Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elza Triole
Elza Triole(Elza Yuryevna Kaqan, 12 (24) sentyabr 1896, Moskva, Rusiya imperiyası – 16 iyun 1970[…]) — Rus əsilli fransız yazıçısı.
Triod
Triod — giriş siqnalının elektrik dövrəsində cərəyanı idarə etməyə imkan verən elektron borudur. Onun üç elektrodu var: termoelektron katod (birbaşa və ya dolayı qızdırılan), anod və bir idarəetmə şəbəkəsi.
Cənubi Tirol
Cənubi Tirol — İtaliyanın Trentino-Cənubi Tirol bölgəsində yerləşən əyalət. İtalyanlar əraziyə Alto Adige ("Yuxarı Adige") də deyirlər. Əyalətin mərkəzi Bozen şəhəridir. Əhalisinin 64%-i Avstriya Bavariyalıları ve ya Tirolyandır, ana dil olaraq alman dilində, 25%-i isə ana dili olaraq italyan dilində danışır. Yerdə qalan əhali isə müxtəlif dillərdə danışır. Regionda əhəmiyyətli dərəcədə muxtar səlahiyyətlər var. Cənubi Tirol, geniş qanunvericilik, icra və maliyyə səlahiyyətləri ilə 2011-ci ildən həm İtaliya, həm də Avropa Birliyinin ən zəngin bölgələrindən biridir. Əyalətin sahəsi 7.399 km²-dir və 116 bələdiyyədən ibarətdir..
Jan Tirol
Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur. Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory) adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır. 1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir.
Vensan Oriol
Vensan Oriol (fr. Vincent Auriol; 27 avqust 1884, Revel, Fransa - 1 yanvar 1966, Paris, Fransa) - 1947-1954-cü illərdə Fransa Respublikasının 16-cı prezidenti.
İrəli, Tirol
İrəli, Tirol (alm. Vorwärts Tirol‎) — Avstriyanın Tirol əyalətində fəaliyyət göstərən siyasi partiya. Əsası 2013-cü il Tirol seçkiləri ərəfəsində Anna, Hosp, Hans Lindenberger və Kristina Oppits-Plörer tərəfindən qoyulmuşdur. Seçkilərdə 9,54% toplayan partiya yerli Landtaqda 4 mandat əldə etmişdir.
Trio Mandili
Trio Mandili — Üç cavan xanımdan: Anna Çinçarauli, Tatiya Mqeladze və Şorena Tsikaraulidən təşkil olunan Gürcüstan musiqi qrupudur. Qrup 2014-cü ildə yaranmışdır. Onların gürcü xalq musiqilərini ifa etdikləri video kliplər vasitəsilə qrup Gürcüstanda məşhur oldu. İnternetdə yerləşdirilən bu videolar dörd milyon şəxs tərəfindən izlənilib.
W-Trio
W-Trio — Bakıda yaradılan, Azərbaycanın qızlardan ibarət pop qrupu. 1999–2006-ci illərdə fəaliyyət göstərmişdir. Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə almışdırlar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdır. "W-Trio"nun eks-kollektivi (Röya Ayxan, Elnarə Xəlilova, Natavan Həbibi) qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib. O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər. Qrupu ilk tərk etmişdir. Hal-hazırda solo fəaliyyətini davam etdirir. Azərbaycan Respublikasının Xalq Artistidir.
Trol ferması
Trol ferması və ya trol fabriki (ing. troll farm or troll factory) siyasi rəyə və qərar qəbul etmə prosesinə müdaxilə etməyə çalışan internet trollarının institutlaşmış qrupudur. Bəzən hökumətlər təbliğat yaymaq və tənqidçilərə hücum etmək üçün klaviatura ordularına mükafatlar, pullu ödənişlər edir. Hesabatalara görə, bu hökumətlər jurnalistləri sıxışdırmaq və mediayaya inamı sarsıtmaq, seçkilərə təsir etmək üçün pullu şərhçilərdən, trollardan və botlardan istifadə edirlər. Troll fermasının üzvləri sosial media və onlayn forumlarda əvvəlcədən müəyyən edilmiş mesajlarlarla, məqalələrlə doldurmaq, şərhlər yazmaq üçün saxta onlayn profillər yaradaraq fəaliyyət göstərən peşəkar qruplardır. Ödənişli əsasda sosial şəbəkələrdə trolluq etməklə məşğul olan şəxslər və ya səhifələr internet mühitində ölkələrə və ya milli, dini, irqi, cinsi və s. azlıqlara qarşı süni şəkildə formalaşdırılmış aqressiv kütlə görüntüsü və effekti yaratmağa çalışan qruplardan biri də hesab etmək olar. Trollar müəyyən bir siyasətçini tərifləmək və ya hökuməti tənqid edən birinə hücum etmək kimi öncədən planlaşdırılmış məqsədləri var. Onlar koordinasiyalı şəkildə işləyir, bir-birinin yazılarını paylaşır, şərh edir və geniş şəkildə paylaşılan viral bir baxış, mövqe illüziyası yaradırlar. Trolların fəaliyyətinə qarşı mübarizə aparılmadığı təqdirdə, onların ictimai rəyə güclü təsir imkanı yaranır.
Ahmedowsky Trio
Ahmedowsky Trio — Azərbaycan caz musiqi qrupu. 2016-cı ildə Babək Əhmədov (Ahmedowsky) tərəfindən qurulub. Qrupun musiqi üslubu əsasən caz, neo-funk, caz-muğam və ya asid caz kimi təsvir edilir. Qrup Azərbaycandakı Hard Rock Cafe kimi yerli səhnələrdən əlavə, Gürcüstanda One Caucasus Festival, Türkiyədə İstanbul Caz Festivalında və başqa xarici ölkələrdə konsertlərlə çıxış edib. Qrupun ilk albomu "Sketches of Vagif" 20 dəqiqəlik olub Vaqif Mustafazadənin yaradıcılığına həsr edilmişdi. Qrup daha sonra 2018-ci ildə Caspian Broadcasting və 2024-cü ildə Yollar adlı albomlar yayımlayıb.
Tirol İnsbruk FK
Tirol (İnsbruk) — Avstriyanın futbol klubu 12 dəfə Avropa kuboklarında iştirak edib.
Il Volo (trio)
Il Volo — iki tenor Pyero Barone və İnyatsio Bosketto və bariton Canluka Cinobledən ibarət İtalyan operatik pop triosu. Onlar özlərinin ifa etdikləri musiqi janrını "popera" olaraq tərif edirlər. Trio 2015-ci ildə İtaliyanın məşhur Sanremo musiqi festivalında qalib gəlmiş və İtaliyanı Avstriyanın paytaxtı Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. Onlar müsabiqədə ilk üçlükdə yer almışdırlar. Onlar yeddi studiya albomu buraxdılar. Ən son albom "Il Volo Sings Morricone" adlı Ennio Morricone-ə həsr olunmuş xatirə albomudur. 2009-cu ildə Pyero Barone, İnyatsio Bosketto və Canluka Cinoble Sanremoda keçirilən İtaliyanın "Ti lascio una canzone" adlı musiqi yarışmasında iştirak edən yeniyətmələr sırasında idilər. Yarışmanın ilkin mərhələlərində onlar solo ifaçılar olaraq çıxış edirdilər. Canluka Cinoble yarışmanın ilk mərhələsində Andrea Boçellinin "Il mare calmo della sera" mahnısını ifa edərək qalib gəlmişdir. Yarışmanın direktoru Roberto Kençi onları bir araya gətirib, Üç tenora (Plaçido Dominqo, Xose Karreras və Luçano Pavarotti) bənzər yeni bir trio yaratmağı düşünürdü.
Ariel
Ariel (Uranın peyki)
Ariola
Ariola (Ariola Records və ya Ariola-Eurodisc) — 1958-ci ildə yaradılan Almaniya səsyazma leyblı. 1980-cı llərdə kompüter proqramları və oyunların yaradılması üçün studiyada "Ariolasoft" adlı filial yaradılmışdı. 1980-cı illərin sonların "Bertelsmann Music Group" kompaniyası, daha sonra "Sony Music Entertainment" kompaniyası tərəfindən alınmışdı. Bu studiya ilə Vaya Con Dios, Modern Talking kimi qruplar və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Driop
Driop və ya Driops (q.yun. Δρύοψ; mənası – "palıdabənzər") — yunan mifologiyasında personaj. O, bir versiyaya görə, Sperxi və Polorin oğludur. Başqa bir versiyaya görə, Driop Apollon ilə Dianın oğludur. Bir versiyada onun Heraklın sevimlisi olduğu bildirilir. Driop Eta vilayətində hökmranlıq etmişdir. O, Driopanın atasıdır. Driop Parnas yaxınlığında yaşayan driopların əcdadı. Driopun ziyarətgahı Asində yerləşirdi.
FRİTL
Fizika-riyaziyyat və informatika təmayüllü lisey (FRİTL) — Bakıda lisey. İstedadlı uşaqların seçilməsi üçün keçmiş Sovet İttifaqında SSRİ Maarif Nazirliyinin qərarı ilə internat məktəblər təşkil edilmişdir. Onların yaradılmasında Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları müsabiqə yolu ilə qəbul etmək, dövlət hesabına yataqxana və yeməkxana ilə təmin etmək, əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçirmək əsas məqsəd kimi qarşıya qoyulmuşdur. 1964-cü ildə 1 nömrəli internat məktəbin bazasında 1 nömrəli Fizika-Riyaziyyat və Kimya-Biologiya təmayüllü internat məktəbi yaradılmışdır. 1969-cu ildə kimya-biologiya bu bazadan ayrılmış, 5 nömrəli kimya-biologiya təmayüllü internat məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır. Bu bazada isə 1 nömrəli Fizika-Riyaziyyat təmayüllü internat məktəbi fəaliyyətini davam etdirmişdir. Nazirlər Kabinetinin 2 noyabr 1991-ci il tarixli 472 nömrəli əmrinə əsasən məktəbin adı dəyişdirilib, Respublika Fizika-Riyaziyyat və İnformatika təmayüllü (internat tipli) lisey adlandırılmışdır və hal hazırda lisey bu adla fəaliyyət göstərir. Hazırda Liseydə 600 şagird təhsil alır. Onlardan 300 nəfəri dövlət hesabına yataqxanada qalır. Təhsil ocağına qəbul 5-ci, 6-ci, 7-ci, 8-ci və 9-cu siniflərdən aparılır.
Oryol
Oryol — Rusiyada şəhər. Official website of Oryol Arxivləşdirilib 2009-01-02 at the Wayback Machine (rus.) Unofficial website of Oryol (rus.) The murder of the Jews of Oryol during World War II, at Yad Vashem website.
Stirol
Stirol (eniletilen, vinilbenzol, etilbenzol) C8H8 — spesifik iyli rəngsiz mayedir. Stirol, demək olar ki, suda həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur, polimerlər üçün yaxşı həlledicidir. İlk dəfə stirol 1831-ci ildə alınmışdır. Ancaq ikinci dünya müharibəsinə qədər stirol və onun polimeri sənayedə tətbiq olunmamışdı.Stirol sənaye miqyasında ilk dəfə Almaniyada 1930-cu ildə alınmışdır. 1933-cü ABŞ -da da ildə stirol istehsalı başlanmış , ancaq sintez olunan polistirol aşağı keyfiyyətə malik idi və daha başa gəlirdi. Ona ancaq toz halında alaraq təziqdə tökmə ücün istifadə edirdilər . Sənayedə stirolu, əsasən (85%-ə qədər), 600-650oC temperaturda, atmosfer təzyiqi altında və qızdırılmış su buxarı əlavə etməklə (3-10 dəfə) etilbenzolun dehidrogenləşməsindən alırlar. Katalizator kimi kalium-karbonat əlavə etməklə dəmir-xrom oksidindən istifadə edilir. Digər sənaye üsulu (qalan 15%-i alırlar) etilbenzolun hidroperoksidindən propilen oksidin alınması prosesində əmələ gələn metilfenilkarbinolun dehidratasiyasından ibarətdir. Etilbenzolun hidroperoksidini etilbenzolun hava ilə qeyri-katalitik oksidləşməsindən alırlar.
Tobol
Tobol (qaz. Тобыл) — Qazaxıstan və Rusiya ərazisindən axan bir çay, İrtış şayının sol və ən gursulu qolu. Çayın uzunluğu 1591 km, hövzəsinin sahəsi isə 426.000 km²-dir. Tobol Bozbie çayının Kokpektisay çayı ilə birləşməsindən meydana gəlir. Cənubi Uralsın şərq hissəsi ilə Turqay ovalığının sərhədində formalaşır. Çayın orta və aşağı axını Qərbi Sibir düzənliyində, dolama axara malik geniş bir vadidədir. Tobol hövzəsində ümumi sahəsi 9000 km² olan 20 minə yaxın göl vardır. Sağ sahil soldan yuxarı qalxır, çünki Tobol yer qabığının dərin bir hisssəsi üzərindən axır və Kurgan senkronioriumu və Tobolo-Ubagan yüksəlişi ilə məhdudlaşır. Qidalanmasının əsasını qar suları təşkil edir, yağış suları aşağı axarda üstünülk təşkil edir. Gursululuq yuxarı axarda aprelin birinci yarısından iyunun ortasına qədər, aşağı hissədə avqustun əvvəlinə qədər davam edir.
Trevol
Trevol (fr. Trévol) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03290. 2008-ci ildə əhalinin sayı 1599 nəfər təşkil edirdi. İllərə görə əhalinin sayı 1962= 777 1968= 812 1975= 1004 1982= 1255 1990= 1405 1999= 1366 2008= 1599 2007-ci ildə 1069 nəfər əmək qabiliyyətli (15-64 yaş arasında) insanlar arasında 802 nəfər iqtisadi cəhətdən fəal, 267 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 75.0%). 802 aktiv şəxsdən 763 nəfər (403 kişi və 360 qadın) işləyir, 39 nəfər işsizdir (17 kişi və 22 qadın). Aktiv olmayan 267 nəfər arasında şagird və ya tələbə, 121 nəfər təqaüdçü, 69 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Tripoli
Tripoli (ərəb. طرابلس الغرب‎ Tərabülüs əl-Qərb; q.yun. Τρίπολις) — Liviyanın paytaxtı. Əhalisi 1 780 000 nəfər (2007). Ölkənin şimal-qərbidə, Aralıq dənizi körfəzlərinin birində yerləşib. Eramızdan əvvəl VII əsrdə finikiyalılar tərəfindən Sirtika vilayətində salınıb. Əvvəl adı Ea olub (lat. Oea). Sarayevo, Bosniya və Herseqovina (1976) Belu-Orizonti, Braziliya, (2003) Belqrad, Serbiya İzmir, Türkiyə Hopkins, Daniel J (1997). Merriam-Webster's Geographical Dictionary (Index).
Triton
Triton (lat. Triturus) — quyruqlular (Caudata) dəstəsindən suda-quruda yaşayanlar cinsi.Tritionların yaz fəslində bel hissələrində dəri tənəffüsünü artıran daraqlar inkişaf edir. Yayda onlar quruya çıxaraq su hövzələrinin yaxınlığında gizli həyat keçirir.
Troll
Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda və bataqlıqlarda yaşayan, insan əti ilə qidalanan məxluq. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Trias
Trias :
Trier
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Trick
Trick — ABŞ musiqiçisi Alex G-nin üçüncü studiya albomu. 5 noyabr 2012-ci ildə buraxılıb. == Trek siyahısı == Bütün mahnılar Alex G tərəfindən yazılmış və bəstələnmişdir.