Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurbağa
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Turbina
Rivea (lat. Rivea) – sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi. Rivea bernoulliana (Peter) Hallier f.
Keks-qurbağa
Keks-qurbağa (ing. Frog cake) – qurbağı başı formasında Avstraliya deserti. Əsasən biskvit və kremdən ibarətdir. İlk dəfə Avstrayida keks-qurbağa «Balfours» şirniyyat bişirilən yerdə 1922-ci ildə bişirilmişdir. O dövrdən cənubi Avstriyanın əsas sevimli şirniyyatlarından olmuşdur. Əvvəllər keks-qurbağa yaşıl rəngdə olurdu sonradan isə qəhvəyi və çəhrayi rəngəd bişirilməyə başlanıldı. == Tarixi == 1920-ci ilin əvvəllərində Qordon Balfur (Con Balfurun bacısı oğlu, Balfours şirniyyat evinin rəhbəri) Fransaya köçür. Burada o avropalıların keks-qurbağasını görür. Balfours bundan sonra yəni 1922-ci ildən sonra öz menyularına bu şirniyyatı əlavə edir. Bu şirniyyat Balfourun əsas şirniyyatlarından birinə çevrilir və Avstraliyanın cənubuna qədər yayılır.
Murtaza Bhutto
Qulam Murtaza Bhutto (urdu مير مرتضی بھٹو; 18 sentyabr 1954, Larkan, Sind əyaləti – 20 sentyabr 1996, Kəraçi) — Pakistan siyasətçisi və Pakistanda fəaliyyət göstərən terror təşkilatı Əl-Zülfiqarın lideri. Pakistanın keçmiş baş naziri və prezidenti Zülfiqar Əli Bhuttonun oğlu Murtaza, atası 1979-cu ildə general Məhəmməd Ziya ülhaqq hərbi rejimi tərəfindən devrildikdən və edam edildikdən sonra əl-Zülfiqar təşkilatını qurdu. 1981-ci ildə mühafizəkar siyasətçi Çaudri Zahur Elahinin öldürülməsi və Pakistan Beynəlxalq Hava Yollarına aid bir təyyarənin Kəraçidən qaçırılmasından sonra məsuliyyəti öz üzərinə götürdü. Əfqanıstanda sürgündə olan Murtaza hərbi tribunal tərəfindən qiyabi olaraq edam cəzasına məhkum edilmişdi.
Murtaza Qaraçanta
Murtaza Vural oğlu Qaraçanta (25 iyul 1961, Qars, Qars ili) — Qars bələdiyyəsinin sabiq sədri, türk siyasətçi. Murtaza Qaraçanta 25 iyul 1961-ci ildə Qarsda, Azərbaycan kökənli ailədə doğulmuşdur. Əslən Ağbaba mahalının Qaraçanta kəndindəndir. Anadolu Universiteti İqtisadi və İdari Elmlər Fakültəsini Menecment ixtisası üzrə bitirmişdir. Murtaza Qaraçanta əslən Amasiya rayonunun Qaraçanta kəndindəndir. Murtaza Qaraçantanın ata babasının adı Abbasqulu bəydir. Abbasqulu bəy varlı bəy olsa da, sovetləşmə zamanı onun bütün var-dövləti müsadirə olunmuşdur. Bundan sonra Abbasqulu bəy 1930-cu illərdə ailəsi ilə birgə Qarsa qaçmışdır. Murtaza Qaraçantanın qardaşı Murat Qaraçanta 2015-ci ildə 6 aylıq müddətə müvəqqəti olaraq Türkiyənin Bakıdakı səfirliyində mədəniyyət və tanıtma müşaviri olmuşdur. Murat Karaçanta 2016-cı ildən İzmir Mədniyyət və Turizm İdarəsinin sədridir.
Murtaza Rəhimov
Murtaza Qubaydulla oğlu Rəhimov (başq. Мортаҙа Ғөбәйҙулла улы Рәхимов; 7 fevral 1934, Kuqərsen rayonu, Başqırd MSSR – 11 yanvar 2023, Ufa) — Rusiyali siyasətçi, 1990-cı il aprelin 7-dən 1993-cü il dekabrın 24-dək Başqırdıstan MSSR Ali Sovetinin sədri. 25 dekabr 1993-cü ildən 2010-cu il iyulun 15-dək Başqırdıstan Respublikasının Prezidenti. 22 oktyabr 2010-cu ildən 11 yanvar 2023-cü il tarixədək URAL Xeyriyyə Fondunun İdarə Heyətinin sədri..
Qurbağa balıq
Qurbağa çoxağızlısı
Qurbağa çoxağızlısı (lat. Polystoma integerrimum)-Yastı qurdlar tipinə aid olan növ. Qurbağa çoxağızlısının uzunluğu 6-8mm, eni isə 2-4mm-dir. Bədəni uzunsov formada olub, orta hissədə bir qədər daralır və dal tərəfdən enliləşmişdir. Dal tərəfdə sahibin bədənindən yapışmağa xidmət edən və sormaclardan təşkil olunmuş disk vardır. Sormaclar 6 ədəddir və iki cərgədə simmetrik yerləşmişdir. Sormaclar disk şəkillidir və daxili orqanlarla əlaqəsi yoxdur. Hər iki dal sormacların arasında iki iri kutikulyar qarmaqcıq vardır. Bununla yanaşı, sormaclı diskdə 16 ədəd kiçik qarmaqcıqlar da vardır. Qurbağa çoxağızlısı yetkin mərhələdə qurbağanın sidik kisəsində parazitlik edir.
Qızıl qurbağa
Qızıl qurbağa (lat. Bufo periglenes), kiçik və parlaq sarıdırınçı rəngli, tropik meşələrdə olan və indiki vaxtda soyu tükəndiyi sanılan bir qurbağa növüdür. 1989 dan bəri dünyanın heç bir yerində görülməmiş və hesabat edilməmişdir və IUCN tərəfindən soyu tükənmiş olaraq təsnif etmişdir. Soyunun tükənməsinin qlobal istiləşmənin gətirdiyi iqlim dəyişməsinə və suda quruda yaşayanlar əhalisinin azalmasının dəlilidir.
Turbina corymbosa
Turbina corymbosa (lat. Turbina corymbosa) — sarmaşıqkimilər fəsiləsinin rivea cinsinə aid bitki növü.
Turkana gölü
Turkana və Rudolf gölü — Keniya və Efiopiyanın ərazisinə daxil olan göl. Göl Efiyopiyanın cənubunda yerləşir. Böyük Rift dərəsi üzərində yerləşir. Göldə üç vulkanik ada vardır: Cənub adası, Kronkodayl-Aylend, Şimal adası. Cənub sahilində Teleki vulkanı yerləşir. Gölə çoxlu sayda çay tökülsədə ən irisi Omodur. Ono mənsəbə beş kilometr qalmış delta əmələ gətirir. Gölün özündən isə çay başlamır. Göl ilk dəfə 1888 ildə macar səyahətçi qraf Samuel Teleki və Lyudvik fon Honsel tərəfinfən kəşf edilmişdir. Onlar gölə Avstriya şahzadəsi Rudolfun adını verirlər.
Yaşıl qurbağa
Yaşıl qurbağa(lat. Hyla savignyi) — Ağac qurbağaları fəsiləsinə aid növ. Növün latın adı fransız zooloqu Sezar Savininin şərəfinə adlandırılmışdır Uzunluğu 47 mm təşkil edir. Aşağı hissəsi limon və ya qırmızı rəngdə olur. Onlara yarımsəhra və səhra ərazilərində belə rast gəlinir. Onlara insanların yaşayış məntəqələrinə yaxın ərazilərində belə rast gəlinir. Onlara 400–1800 metr yüksəkliklərdə belə rast gəlinir. Gizli həyat tərzi keçirir və uzun müddət tərpənməz qalır. Əsasən ikiqanadlılar və hörümçəklərlə qidalanır. Qışlama noyabr ayından başlayır.
Qurbağa küçəsi
Navate mağaza küçəsi (縄手通り商店街, Navate Dori Şotenqay) – Yaponiyanın Naqano prefekturasının Matsumoto şəhərində yerləşən küçə. Qurbağa heykəlləri, qurbağa festivalı və qurbağalara həsr olunmuş məbədi səbəbi ilə Qurbağa küçəsi (かえる道, Kaeru miçi) kimi də tanınır. Metoba çayının sahilində yerləşən küçənin adı "nava no yoni naqay dote" (縄のように長い土手, azərb. "kəndir kimi uzun çay sahili"‎) sözlərinin qısaltmasından yaranmışdır. 2001-ci ildə küçədə yenidənqurma işləri aparılmışdır. Küçənin hekayəsinə görə Yapon Alp dağlarında yerləşən bu küçənin ərazisində Yaponiya üçün endemik qurbağa növü olan kacikaların böyük populyasiyası yaşayırdı. 1959-cu ildə baş verən tayfun mövsümü qeydə alınan ən pis tayfun mövsümlərindən biri olmuş, Yaponiyada bir çox yerdə daşqınlara səbəb olmuşdur. Bu daşqınlar nəticəsində Matsumoto şəhərinin yaxınlığında axan Metoba çayı daşmış, Navate və ətraf küçələri su basmışdır. Daşqından sonra kacika qurbağaları çayın yuxarı axınında yerləşən daha hündür yerə miqrasiya etmişdirlər. Yerli əhali daşqının fəsadlarını aradan qaldırsa da, qurbağalar bir daha qayıtmamışdır.
Caryophyllata urbana
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Turban (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.
Turbat (şəhər)
Turbat — Pakistanın Bəlucistan əyalətində şəhər.Keç çayı üzərində yerləşir.Bəlucistan əyalətinin 2-ci (Kvettadan sonra), Pakistanın isə 38-ci böyük şəhəridir.Bəlucistan əyalətinin cənubundakı ən böyük şəhərdir.Əhalisi təxm. 213 min nəfərdir.
Murtaza Quluxan Zəfər
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. Zəfər" təxəllüsü ilə şeirlər yazmış Mürtəzaqulu xan Şamlı təxminən 1591-ci ildə dünyaya gəlmiş, Səfəvi hökmdarlarından Şah Səfi (1629–1642) və II Şah Abbasın (1642–1666) hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində işləmiş, eşikağasıbaşı, divanbəyi, qorçubaşı, Kerman vilayəti valisi, Şeyx Səfiəddin türbəsinin mütəvəllisi olmuşdur. Özünün yazdığı kimi, yüz min beytə yaxın farsca şeirləri olan şair, yaşının ixtiyar çağında, 1669-cu ildə Azərbaycan türkcəsində şeirlərindən ibarət divanını tamamlamışdır. Onun türkcə şeirlərində Ə. Nəvai, Ş. İ. Xətai və M. Füzuli təsiri görünür. Zəfər divanının dibaçəsi, demək olar ki, Nəvai divanı dibaçəsinin əvvəlini təkrar edir. Nəvai dibaçəsində insanı digər məxluqatdan üstün yaradıb ona nitq, şeir yazmaq qabiliyyəti verən yaradana şükürlər oxuyur: "Şükr va sipas ol qodirğa kim, çün adam osoyiş-qohidin vucud oroyişi oqohlariğa cilva berdi. İnsonni soyir maxluqotdin nutq şarafi bila mumtaz qildi. Rübai: Ul kim, çü cahon xilqətin oğoz etti, Süni kilmini naqş pardoz etti. İnson xaylin nutq ila mumtaz etti, Nutq ahlini nazm ila sanafroz etti". Zəfər divanının dibaçəsində bəzi söz və ifadələri dəyişsə də, mətni Azərbaycan türkcəsinə uyğunlaşdırsa da, onun Nəvaidən bəhrələnməsi şübhəsizdir.
Qulam Murtaza Syed
Qulam Murtaza Syed (17 yanvar 1904 – 25 aprel 1995, Kəraçi) — Q.M.Syed məşhur hind siyasətçisidir. Siyasi fəaliyyətinə 16 yaşında başlayıb və doğma şəhərində 17 mart, 1920-ci il tarixində Xilafət Konfransı təşkil edib. O, 1948-ci ildə Pakistanın yaranmasından sonra o əvvəlcə siyasi məhbus olub. O, 26 aprel, 1995-ci il tarixində Karaçidə ev dustağı olduğu vaxt vəfat edib. Sayed 17 yanvar, 1904-cü il tarixində Sədət Sindin ailəsində Sann şəhərində anadan olmuşdur. Sayed atası Sayed Məhəmməd Şah Kazmi ailə münaqişəsinə görə 1 noyabr 1905-ci il tarixində öldürüləndə körpə idi. Atası Sayedin ölümündən sonra ailədə kişi cinsindən olan olan yeganə övlad idi, buna görə də 1906-cı ildə Birtaniya hakimiyyəti onun ailə mülkünü himayəsi altına almış və onun ailəsinə məhkəmədə aylıq təqaüd təyin edilmişdi. O, 6 yaşında ibtidai məktəbə qəbul olunmuş və 1915-ci ildə Sinddə 5 illik ibtidai təhsilini başa vurmuşdur. Onun ailəsinin ağsaqqalları onu ailə münaqişəsindən qorumaq üçün evdə təhsil alması qərarına gəlmişdilər. Ən azından ona görə ki, o ailəsinin yeganə kişi üzvü idi.
Qurbağa öpüşü (kitab)
Qurbağa öpüşü — Ceylan Mumoğlunun 2018-ci ildə Bakıda nəşr olunmuş 2-ci kitabı. 23 sentyabr 2018-ci ildə "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib. "Qurbağa öpüşü" hekayələr toplusunda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayələrin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır. Daha çox hislərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə vurulur. Kitab 2018-ci ildə Bakıda Parafraz Nəşrlərində 88 səhifədə çap edilib. Aydınlanma səyahəti Sona. ""Qurbağa öpüşü"ndə psixoloji mövzulara daha çox toxunmuşam" - Ceylan Mumoğlu ilə müsahibə" ( (az.)). parafr.az. 2018-09-19.
İlan-qurbağa ev
İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub. Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb. Ancaq indi onların sayı əvvəlkindən azdır. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb.
Turkana gölü Milli Parkları
Turkana gölü Milli Parkları — Keniyadakı Turkana gölü ətrafında yerləşən üç milli parkdan ibarət bir qrupdur. 1997-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmiş və 2001-ci ildə genişləndirmə işləri aparılmışdır. Parkın əhəmiyyətinin səbəbləri onun köçəri quşlar üçün dayanacaq kimi istifadə olunmasını, Nil timsahının, begemotların və ilanların yetişdirilməsi üçün yer kimi istifadə edilməsini əhatə edir. Turkana gölü Milli Parkları Sibiloi Milli Parkı və Turkana gölündəki iki adadan ( Mərkəzi ada və Cənubi ada ) ibarətdir.
Urbana-Şampeyn İllinoys Universiteti
Urbana-Şampeyn İllinoys Universiteti (ing. University of Illinois at Urbana–Champaign) — ABŞ-nin İllinoys ştatının iki qardaşlaşmış şəhərində - Urbana və Şampeyn şəhərlərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı, ştatın ikinci ən böyük dövlət ali təhsil ocaqlarından biridir. 1862-ci ildə ABŞ prezidenti Avraam Linkoln Morill Qanununu imzalayır. Qəbul edilmiş Morill Qanununa əsasən ABŞ-nin hər bir ştatında kənd təsərrüfatı, mexanika və hərbi hazırlıq ixtisasları verən dövlət universitetləri yaradılması üçün torpaq sahələri ayrılır. İllinoys ştatının bir sıra şəhərləri arasında sərt qiymət təklifi (auksion) müharibəsindən sonra 1867-ci ildə yeni yaradılacaq ali məktəbin ərazisi kimi Urbana şəhəri seçilir. Ali təhsil müəssisəsi İllinoys Sənaye Universiteti adlandırılır və ilk prezidenti Con Milton Qreqori təyin edilir. C.M.Qreqori humanitar ənənələrə söykənən universitet yaratmaq niyyətində idi. Lakin İllinoys Sənaye Liqası, ştat sakinləri və Morill Qanununu qəbul edən şəxslər ali məktəbin yalnız "sənaye yönümlü" olmasını istəyirdilər. Bu məsələ ilə bağlı C.M.Qreqori və həmin şəxslər arasında mübahisələr yaranır. Nəhayət, 1868-ci il martın 2-də iki müəllim və kiçik tələbə qrupu ilə universitetdə dərslər başlanır.
Türban
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Mürtaza Qasımov
Türban tullama
Türban tullama, və ya ammameparani (fars. عمامه‌پرانی‎) — İranda etirazçıların şiə ruhanilərinə nifrətlərini bildirmək və bununla da onları təhqir etmək üçün bir mollanın başındakı türbanı tullaması. Tipik olaraq, etirazçı hədəfin yanından qaçır, baş geyimini çıxarır və həbs olunmamaq üçün qaçmağa davam edir. 2022-ci ildə İranda Məhsa Əmininin ölümündən sonra keçirilən etiraz aksiyaları zamanı insanlar bu hərəkəti lentə alıb sosial şəbəkələrdə yerləşdirmişdir. Bu, etiraz metodunun qısa müddətdə populyarlaşmasına səbəb olmuşdur. == Metodologiya == Türban tullamaq qadınların ruhani quruluşa qarşı müqavimətinin ifadəsi kimi müşahidə olunmağa başlanmışdır. Bu hərəkəti əvvəlcədən planlaşdıran qadınlar saçlarını örtmədən bunu həyata keçirmişdilər, bu da qanunla cəzalandırılırdı. Buna baxmayaraq, bu qanunsuz əməldə iştirak məqsədyönlü olmuş və presedent yaratmışdır. Etirazın bu iki formasının birləşməsi, həmçinin qadının öz saçını örtməkdən imtina etməsi, başqa şeylərlə yanaşı, üç məqsədə xidmət edir. Birincisi, bu, İranda teokratik qanunlar ilə əməkdaşlıqdan imtinanın ifadəsidir.