Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zökəm
Zökəm və ya tumov, Burun selikli qişasının iltihabıdır. Xəstəlik iki formada keçir: xroniki və kəskin. == Kəskin zökəm == Xəstəlik öz-özünə və ya bəzi infeksiyalardan yaranır. Kataral zökəm soyuqdəymə nəticəsində orqanizmdə immunitetin zəifləməsi ilə burun səthində mikrobların aktivləşməsi ilə başlayır. Travmatik zökəm isə selikli qişanın yad cisimlərlə zədələnməsi ilə əlaqədardır. Bir sıra hallarda ətraf mühit amilləri (toz, kömür, metal, qaz hissəcikləri) də təsir edir. Kataral zökəm qəfil başlayır və hər iki burun dəliyində, travmatik zökəm isə burun dəliyinin birində keçir. Xəstəlik burunda qaşınma, yanğı, quruluq, asqırma ilə başlayır. Hərarət 38-39 dərəcə qalxır, ümumi zəiflik, başağrısı, üşütmə əlamətləri baş verir. Burunla nəfəsalma çətinləşir.
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896 – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı Meydanda Kremlin divarında yerləşir. == Həyatı == == Hərbi fəaliyyəti == == Təltif və mükafatları == Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Kamov
Kamov — Nikolay İliç Kamov və dostu N. K. Skrzhinskii tərəfindən 1929-cu ildə yaradılmış rotorlu təyyarə şirkəti. Helikopterə oxşamasına baxmayaraq rotorlu təyyarələrin arxa pəri olmur. 1929-cu ildən etibarən Kamov dizayn bürosu köhnə SSRİ zamanından müasir dövrə kimi hərbi məqsədli helikopter və rotorlu təyyarə istehsal edir.
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).
Murov
Murov — Azərbaycan Respublikası ərazisində 10 km enində və 70 km uzunluğunda ərazini əhatə edən dağ silsiləsi. == Təsviri == Silsilənin şimal-şərqində əsrarəngiz göllər yerləşir. Onlar arasında ən gözəli Göygöl gölüdür. Qarabağ müharibəsinin gedişində silsilə Ermənistan və Azərbaycan arasında cəbhə rolunu oynamış və bu gün də oynayır. Silsilənin uzunluğu təqribən 70 kilometr (43 mil), hündürlüyü 3,724 metrdir (12,218 fut). Əsasən yura, təbaşir və paleogen süxurlarından ibarətdir. Silsilənin maksimal hündürlüyü 3,724 metr olan Gamışdağ zirvəsidir. Murovdağ silsiləsi vəya Mrav silsiləsi Hinaldağ zirvəsindən Gamış dağına qədər şimala uzanır. Şimal-şərq yamacında şimal yamacının yaxınlığında Göygöl də daxil olmaqla bir sıra mənzərəli göllər var. Murovdağdan cənubdan Qarabağ vulkanik yaylası uzanır.
Puxov
Puxov (slovak. Púchov, alm. Puchau‎, mac. Puhó) — Slovakiyanın şimali-qərbində, Trençin bölgəsində sənaye şəhəri. Əhalisi 19 200 nəfərdir (2002-ci il). Şəhər Vaq çayının sahilində, Bəyaz Karpat dağ massivinin və Sulövske-Vrhinin yamaclarının cənubunda yerləşir. == İnzibati bölgü == Puxov yeddi inzibati bölgəyə bölünür: Horné Kočkovce (1926-cı ildə daxil edilmişdi) Hoštiná (1979-cu ildə daxil edilmişdi) Hrabovka (1944-cü ildə daxil edilmişdi) Ihrište 600 nəfər (1979-cu ildə daxil edilmişdi) Nosice (1973-cü ildə daxil edilmişdi) Puxov (Şəhər) Vieska - Bezdedov (1960-cı ildə daxil edilmişdi) == Əhali == === Əhalinin etnik mənsubiyyəti === Slovaklar - 97,38 % Çexlər - 1,32 % Qaraçılar - 0,22 % Polyaklar - 0,08 % Macarlar - 0,05 % digərləri === Əhalinin konfessional mənsubiyyəti === roma-katolikləri - 71,37 % yevangelik kilsəsi v.d.
Rumoi
Rumoi (yap. 留萌市) — Yaponiyanın Hokkaydo adasında və Hokkaydo prefekturanın Rumoi sabprefekturanın eyni adlı paytaxtı.
Tambov
Tambov — Rusiya Federasiyasında yerləşən şəhər. Tambov vilayətinə daxildir.
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. == Coğrafiya == Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində «Şərq» mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. == İnzibati bölgü == Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Tulou
Tulou (çin. 土樓 - torpaq binası) – dairəvi, dördbucaq, düzbucaq və ya onların qarışığı formada olan Hakka etnik qrupun memarlığına aid olan ənənəvi bina növü.Baxmıyaraq ki, tulouların çoxu doğrudan da torpaqdan tikilmişdi, bu söz fərqli tikinti materialları növlərinin istifadəsi ilə qurulan binalar üçün istifadə edilir. Onlardan bəziləri qranitdən və ya yanmış kərpiçdən tikilib. Bu günə qədər qalmış ən böyük tuloular sadəcə torpaqdan yox, torpaqnan qum və sahetu adlanan əhəng daşların qarışığından tikilirdi. Buna görə Pan An tulou ifadəsini abadlı və ya kommunal bina (çin. 聚居建筑) ifadəsi ilə əvəzləməyə təklif edib. Halbuki, Çin yazıçıların çoxu onları hələ də tulou adlandırır. Fərqli növlərə aid olan, basılmış torpaqda tikilən evləri demək olar ki, Çinin bütün yerlərində tapmaq olar. Buna görə, ənənəvi Çin memarlığının araşdırmaçısı, Huan Hanmin tulou ifadəsi üçün Fucanda istifadə olunan tərifin daha uyğun olmasını yazır: tulou basılmış torpağın istifadəsi ilə qurulmuş, daşıyan divarla tikilən və bir icma (qrup və ya ailə) tərəfindən yaşayış üçün istifadə olunan böyük binadır. Onların tikilməsi haqqında ən erkən mənbə 1558-ci ilə aiddir.
Tuman
Teoman xan (çin. - 頭曼 ; e. ə. III əsr) — Hunların bilinən ilk hökmdarı. Mete xaqanın atasıdır. E.ə. III əsr ərəfələrində yaşayan Teoman ilk böyük Hun hökmdarıdır. Fərqli Türk boyları arasında birliyi təmin edərək, mərkəzi bir idarə qurmuş və beləcə e.ə. 220-ci ildə ilk Hun xaqanı olaraq iş başına keçmişdir. Türk boyları o zamana qədər ən yaxınlıqdakı Çin İmperatorluğuna bir çox axın reallaşdırmışdı, hər nə qədər bu axınlar Çinlilər üçün təhdid kimi görünsə də, Türk boyları heç bir zaman birlikdə hərəkət etmədikləri üçün böyük bir Hun axını olmamışdı.
Tumar
Tumar — türk, altay və orta asiya türk birlikləri xalq mədəniyyətində və xalq inancında tilsim. Tomar olaraq da deyilər. Bəzi xəstəlikləri, pislikləri və nəzəri uzaqlaşdırmaq üçün boya asılan və ya üstdə daşınan yazılı kağız. Ümumiyyətlə ola biləcək bir xəstəlikdən qorunmaq məqsədi ilə və ya müalicə üçün daşınar. Əksəriyyətlə üçbucaq formasındadır. Dəri, meşin, gümüş və qızıl örtüklər içinə qoyularaq boyuna asılır ya da qola ilişər. Dörd bucaqlı olan və xamaylı (xamayıl) adıyla bilinən növü bütün İslam dünyasında məşhur şəkildə istifadə edilir. Muskalara surə, ayə, hədis və ya bir dua yaxud da Allahın adları yazılar. Bundan başqa mələklərin, peyğəmbərlərin, hətta əfsanəvi şəxslərin adları və aydın olmaz sehrli sözlər, işarələr, ulduz işarələri, rəqəmlər, insan və heyvan şəkilləri ilə qəribə hərf şəkilləri belə yazılıb çəkilmişdir. İslam inancı isə köməyin yalnız Allahdan dilənməsi vurğulamışdır və tilsimlere çox da çox icazə verilməmişdir.
Tuson
Tuson (ing.
Tulon
Tulon (fr. Toulon) — Aralıq dənizinin Lacivərd sahilində, Faron dağının ətəyində şəhər və kommuna. Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində kommuna. Şəhər Var departamentinin prefekturasıdır (inzibati mərkəz), Tulon rayonu və dörd kantondur: Tulon-1, Tulon-2, Tulon-3, Tulon-4.Tulon limanı Fransanın ən mühüm və böyük hərbi dəniz bazasına ev sahibliyi edir.Kommunanın sahəsi 42,84 km², əhalisi 167,816 nəfərdir (2006). Əhalinin artımının sabit həddi: 164,899 nəfərdir (2012). Şəhərdə əhalinin sıxlığı 3849,0 nəfər / km² təşkil edir. == Tarixi == Tulonun əsası burada bənövşəyi boyalar hasil edən finikiyalılar tərəfindən qoyulub. Merovinqlər dövründə Tulon yepiskopun oturduğu mərkəz idi. İlk yerli yepiskop Müqqədəs Qonorat olub. 889-cu ildə Toulon ərəblər tərəfindən dağıdıldı.
Tudor
Tudor — İsveçrənin Cenevrə şəhərində yerləşən İsveçrə saat şirkətidir. == Tarixi == 1926-cı ildə Rolex-in qurucusu Hans Wilsdorf tərəfindən yaradılmış brend Rolex-in törəmə şirkəti olaraq qalır; hər iki şirkət Hans Wilsdorf Fonduna məxsusdur.
Göyəm
Göyəm (ağac) — Göyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd.
Yumor
Yumor — həyatdakı gülünc, komik hadisələri, insanların zəif cəhətlərini və nöqsanlarını əks etdirən, gülüş doğuran əsərlər; ədəbiyyatda tərbiyəvi əhəmiyyət daşıyan tənqidi gülüşün bir növü. Yumor gülüş və onu doğuran obrazdır, müəllifin hadisə və faktlara ironiyaya nisbətən daha sərt münasibətidir. Lakin yumor da hələ inkarçı və rəqib gülüşü deyil, daha çox məişət və yoldaş gülüşüdür. Ona görə bir çox hallarda ironiya ilə yumorun sərhədi mübahisəli olur. Yumora dost gülüşü də deyilir və qəzetlərdəki satirik səhifələrdə xüsusi rubrika kimi aparılır. Yumorun mühüm formalarından biri lətifələrdir. Bəzi qəzetlər müəllif yaradıcılığı olan lətifələri də yumor rubrikası ilə dərc edirlər. Şifahi xalq ədəbiyyatında xalq yumorundan geniş istifadə edilir. Tapmacalarda, el deyimlərində yumor mühüm yer tutur. Molla Nəsrəddinin lətifələri Azərbaycan xalqı içərisində geniş yayılmışdır.
Zubov
Valerian Aleksandroviç Zubov (1771 — 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb. == Fəaliyyəti == Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu.
Nökər
Nökər (peşə) — müxtəlif ev işləri görənlər və ümumiyyətlə işəgötürənin evində yaşayan şəxs. Nökər (Monqolustan) — orta əsrlərdə monqol əyanlarının silahlı dəstəsinin üzvləri.
Tökmə
Tökmə — arzuolunan məmula uyğun →qəlibin ağırlıq və ya mərkəzdənqaçma qüvvəsi, və ya təzyiq altında ərimiş metalla doldurulması və orada bərkiməsidır. Verilmiş tapşırıqdan asılı olaraq tökmə kasa, tiqel, dönəbilən və ya aşağıdan tıxaca malik çalovlarla yerinə yetirilir. Yarımfabrikat və hissələrin tökülmsəi fərqlənir. Yarımfabrikat deformasiya və ya kəsmə ilə sonrakı emalı nəzərdə tutulan töküklərdir. Burada karputların qum qəliblərində tökülməsi və ya fasiləsiz tökmə üsulu tətbiq tapır. Karputlar (bloklar) en kəsiyi kvadrat, düzbucaqlı və ya poliqonal olan →kokillərdə aparılır. Böyük blokları çox hallarda üstdən tökürlər. Polad istehsalında bu növ blokların çəkisi 6t-a qədər çatır. Kiçik bloklar aşağıdan yuxarıya tökülür (Polad tökmə üsulu). Bu arada eyni zamanda bir neçə tökük əldə edilə bilir.
Zəyəm
Zəyəm (Zaqatala) — Azərbaycanın Zaqatala rayonunda kənd. Zəyəm (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Zəyəm (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda qəsəbə.
Çökək
Çökək- yer səthində hər tərəfdən qapalı olan, adətən tektonik mənşəli çökəklik.Bəzən çökəklik məfhumu "depresiya", tektonik çökəklik məfhumlarının sinonimi kimi də işlədilir.Okean dibindəki dar və dərin çökəklər dərin dəniz navalçaları adlanır.
Ölkəm
Ölkəm — 1928-ci ildə Asəf Zeynallının Cəfər Cabbarlının "Sevimli ölkəm" şeirinə bəstələdiyi romans. == Yazılma tarixi == Cəfər Cabbarlı 1919-cu ildə 20 yaşı olarkən "Ölkəm" adlı şeiri yazıb. Şeir "Azərbaycan" qəzetinin 1 yanvar 1919-cu ildə çapdan çıxmış 92-ci buraxılışında «Sevimli ölkəm» adı ilə oxuculara təqdim olunub. O zaman şeir altı bənddən ibarət idi. Ancaq sovet ittifaqı dövründə, Asəf Zeynallı bu şeirə musiqi bəstələyəndə onun iki bəndi istifadə olunmadı. Buna səbəb bu iki bənddə sovet ideologiyasına zidd sətirlərin mövcudluğu idi. Asəf Zeynallı isə Cəfər Cabbarlının bu şeirinə 1928-ci ildə 19 yaşında "Ölkəm" romansını bəstələyib. Bununla da Azərbaycan musiqi tarixində klassik Avropa romansının ilk nümunəsi meydana gəlir. Romans yalnız 1931-ci ildə ifa olundu. Milan Opera Teatrında öz 4 illik təhsilini bitirmiş 33 yaşlı Bülbül "Ölkəm" əsəri ilə tanış olur.
Tümen
Tümen (rus. Тюмень, sib. Çimke-tora) — Rusiya Federasiyasında yerləşən şəhər. Tümen vilayətinə daxildir.
Tümən
Tümən (qoşun) — 10.000 nəfərdən ibarət qoşun hissəsi. Tümən (ərazi) — 10.000 nəfərdən ibarət əhalisi olan vilayət. Tümən (pul vahidi) — İranın XVII əsrdən 1932-ci ilə qədər rəsmi pul vahidi, 10.000 dinardan ibarət olub. Təbriz tüməni — == Həmçinin bax == Tümen – Sibirdə şəhər.
Bokel
Bokel — Almaniyanın şimalında Şlezviq-Holşteyn əyalətində, Rendsburg-Eckernförde-yə bağlı bir bölgə. == Ərazisi == 15.27 km² əraziyə malikdir. == Əhalisi == Əhalisi 3 iyul 2006-cı ilin məlumatına əsasən 690 olaraq qeyd edilmişdir. == Bələdiyyə == Bələdiyyə Başçılığı Klaus-Detlef Kahl tərəfindən icra edilməkdədir.
Coker
Coker (personaj)
Fonem
Fonem (q.yun. φώνημα «səs»)— sözün mənasını dəyişən səsdir. Məsələn, tələ – dələ, zaman – saman, dağ – sağ, çağ – bağ – tağ, kal – kol və s. Dilimizdə dil vahidləri müstəqil və qeyri-müstəqil olmaqla iki yerə bölünür. Müstəqil dil vahidləri (söz, cümlə) dilin formalaşmasında aparıcı rol oynayır. Qeyri-müstəqil dil vahidləri isə söz və ya cümlənin (müstəqil dil vahidlərinin) formalaşması vasitəsi kimi çıxış edir. Fonem belə bir qeyri-müstəqil dil vahidlərindən hesab olunur. Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 9 qısa (i,ü,e,ö,ə,a,o,u,ı), 6 uzun (i:,e:,ö:,ə:, a:,u:) sait vardır.
Lokum
Loqum, Su, şəkər, nişasta istifadə ilə istehsal edilən bir Türk şirinidir. Loqumun Osmanlı tərəfindən rahat ul-hulküm yəni boğaz rahatlaşdıran sözündən törədiyi rəvayət edilər. 15. əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan loqum, Avropada bir İngilis səyyah vasitəsiylə 'Turkish Delight' adıyla 18. əsrdə tanınmağa başlamışdır. Loqumun ilk istehsalçılarından sayılan Hacı Bəkir Əfəndi 1777-ci ildə Kastamonu dan İstanbula gələrək Bağçaqapı 'da açdığı kiçik bir dükanda loqum vs. qida maddələrini çıxarmağa başlamışdır. İki əsrdən bu yana loqum istehsalını müvəffəqiyyətlə reallaşdıran Hacı Bəkir dövrün padşahı tərəfindən də Nişanı Əli Osmanı ilə təltif edilmiş və sarayın şəkərçi başısı olaraq xidmət etmişdir. Daha əvvəllər bal ya da bəkməz və un birləşməsi ilə edilən loqumun 17.
Modem
Modem (ing. modem (modulator/demodulator), ru. модем) — informasiyanı kompüterdən adi telefon xətti ilə ötürməyə imkan verən rabitə qurğusu. Kompüter diskret elektrik siqnalları (yəni ikilik 1 və 0) ilə işlədiyindən, telefon xətləri ilə isə analoq informasiya (gərginlik səviyyələrinin geniş diapazonuna malik olan siqnal) ötürüldüyündən, modemlər, mahiyətcə, rəqəm-analoq və əksinə çevirmələri yerinə yetirir. Verilişdə modemlər kompüterin rəqəmsal siqnallarını telefon xəttinin kəsilməz daşıyıcı tezliyinə toplayır (modulyasiya edir), qəbuletmədə isə informasiyanı daşıyıcıdan "çıxardır" (demodulyasiya edir) və onu rəqəmsal formada kompüterə ötürür. Modemlər verilənləri adi telefon kanalları ilə 300 bod’dan 56000 bod’adək sürətlə, ayrılmış kanallarda isə 19200 bod sürətilə ötürür. Daha yüksək sürətli verilişlər də mümkündür, ancaq bu telefon xətlərinin xarakteristikası ilə məhdudlaşır. Mürəkkəb modemlərin veriliş və qəbuletmədən əlavə funksiyaları da olur, məsələn, avtomatik nömrə yığımı, cavab və təkrar yığım; lakin uyğun kommunikasiya proqram təminatı olmadan modemlər hər hansı faydalı iş görə bilmir. Modem (Modulator Demodulator sözlərindən əmələ gəlib) yaxud çevirgə, kabel və ya telefon xətti vasitəsi ilə iki kompüteri birləşdirmək üçün qurğudur. Modemlər həm kompüterin daxili həm də xarici qurğuları sırasına daxil edilə bilər.