqamətgahı idi. Trençin qəsri 13–14-cü əsrdə Matuş Çakın iqamətgahına çevrildi. Qəsrin həyətində "sevgi quyusu" olaraq da bilinən su quyusu var idi. Rəvayətə görə, bu quyu qaya içində quyu qazaraq qurtarmalı olduğu gözəl Fatiməyə böyük məhəbbəti olan Ömər adlı Türk şahzadəsi tərəfindən qazılmışdı.
İrənçi (Nir)
İrənçi (fars. ايرنجي‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 373 nəfər yaşayır (81 ailə).