Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ksilit
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir. == Alınması == Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur. == Tətbiqi == Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.
Spilit
Spilit - albitləşmiş diabaz qrupuna aid olan paleotip bazalt süxur ("natriumlu bazalt"). Sualtı vulkanik püskürmə ilə əlaqədar olan lavalarda, araları, adətən, yəşəm tipli sementlə dolmuş kürəvi ayrılmaların olması və bu süxurların silisiumlu radiolariya süxurları ilə sıx assosiasiya onların su altında əmələ gəldiyini göstərir. Quruluşu mikrolit tipli, pilotaksit, yaxud intersertaldır. Mikrolitlər albitləşmiş plagioklazdan ibarətdir, onların arası isə xlorid və filiz mineralları (maqnetit, pirit, ilmenit), bəzən də dəyişilməyə uğramış hornblend və piroksenlə dolur. Spilit spilit-keratofir formasiya xarakter üzvü hesab edilir. Yer qabığının mütəhərrik zonalarının ilkin mərhələsi üçün səciyyəvidir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Kilit
Kilit — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Coğrafi mövqeyi == Rayonun mərkəzindən 16 km cənub şərqdə, Naxçıvan-Bakı dəmir yolunun sol tərəfində, Zəngəzur silsiləsinin ətəyindədir. == Tarixi == Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarına əsasən Ordubadın Qorçevan kəndində Naxçıvan MSSR-in 9 kəndi sırasında əkin yerləri və otlaqları ilə birlikdə qanunsuz olaraq Ermənistan SSR-ə birləşdirildi. Bundan əlavə Qorçevan ermənilərin hələ 1921-ci ildən icarəyə götürdükləri, 1923-cü ildən zorakılıqla sahibləndikləri Kilit kəndi torpaqlarının bir hissəsi də bu respublikaya qatıldı. 1992-ci ildə erməni silahlı quldurlarının basqınları nəticəsində əhalisi Ordubad rayonunun müxtəlif yerlərinə köçmüşdür. Hər tərəfdən sıldırım yamaclı dağ və dərələrlə əhatə olunan Kilit kəndinin cənub şərqində karst mağarası mövcuddur (mağaranın dəhliz və salonlarında stalaktik və stalaqmitlər var). Mağaraların girəcəyində aşkar edilmiş mədəni təbəqə qalıqları onların qədim insan məskənləri olduğunu göstərir. Kilit yaxınlığında Ül dərəsi adlı yerdə orta əsrlərə aid yaşayış yerinin qalıqları və qəbir abidələri aşkar edilmişdir.
Lilit
Lilit (ivr. ‏לילית‏‎; lilit, və ya lilith) — yəhudi mifologiyasında xarakter, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Mesopotamiya mətnlərində Lilit əksər hallarda şeytan qadın sinfi (Līlīṯu) ilə əlaqəli göstərilir. Yəhudilər Liliti şər qüvvə hesab edirlər. Yəhudi folkloruna görə üç mələk Liliti məcbur etdilər ki, üstündə o üç mələyin (Sanvi, Sansanvi və Semanqelaf) adları yazılmış gözmuncuğu taxmış ana və uşaqlara zərər verməyəcəyinə dair and içsin. Ben Sira əlifbası Lilitin Adəmin birinci həyat yoldaşı olduğunu bildirən ilk kitabdır. Bu ideya Yaradılış kitabında olan ikiqat ayələrin şərhinə dayanır. Tövratın ilk hissəsi olan Yaradılışın birinci Babında Adəm ilə birlikdə bir dişi yaradıldığından bəhs edilir, ikinci hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılmışdır. İnanca görə Lilit Adəm ilə eyni zamanda və eyni anda yaradıldığına görə Adəm ilə bərabər olduğu fikrində idi, bu səbəbdən də Adəmə tabe olmağı şiddətlə rədd etmişdi, tanrıya qarşı çıxmış və cənnətdən uzaqlaşdırılmışdı. Bundan sonra tanrı Adəmin qabırğa sümüyündən Həvvanı yaradır.
Tilia
Cökə (lat. Tilia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsinin bütün ilıq bölgələrinin gilli, sərin və nəmli torpaqlarında yetişir. Sürətlə böyüyən və 20-25 metrəyə kimi uzanan cökə ağaclarının gövdələrinin diametri 1.5 m belə ola bilər. Əvvəlcə düz olan gövdə qabığı, ağac yaşlandıqca çatlayır. Üstü tünd yaşıl yarpaqları uzun saplı, ürək formasında və kənarları da düzdür. Yarpağın boz və ya gümüş rəngindəki alt tərəfində qılcıqlar var. İyun-avqust ayları arasında açan sarımtıl rəngli xüsusi xoş ətirli çiçəklərinin 3-5-i bir yerdə, yarpaqların orta damarına bağlı və sarılı vəziyyətdə olur. Ağacın tək toxumlu meyvəsi minik, yuvarlaq və qurudur. Cökə ağacı toxumu, gövdə çəlikləri ilə və ya boy atan köklərinin ayrılıb əkilməsi ilə çoxaldılır.
Tiğit
Tiğit — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Nairi rayonunda kənd. Rayon mərkəzindən 56 km məsafədə yerləşmişdir. 1972-ci ilə kimi Əştərək rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Teqit kimi, Qafqazın 5 verstlik xəritəsində Tiğit formasında qeyd edilmişdir. Erməni mənbələrində Tğit formasında verilir. Toponim qıpçaq türk tayfasından olan tuq («tiğ» tuq etnoniminin formasıdır) etnoniminə, cəmlik bildirən -ut şəkilçsinin -it fonetik formasının artırması ilə əmələ gəlib, «tuğların yaşadığı kənd», «tuğlara məxsus kənd, yaşayış yeri» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kənddə 1831-ci ildə 92 nəfər, 1873 - cü ildə 217 nəfər, 1886-cı ildə 241 nəfər, 1897-ci ildə 333 nəfər, 1908-ci ildə 410 nəfər, 1914 - cü ildə 488 nəfər, 1916-cı ildə 512 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir.
Tilsit sülhü
Tilzit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub oldu. İyul ayında isə Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa və böyük məbləğdə təzminat verməyə məcbur oldu. Шильдер, "Имп.
Tilzit sülhü
Tilzit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub oldu. İyul ayında isə Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa və böyük məbləğdə təzminat verməyə məcbur oldu. Шильдер, "Имп.
Tsilin kilsəsi
Müqəddəs Yelisey adına Tsilin kilsəsi (udi Ĭvĕl Yeliseyi s'iyen S'ilin Gergeś) — Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən kilsə. Erməni mənbələrində adı Müqəddəs Tanrının Anası Kilsəsi (erm. Սուրբ Աստվածածին եկեղեցի (Surb Astvatsatsin yekeğets’i)) kimi xatırlanır. Kəndin aşağı (udi s'ilin) məhləsində yerləşən kilsəni kəndin yuxarı (udi bulun) məhləsindəki Bulun kilsəsindən fərqləndirmək üçün yerlilər ona sadəcə Tsilin kilsəsi də deyirlər. Müasir kilsənin əsası 1866-cı ildə qoyulub, tikinti 1869-cu ildə bitib. Kilsə həmin il keşiş Aristakes tərəfindən təqdis edilib və istifadəyə açılıb. Tikintiyə maliyyə yardımı edənlər arasında Qalust Yüzbaşı və Xaçatur Yeğiazaryan adlı udi donorların adları çəkilir. İki mərtəbəli sakristiya və yarımdairəvi tağları olan Silin kilsəsinin uzunluğu 20.52, eni isə 11.56 metrdir. O, Müqəddəs Yelisey kilsəsinin arxitektural kompozisiya xüsusiyyətlərini bölüşür. Birincinin tağlı örtüyü iki cüt xaçşəkilli sütunla dəstəklənir.
Skibidi Toilet
Skibidi Toilet, rus əsilli Aleksey Gerasimov adlı şəxs tərəfindən yaradılmış və onun DaFuq!?Boom! YouTube kanalına yüklənmiş YouTube videoları və YouTube shorts ibarət 3D animasiya seriyasıdır. Source Filmmaker istifadə edilərək düzəldilən seriya, insan başlı tualetlər və Kamera başlı, Radio başlı, Televizor başlı insansı varlıqlar (qısaca İttifaq) arasında gedən müharibə haqqında bir seriyadır. İlk bölüm 2023-cü ilin fevralında dərc olundu. Skibidi Toilet müxtəlif sosial media platformalarında, xüsusən Alfa nəsli tərəfindən populyarlaşan internet mem kimi viral oldu. Bir çox şərhçi serialı Alfa nəslinin internet mədəniyyətinə ilk addımı kimi gördü. Serialda dialoqlar çox azdır, çox xarakter əsasən işarət dili ilə danışır. Tualetler isə adındanda məlum olduğu kimi "Skibidi" adlı dili danışırlar. Serialın yaradıcısının dediyinə görə tualetlər əslində bütün dünyəvi dilləri danışa bilir, ancaq onlar həmişə özlərinin "Skibidi dili" dediyi dili danışmağı tərcih edirlər. Ehtimaldır ki bu serial Ohioda keçir, buna səbəb ilk bölümlərin açıqlama qismində serialın yaradıcısının tualetləri "Ohiodakı Tualetlər" olaraq adlandırmasıdır.
Kilit dili
Kilit dili — bu ölmüş dil Hind-Avropa dil ailəsinin İran dil qrupunun şimal-qərb alt qrupunda sinifləndirilmişdir. Adını XX əsrin əvvəllərinə qədər mövcud olmuş Naxçıvanın Kilit sahəsi Ordubad rayonunun Kilit kəndindən gəlir. Kilit dili indi ölmüş İran dil qrupu Aşarın nəslindən və müasir talış dilinin ən yaxın qohumu idi. Bu dildən istifadə Sovet dönəmində kəskin olaraqda azalmışdır. 1992-ci ildə Dağlıq Qarabağ müharibəsinin başlaması ilə birlikdə kəndin Ermənistan respublikası ilə sərhəd ərazidə yerləşməsi və ermənilərin etdikləri basqınlar nəticəsində kənd əhalisinin digər ərazilərə köçməsi bu dilin tamamilə yox olmasına gətirib çıxarmışdır.
Kilit mağarası
Kilit mağarası — mağara qədim insanların daş dövrünün Neolit epoxasında yaşayış yeri olmuşdur. Mağara Ordubad rayonunun Kilit kəndi ərazisində yerləşir. Araz çayının sol sahilinə yaxın qərarlaşır. Zəngəzur silsiləsi cənub-qərb yamacını təşkil edən karbonatlı süxurlarda 2,5 m-dir. Mağara içərilərinə doğru 10-cu metrdə sağ 4 m, sol isə 10 m olmaqla iki qola ayrılır. Ümumi uzunluğu 24 m olan mağaranın dəhliz və salonlarında stalaqdit və stalaqmitlər müşahidə edilir. Divarları kalsit iynələri ilə örtülüdür. Mağarada aşkar edilmiş mədəni təbəqə onun qədim insanların məskəni olduğunu göstərir. Mağara 1983-cü ildə Ordubad və Şərur rayonu ərazilərində aparılan arxeoloji qazıntılar zamanı kəşf edilmişdir. Burada əmək tipli alətlər aşkarlanmışdır.
Kilit piri
Kilit piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit kəndindən cənubdada, təpənin üzərində ziyarətgah. Girişi şərqdəndir. Dördkünc formalı kiçik binadan ibarətdir. Divarında kiçik dördkünc formalı taxçalar var. Taxçalarda orta əsrlərə aid çıraqlar qoyulmuşdur. Pirin mərkəzi hissəsində bir qəbir var. Araşdırmalar zamanı pirin ətrafından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur.
Lilit Hovhannisyan
Lilit Hovhannisyan (7 dekabr 1987, İrəvan) — erməni müğənni. == Həyatı və karyerası == 2006-cı ildə "Hay Superstar" mahnı müsabiqəsində 4-cü olmuşdur. 2011-ci ildə çıxartdığı sinqlları ilə uğur qazanmışdır. 29 iyun 2011-ci ildə musiqiçi Vahram Petrosyan ailə həyatı qurmuşdur. == Diskoqrafiya == === Albom === Nran (2011) Nakaman lilit! naso!!
Tilia amurensis
Amur cökəsi (lat. Tilia amurensis) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Tilia argentea
Tüklü cökə (lat. Tilia tomentosa) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Tilia begonifolia
Tilia begoniifolia
Tilia begoniifolia (lat. Tilia begoniifolia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranda yаyılmışdır. Böyük və Kiçik Qаfqаzdа, Lənkərаn rаyоnunun аşаğı düzən hissədən bаşlаmış yüksək dаğ qurşаğınа qədər mеşələrdə yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. Tək-tək və ya qrup şəklində, quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Yamac və dərələrin qarışıq yarpaqlı meşələrində rast gəlinir. Təbiətdə hündürlüyü 35 m-ədək оlаn iri аğаcdır. Gövdəsinin diametri 100-150 sm çatan, enli şaxələnmiş budaqlıdır.
Tilia caucasica
Tilia begoniifolia (lat. Tilia begoniifolia) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranda yаyılmışdır. Böyük və Kiçik Qаfqаzdа, Lənkərаn rаyоnunun аşаğı düzən hissədən bаşlаmış yüksək dаğ qurşаğınа qədər mеşələrdə yаyılmışdır. Azərbaycanın nadir bitkisidir. Tək-tək və ya qrup şəklində, quru daşlı yamaclarda fıstıq-vələs meşələrində, 1900–2500 m yüksəkliklərdə rast gəlinir. Azərbaycanda arealı geniş deyildir. Yamac və dərələrin qarışıq yarpaqlı meşələrində rast gəlinir. Təbiətdə hündürlüyü 35 m-ədək оlаn iri аğаcdır. Gövdəsinin diametri 100-150 sm çatan, enli şaxələnmiş budaqlıdır.
Tilia americana
Amerika cökəsi (lat. Tilia americana) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Amerikanın cənub-qərbi ştatlarında geniş yayılmışdır. 1752-ci ildə İngiltərəyə gətirilmışdır. Hündürlüyü 20-35 (45)m, gövdəsinin diametri 1,2 m-dək olan, şaxələnmiş çətirli, budaqları çox vaxt sallaq, boz və ya açıq qonur qabıqlı, yarpağı tökülən ağacdır. Tumurcuqları hamar, möhkəm, ucu biz, oval, tünd qırmızı rəngli, iki tumurcuq pulcuqludur. Yarpaqları sadə, növbəli, oval və ya ürəkvari formalı, uzunluğu və eni 10-15 sm (bəzən 25 sm-dək), uzun, nazik saplaqlı, kənarı iri dişli və ucu bizdir. Kiçik (diametri 10-14 mm), sarımtıl-ağ, ətirli çiçəkləri 6-20 ədəd sallaq, çətirşəkilli çiçək quruplarına yığılmışdır. Çiçəkləri düz, beş ləçəkli və kasayarpaqlı, çoxsaylı erkəkcikli və beş yuvalı yuxarı yumurtalıqdadır. Çiçəkləmə yayın əvvəli və ya ortası baş verir.
Tilia heterophylla
Müxtəlifyarpaqlı cökə (lat. Tilia heterophylla) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Şimali Amerikada yayılmışdır. Hündürlüyü 15-24 m-ə çatan, oval, yumru çətirli, iri yarpaqlı ağacdır. Yarpaqları iri, tünd yaşıl, ucu biz, kənarları dişli, alt tərəfi gümüşüdür. Çiçəkaltlığının uzunluğu 5 dyumdur. Çiçəkaltlığının uzunluğu 5 dyumdur (12 sm-ə qədər). Çiçək qrupu 5-10 çiçəkdən ibarət olaraq iyunda çiçəkləyir.Açıq sarı meyvələri - xırda qozaları yayın axırlarında yetişir. Orta nəmişli, yaxşı drenajlı torpaqlarda asanlıqla becərilir. Havanın çirklənməsinə və şəhər şəraitinə pis dözür.
Tilia mandshurica
Mancuriya cökəsi (lat. Tilia mandshurica) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Rusiya, Çin və Koreyada yayılmışdır. Hündürlüyü 15(20) m-dək, sıx, enli çətili ağacdır. Zoğlarısarımtıl-yaşıl, tumurcuqları sarımtıl-qonur ulduzvaridir və sadə tükcüklərlə sıx örtülmüşdür. Yarpaq saplaqları yarpaq ayasından iki dəfə qısa, tükcüklü,uzunluğu 4-5 sm-dir, güclü zoğlarda yerləşir. Meyvə verən zoğların yarpaqları yumru və ya enli yumurtavari, uzunluğu və eni 6(8)-1(12) sm, ucu biz, simmetrik, dişli, möhkəm, üstü parlaq,yaşıl, çılpaq və ya az tükcüklü, alt tərəfi ulduzvarı tükcüklü, damarcıqları 6-10 ədəd; steril zoğların yarpaqlarının uzunluğu və eni 20-30 sm-dək, dişlidir. Çiçək altlığının uzunluğu 7-9 (12) sm, eni (1,3) 1,5-2,5 (3) sm-dir, aşağı hissəsi bir az yumru, tükcüklüdür. Çiçək qrupu sallaq, 5 (10) — 12 (15) çiçəkli; çiçək saplağı ağ, ulduzvari və sadə tükcüklüdür. Çiçəklərin diametri 10–12 mm-dir.
Tilia platyphyllos
Enliyarpaq cökə (lat. Tilia platyphyllos) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Ukraynanın qərb hissəsinin meşələrində, Moldovada, Qafqazda, Qərbi, Mərkəzi, Cənubi Avropada, İtaliyada, Yuqosloviyada, Bolqariyada, Yunanistanda, Rumıniyada bitir. Hündürlüyü 40 m-dək, sıx, enli piramidal çətirli, qırmızımtıl qonur tükücüklü, bəzən çılpaq ağacdır. Yarpaqları 14 sm-dək uzunluqda, yumurtavari, üstü tünd yaşıl, alt tərəfi açıq, çılpaq, damarcıqların künclərində açıq tükcüklüdür, 2-6 sm uzunluğu olan saplaqlarda yerləşir. Xırdayarpaq cökəyə nisbətən yarpaqları iki həftə gec açılır Tumurcuqları qırmızımtıl-qonur, çılpaqdır. Çiçəkləri 2-5 ədəd sarımtıl çiçək qrupunda toplanır və iyun ayının əvvəlində çiçəkləyir. Meyvəsi təxminən şarşəkilli, 5 çıxıntılı, qalın qabıqlı, keçəli tükcüklü qozadır. İstiyə, quraqlığa, rütübətə davamlı olub, torpaga tələbkardır. İşıqlı ərazilərdə yaxşı bitir.
Tilia × europaea
Avropa cökəsi (lat. Tilia × europaea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü.
Tilia cordata
Ürəkvari cökə (lat. Tilia cordata) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin cökə cinsinə aid bitki növü. Krım dağlarının şimal yamaclarında, Şimali və mərkəzi Qafqaza qədər оlan ərazilərdə gеniş yayılmışdır. Hündürlüyü 30 m, diamеtri 1,5 m оlan оvalşəkilli çətirə malik ağacdır. Cavan ağaclarda gövdənin qabığı hamardır. Sоnralar isə gövdənin üzərində dərin şırımlar əmələ gəlir və rəngi tündləşir. Kök sistеmi güclü inkişaf еdərək tоrpağın dərin qatlarında yayılır. Yarpaqlarının uzunluğu 3-6 sm, ürəkşəkill, ucu sivridir, kənarları dişli, üst səthi tünd yaşıl, çılpaq, bəzən parlaq, alt tərəfi çılpaqdır, damarların künclərində tükcüklər dəstələrlə yеrləşir. Payızda yarpaqlar açıq sarı rəng alır. Çiçəkləri хırda, sarımtıl ağ rəngli, ətirlidir.
İrina Tsilık
İrina Andreyevna Tsilık (ukr. Іри́на Андрі́ївна Ці́лик; 18 noyabr 1982, Kiyev) — Ukraynalı kinorejissor, yazıçı, nasir, bir çox mahnı sözləri, poetik və nəsr əsərlərinin müəllifi. Ukraynanın əməkdar artisti (2020), Ukrayna Ukrayna PEN klubunun üzvü. “Yer sanki naringi kimi, mavi” sənədli filminə görə ən yaxşı rejissor nominasiyasında Amerika Sandens Film Festivalının (2020) qalibidir. İrina Tsilık Kiyevdə anadan olub. 2004-cü ildə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetini fərqlənmə diplomu ilə bitirib. O, film istehsalı sahəsində rejissor kimi çalışır. O, bir neçə şeir, nəsr toplularının və uşaq nəşrlərinin müəllifidir. Çoxsaylı ədəbi festivalların və mədəni tədbirlərin ("Poesiefestival Berlin-2017", "Vyana Book Fair-2017", "Leipzig Book Fair-2017", "Frankfurt Book Fair-2016", "Lyrik für Alle" (Babelsprex konfransı, Salzburq) iştirakçısı , 2016), "Meridian Czernowitz" (2015-2016), Vilnüs Kitab Sərgisi - 2016 "Müəlliflərin Oxumaları Aylığı" (Çexiya, Slovakiya, 2016), "Vilenitsa mükafatı" (Sloveniya, 2008) və s.). Fərdi əsərlər alman, ingilis, polyak, fransız, isveç, çex, litva, rumın və katalan dillərinə tərcümə edilmişdir.