Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
W-Trio
W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 1999–2006-ci illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdır. "W-Trio"nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər. == Qrupun üzvləri == === Röya Ayxan === Qrupu ilk tərk etmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Artistidir.
Il Volo (trio)
Il Volo — iki tenor Pyero Barone və İnyatsio Bosketto və bariton Canluka Cinobledən ibarət İtalyan operatik pop triosu. Onlar özlərinin ifa etdikləri musiqi janrını "popera" olaraq tərif edirlər. Trio 2015-ci ildə İtaliyanın məşhur Sanremo musiqi festivalında qalib gəlmiş və İtaliyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Onlar müsabiqədə ilk üçlükdə yer almışdırlar. Onlar yeddi studiya albomu buraxdılar. Ən son albom "Il Volo Sings Morricone" adlı Ennio Morricone-ə həsr olunmuş xatirə albomudur. == Yaranma tarixçəsi == === Başlanğıc (Ti lascio una canzone) (2009–2010) === 2009-cu ildə Pyero Barone, İnyatsio Bosketto və Canluka Cinoble Sanremoda keçirilən İtaliyanın "Ti lascio una canzone" adlı musiqi yarışmasında iştirak edən yeniyətmələr sırasında idilər. Yarışmanın ilkin mərhələlərində onlar solo ifaçılar olaraq çıxış edirdilər. Canluka Cinoble yarışmanın ilk mərhələsində Andrea Boçellinin "Il mare calmo della sera" mahnısını ifa edərək qalib gəlmişdir. Yarışmanın direktoru Roberto Kençi onları bir araya gətirib, Üç tenora (Plaçido Dominqo, Xose Karreras və Luçano Pavarotti) bənzər yeni bir trio yaratmağı düşünürdü.
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
Arc de Triomphe
Zəfər tağı (fr. Arc de triomphe de l'Étoile) — Fransanın paytaxtı Parisdə yerləşən tarixi abidə. Şarl de Qoll meydanının (və ya Etual meydanı) ortasında, Yelisey çöllərinin qərbində yerləşir. Uzunluğu 44,82, eni 22, hündürlüyü 49,54 metrdir. Tağ iki — şərq və qərb fasadlarından ibarətdir. Qövs şəkilli yuxarı hissəsində (bilavasitə damının altında) üzərində Napoleon Bonapartın zəfər yürüşlərinin adları həkk olunmuş otuz qalxan yerləşir. Qalxanlardan bir qədər aşağıda memarlar Fransua Rüd, Brun, Jorj Jake, Lait, Lui-Denis Kayluet və Bernar Syurra məxsus şərq fasadının üzərində fransız qoşunlarının yürüş səhnələri, qərb fasadında isə fransız qoşunlarının yürüşlərdən dönüş səhnələrinə aid dairəvi miniatür heykəl ansamblı yerləşir. Şərq fasadının sol tərəfində aşağıda Napoleonun zəfərinə, 1810-cu il sülhünə, yuxarıda 1759-cu ildə türk qoşunları üzərindəki qələbəyə — Əbukir döyüşünə, sol tərəfdə aşağıda Marselyeza və 1792-ci il könüllülərinə, yuxarıda 1795-ci ildə Avstriya ilə müharibənin qalibi general Marsonun ölümünə, sağ yan tərəfinin yuxarısında Austerlis döyüşünə həsr olunmuş barelyeflər yerləşmişdir. Tağın yan tərəfindəki girişlərinin divarlarında İmperator ordusunun zabitlərinin adları həkk olunmuşdur. Tağın üst platformasından Yelisey çöllərinin üzərindən Parisin Defens rayonunadək şəhərin panoramasını seyr etmək mümkündür.
Azərbaycan Dövlət Fortepiano Triosu
Azərbaycan Dövlət Fortepiano Triosu Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fortepiano Triosunun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərlərilə zəngindir. == Fortepiano triosunun iştirakçıları == Töhfə Babayeva – skripka-Bakı Musiqi Akademiyasının dosenti, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Musiqiçilərin Respublika müsabiqəsinin laureatı, Azərbaycan Respublikasının Əməkdar artistidir. Səbinə İbrahimova (violonçel) – Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Bakı Musiqi Akademiyasının müəllimidir. Nərgiz Əliyarova (fortepiano) – Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq namizədidir. Musiqiçilərin II Respublika müsabiqəsinin laureatıdır.
Elza Triole
Elza Triole(Elza Yuryevna Kaqan, 12 (24) sentyabr 1896, Moskva – 16 iyun 1970[…]) — Rus əsilli fransız yazıçısı.
Hibiscus trionum
Üçlü hibiskus (lat. Hibiscus trionum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Sinonimləri == Hibiscus africanus Mill. Hibiscus dissectus Wall. [Invalid] Hibiscus hispidus Mill. Hibiscus trionum var. cordifolius DC. Hibiscus vesicarius Cav. Ketmia trionum (L.) Scop. Trionum annuum Medik.
Hibiscus trionum var. cordifolius
Üçlü hibiskus (lat. Hibiscus trionum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Sinonimləri == Hibiscus africanus Mill. Hibiscus dissectus Wall. [Invalid] Hibiscus hispidus Mill. Hibiscus trionum var. cordifolius DC. Hibiscus vesicarius Cav. Ketmia trionum (L.) Scop. Trionum annuum Medik.
Ketmia trionum
Üçlü hibiskus (lat. Hibiscus trionum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Sinonimləri == Hibiscus africanus Mill. Hibiscus dissectus Wall. [Invalid] Hibiscus hispidus Mill. Hibiscus trionum var. cordifolius DC. Hibiscus vesicarius Cav. Ketmia trionum (L.) Scop. Trionum annuum Medik.
Linaria triornithophora
Linaria triornithophora (lat. Linaria triornithophora) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü.
Senecio triodon
Senecio triodon (lat. Senecio triodon) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Senecio triodontiphyllus
Senecio triodontiphyllus (lat. Senecio triodontiphyllus) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Trioncinia
Trioncinia (lat. Trioncinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Trioncinia retroflexa (F.Muell.) VeldkampSinonimGlossogyne retroflexa F.Muell.
Trioncinia retroflexa
Trioncinia (lat. Trioncinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Trioncinia retroflexa (F.Muell.) VeldkampSinonimGlossogyne retroflexa F.Muell.
Trionum annuum
Üçlü hibiskus (lat. Hibiscus trionum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Sinonimləri == Hibiscus africanus Mill. Hibiscus dissectus Wall. [Invalid] Hibiscus hispidus Mill. Hibiscus trionum var. cordifolius DC. Hibiscus vesicarius Cav. Ketmia trionum (L.) Scop. Trionum annuum Medik.
Triozidlər
Triozidlər fəsiləsi-(lat. Triozidae) Buğumayaqlılar tipinin Bərabərqanadlılar dəstəsinə aid olan fəsilə. == Xarici quruluşu == Aydın ayrılmış başı, çox üfürülməmiş, dartılmış ortadöşü olan qamətli cücülərdir. Qabaq qanadları zarlı olub, adətən naxışsız az-çox dərəcədə qabarıq kostal kənarlıdır. Zirvəyə doğru getdikcə tədricən küncvari daralır. Pterostiqması yoxdur. Üç əsas damar öz başlanğıcını qanadın kökündəki eyni nöqtədən götürür. Arxa baldırlarının başında 3 və ya 4 (1+2+1) sıçrayış tikanları vardır, pəncələrində sıçrayış tikanları yoxdur. == Həyat tərzi == Geniş yayılaraq, hündür dağlara qalxırlar. Trofik cəhətdən həm ot, həm də ağac bitkiləri ilə əlaqədardır.
Trim
Trim və ya tənzimləmə flanşı (fletneri) — Hündürlük sükanı, qanadcıq və ya istiqamət rulu kimi daha böyük idarəetmə səthlərinə quraşdırılmış və pilot tərəfindən idarə olunan ikinci dərəcəli nəzarət səthləridir. Trim səthlər pilot tərəfindən bağlandığı səthlə bucaq ilə düzəldilir və təyyarənin istənilən vəziyyətdə çox güc sərf olunmadan uçmasına kömək edir. Azərbaycan aviasiyasında, trim, servo və balans tab kimi bütün ikinci idarəetmə səthlərinə fletner deyilir. Demək olar ki, bütün təyyarələrdə hündürlük sükanı trimi, çox mühərrikli təyyarələrdə istiqamət sükanı trimi, qabaqcıl təyyarələrdə də bundan əlavə qanadcıq trimi vardır. Hündürlük sükanı əvəzinə hamısı hərəkət edən monolitik üfüqi sabitləyici (stabilizator) olan təyyarələrdə hündürlük trim idarəsi bütün stabilizatoru hərəkət etdirir. == İş prinsipi == Trimin iş prinsipi əlavə olunduğu əsas nəzarət səthinə çox bənzəyir. Trim tənzimlənməsi pilot tərəfindən dairə və ya düymə şəklindəki nəzarətedici dəqiq şəkildə istifadə edilərək həyata keçirdilir. Tənzimləyicilərin məqsədi uçuş zamanı uçuş idarəetmə orqanlarındakı yükü götürərək pilot tərəfindən təyyarənin idarə edilməsini asanlaşdırmaq və uçuş təhlükəsizliyini artırmaqdır. Trim hər hansı bir nəzarət səthinin ox (qarmaq) xəttindəki fırlanma anını sıfıra endirmək üçün istifadə olunur. Bu, pilotun istənilən uçuşa nəzarət sisteminə davamlı güc tətbiq etmək ehtiyacını aradan qaldırır.
Trir
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. == Qardaşlaşmış şəhərlər == Qloster, Böyük Britaniya; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Trir kürfürstlüyü
Trir kürfürstlüyü (alm. Kurfürstentum Trier‎ və ya alm. Kurtrier‎; fr. Électorat de Trèves) IX əsrin sonundan XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-yepiskopluğu idi. Bu kürfürstlük avtomatik Trir yeparxiyasının arxiyepiskopuna verilirdi. İmperiyada Trir kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Köln kürfürstlüyü. Kürfürstlərin paytaxtı Trir idi; XVI əsrdən etibarən isə kürfürstün əsas iqamətgahı Koblensdə idi. 1803-cü ildə alman vasitəçiliyi zamanı kürfürstlük dünyəviləşdirildi. Trir kürfürstü arxiyepiskop kimi ərazisi kürfürstlüyə uyğun gəlməyən Trir yeparxiyasını da idarə edirdi.
Oliver Tri
Oliver Tri Nikell (29 iyun 1993, Santa-Kruz[d], Kaliforniya) — ABŞ müğənnisi. Tri "When I'm Down" mahnısının populyarlıq qazanmasından sonra, 2017-ci ildə Atlantic Records ilə müqavilə bağladı və 2020-ci ildə ilk studiya albomu "Ugly Is Beautiful"u buraxdı. Onun uğuru "Life Goes On" və "Miss You" mahnıları ilə daha da artdı. Onun ikinci studiya albomu "Cowboy Tears" 18 fevral 2022-ci ildə işıq üzü gördü. == Həyatı == Oliver Tri Nikell 29 iyun 1993-cü ildə Kaliforniya ştatının Santa-Kruz şəhərində anadan olub. O deyir ki, "üç yaşında piano dərsləri alıb, növbəti il mahnı yazmağa başlayıb və altı yaşında albom yaradıb".Tri San-Fransisko Dövlət Universitetində iki il biznes ixtisası üzrə təhsil alıb.
Rio-Kuarto
Río Cuarto — Argentina şəhəri. Ərazisi 64,25 km².
Rio-Qrande
Rio Qrande (film, 1950)
Rio Ferdinand
Rio Qevin Ferdinand (7 noyabr 1978[…], Kamberuell[d], Böyük London) hazırda BT Sport televiziya kanalında fəaliyyət göstərən keçmiş ingilis futbolçudur. == Karyerası == O, daha çox Mançester Yunayted klubundakı çıxışı ilə tanınmışdır. Müdafiəçi mövqeyində çıxış edən Ferdinand İngiltərə milli yığmasının heyətində üç dəfə (2002, 2006, 2010-cı illərdə) Dünya Çempionatlarında iştirak edib. O, İngiltərədə dəfələrlə fərqli mükafatlara layiq görülüb.Ferdinand İngiltərə Premyer Liqasında ilk oyununa Vest Hem Yunayted klubunun heyətində 1996-cı ildə, hələ 18 yaşı olarkən çıxmışdır. O, sonradan öz inamlı oyunu ilə azarkeşlərin sevimlisinə çevrilmiş və Vest Hem klubunda ilin ən yaxşı futbolçusu mükafatına layiq görülmüşdür. Ferdinand milli yığmanın heyətində ilk oyununu isə 1997-ci ildə Kamerun millisinə qarşı keçirmiş və beləliklə, İngiltərə milli komandasının heyətində ilk oyununa çıxan ən gənc müdafiəçi kimi tarixə düşmüşdür. Onun futbol karyerasındakı uğurları Lids Yunayted klubunu cəzb etmiş və bu da Ferdinandın o dövrdə Lids klubu üçün rekord məbləğə-18 milyon funt-sterlinq qarşılığında transfer olunmasına gətirib çıxarmışdır. Ferdinand iki ilini bu klubda keçirdikdən sonra 2001-ci ildə klubun yeni kapitanı vəzifəsinə yüksəlmişdir. O, 2002-ci ilin iyulunda yenə rekord məbləğ olan 30 milyon funt-sterlinq qarşılığında Mançester Yunaytedə transfer olmuşdur. Klubda keçirdiyi ilk sezondaca Premyer Liqa çempionu olmuşdur.
Rio Grande
Rio Grande , Rio-Qrandi-du-Sul-da yerləşən Braziliya bələdiyyəsi. 2020-ci il siyahıyaalınmasına görə əhalinin sayı 211.965 nəfər idi.
Rio Mau
Riu-Mau (liman. Rio Mau) — Portuqaliyada rayon (freqeziya). Porto dairəsinə daxil olur. Penafiel bələdiyyəsinin tərkib hissəsidir. Köhnə inzibati bölgü üzrə Doru-Litoral əyalətinə daxil olurdu. Şimal regionuna daxil olan Tameqanın iqtisadi-statistik subregionuna daxil olur, Əhalisi 1485 nəfərdir (2001). Sahəsi 5,64 km²-dır. == Tarixi == Rayon 1984-ci ildə qurulub.
Rio karnavalı
Rio karnavalı — Braziliyada hər il təşkil olunan əyləncəli tədbir. == Tarixi == Dünyada ən böyük küçə şənliyidir.
Trik-il-Visqa
Trik-il-Visqa (malta Torri ta' Triq il-Wiesgħa) — Maltanın Zabbar şəhəri yaxınlığında iki mərtəbəli gözətçi qülləsidir. 1659-cu ildə tikilmişdir. Bu, De Redinin qüllələri arasında doqquzuncu qüllədir. 20-ci əsrdə qüllə əhəmiyyətli dərəcədə zədələndi, lakin 2008–2009-cu illərdə aparılan bərpa sayəsində indi yaxşı vəziyyətdədir. == Tarixi == Qüllə 1659-cu ildə Maltanın cənub-şərq sahilində, Böyük Limanın yaxınlığında tikilmişdir. "Trik-il-Visqa" adı "Geniş küçə" deməkdir, bu ad qüllənin qorumalı olduğu geniş sahil xəttinə görə verilmişdir. Trik il Visqa qülləsi Santa Mariya delle Graziye (qərbdə) və Çonkor (şərqdə) qüllələri arasında yerləşirdi, lakin bu iki qüllə Britaniya hərbçiləri tərəfindən söküldükdən sonra artıq mövcud deyil. İkinci Dünya Müharibəsi zamanı qüllənin yaxınlığında uzunmüddətli atəş nöqtələri yerləşirdi.
Beyra-Rio stadionu
Beyra-Rio stadionu (port. Estádio José Pinheiro Borda) — Braziliyanın Porto Aleqre şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 50,128 nəfərdir. "İnternasional" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 6 aprel 1969-cu ildə olmuşdur. == Beynəlxalq matçlar == Bu stadionda bir sıra beynəlxalq futbol matçları keçirilmişdir.
Koriya-del-Rio
Koriya-del-Rio (isp. Coria del Río) – Sevilya şəhərinin yaxınlığında, Kvadalkvivir çayının sahilində yerləşən bələdiyyə. XVII əsrin əvvəllərində Senday daymyosu Date Masamune Hasekura Tsunenaqanın başçılığı altında Avropaya nümayəndəlik göndərmişdir. Daha sonra 6 samuray Koriya-del-Rioda qalmağa qərar vermişdir. 2003-cü ilin məlumatına görə Koriya əhalisinin 650 nəfəri (24.000 nəfərdən) "Hasekura de Japón" soyadını daşıyır və bu, onların İspaniyaya gələn ilk yaponların törəmələri olduqlarını göstərir. Soyad ilk dəfə bir rəsmi sənəddə 1646-cı ildə peyda olmuşdur. Yaşayış məntəqəsində bəzi uşaqlar asiyalılarda müşahidə olunan əlamətlərlə doğulurlar.1992-ci ildə Yaponiya hökuməti tərəfindən Koriya-del-Rioda Hasekura Tsunenaqanın heykəli ucaldılmışdır. "Koriya" FK bələdiyyəni təmsil edən yerli futbol klubudur.
Lola Del Rio
Lola Del Rio — Rockstar Games tərəfindən hazırlanan Grand Theft Auto IV seriyasının reklam üzüdür. Liberty (Nyu-York) şəhərində keçən açıq dünya, aksion-macəra oyununda birçox insanın maraqla axtardığı Lolayı hələdə heç kim tapa bilməyib. Lola bir fahişədir və siz onun adını LCPD(Liberty City Police Department) bazasında görə bilərsiniz. O, ilk dəfə əxlaqsızlığa Star Junction küçəsində başlayıb daha sonra isə fərqli bölgələrdə bu işi davam etdirdiyi düşünülür. Lola demək olarki həmişə qırmızı lollipop əmzikli halda görülüb. Polis bazasında belə Lolanın haqqında çox az məlumat var. Oyundakı bəzi qəzetlər Lola Del Rionu tapan şəxsə mükafat verəcəklərini bəyan ediblər. GTA IV oyununun orijinal versiyasında Lolanı hələdə sübut etmək mümkün olmayıb. Hətta birçox form və fan səhifələrdə Lolanı axtarma təşkilatı belə qurulub. Beləliklə lolipop qız Liberty şəhərinin küçələrində hələdə kəşf edilməyi gözləyir.
Rio-Antirio körpüsü
Rio-Antirio körpüsü (yun. Γέφυρα Ρίου-Αντιρρίου) – Yunanıstanın Rio və Antirio şəhərlərini birləşdirən, 2880 metr uzunluğunda körpü. Körpü rəsmi olaraq Yunanıstanın keçmiş baş naziri Xarilaos Trikupisin (yun. Χαρίλαος Τρικούπης) adını daşıyır. 19-cu əsrdə yaşamış Xarilaos Trikupis Rio və Antirio şəhərləri arasında körpünün tikilməsini təklif edən ilk şəxsdir. Layihənin ümumi dəyəri 630 milyon avro təşkil eləmişdir. Körpünün tikilməsinin 10%-ni özəl şirkətlər, 45%-ni Yunanıstan dövləti, 45%-ni də Avropa İttifaqı maliyyələşdirmişdir. 19 iyul, 1998-ci ildə Yunanıstan baş naziri Kostas Simitisin və Yunanıstan prezidenti Kostis Stefanopulos iştirakı ilə Rio – Antirio körpüsünün təməli atıldı. 2004-cü il avqustun 12-də, layihə müddətindən 4 ay tez, eyni zamanda 2004 Yay Olimpiya Oyunları açılış ərəfəsində körpü tamamlandı.
Rio-de-Janeyro
Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliyanın ikinci böyük şəhəri. O həm də eyni adlı əyalətin paytaxtıdır. Ölkənin cənub şərqində Quanabara buxtasında yerləşir. Adı portuqal dilində "Yanvar çayı" deməkdir, çünki 1502-ci ildə Kaspar de Lemos buxtanı kəşf edərək onu böyük çayın ağzı kimi qəbul edir. Şəhərin admnistraiv ərazisində 6,1 milyon əhali yaşayır. Metropol regionu isə 11,6 milyon əhaliyə malikdir (2007). Rio de Janeiro 1763-ci ildən 1960-ə qədər Braziliyanın paytaxtı olub və sonra yerini Braziliyə şəhərinə verir. San Paulo şəhərindən sonra əsas ticarət və maliyyə mərkəzi olaraq qalır. Şəhərin əhalisi Tupi-Guarani-yə aid olan Tupinamba dilində Kariokasç yəni "Ağ kişinin odası" adlanırlar.
Rio Qrande Respublikası
Rio Qrande Respublikası (Ispanca: República del Río Grande) Mərkəziyyətçi Meksika hökumətinə qarşı olan üsyançıların şimali Meksikada yaratmaq istədikləri müstəqil bir dövlət idi. Rio Qrande Respublikası yalnız Texas İstiqlal müharibəsi, Zakatekas Respublikası və Yukatan Respublikası da daxil olmaqla Santa Anna hökuməti altında bir sıra Meksika müstəqillik hərəkatları, idi. üsyan 1840-cı ilin yanvarın 17-sindən noyabrın 6-sına qədər dəvam etdi. == Zəmin == On illərlə davam edən fitnədən sonra, Meksika 1821-ci ildə İspaniya Krallığından müstəqilliyini qazandı. Monarxiyanı müvəffəqiyyətsiz bir cəhddən sonra Meksika, yeni bir konstitusiya olan 1821 Konstitusiyasını qəbul etdi. Bu yeni konstitusiya federal bir respublika olaraq Estados Unidos Mexicanos ya da "Birləşmiş Meksika Ştatları"nı qurdu. Müstəqillik müharibəsi müddətində bir çox üsyançı Koahuila və Nuevo León'a sürüldü və bu inqilabçı zehniyyət xalqın ürəklərini və zehinlərini qazandı. 1833-cü ildə General Antonio López de Santa Anna, prezident olaraq ilk vəzifəyə seçildi və seçki zamanı federal respublikaya dəstək verdi. Ancaq bəzi hökumət üzvləri Santa Anna siyasi müttəfiqlərinə əsəbləşdirdiqdən sonra Santa Anna mərkəzi bir hökumətə başlamağa qərar verdi. Santa Anna konstitusiyanı təxirə almış, Qurultaya paylamış və özünü Meksikadakı iqtidar mərkəzi halına gətirmişdir.
Rio de Janeiro
Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliyanın ikinci böyük şəhəri. O həm də eyni adlı əyalətin paytaxtıdır. Ölkənin cənub şərqində Quanabara buxtasında yerləşir. Adı portuqal dilində "Yanvar çayı" deməkdir, çünki 1502-ci ildə Kaspar de Lemos buxtanı kəşf edərək onu böyük çayın ağzı kimi qəbul edir. Şəhərin admnistraiv ərazisində 6,1 milyon əhali yaşayır. Metropol regionu isə 11,6 milyon əhaliyə malikdir (2007). Rio de Janeiro 1763-ci ildən 1960-ə qədər Braziliyanın paytaxtı olub və sonra yerini Braziliyə şəhərinə verir. San Paulo şəhərindən sonra əsas ticarət və maliyyə mərkəzi olaraq qalır. Şəhərin əhalisi Tupi-Guarani-yə aid olan Tupinamba dilində Kariokasç yəni "Ağ kişinin odası" adlanırlar.
Rio de Janeyro
Rio-de-Janeyro (port. Rio de Janeiro) — Braziliyanın ikinci böyük şəhəri. O həm də eyni adlı əyalətin paytaxtıdır. Ölkənin cənub şərqində Quanabara buxtasında yerləşir. Adı portuqal dilində "Yanvar çayı" deməkdir, çünki 1502-ci ildə Kaspar de Lemos buxtanı kəşf edərək onu böyük çayın ağzı kimi qəbul edir. Şəhərin admnistraiv ərazisində 6,1 milyon əhali yaşayır. Metropol regionu isə 11,6 milyon əhaliyə malikdir (2007). Rio de Janeiro 1763-ci ildən 1960-ə qədər Braziliyanın paytaxtı olub və sonra yerini Braziliyə şəhərinə verir. San Paulo şəhərindən sonra əsas ticarət və maliyyə mərkəzi olaraq qalır. Şəhərin əhalisi Tupi-Guarani-yə aid olan Tupinamba dilində Kariokasç yəni "Ağ kişinin odası" adlanırlar.
Rio dos Sedros
Rio dos Sedros (port. Rio dos Cedros) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 9159 nəfərdir. Ərazisi 555,654 кm²-dir. Əhalinin sıxlığı 16,5 nəfər/кm²-dir. Bələdiyyə 19 dekabr 1961-ci ildə yaradılmışdır.
Tri Klyuça (Şaran)
Tri Klyuça (başq. Три Ключа, rus. Три Ключа) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Miçurinsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 31 km, kənd sovetliyindən (Miçurinsk): 13 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 73 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (85%) üstünlük təşkil edir.
TRIZ
TRİZ və ya TRIZ (rus. теория решения изобретательских задач, teoriya resheniya izobretatelskikh zadatch, eynən:"İxtiraçılıq probleminin həlli nəzəriyyəsi") "qlobal patent ədəbiyyatında ixtira nümunələrinin öyrənilməsi nəticəsində yaranan problem həll etmə, təhlil və proqnozlaşdırma vasitəsi"dir. TRİZ texnikası, 1946-cı ildən başlayaraq rus ixtiraçısı və elmi-fantastik müəllif Genrix Altşuller (1926–1998) və həmkarları tərəfindən hazırlanmışdır.
Ajio
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif QasımovArif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı.Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru. Arif Təbrizi — Azərbaycan şairi.
Asio
Qulaqlı bayquş (lat. Asio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Brior
Brior (fr. Briord) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lyui kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01064. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 893 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 587 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 457 nəfər İqtisadi cəhətdən fəal, 130 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77.9%, 1999-cu ildə 74.9%). 457 fəal sakindən 411 nəfər (221 kişi və 190 qadın) işləyir, 46 nəfər işsizdir (17 kişi və 29 qadın). 130 hərəkətsiz 36 nəfər arasında şagird və ya tələbə, 40 nəfər təqaüdçü, 54 digər səbəblərə görə hərəkətsizdir.
Brioş
Brioş - keksə bənzəyən yüngül, şirin fransız çörəyi. Yüksək miqdarda yumurta və kərə yağı ehtiva edir. İstehsalı mayalama və gözlətmə əməliyyatları təxminən 1.5 gün çəkir.
Briq
Briq (ing. brig) — ikidorlu yelkənli gəmi. Fok, qrot dorlarda düzbucaqlı və yalnız bir çarpaz yelkənlərə malikdir. Briq gəmilərində bizan dorağacı və ona müvafiq yelkənlər olmur.
Brno
Brno (çex dili: Brno, almanca: Brünn) — Çex Respublikasının ikinci böyük şəhəri. Svitava və Svratka çaylarının birləşdiyi yerdə yerləşir. Cənubi Moraviya diyarının inzibati mərkəzi, keçmiş Böyük Moraviya dövlətinin paytaxtı olub. == Tarix == Brno şəhərinin adı ilk dəfə XI əsrdə rast gəlinir. Şəhərin adının yaranması ilə başğlı bir neçə mülahizə vardır. Birincisinə görə "Brno" sözü - "brniti" - müdafiə, ikinci mənbəyə görə - "təpə", üçüncü mənbəyə görə isə - bu dəyişdirilmiş kelt sözüdür ("Eburodunon" sözündən). 1243-cü ildə Brno azad şəhər statusunu aldı, XIII əsrdə isə Morav krallığının mərkəzi oldu. 1454-cü ildə kral Ladislav Poqrobek şəhərdə yaşayan bütün yəhudiləri qovur. Habsburqlar sülaləsinin Çexiyada hökmdarlığı zamanı, Brno bütün Moraviyanın mədəniyyət mərkəzi hesab edilirdi. Otuz illik müharibə zamanı şəhər iki dəfə İsveç ordusu tərəfindən işğal edilir.
Driop
Driop və ya Driops (q.yun. Δρύοψ; mənası – "palıdabənzər") — yunan mifologiyasında personaj. O, bir versiyaya görə, Sperxi və Polorin oğludur. Başqa bir versiyaya görə, Driop Apollon ilə Dianın oğludur. Bir versiyada onun Heraklın sevimlisi olduğu bildirilir.Driop Eta vilayətində hökmranlıq etmişdir. O, Driopanın atasıdır. Driop Parnas yaxınlığında yaşayan driopların əcdadı. Driopun ziyarətgahı Asində yerləşirdi.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər - qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901-1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü . 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü . 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi , yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
Bliö
Bliö (fr. Blieux, oks. Blieus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04030. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 37 nəfər arasında (15-64 yaş) 22 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 59.5%, 1999-cu ildə 75.7%) idi. Fəal olan 22 nəfərdən 15 nəfər (7 kişi və 8 qadın), 7 nəfər işsizdir (5 kişi və 2 qadın).