Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Driver
Drayver (ing. Driver) yaxud sürücü — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM), video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluetoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2–20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Krevet
Krevet (lat. Palaemon) — Əsl krevetlər infradəstəsinə (Palaemonidae) aid krevet cinsi.
Kriket
Kriket (ing. cricket) — 11 nəfərdən ibarət 2 komanda arasında, çubuq və top köməyi ilə, mərkəzində 20 metr (22 yard) uzunluğunda düzbucaqlı bir sahə olan oval bir məkanda oynanan bir komanda oyunudur. Düzbucaqlı sahənin bir ucunda yer alan atıcı vəziyyətindəki komandanın oyunçusu topu, vurucu mövqeyindəki komanda oyunçusunun olduğu digər uca doğru ataraq, vurucunun arxasında olan qala bənzəri qurğuya (wicket) dəydirməyə, vurucu isə gələn bu topun qurğuya dəyməsinə maneə törətmək üçün əlindəki çubuq köməyi ilə topa vurmağa çalışar. Müvəffəqiyyətli bir vuruşun ardından atıcı komanda oyunçuları topu tutmağa çalışarkən, sahədə yer alan vurucu da qarşısındakı qurğuya doğru qaçar. Top, oyun sahəsi xaricinə çıxmadan tutulsa 'ran' adı verilən ədədlərdən 1, oyun sahəsi xaricinə çıxarsa 4, yerə heç dəymədən oyun sahəsi xaricinə çıxarsa 6 xal qazanar və vurucu mövqeyində ikən ən çox ədədə çatmağa çalışar. Atıcı komanda isə topu qurğulardan hər hansı birinə dəydirərək, qarşılanan topu yerə dəymədən tutaraq və ya bəzi müstəsna hallarda vurucuları oyun xaricində qoymağa çalışar. Oyun xaricində qalan oyunçunun yerinə başqa bir oyunçu girərkən, atıcı komanda isə 'over' adı verilən hər altı atışdan bir atıcısını dəyişdirmək məcburiyyətindədir. Beynəlxalq kriket müsabiqələrində istifadə edilən üç əsas format vardır. Twenty20 formatına görə hər iki komanda da 20 over həyata keçirir və ilk 20 over reallaşdırılmasından sonra komandaların rolları dəyişir. 10 vurucunun oyun xaricində qalması vəziyyətində isə 20 over həyata keçirilməsə belə komandaların rolları dəyişir.
Triest
Triest (it. Trieste; sloven. Trst) — İtaliyanın şimal şərqində Friuli-Venesiya-Culiya regionunda eyni adı daşıyan Triest vilayətinin mərkəzi olan bir bələdiyyə, şəhər və limandır. Sloveniya sərhədi yaxınlığında yerləşən Triest Adriatik dənizindəki Triest körfəzinin yaxınlığında yerləşir. Triest, 1867-1918-ci illər aralığında Avstriya-Macarıstan imperatorluğunun sərhədləri daxilində olmuşdur. Avstriya-Macarıstan imperatorluğunun süqutu və Birinci dünya müharibəsindən sonra Triestin İtaliyaya verilməsi, onun iqtisadi və mədəni əhəmiyyətinin azalmasına gətirib çıxardı. Bu gün Triest bir sərhəd şəhəridir. Xalqı qonşu regionların etnik qarışığıdır. Şəhər mərkəzində polyak və italyan dillərində danışılır. İtalyan və sloven dilləri yerli dillər kimi qəbul edilir.
Trikvel
Sikvel (ing. sequel [siːkwəl] — davam) — süjetə görə bir sənət əsərin davamı. == Növləri == === Sikvel === Nümunə: Aleksandr Dümanın «İyirmi il sonra» romanı «Üç muşketor» romanın sikvelıdır. === Trikvel === Trikvel sikvelın sikvelıdır. Nümunə: «Vikont de Brajelon və ya on il sonra» romanı «İyirmi il sonra» romanın sikvelıdır. Deməli, o «Üç muşketor» romanın trikvelıdır. === Kvadrikvel === Seriyanın dördüncü hissəsi adlandırmaq üçün bəzən Kvadrikvel terminı istifadə edilir. === Prikvel === Prikvel (ing. prequel) — orijinal əsərin hadisələrdən əvvəl olmuş hadisələr haqqında danışan, amma orijinal əsərdən sonra çıxan sənət əsəri. Nümunə: «Maqın bacı oğlu» «Narniya Xronikaları» seriyasının, «Harri Potter: Prikvel» isə «Harri Potter» seriyasının prikvelıdılər.
Trizen
Trizen (alm. Triesen‎) – Lixtenşteyn knyazlığında bir əyalət == Ümumi məlumat == 2010-cu ilin məlumatlarına görə əhalinin sayı- 4826 nəfər, sahəsi isə 26,477 km²-dir. Rəsmi kodu 7002, poçt indeksi 9495. == Coğrafi mövqeyi == Trizen şəhəri şimaldan paytaxt Vadus şəhəri ilə, şimal-şərqdən Trizenberq, cənubunda isə Qraubyunden kantonu ilə (İsveçrə), cənub-qərbdən Balçers və qərbdən Sankt-Qallen (İsveçrə) ilə sərhədlənir.
Rivea
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Rivea bernoulliana (Peter) Hallier f.
Tibet
Tibet (çin. 西藏 Şican, tib. བོད་ Bod, Bö, q.türk 𐱅𐰇𐰯𐰇𐱅 Tüpüt) — Mərkəzi Asiyada Tibet dağətəyində yerləşən tarixi-coğrafi ərazi. Fərqləndirici cəhəti tibet dili və tibet buddizmi olan mədəni və dini birlik. Yerli əhalisi — tibetlilərdir. 1950-ci ildə Çin tərəfindən işğal edildikdən sonra Tibet xarici vətəndaşlar üçün qapalı məkan olub. Yalnız 1984-cü ildə Çin mərkəzi hökumətinin icazəsindən sonra bura səyahət etmək imkanı yaranıb. Tibetin ərazisinə yalnız Çin hökumətinin nəzarəti altında turistik qrupların tərkibində daxil olmaq olar. Paytaxtı Lxasa şəhəridir. Şəhər VII əsrdə şahzadə Sronçzen Qamponun əmri ilə Tibetin rəsmi paytaxtına çevrilmişdir.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Trier
Trir (alm. Trier‎; lat. Augusta Treverorum) — "Şimali Roma", Reynland-Pfalts əyalətində yerləşən və Almaniyanın ən qədim şəhəri olan alman şəhəri. E.ə.15-ci ildə Roma imperatoru Oktavian Avqust tərəfindən əsası qoyulmuş şəhərin ilk adı "Avqusta Treverorum" olmuşdur. Şəhər Reynland-Pfaltsın qərbində, Lüksemburq ilə sərhədə yaxın ərazidə yerləşir. == Qardaşlaşmış şəhərlər == Qloster, Birləşmiş Krallıq; Pula, Xorvatiya; Fort-Uort, ABŞ; Askoli-Piçeno, İtaliya; Veymar, Almaniya; Mets, Fransa; Naqaoka, Yaponiya; Hertoqenbos, Niderland.
Bulbophyllum triste
Bulbophyllum triste (lat. Bulbophyllum triste) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Libbi Trikket
Libbi Trikket (28 yanvar 1985, Taunsvil, Kvinslend) — avstraliyalı idmançı, üzgüçülük üzrə üçqat olimpiya çempionu. 17 yaşından ölkəsinin şərəfini qoruyur. == Uğurları == Trikket 2008-ci il Pekin Olimpiya oyunlarında 100 metr məsafəyə üzgüçülüyün batterfləy növündə qızıl medal əldə edib. İdmançı son medalını bu il İtaliyanın Roma şəhərində keçirilən Dünya çempionatında əldə etmişdi. O, 100 metr məsafəyə batterfləy üsulla üzmədə bürünc medala sahib çıxmışdı. Libbi Trikket bir daha yarışlarda iştirak etməyəcəyini açıqlayıb.
Trialet silsiləsi
Trialet silsiləsi (gürc. თრიალეთის ქედი) — Gürcüstanın ərazisində yerləşən dağ silsiləsi. Kür çayının sağ sahili boyunca yerləşir. Silsilə 150–200 km məsafədə uzanır. Tiflisdən qərbdə qərarlaşır. İnzibati baxımından Tetritskaro, Tsalka, Kaspi, kimi vilayətlərin ərazisini əhatə edir. Silsilənin eni 30 km bərabərdir. Öz növbəsində böyük bir suayırıcı rolunu oynayır. Paleogen dönəmində vulkan fəaliyyəti nəticəsində meydana gəlmişdir. Əsasən vulkanik suxurlardan təşkil olunmuşdur Silsilənin ən hündür zirvəsi Şaviklde dağıdır.
Triqve Haavelmo
Trüqve Maqnus Hovelmu (norv. Trygve Magnus Haavelmo; 13 dekabr 1911[…] – 28 iyul 1999[…], Berum) — Norveçin Skedsmo şəhərində anadan olan məşhur iqtisadçıdır. Onun əsas elmi maraqları ekonometrika və iqtisadi nəzəriyyə sahələrinə yönədilmişdir. İkinci dünya müharibəsi zamanı o Nyu-Yorkda Nortraşip şirkətinin statistika şöbəsində işləyirdi. Öz doktorluq dərəcəsini isə 1946-cı ildə "Ekonometrikaya ehtimal yanaşması" işinə görə alıb. 1948–1979 illərdə o Oslo Universitetində iqtisadi nəzəriyyə və statistika üzrə professor kimi işləyib və 1947–1948-də ticarət departamentində şöbə müdiri olub. Trüqve Hovelmu riyazi analizdə ənənəvi anlayışlar üzərində məntiqli təhlil üçün müasir iqtisadiyyatda görkəmli yer tutur. 1989-cu ildə Trüqve Hovelmu ekonometrikada ehtimal nəzəriyyəsinin əsaslarını izah etdiyinə və eyni vaxtda baş verən iqtisadi strukturların təhlilinə görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb. == Biblioqrafiya (natamam) == "The Method of Supplementary Confluent Relations", 1938, Econometrica "The Inadequacy of Testing Dynamic Theory by Comparing the Theoretical Solutions and Observed Cycles", 1940, Econometrica "Statistical Testing of Business Cycles", 1943, RES "The Statistical Implications of a System of Simultaneous Equations", 1943, Econometrica "The Probability Approach in Econometrics", 1944, Econometrica "Multiplier Effects of a Balanced Budget", 1945, Econometrica ("Supp. Notes", 1946) "Family Expenditures and the Marginal Propensity to Consume", 1947, Econometrica "Methods of Measuring the Marginal Propensity to Consume", 1947, JASA "Statistical Analysis of the Demand for Food: Examples of Simultaneous Estimation of Structural Equations", with M. A. Girshick, 1947, Econometrica "Family Expenditures and the Marginal Propensity to Consume", 1947, Econometrica "Quantitative Research in Agricultural Economics: The Interdependence Between Agriculture and the National Economy", 1947, J of Farm Econ "The Notion of Involuntary Economic Decisions",1949, EJ "A Note on the Theory of Investment", 1950, RES "The Concepts of Modern Theories of Inflation", 1951, Eknomisk Tidssk A Study in the Theory of Economic Evolution, 1954.
Triqve Hovelmo

Triqve Hovelmu

Kamilla Trever
Kamilla Vasilyevna Trever (rus. Камилла Васильевна Тревер; 25 yanvar 1892, Sankt-Peterburq – 11 noyabr 1974, Leninqrad) — Rusiya tarixçisi, numizmatı və şərqşünası, 29 sentyabr 1943-cü ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü. Trever Cənubi Qafqaz, Mərkəzi Asiya və İranın tarixi və mədəniyyəti üzrə ixtisaslaşmışdır. == Karyera == Treverin karyerası 1918-ci ildə İmperator Arxeoloji Komissiyasında tədqiqatçı vəzifəsinə seçilməsi ilə başlamışdır. Bu, onun "Ermitaj"da işə başlamasına səbəb olmuşdu. Karyerasının bu ilk mərhələsi onun diqqətini Sasani numizmatikasına, eləcə də Monqolustanda aparılan qazıntılardan əldə edilən materialları dərc etdirməyə yönəltmişdir. O, həmçinin Leninqrad Dövlət Universitetinin İranşünaslıq fakültəsində dərs demişdir.
Trialet osetinləri
Osetinlər (oset. Ирæттæ) — əsasən Gürcüstanda (qondarma Osetiya Respublikasında) və Rusiyada yaşayan xalq. Şimali Qafqazda yaşayan yeganə irandilli xalq olan osetinlər tarixi Alan dövlətini və alanları özlərinin əcdadı kimi görür və dövlətlərini Osetiya və Alaniya kimi təqdim edir. Macarıstanda yaşayan yas xalqı məhz osetinlərin birbaşa qohum olduğu irandilli qədim Alan xalqına məxsus yeganə xalqdır.
Skibidi Toilet
Skibidi Toilet, rus əsilli Aleksey Gerasimov adlı şəxs tərəfindən yaradılmış və onun DaFuq!?Boom! YouTube kanalına yüklənmiş YouTube videoları və YouTube shorts ibarət 3D animasiya seriyasıdır. Source Filmmaker istifadə edilərək düzəldilən seriya, insan başlı tualetlər və Kamera başlı, Radio başlı, Televizor başlı insansı varlıqlar (qısaca İttifaq) arasında gedən müharibə haqqında bir seriyadır. İlk bölüm 2023-cü ilin fevralında dərc olundu. Skibidi Toilet müxtəlif sosial media platformalarında, xüsusən Alfa nəsli tərəfindən populyarlaşan internet mem kimi viral oldu. Bir çox şərhçi serialı Alfa nəslinin internet mədəniyyətinə ilk addımı kimi gördü. == Serialın gedişatı == Serialda dialoqlar çox azdır, çox xarakter əsasən işarət dili ilə danışır. Tualetler isə adındanda məlum olduğu kimi "Skibidi" adlı mahnını oxuyurlar. Serialın yaradıcısının dediyinə görə tualetlər əslində bütün dünyəvi dilləri danışa bilir, ancaq onlar həmişə özlərinin "Skibidi dili" dediyi dili danışmağı tərcih edirlər. Nyu-York şəhərinin bənzərsiz bir mühitində Skibidi Tualetləri və onların lideri G-tualet bəşəriyyəti təhdid edir.
Fan Thiet
Fanthyet (vyet. Phan Thiết, ) — Vyetnamın cənub-şərqində, Binthuan vilayətində şəhər və onun mərkəzi. Fanthyet Cənubi Çin dənizinin sahilində, Hoşimindən təxminən 200 km məsafədə yerləşir. Vyetnamın qalan hissəsi yol və (daha az dərəcədə) dəniz yolu ilə bağlıdır. Hoşimindən şəhərinə dəmir yolu var, şəhərdə hava limanı yoxdur.
Google Drive
Google Drive (köhnə adıyla Google Docs) — 12 oktyabr 2006-cı ildə Google tərəfindən fəaliyyətə başlayan bulud xidməti. Google Driveda hər cür musiqi, şəkil, sənəd, video və ya fərqli formatları saxlaya bilərsiniz. Bu fayllara online olaraq fərqli kompüterlərdən, telefonlardan ya da tabletlərdən dərhal istifadə edə bilərsiniz. Googlenin bulud xidməti olan Google Drive, hər istifadəçisinə pulsuz 15 GB yer verir. Bundan əlavə daha yüksək həcmdə Google Drivedan yer almaq mümkündür.
Kartal Tibet
Kartal Tibet (27 mart 1939, Ankara – 1 iyul 2021, İstanbul) ― Türk kino aktyoru və rejissor.
Kross River
Kross River ştatı (ing. Cross River State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. Şimaldan Benue, qərbdən Ebonyi və Abia ştatları, şərqdən isə Kamerun Respublikası həmsərhəddir. Cənubda Akva İbom ştatı ilə həmsərhəddir və Atlantik Okeanı tərəfindən yuyunur. == Adı == Ştatın adı onun ərazisində axan Kross çayıdan gəlir.
Rivea corymbosa
Turbina corymbosa (lat. Turbina corymbosa) — sarmaşıqkimilər fəsiləsinin rivea cinsinə aid bitki növü.
Tibet soyqırımı
Tibet soyqırımı — Çin tərəfindən 1959-cu ildə Tibetdə törədilən soyqırımı.
Təriqət
Təriqət — Hakim dindən ayrılmış dini icma, islam məsləklərindən, məzhəblərindən hər biri.
Rivəş
Rivəş — İranın Rəzəvi Xorasan ostanının Kaşmər şəhristanının Kuhsorx bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4610 nəfər insana və 1277 ailədən ibarət idi.
Ricət
Ricət — lirik-epik əsərdə müəllifin təsvir olunan şəxsə və hadisəyə münasibətini ifadə edən parçadır. Sözün mənası "haşiyə çıxmaq" dır. Ona görə də ricətə haşiyə də deyilir. Ricətdə müəllif haqqında danışdığı hadisələri öz dövrü ilə əlaqələndirir, öz düşüncələrini əks etdirir. Poemalarda və ya mənzum romanlarda lirik ricətdən daha çox istifadə olunur. Ricət əsərə lirrik ruh, emisonallıq gətirir. Nizami "Xosrov və Şirin" əsərində Hörmüzün ölümünü qələmə aldığı yerdə zəmanənin insanlara etdiyi zülmdən, ədalətsizlikdən danışır.
Meyari-təriqət
Meyari-təriqət — bu əsər Seyid Yəhya Bakuvinin yazdırdığı təriqət ədəbidir. Əsər haqqında bizə məlumat verən Ömər Fuadi əsəri bizə aşağıdakı kimi təqdim edir: "Seyid Yəhya Bakıda xalqı irşad edərkən Anadoluda irşada qabil bir çoxlarının olduğuna vaqif olub, eli-lədun və mərifətullahın orada qüvvət tapacağını, onların vasitəsilə bir çox insanın irşad olunacağını Allahın feyzi və ilhamı ilə bildirmişdir. O, olduğu yerdən durub, Anadoluya doğru üzünü tutmuş və oranın irşadı üçün dua etmişdir. Anadoludan gəln bir çox kimsə ona mürid olmuşdur." Şeyx Şaban Vəlinin söylədiyi bir rəvayətdə qırxadək elmi təbəqədən olan şəxsin Anadoludan gələrək, Seyid Yəhyanın təriqətinə daxil olduqları bildirilir. Bu qırx alim-dərviş Seyid Yəhyanın icazəsi ilə hədis kitablarını araşdırmış, sünnə, müstəhab və ədəbə dair xüsusiyyətləri müəyyənləşdirib , Meyari-təriqət adı ilə dərvişlərin riayət edəcəkləri qaydalara dair bir əsər yazmışlar. Tədqiqatçılar qeyd edirlər ki, ehtimal ki, bu yazlan təriqətnamə ərəb dilində olmuşdur. Sonradan sufi böyükləri tərəfindən türkcəyə tərcümə edilərək oxudulmuşdur. Hələlik məlum olan isə Seyid Yəhyanın yazdırdığı adı keçən "Meyar" silsiləsində ilk dəfə Ömər Fuadı tərəfindən türk dilinə tərcümə edilmişdir. Meyarii-təriqətin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanası, Əsəd əf.,25418-dədir.