Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tuya
Tuya (lat. Thuja) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Nəhəng tuya
Nəhəng tuya (lat. Thuja plicata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın qərb hissəsidir, başlıca olaraq okeanın sahilboyu zolağında, aran yerlərdə, kifayət qədər nəm torpaqlarda yayılmışdır. Yan budaqlar qısa, küt, vəziciksizdir. əlverişli şəraitdə hündürlüyü 40–70 m-ə və diametri 120-240 sm-ə sıx ensiz-piramida formalı çətiri olan ağacdır. Qabığı qırmızı-qəhvəyi rəngdə olub, üzərində çatlar vardır. Şaxələrinin üst tərəfi parlaq tünd-yaşıldır. İynəyarpaqları xaçşəkilli və ya yumurtaşəkillidir, ucu biz, vəziciklidir, üzərində ağımtıl zolaqları vardır. Rəngli formaları kompozisiyalar düzəltmək üçün yararlıdır. Qozaları dərivarı, uzunsov-oval olub, uzunluğu 10-12 sm-dir.
Qərb tuyası
Qərb tuyası (lat. Thuja occidentalis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuya cinsinə aid bitki növü. Vətəni Şimali Amerika nın şərq hissəsidir. Təbii şəraitdə çökəkliklərdə, bataqlıqlaşmış sahələrdə bitir. Cavan yaşlarında piramida formalı, sonralar isə yumurtavarı çətir əmələ gətirir. əlverişli şəraitdə hündürlüyü 15–20 m-ə çatır, gövdəsinin diametri isə 90 sm-dən artıq olur. Gövdəsinin qabığı qırmızımtıl, bozumtul və ya bozumtul-qəhvəyidir. Budaqlarının qabığı hamar və qonurdur, çoxillik budaqları isə bozumtul-qəhvəyidir, üzləri çat-çatdır və xırda-xırda qopub tökülür. İynəyarpaqları 4 mm uzunluqda, pulcuqvarı, budağa möhkəm yapışmış, yay ayında tünd-yaşıl, payız-qış aylarında qonur-yaşıl rəngdə olur, ağac üzərində 2–3 il qalır. Qozaları 0,8–1,0 sm uzunluqda olub, payızda yetişir.
Sallaq tuyevik
Sallaq tuyevik (lat. Thujopsis dolabrata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin tuyevik cinsinə aid bitki növü. Vətəni Yaponiyadır; mədəni şəraitdə çox vaxt kol formasında becərilir. Piramidal formalı çətirli və topabudaqlı ağacdır. Vətənində əlverişli şəraitdə hündürlüyü 35-40 m-ə, diametri isə 1 m-ə çatır. Qabığı qırmızı-qonur, nazik, lifli olmaqla, uzun qabıqlarla çıxır. Zoğları iki cərgəlidir və bir sahədə yerləşir. Budaqlarının ucları aşağıya sallanır. İynəyarpaqları xaçvarı-qarşılıqlı, qabıqşəkilli, alt tərəfi iri, ağ zolaqlı və xallıdır. Sahədə iynəyarpaqları ətli, parlaq, tünd-yaşıl, zoğa sıx bitişikdir, uzunluğu 4–6 mm, alt tərəfi 2, enli ağ zolaqlıdır.
Tuya (XVIII sülalə)
Tuya — Yuyanın arvadı, ali Misir rəsmisi, firon III Amenofisin qayınanası.
Tuyi (Urmiya)
Tuyi (fars. تويي‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (15 ailə).
Tuyistan
Tuyistan (fars. طويستان‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 268 nəfər yaşayır (56 ailə).
Tuymaada
Tuymaada (Tuymada saxa Туймаада) — dərə Lena çayının orta axarlarında, sağ sahilində bölgəsində qərarlaşır. Dərədə Yakutiyanın paytaxtı olan Yakutsk şəhəri və onun ətrafında yerləşən Jatay, Xatassı, Tabaqa, Kanqalassı, Tulaqino, Kildyamçı, Slrdax və digər yaşayış məntəqəsi yerləşir. Tuymaada Lena çayı hövzəsində əhalisinin sayı baxımından üç əsas dərədən biridir (Erkeeni və Ensieli). Vadinin sahəsi 700 km² təşkil edir. Vadidə ümumilikdə 276,2 min nəfər yaşayır (2008). Bu isə bütün Yakutiya əhalisinin ¼ hissəsini təşkil edir. Vadinin ətraf ərazilərə nisbətdə 100 metr dərinlikdə yerləşir. Dərənin uzunluğu 64 km, eni 5–9 km arasında dəyişir. Dərə boyunca çoxlu sayda göllər vardır. Göllərin çoxluğu ərazinin daimi qrunt buzlağı zonasında yerləşməsi ilə əlaqədardır.
Tuymazı
Tuymazı — Rusiya Federasiyası Başqırdıstan Respublikasında şəhər.
Tuymazı-Arena
Tuymazı-Arena (başq. Туймазы-Арена və ya tam adı başq. С. Н. Ғимаев исемендәге боҙло комплекс) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Tuymazı şəhərindəki əsas idman qurğusu. Universal buz idmanı qurğusu və konsert kompleksidir. Arenanın tamaşaçı tutumu 808 nəfərlikdir. Onlayn xəritələrdə bu obyekt "Spartak stadionu" və ya "Olimpiya stadionu" adını daşıyır. Kompleksin əsası 2013-cü ildə qoyulmuş, elə həmin ilin 3 sentyabr tarixində isə açılışı olmuş; Başqırdıstan Respublikasının prezidenti Röstəm Xəmitov da açılışda iştirak etmişdir. Arena "Başneft" ASC-nin xeyriyyə fondları hesabına qurulub ki, tikintinin dəyəri 302 milyon rubl təşkil etmişdir. Arenanın əsas istiqaməti buz xokkeyi matçlarının keçirilməsi, fiqurlu konkisürmə yarışlarının təşkili və digər qış idman növləri ilə bağlıdır. Kompleksin ümumi sahəsi 5528 m²-dir.
Tuymazı rayonu
Tuymazı rayonu (başq. Туймазы районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Tuymazı şəhəridir. Tuymazı rayonu Buqulma-Bələbəy dağının mərkəzində, Başqırdıstanın "qərb qapısı" adlanan bölgədə yerləşir. Respublikanın Şaran, Buzdək, Bələbəy və Yermekeyevo rayonları ilə, qərbdə Tatarıstan Respublikası ilə həmsərhəddir. Ufaya olan məsafə 176 km-dir. Rayonun sahəsi 240 min hektardır (respublikanın rayonları arasında 21 yeri tutur). Rayon Başqırdıstanın qərbində yerləşir. Qərbdə Oktyabrski şəhər dairəsi və Tatarıstan Respublikası ilə həmsərhəddir. Rayon 1930-cu ildə təsis edilmişdir.
Tuyqun (Təbriz)
Tuyqun (fars. طويقون‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 313 nəfər yaşayır (79 ailə).
Tuysirkan
Tuysirkan — İranın Həmədan ostanının şəhərlərindəndir. Həm də Tuysərkan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 42,520 nəfər və 11,802 ailədən ibarət idi.
Tuysirkan şəhristanı
Tuysirkan şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. İnzibati mərkəzi Tuysirkan şəhəridir. Şəhristanın digər şəhərləri arasında Sərkan və Fərəsfəc şəhərləri də vardırlar. 2006-cı ilin siyahıya alınmasına əsasən, Tuysirkan şəhristanının əhalisi toplam 109,262 nəfərdən (28,917 ailədən) ibarətdir.
Tuysərkan
Tuysirkan — İranın Həmədan ostanının şəhərlərindəndir. Həm də Tuysərkan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 42,520 nəfər və 11,802 ailədən ibarət idi.
Tuysərkan şəhristanı
Tuysirkan şəhristanı — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. İnzibati mərkəzi Tuysirkan şəhəridir. Şəhristanın digər şəhərləri arasında Sərkan və Fərəsfəc şəhərləri də vardırlar. 2006-cı ilin siyahıya alınmasına əsasən, Tuysirkan şəhristanının əhalisi toplam 109,262 nəfərdən (28,917 ailədən) ibarətdir.
Tuyuq
Tuyuq - (türkcə duyğu, duymaq sözündəndir) türk şairlərinin divan ədəbiyyatına bəxş etdikləri rübaiyə bənzəyən dörd misralıq şeir növü. Qafiyə quruluşu aaba, bəzən abab, az hallarda isə aaaa şəklindədir. Rübaidə işlənən mövzular tuyuqda da işlənir. Ərəb və ədəbiyyatında olmayan, yalnız türk ədəbiyyatında istifadə olunan özünəməxsus nəzm şəklidir.Tuyuq əruz vəzninin rəməl bəhrindədir İlk numunələrini XIV əsr Azərbaycan şairi Qazi Bürhanəddin (tr: Kadı Burhanettin) yaradıb. Maninin Divan ədəbiyatına oxşar sayılır. Əruz vəzninin failatun-failatun-failun qəlibi ilə yazılır. Xalq ədəbiyyatında mani, on birli heca ilə söylənilərsə, tuyuq adını alır. Qafiyə sistemi rübainin qafiyə sistemi ilə eynidir. Manidə olduğu kimi, cinaslı qafiyə istifadə olunur. Bununla belə, tuyuqda manidən fərqli olaraq məntiqi və məna bütünlüyü qorunmaqla hər bir misranın müstəqil mənası, ideyası olur.
Tuyxunlar
Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285–670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti. Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi.
Tuyış (Əbyəlil)
Tuyış kəndi (başq. Туйыш) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Bayım kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Yənekəy kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Askar): 66 km., kənd sovetliyindən (Bayım): 1 km., ən yaxın dəmiryol stansiyasından (Taşbulat stansiyası): 9 km. Совет муниципальных образований Республики Башкортостан.
Şərq tuyası
Tuyevik
Tuyevik (lat. Thujopsis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Buy
Buy (ing. Buoy) — gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzən üzgəc. Buyda işıq, səs siqnalları, yaxud radiosiqnallar vermək üçün qurğu da ola bilər. Radiohid roakustik Buy (radiobuy) informasiyanı avtomatik toplayan və qəbuledici stansiyaya ötürən üzən vasitədir. İstiqamətlənmiş şüa antenalı radioötürücüdən ibarət olan radiobuy sualtı qayıqları aşkar etmək, okeanoqrafik və meteoroloji müşahidələr aparmaq, naviqasiya məqsədləri üçündür. Radiobuylarınilk nümunələri 1945-ci ildən sonra, raket-nüvə silahı ilə təchiz olunmuş atom sualtı qayıqlarının yaradılması ilə meydana gəlmişdir. Radiobuyları təyyarələrdən, helikopterlərdən, qayıqəleyhinə gəmilərdən hərəsi bir neçə ədəd olan partiyalarla quraşdırmaqla baryer xətti və ya qapalı hüdud yaradılır. Radiobuylar passiv və aktiv istiqamətlənmiş və istiqamətlənməmiş növlərə ayrılır. Lövbərlərlə təchiz olunmuş Buylar sürüşmə olan yerlərdə bərkidilir, lövbər qurğuları olmayan Buylar isə dreyf edir.
THY
Türk Hava Yolları (qısaca: THY) — Türkiyə Respublikasında fəaliyyət göstərən beynəlxalq hava yolları şirkəti. Mərkəzi İstanbul hava limanıdır. 20 may 1933-cü ildə qurulub.
TU9
TU9 — Almaniyanın 9 aparıcı texniki universitetinin daxil olduğu ittifaq.
Tly
Tly — talış dilinin Beynəlxalq Standartlaşdırma Qurumu (ISO) tərəfindən yaradılmış kodu. ISO 639-3 kodudur.
Toy
Toy — çoxlu adət-ənənələrlə müşayiət olunan, evlənmə prosesinin son mərhələsi, qonaqlıqla başa çatan şənlik, çalıb oynamaq mərasimi. Toyun sosial əhəmiyyəti yeni ailənin yaradılması, qohumluq əlaqələrinin qurulması, ailə və yaş statusunun dəyişməsi, ər-arvadın statusunun ictimaiyyət tərəfindən tanınması ilə əlaqədardır. Toy özündə dil, folklor-poetik, ritual, musiqi, vizual və digər planları birləşdirir. Bir çox xalqlarda toya gəlinin ata-ana evindən bəy evinə ritual olaraq köçürülməsi, hədiyyə mübadiləsi, süfrə və s. adətlər daxildir. Bütün xalqlar arasında bir çox inanclar, əlamətlər və mərasimlər toyla əlaqələndirilir. Dindarlar üçün toy dini ayinlərlə (xristianlıqda toy, islamda nikah və s.) müşayiət olunur. Azərbaycanda evlənməyin ənənəvi yolu qızı elçilik vasitəsilə ilə nişanlayıb toy etmək olmuşdur. Ulu babalarımız "toy" dedikdə, şənlik məclisi, qonaqlıq, yeyib-içmək, çalıb-oynamaq başa düşüblər. El arasında deyilir: "Filankəs şadyanalıq edib toy çaldırıdı".
Tuf
Tuf — vulkanik küldən yaranan, maqma mənşəli dağ süxuru. Adətən qeyri-vulkanik qarışıqda olur. Çox yaxşı inşaat materialıdır. Qırmızı, çəhrayi, bənövşəyi, narıncı rəngdə olur. Bu materialın ən üstün keyfiyətlərindən biri asan emal olunmasıdır. Azərbaycan ərazisində bir çox qədim tikililərdə istifadə olunub. Məsələn: Pir Hüseyin türbəsi (İrəvan), Müqəddəs İohann kilsəsi (Gəncə), Əskipara monastırı, Qızılburun yaşayış yeri, Kültəpə (Babək) və bir çox başqa. Tuf (rus. туф, ing. tuff) /ital.tufo/ – müxtəlif mənşəli süxurlar qrupu.
Tui
Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir. Tui — İspaniyanın şimal-qərbində yerləşən Qalisiya muxtar vilayətinin Pontevedra əyalətində bələdiyyədir. 2005-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı; 16680 nəfərdir.
Tur
Tur (şəhər)
Tus
Tus (fars. توس‎ və ya طوس) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər. Qədim yunanlar buranı Susia (yun. Σούσια) adlandırırdılar. Tarixi qeydlərə görə e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər şəhəri ələ keçirmişdir. Şəhər 1220-1259-cu illər monqol istilaları zamanı demək olar ki, tamamilə məhv edilmişdir. 808-ci ildə Xorasan iğtişaşlarını yatırmaq üçün yola çıxan xəlifə Harun ər-Rəşid Tus şəhərində xəstələnərək vəfat etmişdir. Tusun ən məşhur sakinləri arasında Firdovsi, Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və Əbu Cəfər əl-Tusinin adlarını çəkmək olar. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunmuşdur.
Tut
Tut (lat. Morus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi.
Tux
Tux (Tuks) — Linuks Əməliyat Sisteminin rəsmi talismanıdır. 1996-cı Larri Yuinq tərəfindən yaradılmışdır. Ceyms Hyuqs(James Hughes) bu pinqvini TUX (Torvald's UniX) adlandıran ilk şəxs olub. Linuxun simvolunun pinqvin olması ideyası Linus Torvalds tərəfindən irəli sürülmüşdü. Bu gün bu pinqvin dünyada nəinki Linux, həm də ümumiyyətlə Açıq kodun simvolu sayılır. Tux həm də Tux Racer və Pingus oyununlarının əsas qəhrəmanıdır. TuxPaint — uşaqlar üçün rəsm proqramında da bu personaja rast gəlirik.
Tuğ
Tuğ — Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kənd inzibati ərazi dairəsində kənd. 31 oktyabr 1991-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Tuğ kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Tuğ sözü bir sıra müasir türk dillərində və o cümlədən, Azərbaycan dilinin Şuşa və Qubadlı şivələrində bayraq mənasını daşıyır. Tuğ etnotoponimi Tuq (tuk, tok) məşhur qıpçaq tayfalarından birinin adı ilə bağlıdır. Qafqazda, o cümlədən Gürcüstanda bir çox yaşayış məntəqələrinin adları bu tayfa ilə əlaqədardır. Azərbaycanda üç Tuğ kəndi, Tuğ çayı, Tuğ dağı və Tuğ yurdu əraziləri məlumdur. Şimali Qafqazda da Tuq, Tuk, Tok, Tukdaq, Tukovo və s. kəndlər vardır. Qərbi Azərbaycanda (Ermənistanda) XIX əsrə aid olan xəritələrdə Tuğlu, Tuqun, Tuqut türk kəndlərinin adları öz əksini tapmışdır.
Tey
Tey — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd. Toponim türk dilində "təpə" mənasında işlənən tey sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1873-cü ildə 126 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 293 nəfər, 1904-cü ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünün nəticəsində kəndi tərk etmişlər. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 62 nəfər, 1931-ci ildə 81 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə adı ilə kənddə yaşayan azərbaycanlılar köçürülərək kənd ləğv edilmişdir. İndi ölü kənddir.
Yuy
Yuy — soyad. Yuy Yani — Çin şahmatçısı, qrosmeyster (2009). Yuy Haseqava — Yaponiya qadın futbolçusu. Digər Yuy Yuan — Çində park.
Family Guy
Qriffinlər, (ing. Family Guy) — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir. "Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.
Huylu-huy
Çeluxuy (IV əsr – IV əsr) — IV əsr jujan qəbilə başçısı idi. == Həyatı == Yuyçzülyü Muqulyünün oğludur. Güclənən Sienbilərə vergi ödədi. Onun dövrü sülh içində keçdi.
Krunq Tay
Ayutiya krallığı (tay อาณาจักรอยุธยา) — 1351–1767-ci illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş tay feodal buddist dövləti. Ayutiya xarici tüccarlarla səmimi idi. Bu tüccarlara çinlilər, vyetlər, portuqaliyalılar, hindlilər, yaponlar, koreyalılar, farslar, ispanlar, niderlandlılar, ingilislər və fransızlar daxil idi. Yerli hakimiyyət bu tüccarlara paytaxt Ayutiya şəhərinin qala divarlarının ətrafında kəndlər qurmağa icazə vermişdir. Xarici tüccarlar XVI əsrdə Ayutiyanı şərqdəki ən böyük və ən zəngin şəhərlərdən biri olaraq təsvir etmişdir. Kral I Ramatxibodin (1656–1688) Fransa kralı XIV Lüdovik ilə yaxın əlaqəli var idi. Dövlətdə olan fransız nümayəndəlar Ayutiyanın Paris qədər böyük və zəngin olduğunu qeyd etmişdir. 1550-ci ildən etibarən krallığın vassallarına Malay yarımadasında yerləşən bir neçə şəhər dövlətləri, Sukxotay, Lannatay və indiki Birma və Kamboca dövlətlərinin bir hissəsi aid idi. Krallığa bu dövrdə daha çox Ayutiya imperiyası deyilirdi. Avropa mənbələrində Ayutiya krallığı Siam adlandırılırdı, ancaq bir çox mənbə Ayutiyanın yerli əhalisinin özünü tay adlandırdığını, krallıqlarına isə tay dövləti mənasını verən Krunq Tay (tay กรุงไท) dediklərini sübut edir.
Le-Muy
Le-Muy — Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azur vilayətində Var departamentində yerləşən kommuna. 1944-cü ilin avqust ayında Cənubi Fransa müttəfiqlərin işğalında azad olunan ilk yerlərdən biri idi.
Muay Tay
Muay tay və ya Tay boks (Tay dili: มวยไทย, Oxunuşu: /muːaj tʰaj/) — Tailandda yaranan döyüş sənətidir. "Muay" termininin mənası sanskrit dilindəki "mavya" sözündən götürülmüş, "azadların döyüşü" və ya "azad döyüş" mənasını verir. Ayrıca olaraq, bu döyüş növünün analoqları Myanma, Kamboca və Laosda istifadə edilir. Döyüş sənətinin hansı ölkədə yaranmasında nisbətən fikir ayrılığı vardır. Bu döyüş növünün Boksa bənzərliyi vardır. Amma ondan fərqli cəhətlərinə görə fərqlənir. Məhz "tay boks" adlandırılan döyüş sənəti boksa qarşı olaraq hazırlanmışdır. Döyüş növü Karate və Uşu (Kunq Fu) sənətlərindən də fərqlənir. Burada kata və taolu kimi kompleks hərəkətlər yoxdur. Muay tay döyüşdə əl, ayaq və döyüşdə əsas olan dizlə və ya dirsəklə vurulan zərbələrdən ibarət olan sərt qədim döyüş sənətidir.
Nuy (Urmiya)
Nuy (fars. نوي‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 610 nəfər yaşayır (104 ailə).
Phaethornis guy
Phaethornis guy (lat. Phaethornis guy) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin günəş kolibrisi cinsinə aid heyvan növü.
Qanlı Toy
Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes. Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.
Qara tut
Qara tut (lat. Morus nigra) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin tut cinsinə aid bitki növü. Qara tuta Xartut da deyilir. Tutun Azərbaycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ müxtəliflikləri vardır. Xartutun meyvəsi tünd qara, qırmızı və ya tünd bənövşəyi rəngdə, turşa-şirin dadlı və ətirlidir. Xartutun tərkibində 9% şəkər, 2,86% üzvi turşu, 2,03% zülal, 0,36% zülalsız azotlu maddələr, 0,55% pektin maddəsi vardır. Xartutdan mürəbbə, şirə və jele hazırlanır Təbii halda İran, Qazaxıstan, Rostov-Don, Əfqanıstan və Orta Asiya ölkələrində çox geniş yayılmışdır. Hündürlüyü 10–15 m-ə çatan, çətiri nisbətən sallaq budaqlara malik ağacdır. Cavan budaqları qısa, yoğun, sərt, narın tükcüklərlə örtülmüşdür. Yarpağı yumurtaşəkilli, tam kənarlı və ya 2–3 dilimli, uzunluğu 7–9 sm, eni 3–4 sm-ə çatır.
Tük
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.
Tül
Tül — qapı, pəncərə və digər yerlərdən asılan, yüngül olmaqla setka toxunuşlu parça növü.
Tüyr
𐕜 (səslənməsi /t'/, transkripsiyası Ṭ, ṭ) — Alban əlifbasının 45-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. տիւր (Tiwr) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır və daha dəqiq adın "T'üwr" ola biləcəyini qeyd edir. Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki T' səsi ilə eyniləşdirirlər. Yeganə etiraz edən şəxs Georgi Klimov olsa da, sonradan o da bu hərfin transkripsiyası ilə razılaşmışdır.
Züy
Züy — Nəfəslə çalınan musiqi alətlərində səsi əsas alətin ahənginə uyğunlaşdırma, onun çaldığı havanı təkrar etmə.
Küy (hərf)
𐕣 (səslənməsi /kʿ/, transkripsiyası K, k) — Alban əlifbasının 52 və sonuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Քի՛ւ (Kʿiw) kimi verilmişdir. Jost Gippertin fikrincə daha doğru ad "Küw" olmalıdır. Xaç formalı qrafem qra. Ք və qədim gürcücə Ⴕ hərfi ilə bənzərlik təşkil edir və Məsih sözünün qarşılığı olan q.yun. Χριστός ilə əlaqələndirilir.
Multiplikativ küy
Multiplikativ küy (Multiplicative noise, Мультипликативный шум) – rabitə xəttinin xarakteristikalarının dəyişməsi nəticəsində kanalın ötürmə əmsalının təsadüfi dəyişmələri ilə şərtlənir. Additiv küylər isə aparaturanın komponentlərində istilik prosesləri, atmosfer və sənaye prosesləri, qonşu kanalların işi ilə əlaqəli olan fluktasiya hadisələri nəticəsində yaranır. Multiplikativ küylərə digər tezliklərlə qarşılıqlı təsir nəticəsində yaranan kombinasiya tezlikləri, parazit modulyasiya və rəqəmsal sistemlərdə kvantlama küyləri aid edilir. Multiplikativ küy siqnalı deformasiya edə – informasiya hissəsinin formasını dəyişə bilər, siqnalın qiymətlərindən və siqnalın müəyyən xüsusiyyətlərindən asılı ola bilər. Multiplikativ küylər küylə siqnalın qarşılıqlı təsiri nəticəsində meydana çıxır. Riyazi olaraq bu siqnal və küyün tezlik komponentlərinin bir-birinə vurulması ilə təsvir olunur. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.