Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zökəm
Zökəm və ya tumov, Burun selikli qişasının iltihabıdır. Xəstəlik iki formada keçir: xroniki və kəskin. == Kəskin zökəm == Xəstəlik öz-özünə və ya bəzi infeksiyalardan yaranır. Kataral zökəm soyuqdəymə nəticəsində orqanizmdə immunitetin zəifləməsi ilə burun səthində mikrobların aktivləşməsi ilə başlayır. Travmatik zökəm isə selikli qişanın yad cisimlərlə zədələnməsi ilə əlaqədardır. Bir sıra hallarda ətraf mühit amilləri (toz, kömür, metal, qaz hissəcikləri) də təsir edir. Kataral zökəm qəfil başlayır və hər iki burun dəliyində, travmatik zökəm isə burun dəliyinin birində keçir. Xəstəlik burunda qaşınma, yanğı, quruluq, asqırma ilə başlayır. Hərarət 38-39 dərəcə qalxır, ümumi zəiflik, başağrısı, üşütmə əlamətləri baş verir. Burunla nəfəsalma çətinləşir.
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896 – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı Meydanda Kremlin divarında yerləşir. == Həyatı == == Hərbi fəaliyyəti == == Təltif və mükafatları == Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Kamov
Kamov — Nikolay İliç Kamov və dostu N. K. Skrzhinskii tərəfindən 1929-cu ildə yaradılmış rotorlu təyyarə şirkəti. Helikopterə oxşamasına baxmayaraq rotorlu təyyarələrin arxa pəri olmur. 1929-cu ildən etibarən Kamov dizayn bürosu köhnə SSRİ zamanından müasir dövrə kimi hərbi məqsədli helikopter və rotorlu təyyarə istehsal edir.
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).
Murov
Murov — Azərbaycan Respublikası ərazisində 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən dağ silsiləsi. == Təsviri == Murovdağ Kiçik Qafqaz dağlarının,Azərbaycanın qərbində,Ermənistanla sərhəddən başlayaraq təxminən 40-cı paralel boyunca uzanan,Qarabağı şimaldan əhatələyən dağ silsiləsidir. Murovdağ silsiləsi vəya Mrav silsiləsi Hinaldağ zirvəsindən Gamış dağına qədər şimala uzanır. Şimal-şərq yamacında Göygöl də daxil olmaqla bir sıra göllər yerləşir.Murovdağdan cənubda Qarabağ vulkanik yaylası uzanır.Murovdağa qədər cənub-şərqdə küknar və ladin meşələri yayılmışdır. Murov dağlarının yay otlaqlarından ənənəvi olaraq azərbaycanlı və erməni çobanları istifadə edirdilər. Qarabağ müharibəsinin gedişində silsilə Ermənistan və Azərbaycan arasında cəbhə rolunu oynamış və bu gün də oynayır. Silsilənin uzunluğu təqribən 70 kilometrdir. (43 mil)Əsasən böyük hissəsi 3000 metrdən yüksəkdir və buna uyğun olaraq”hündür” dağ sayılır. Silsilənin maksimal hündürlüyü 3,724 metr(12,218 fut) olan Gamışdağ zirvəsidir. Murov dağı orta-cavan yaşlı dağdır,parçalanmış,qırışıq-faylı quruluşa malikdir və qalxma mərhələsində olduğu üçün hündürləşməyə davam edir.
Puxov
Puxov (slovak. Púchov, alm. Puchau‎, mac. Puhó) — Slovakiyanın şimali-qərbində, Trençin bölgəsində sənaye şəhəri. Əhalisi 19 200 nəfərdir (2002-ci il). Şəhər Vaq çayının sahilində, Bəyaz Karpat dağ massivinin və Sulövske-Vrhinin yamaclarının cənubunda yerləşir. == İnzibati bölgü == Puxov yeddi inzibati bölgəyə bölünür: Horné Kočkovce (1926-cı ildə daxil edilmişdi) Hoštiná (1979-cu ildə daxil edilmişdi) Hrabovka (1944-cü ildə daxil edilmişdi) Ihrište 600 nəfər (1979-cu ildə daxil edilmişdi) Nosice (1973-cü ildə daxil edilmişdi) Puxov (Şəhər) Vieska - Bezdedov (1960-cı ildə daxil edilmişdi) == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar - 97,38 % Çexlər - 1,32 % Qaraçılar - 0,22 % Polyaklar - 0,08 % Macarlar - 0,05 % digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri - 71,37 % yevangelik kilsəsi v.d.
Rumoi
Rumoi (yap. 留萌市) — Yaponiyanın Hokkaydo adasında və Hokkaydo prefekturanın Rumoi sabprefekturanın eyni adlı paytaxtı.
Tambov
Tambov — Rusiya Federasiyasında yerləşən şəhər. Tambov vilayətinə daxildir.
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. == Coğrafiya == Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində "Şərq" mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. == İnzibati bölgü == Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Tulou
Tulou (çin. 土樓 - torpaq binası) – dairəvi, dördbucaq, düzbucaq və ya onların qarışığı formada olan Hakka etnik qrupun memarlığına aid olan ənənəvi bina növü. Baxmıyaraq ki, tulouların çoxu doğrudan da torpaqdan tikilmişdi, bu söz fərqli tikinti materialları növlərinin istifadəsi ilə qurulan binalar üçün istifadə edilir. Onlardan bəziləri qranitdən və ya yanmış kərpiçdən tikilib. Bu günə qədər qalmış ən böyük tuloular sadəcə torpaqdan yox, torpaqnan qum və sahetu adlanan əhəng daşların qarışığından tikilirdi. Buna görə Pan An tulou ifadəsini abadlı və ya kommunal bina (çin. 聚居建筑) ifadəsi ilə əvəzləməyə təklif edib. Halbuki, Çin yazıçıların çoxu onları hələ də tulou adlandırır. Fərqli növlərə aid olan, basılmış torpaqda tikilən evləri demək olar ki, Çinin bütün yerlərində tapmaq olar. Buna görə, ənənəvi Çin memarlığının araşdırmaçısı, Huan Hanmin tulou ifadəsi üçün Fucanda istifadə olunan tərifin daha uyğun olmasını yazır: tulou basılmış torpağın istifadəsi ilə qurulmuş, daşıyan divarla tikilən və bir icma (qrup və ya ailə) tərəfindən yaşayış üçün istifadə olunan böyük binadır.
Tuman
Tuman — alt geyimi. Həmçinin bu mənalara gələ bilər: Tuman (Özbəkistan) — Özbəkistanda inzibati ərazi vahidi.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Tulon
Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4. Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir. Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir. == Tarixi == Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi.
Tudor
Tudor — İsveçrənin Cenevrə şəhərində yerləşən İsveçrə saat şirkətidir. == Tarixi == 1926-cı ildə Rolex-in qurucusu Hans Wilsdorf tərəfindən yaradılmış brend Rolex-in törəmə şirkəti olaraq qalır; hər iki şirkət Hans Wilsdorf Fonduna məxsusdur.
Tudon
Tudon (fr. Toudon) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,56 km², əhalisi — 262 nəfərdir (2006) artım tendensiyası ilə: 317 nəfər (2012), əhalinin sıxlığı 17,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 301 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 317 nəfər.
Göyəm
Göyəm (ağac) — Göyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd.
Tuson
Tuson (ing.
Yumor
Yumor — həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüşün bir növü. Yumor gülüş və onu doğuran obrazdır, müəllifin hadisə və faktlara ironiyaya nisbətən daha sərt münasibətidir. Lakin yumor da hələ inkarçı və rəqib gülüşü deyil, daha çox məişət və yoldaş gülüşüdür. Ona görə bir çox hallarda ironiya ilə yumorun sərhədi mübahisəli olur. Yumora dost gülüşü də deyilir və qəzetlərdəki satirik səhifələrdə xüsusi rubrika kimi aparılır. Yumorun mühüm formalarından biri lətifələrdir. Bəzi qəzetlər müəllif yaradıcılığı olan lətifələri də yumor rubrikası ilə dərc edirlər. Şifahi xalq ədəbiyyatında xalq yumorundan geniş istifadə edilir. Tapmacalarda, el deyimlərində yumor mühüm yer tutur. Molla Nəsrəddinin lətifələri Azərbaycan xalqı içərisində geniş yayılmışdır.
Zubov
Valerian Aleksandroviç Zubov (1771 — 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb. == Fəaliyyəti == Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu.
Nökər
Nökər, qulluqçu və ya xidmətçi — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Böyük evlərdə müxtəlif vəzifələri yerinə yetirən çox sayda nökər ola bilər. Onlar çox vaxt daxili bir iyerarxiya meydana gətirirlər. == Etimologiyası == Nökər sözü Azərbaycan dilinə monqol dilindən keçmişdir, mənası "dost", "yoldaş" deməkdir. Monqol əyanlarının silahlı dəstəsinin üzvləri olan nökərlərdən götürülmüşdür. XIV əsrdən nökər ifadəsi Azərbaycanda, İranda və Mərkəzi Asiyada yayılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == The Duties of Servants; by a member of the aristocracy, author of 'Manners and Rules of Good Society'. London: F. Warne & Co., 1894 A Few Rules for the Manners of Servants in Good Families. Ladies' Sanitary Association, 1901 The Servants' Practical Guide: a handbook of duties and rules; by the author of 'Manners and Tone of Good Society'. London: Frederick Warne & Co., [1880] The Management of Servants: a practical guide to the routine of domestic service; by the author of "Manners and Tone of Good Society." (the same work under a different title) Dawes, Frank (1973) Not in Front of the Servants: domestic service in England 1850–1939.
Tökmə
Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə edilə bilir.
Zəyəm
Zəyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Zəyəm (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Zəyəm (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə.
Çökək
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Bokel
Bokel — Almaniyanın şimalında Şlezviq-Holşteyn əyalətində, Rendsburg-Eckernförde-yə bağlı bir bölgə. == Ərazisi == 15.27 km² əraziyə malikdir. == Əhalisi == Əhalisi 3 iyul 2006-cı ilin məlumatına əsasən 690 olaraq qeyd edilmişdir. == Bələdiyyə == Bələdiyyə Başçılığı Klaus-Detlef Kahl tərəfindən icra edilməkdədir.
Coker
Coker (personaj)
Fonem
Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s. Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstəqil dil vahidlərindən hesab olunur. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır.
Lokum
Loqum, Su, şəkər, nişasta istifadə ilə istehsal edilən bir Türk şirinidir. Loqumun Osmanlı tərəfindən rahat ul-hulküm yəni boğaz rahatlaşdıran sözündən törədiyi rəvayət edilər. 15. əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan loqum, Avropada bir İngilis səyyah vasitəsiylə 'Turkish Delight' adıyla 18. əsrdə tanınmağa başlamışdır. Loqumun ilk istehsalçılarından sayılan Hacı Bəkir Əfəndi 1777-ci ildə Kastamonu dan İstanbula gələrək Bağçaqapı 'da açdığı kiçik bir dükanda loqum vs. qida maddələrini çıxarmağa başlamışdır. İki əsrdən bu yana loqum istehsalını müvəffəqiyyətlə reallaşdıran Hacı Bəkir dövrün padşahı tərəfindən də Nişanı Əli Osmanı ilə təltif edilmiş və sarayın şəkərçi başısı olaraq xidmət etmişdir. Daha əvvəllər bal ya da bəkməz və un birləşməsi ilə edilən loqumun 17.
Qolem
Qolem (ivr. ‏גולם, goilem‏‎) əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlıdır. Orta əsrlərdə tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılmasına bağlı bir çox əfsanə yaranmışdır. Bir yəhudi əfsanəsinin qəhrəmanıdır, Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır. Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları düşük səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" sözündən törədilib (ivr. ‏גולם, goilem‏‎). Əsas məqsədi yaradıcısını qorumaqdır. İnanca görə haham Judah Loew ben Bezalel tərəfindən gildən bir heykəl düzəldildi və yəhudi xalqını qorumaq üçün canlandırıldı.