Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Triest
Triest (it. Trieste; sloven. Trst) — İtaliyanın şimal şərqində Friuli-Venesiya-Culiya regionunda eyni adı daşıyan Triest vilayətinin mərkəzi olan bir bələdiyyə, şəhər və limandır. Sloveniya sərhədi yaxınlığında yerləşən Triest Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir. Triest, 1867-1918-ci illər aralığında Avstriya-Macarıstan imperatorluğunun sərhədləri daxilində olmuşdur. Avstriya-Macarıstan imperatorluğunun süqutu və Birinci dünya müharibəsindən sonra Triestin İtaliyaya verilməsi, onun iqtisadi və mədəni əhəmiyyətinin azalmasına gətirib çıxardı. Bu gün Triest bir sərhəd şəhəridir. Xalqı qonşu regionların etnik qarışığıdır. Şəhər mərkəzində polyak və italyan dillərində danışılır. İtalyan və sloven dilləri yerli dillər kimi qəbul edilir.
Triton
Triton (lat. Triturus) — quyruqlular (Caudata) dəstəsindən suda-quruda yaşayanlar cinsi.Tritionların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraqlar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında gizli həyat keçirir.
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
Adi triton
Adi triton (lat. Lissotriton vulgaris), (Salamandridae) — fəsiləsinin (Caudata) dəstəsindən suda-quruda yaşayanlar növü. Nadir, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədənin uzunluğu 110 mm-ə (adətən 80 mm-ə yaxın) çatır. Dərisi hamar və ya xırda ziyillidir. Bədənin bel hissəsinin rəngi zeytuni-qonur, qarınaltı hissə isə sarımtıl olub, xırda tutqun xallara malikdir. Başında olan tünd uzununa zolaqlardan biri gözlərindən keçir və yaxşı nəzərə çarpır. Çoxalma dövründə erkəklərin rəngi daha parlaq olur və peysərdən quyruğunun ucuna qədər daraq əmələ gəlir. Adətən bu hissədə narıncı haşiyəsi və parlaq rəngli göy zolağı olur. Bu üzgəcvari qırış quyruğun əsasında kəsilmir.
Alessandro Strico
Alessandro Strico (kiçik) — italyan librettoçu, bəstəkar Alessandro Striconun oğlu.
Apricot Stone
Apricot Stone (Azərbaycanca: Qaysı çəyirdəyi) — Ermənistanın 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edilən mahnı. Mahnını Eva Rivas ifa etdi.
Bricit Bardo
Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[…], XV arondisman (Paris)[d], Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi. Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr.
Bricit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Bricit Mendler
Bricit Kler Mendler (18 dekabr 1992) — Amerika aktrisası, müğənni, musiqiçi və söz yazıçısıdır. Ən məşhur rolu isə Uğurlar, Çarli!dəki Teddi Dankan roludur. Və ən məşhur film rolu isə, "Lemonade Mouth"-dakı Oliviya Vayt roludur. Musiqi sahəsində isə, 2012 üçün Hollivud Rekords şirkəti ilə razılaşmışdır.
Daraqlı triton
Daraqlı triton (lat. Triturus cristatus), (Salamandridae) fəsiləsindən (Caudata) dəstəsindan suda-quruda yaşayanlar növü. Status. Azərbaycanda Triturus cristatus carelini (Strauch, 1870) yarımnövü yaşayır. Nadirdir. Yayılması. Respublikanın cənub-şərqində (Lənkəran rayonunda) və Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində (Şamaxı və İsmayıllı rayonlarında) tək-tək hallarda təsadüf edilir. Yaşayış yeri. Gündüz həyat tərzi keçirir. Adətən meşəlik, meşə-bozqır və dağ-səhra rayonlarında dəniz səviyyəsindən təxminən 500-600 metrdən 2200 metrə qədər hündürlükdə müşahidə edilir.
Triton (peyk)
Triton və ya Neptun I — Günəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki. == Kəşfi == 1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir. == Adı == Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir. == Xarakteristikası == Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir. Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir.
Alessandro Strico (böyük)
Alessandro Strico (it. Alessandro Striggio; 1540, Mantova[d], Mantova əyaləti – 29 fevral 1592, Mantova[d], Mantova əyaləti) İntibah dövründə yaşamış İtaliyalı bəstəkar və diplomat olub. Madriqal və teatr musiqisi müəllifi, o, janrları birləşdirərək madriqal komdediya yarada bilmişdir. Onun oğlu kiçik Alessandro Strico Monteverdinin "Orfey" operası üçün libretto yazmışdır. == Həyatı == Böyük Strico Mantue şəhərində, zadəgan ailəsində anadan olmuşdur. Onun cavanlığı barədə məlumat azdı, amma çox güman ki o gənc yaşlarında Florensiyaya getmişdir. 1 mart 1559-cu ildə o, Mediçi ailəsi ilə işləməyə başladı və Françesko Korteççanı əvəz edərək, onların əsas musiqiçisi oldu. O, 1560-cı ildə Venesiya getdi və oranın musiqi üslubları ilə tanış olaraq, iki madriqal kitabı yazmışdır. 1567-ci ildə Mediçilər onu İngiltərəyə diplomatik missiyaya göndərdilər. 1560-cı illər ərzində Strico Mediçi üçün toy, görüş və digər dövlət tədbirlərinə görə çoxlu sayda intermedio yazmışdır.
Alessandro Strico (kiçik)
Alessandro Stridjo (kiçik) (it. Alessandro Striggio; təxminən 1573-cü il, Mantuya — 6 iyun 1630-cu il Venesiya) — italyan librettoçu, bəstəkar Alessandro Striconun oğlu. Bəstəkar Klaudio Monteverdi ilə dostluğu sayəsində tanınır. Monteverdinin 1607-ci ildə yazılmış Orfey adlı ilk opearsı üçün libretto bəstələmişdir. Həmçinin, o, pastoral balet olan "Tirsis və Hlora" baletinin və s. əsərlərin librettolarının müəllifidi. 1634-ci ilə qədər Stridjo Monteverdi ilə məktublaşırdı, bunun sayəsində tarixçilərə bəstəkarın bioqrafiyasının detalları bəlli oldu. Hersoq Qonzaqın sarayında xidmət edirdi, ona zadəgan titulu verilmişdir. Venesiyada diplomatik missiyası zamanı taun xəstəliyindən öldü. == İstinadlar == == Xarici keçidlər == Diki Alessandro Striggio (the Younger) (ing.).
Ornithorhynchus anatinus triton
Ördəkburun (lat. Ornithorhynchus anatinus) — məməlilər sinfinin birdəliklilər dəstəsinin ördəkburunlar fəsiləsinə aid yeganə növ. Bədəninin uzunluğu 30-45 sm, quyruğu 10-15 sm, kütləsi 0,5-2 kq-dır. Üst tərəfdən qonur, alt tərəfi bozumtul sıx xəzlə örtülüdür. Başı uzun yastı dimdiyə oxşayır, üzəri çılpaq yumşaq dəri ilə örtülüdür. Barmaqlarında caynaq və üzmə pərdəsi var. Dişləri yoxdur. Şərqi Avstraliyada və Tasmaniyada su sahillərində yayılmışdır. 10 m-dək dərinlikdə qazdığı yeraltı yuvada gizlənir. 1-2 yumurta qoyur.
Triton (Neptunun peyki)
Triton və ya Neptun I — Günəş sistemində yerləşən Neptun planetinin ən böyük təbii peyki. == Kəşfi == 1846-cı ildə astronom Uilyam Lassel yeni kəşf edilmiş Neptun planetini öyrənirdi. Neptunun halqaları olduğu haqqında fərziyyələri sübut etməyə çalışarkən daha maraqlı bir şey kəşf etmişdir. Neptunun bir peyki vardı. Neptunun Yohan Qatfird Qalle tərəfindən kəşf edilməsindən cəmi 17 gün sonra — 10 oktyabr 1846-cı ildə Lassel Neptunun peykini kəşf etmişdir. == Adı == Triton adını Roma mifologiyasında Neptunun oğlu və dəniz tanrısı Tritondan götürmüşdür. Bu ad ilk dəfə 1880-ci ildə Kamill Flammarion tərəfindən təklif edilmişdir. == Xarakteristikası == Triton peyki Neptunun 14 peyki arasında ən böyüyü və ilk kəşf olunanıdır. Günəş sistemində isə ən böyük 7-ci təbii peykdir. Uranın üç xarici peyki və Yupiter-Saturn planetlərinin xarici peyklərinin böyük qismində olduğu kimi Triton peyki tərs orbitə sahibdir.
Triton (ziyankar proqram)
Triton ilk dəfə 2017-ci ildə Səudiyyə Ərəbistanının neft-kimya zavodunda aşkar edilmiş zərərli proqramdır. O, təhlükəsizlik alətləri ilə təchiz edilmiş sistemləri sıradan çıxara bilər ki, bu da zavodun fəlakətinə səbəb ola bilər. O, "dünyanın ən öldürücü zərərli proqramı" adlandırılıb. 2017-ci ilin dekabrında Səudiyyə Ərəbistanında olduğu güman edilən naməlum elektrik stansiyasının təhlükəsizlik sistemlərinin Schneider Electric SE tərəfindən istehsal edilən Triconex sənaye təhlükəsizliyi texnologiyasının dövlət tərəfindən dəstəklənən hücum olduğu güman edilən hücumda hədəfə alındığı bildirildi. Kompüter təhlükəsizliyi şirkəti Symantec iddia etdi ki, "Triton" kimi tanınan zərərli proqram Microsoft Windows əməliyyat sistemi ilə işləyən kompüterlərdəki boşluqdan istifadə edib. 2018-ci ildə kibertəhlükəsizliyi araşdıran FireEye şirkəti, zərərli proqramın çox güman ki, Rusiyadakı tədqiqat qurumu olan Mərkəzi Elmi Tədqiqat Kimya və Mexanika İnstitutundan (CNIIHM) gəldiyini bildirdi.
Riot Games
Riot Games — mərkəzi Los-Ancelesdə yerləşən videooyun istehsalçısı. Şirkət oyunların yayımı və esports turnirlərinin təşkili ilə də məşğuldur. 2006-cı ildə Brandon Beck və Marc Merrill tərəfindən təsis edilmişdir. "Riot Games"in istehsal etdiyi nüfuzlu oyunlar "League of Legends" və "Valorant"dır. == Tarixi == "Riot Games" 2006-cı ildə təşəbbüskar oyunçular Brandon Beck və Marc "Tryndamere" Merrill tərəfindən oyun şirkəti olmaq məqsədi ilə yaradılmışdır. Şirkət bu məqsədlə ilk məhsulu kimi 2009-cu ilin oktyabrında "League of Legends" oyununu istifadəyə vermişdir. 1 may 2012-ci ildə şirkət 5 milyon dollar mükafatlı Mövsüm 2 Çempionatını (Season 2 Championship) eSports turniniri elan etmişdir. Onların diqqətəlayiq təcrübəli işçiləri mövcuddur. "Warcraft 3 Defense of Ancients" (digər adı ilə Dota) keçmiş işçilərindən olan Stiv "Guinsoo" Feak, Defense of Ancients oyununun fansaytının qurucusu Stiv "Pendragon" Mescon, həmçinin də şirkətin işçi komandasının tərkibində Tom Cadwell də daxil olmaqla onlarla Blizzard heyətinin işçiləri mövcuddur.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
W-Trio
W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 1999–2006-ci illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdır. "W-Trio"nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər. == Qrupun üzvləri == === Röya Ayxan === Qrupu ilk tərk etmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Artistidir.
Ahmedowsky Trio
Ahmedowsky Trio — Azərbaycan caz musiqi qrupu. == Bioqrafiya == 2016-cı ildə Babək Əhmədov (Ahmedowsky) tərəfindən qurulub. Qrupun musiqi üslubu əsasən caz, neo-funk, caz-muğam və ya asid caz kimi təsvir edilir. Qrup Azərbaycandakı Hard Rock Cafe kimi yerli səhnələrdən əlavə, Gürcüstanda One Caucasus Festival, Türkiyədə İstanbul Caz Festivalında və başqa xarici ölkələrdə konsertlərlə çıxış edib. Qrupun ilk albomu "Sketches of Vagif" 20 dəqiqəlik olub Vaqif Mustafazadənin yaradıcılığına həsr edilmişdi. Qrup daha sonra 2018-ci ildə Caspian Broadcasting və 2024-cü ildə Yollar adlı albomlar yayımlayıb.
Sensu stricto və sensu lato
Sensu stricto ("dar mənada") və sensu lato (geniş mənada) — taksonun nəzərdə tutulan ranqının dəqiqləşdirilməsi üçün onun adına əlavə edilən latınca ifadə.
Il Volo (trio)
Il Volo — iki tenor Pyero Barone və İnyatsio Bosketto və bariton Canluka Cinobledən ibarət İtalyan operatik pop triosu. Onlar özlərinin ifa etdikləri musiqi janrını "popera" olaraq tərif edirlər. Trio 2015-ci ildə İtaliyanın məşhur Sanremo musiqi festivalında qalib gəlmiş və İtaliyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Onlar müsabiqədə ilk üçlükdə yer almışdırlar. Onlar yeddi studiya albomu buraxdılar. Ən son albom "Il Volo Sings Morricone" adlı Ennio Morricone-ə həsr olunmuş xatirə albomudur. == Yaranma tarixçəsi == === Başlanğıc (Ti lascio una canzone) (2009–2010) === 2009-cu ildə Pyero Barone, İnyatsio Bosketto və Canluka Cinoble Sanremoda keçirilən İtaliyanın "Ti lascio una canzone" adlı musiqi yarışmasında iştirak edən yeniyətmələr sırasında idilər. Yarışmanın ilkin mərhələlərində onlar solo ifaçılar olaraq çıxış edirdilər. Canluka Cinoble yarışmanın ilk mərhələsində Andrea Boçellinin "Il mare calmo della sera" mahnısını ifa edərək qalib gəlmişdir. Yarışmanın direktoru Roberto Kençi onları bir araya gətirib, Üç tenora (Plaçido Dominqo, Xose Karreras və Luçano Pavarotti) bənzər yeni bir trio yaratmağı düşünürdü.