Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şahsevən
Şahsevən (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Şahsevən (Ağcabədi) — Azərbaycanın Ağcabədi rayonunda kənd. Birinci Şahsevən — Azərbaycanın Beyləqan rayonunda kənd. İkinci Şahsevən — Azərbaycanın Beyləqan rayonunda kənd. Şahsevən Təzəkənd — Azərbaycanın Ağcabədi rayonunda kənd. Şahsevən (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Uşaqyeyən fəvvarəsi
Uşaqyeyən fəvvarəsi (alm. Kindlifresserbrunnen‎) — İsveçrənin Bern şəhərinin Kornhausplats meydanında fəvvarə. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Əvvəllər fəvvarə "Platsbrunnen" adı ilə tanınırdı, lakin 1666-cı ildə o özünün indiki adını qazanmışdır. Uşaqyeyən fəvvarəsi çılpaq uşağı udan nəhəng-adamyeyəni təsvir edir. O əlində digər uşaqlar ilə dolu bir çanta saxlayır. Nəhəng divin başında Orta əsrlərdə yəhudilər tərəfindən güc yolu ilə geyinilən uzun papaq yerləşir. Bu fakt daha sonralar sakinlər arasında nəhəng-adamyeyən fiqurunun yəhudilərə istinad etməsinə və onların ritual cinayətlərinin xatırlatması kimi bir sıra fərziyyələrə səbəb oldumdur. Başqa nəzəriyyəyə əsasən, fəvvarədəki heykəl Yunan mifologiyasındakı Xronos tanrısını təcəssüm edir. Çox güman ki, bu itaətsiz uşaqları qorxutmaq üçün istifadə edilmiş bir növ mifik fiqurdur.
İşıqsevən bitkilər
İşıqsevən bitkilər və ya heliofitlər — açıq və günəşli yerlərdə bitən bitkilər. İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv Günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilər əsasən bitki örtüyü az olan işıqlı çöl və səhralarda bitir. Meşə zonasında bu bitkilərə az təsadüf edilir. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, günəbaxan, pambıq, qarğıdalı, kalış, qara şam, akasiya və s. aiddir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50—300 xırda xloroplast olur. Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətlərindəndir.
Birinci Şahsevən
Birinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun Birinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Araz çayından 3 km. aralı, Mil düzündədir. Daşburun stansiyası buradadır. Birinci komponent eyni-adlı yaşayış məntəqələrini fərqləndirir. İkinci komponent isə etnotoponim olub, Şahsevən tayfalar birliyinin adını əks etdirir. == Mədəniyyəti == 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır. == İqtisadiyyat == Birinci Şahsevən kəndində şəkər sexi və yeni “Aqrolizinq” təşkilatı vardır.
İkinci Şahsevən
İkinci Şahsevən — Azərbaycan Respublikasının Beyləqan rayonunun İkinci Şahsevən kənd inzibati ərazi dairəsində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi Qarabağda məskunlaşmış şahsevən tayfa birliyinə mənsub ailələrin saldıqları kəndlərdəndir. Oykonimin birinci komponenti bu kəndi Ağcabədi rayonundakı eyniadlı (Birinci Şahsevən) kənddən fərqləndirməyə xidmət edir.
Şahsevən (Ağcabədi)
Şahsevən — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şahsevən kənd inzibati ərazi dairəsində kənd. XIX əsrin sonlarında Ağcabədi rayonunun Şahsevən kəndindən köçmüş Abdulla adlı şəxs Kəlbəcər rayonunun — Mozçayın sol sahilində, dağ ətəyi ərazidə iki binə salmışdır. XX əsrin əvvəllərində də Cavanşir qəzasında Böyük və Kicik Abdullauşağı adlı iki binə adı qeydə alınmışdır. Rayonun Çobangərəkməz kəndi yaxınlığında bir yurd yeri indi də Abdulla yurdu adlanır. İran şahı I Abbas (1589–1629) hakimiyyətə gəldikdən sonra (XYII əsr) Qızılbaş tayfalarının müqavimətini qırmaq üçün "şahın (yəni özünün) mübarək başını sevənlər şah ətrafında toprlaşsınlar" fikrini irəli sürmüş, nəticədə Azərbaycanın həm şimalında, həm cənubunda yaşayan bir sıra ellər birləşərk Şahsevən tayfa ittifaqını yaratmışlar. Şimali Azərbaycan ərazisində Afşar, Qacar və Cavanşir tayfaları da şahsevən olmuşlar. Əvvəlcə bu ittifaq (Arxcanbəy və onun qardaşları) Qocabəy və Bəndəlibəy başçılıq etmişlər. Bir sıra qollardan və tirələrdən ibarət şahsevənlər Azərbaycanın hər iki hissəsində maldar həyat keçirmişlər.
Şahsevən (Kürdəmir)
Şahsevən — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi dairəsində kənd. Şahsevən adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində yaranmışdır. Bu ad səfəviyyə təriqətinin müridləri arasında siyasi məfhum kimi işlənmişdir. I Şah Abbas qızılbaşların rolunu məhdudlaşdırmaq və onların nüfuzunu qırmaq məqsədilə Şahsevən adlı özəl qoşun növü yaratmışdır. Sonralar Azərbaycanın müxtəlif bölgələrində əsası qoyulmuş Şahsevən kəndləri həmin tarixi hadisələrdən qaynaqlanır. Kürdəmir rayonunun ən qədim məzarlıqlarından biri Şahsevən kəndində yerləşir. Burada XIX əsrdə yaşamış nəqşbəndiyyə təriqətinin nümayəndəsi Mövlana Hacı Mahmud babanın (ölümü hicri 1281, miladi 1865) türbəsi vardır. Mövlana Hacı Mahmud baba İmam Şamilin müəllimi Siracəddin İsmayıl Şirvaninin müridi olmuş, həmçinin məşhur təriqət şairi Seyid Həmzə Nigari ilə dostluq etmişdir. Sovet hakimiyyəti illərində Şahsevən kəndi Topalhəsənli və Qaraqocalı kəndləri ilə birlikdə Moskva kolxozunun tərkibinə daxil olmuşdur. Kənddə əvvəllər fəaliyyət göstərən məscid sovet dövründə dörd illik ibtidai məktəbə çevrilmişdir.
Şahsevən (Tuzxurmatu)
Şahsevən — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Şahsevən Təzəkənd
Şahsevən Təzəkənd — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şahsevən Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şahsevən Təzəkənd kənd inzibati ərazi vahidi yaradılmışdır.
Şahsevən bələdiyyəsi
Şahsevən bələdiyyəsi (Ağcabədi) — Ağcabədi rayonunda bələdiyyə. Şahsevən bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
Şahsevən eli
Şahsevən eli — azərbaycanlıların etnoqrafik qruplarından biri. Şahsevən adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində yaranmışdı. Bu ad səfəviyyə təriqətinin müridləri arasında siyasi məfhum kimi işlənirdi. I Şah Abbas qızılbaşların rolunu məhdudlaşdırmaq və onların nüfuzunu qırmaq məqsədilə Şahsevən adlı özəl qoşun növü yaratdı. Onlar indiki Şahsevən elinin babaları deyildi. Şahsevən qvardiyası ilə Şahsevən elinin fərqi çoxdur. Göründüyü kimi şahsevənlər xüsusi qəbilə və tayfa birliyi olmayıb, ayrı-ayrı qəbilə və tayfa birliklərinə daxil olan icma qəbilə qruplarının, qəbilə və oymaqlardan ayrılaraq birləşməsi nəticəsində əmələ gəlmişdi. Ona görə də şahsevənlər qarşıya qoyulan məqsədə nail olmaqda böyük rol oynadı. Vilayətlərdə hökmranlıq edən qızılbaş tayfa başçılarının nüfuzu sarsıldı. Tarixi tədqiqatlar və eləcə də mənbələr təsdiq edir ki, şahsevənlər, əsasən, Azərbaycanla bağlı olmuşdur.
Şahsevən xalçası
Şahsevən xalçası və ya şahsevən kilimi — Cənubi Azərbaycan bölgəsində şahsevənlər tərəfindən hazırlanan Azərbaycan üslubu olan əl işi. Təbriz xalçaçılıq məktəbi Şeyx Səfi xalçası Heriz xalçaları Heshmati, Fazl-ollah. Iranian carpet. Tehran.
Birinci Şahsevən bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bədr xan Şahsevən
Bədr xan Allahqulu paşa oğlu Sarıxanbəyli Şahsevən — Ərdəbil xanı (1747–1757). == Həyatı == Bədr xan atasından sonra el başçısı oldu. O, yalançı şahzadə İsmayıl mirzənin qiyamında onun tərəfini tutmuşdu. Nadir xan Əfşarın hakimiyyəti illərində dövlətin siyasi yaşamında önəmli rol oynamışdı. Bədr xan 1763-cü ildə vəfat etdi. == Ailəsi == Bədr xanın Nəzərəli xan, Kiçik xan, Nəsir xan adlı oğulları, Şahnisə xanım adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şahsevən eli, "Soy" dərgisi, Ⅶ 4 (12), Bakı, 2008. Ənvər Çingizoğlu, Nəzərəli xan Sarıxanbəyli-Şahsevən, Bakı, "Mütərcim", 2012, 56 səh.
Məhəmməd xan Şahsevən
Şahsevən Məhəmməd xan Nəsrulla xan oğlu — XIX əsr, Şahsevən elbəyi, Sarıxanbəyli oymağından, Xoy valisi, Mehdiqulu xan Cavanşirin bacısı oğlu. Nəsrulla xanın ikinci оğlu Məhəmməd xan Ərdəbil şəhərində dünyaya gəlmişdi. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili görmüşdü. Məhəmməd xan Xоyun valisi оlmuşdu. Məhəmməd xan İran şahından üz döndərmiş, Rusiyaya üz tutmuşdu. Bir müddət Şuşa şəhərində yaşayandan sonra yenidən İrana qayıtmışdı. Məhəmməd xanın Məhəmmədqulu xan, Əhməd xan adlı оğulları vardı. Ənvər Çingizoğlu, Şahsevən eli, "Soy" dərgisi, Ⅶ 4 (12), Bakı, 2008.
Nağı xan Şahsevən
Nağı xan Şahsevən (1867-?) — İran hərbçisi, general-mayor. Nağı xan 1867-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. Mükəmməl hərbi təhsil almışdır. Sərdari-Rəşid ləqəbini daşıyırdı. Məşrutə hərəkatında iştirak etmişdi. Məhəmmədəmin Rəsulzadə yazır: "Gilanın iki mühüm səngəri vardır. Biri Tehran yolunda Qəzvin səmtində olub, yuxarıda zikr olunan səngərdir. Digəri isə Astara səngəridir. Gilanı talan etmək qəsdi ilə Tehran hökuməti belə bir nəqşə götürmüşdür ki, Qəzvinə zikr olunduğu üzrə qoşun yeritmiş, o biri tərəfdən dəxi Ərdəbil-Rəşidülmülkünü təhrik və onun vasitəsi ilə Nəmin xanlarını təşviq edib, Astara üstünə göndərilir ki, iki tərəfdən Gilanı giridara salsın. Lakin Gilan məşrutəçilərinin Tehran yolunda hazırlıqları nə dərəcədə isə Astara dəxi əhəmiyyətsiz deyildir.
Nəsir xan Şahsevən
Nəsir xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (Ərdəbil – Ərdəbil) — Ərdəbil xanlığının 1763-cü ildən 1808-ci ilə qədər ikinci xanı, O, qardaşı Nəzərəli xan Şahsevən ilə şərik hakimiyyətə malik idi.
Nəzərəli xan Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (1735, Ərdəbil – 1757, Ərdəbil) — Ərdəbil xanı (1763–1792). O qardaşı Nəsir xan Şahsevən ilə şərik hakimiyyətə malik idi. Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu. Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər. Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu.
Qiyas xan Şahsevən
Qiyas xan Şahsevən — Şahsevən elinə mənsub olan Cavad xanlığının qurucusu, ilk xanı, sərkərdə. Cavad xanlığı nisbətən kiçik idi. Xanlıq qərbdə Qarabağ və Qaradağ xanlığı, şimalda Şamaxı xanlığı, cənubda Talış xanlığı, şərqdə isə Salyan sultanlığı ilə əhatə olunmuşdu. Xanlığın əsası şahsevən tayfasına dayanırdı. Xanlığın əsasını da bu tayfanın bir üzvü Qiyas xan Şahsevən qoymuşdu. Bu xanın həyatı ilə bağlı məlumatımız yoxdur. Lakin Rusiyanın Arxiv İdarəsindən əldə etdiyimiz 14 nömrəli raporta əsasən deyə bilərik ki, onun Pəricahan adlı xanımından 2 oğlu olmuşdur: Tale Həsən xan və İbrahim xan. Azərbaycan xanlarının siyahısı Mustafazadə Tofiq. Cavad xanlığının əsası necə qoyuldu?. Bakı: "Kür".
İkinci Şahsevən bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şahsevən Təzəkənd bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şahsevən bələdiyyəsi (Ağcabədi)
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şahsevən bələdiyyəsi (Kürdəmir)
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əliqulu xan Şahsevən
Əliqulu xan Şahsevən (əvvəl Əliqulu bəy Şahsevən) — Şahsevən elinin, Muğan mahalının başçısı. Tarixdə ziddiyətli, lakin sərt, bacarıqlı bir şəxsiyyət kimi tanınmış Əliqulu xan Şahsevən elinin "Sarıxanbəyli oymağı"ndandır. 1727-ci ildə ruslar Astaranı, bir qədər sonra Lənkəranı da ilhaq etdilər. 1724-cü il müqaviləsinə görə, Azərbaycanın Kür çayından cənubda rus işğal zonasına daxil olmuş Xəzəryanı əyalətlərin hakimlərinin əksəriyyəti rus ordusunun üstün qüvvələrinə müqavimətin qeyri-mümkünlüyünü başa düşürdülər. Bu səbəbdən, öz hakimiyyətlərini saxlamaq üçün Muğanın mahal, nahiyə və el başçıları Dolqorukinin yanına gəldilər və rus təbəəliyini qəbul etməyə razı olduqlarını elan etdilər. Muğanlı Ramazan sultan, onun naibi Əliqulu bəy, Salyanlı Naib Əli bəy, eyni zamanda ətraf oba və kəndlərin kədxudaları, yüzbaşıları və digər nümayəndələri Rusiya dövlətinə sədaqət andı içdilər. General-feldmarşal V. Dolqoruki Ucarud mahalına Şahsevən Məhəmmədcəfər sultanı, Məzariq nahiyəsinə Ramazan sultanı başçı təyin etmişdi. Ramazan sultanın Əliqulu bəy adlı naibi vardı. Ramazan sultan osmanlılara meyl edəndən sonra ruslar Əliqulu bəyi xan ünvanı ilə Muğana və Şahsevən elinə başçı təyin etdilər. Əliqulu bəy ruslara məruzə etmişdi ki, Ramazan sultan draqunlara vəd etdiyi 200 atı vermək istəmir.
Nəzərəli xan Sarıxanbəyli-Şahsevən
Nəzərəli xan Bədr xan oğlu Sarıxanbəyli-Şahsevən (1735, Ərdəbil – 1757, Ərdəbil) — Ərdəbil xanı (1763–1792). O qardaşı Nəsir xan Şahsevən ilə şərik hakimiyyətə malik idi. Nəzərəli xan atasından sonra el başçısı olmuşdu. Sonra elin yaxından yardımı ilə Ərdəbil xanlığını ələ keçirmiş, müstəqil xanlıq qurmuşdu. Kərim xana tabe olmayan, hədiyyə, peşkəş və sairə adlarla vergilər verməkdən imtina edən Nəzərəli xanı məhdudlaşdırmaq, sıradan çıxarmaq məqsədilə Gilan hakimi Hidayət xanı səfərbərliyə aldı. O, dolayı yollarla Hidayət xanı Nəzərəli xana qarşı qaldırdı və onu pul, silah və sairə vəsaitlə təmin etdi. Kərim xan Zəndin hərtərəfli yardım və himayəsindən istifadə edən Hidayət xan Nəzərəli xanı tutdu və Ənzəli limanında həbsxanaya saldı. Kərim xanın vəfatından sonra Şahsevən elinin igidləri Ənzəliyə hücum edib, Nəzərəli xanı xilas etdilər. Nəzərəli xan Pənahəli xan Sarıcalı-Cavanşirlə düz dolanmadığından başı bəlalar çəkdi. Tez bir zamanda Qarabağ qoşunu Arazı adlayıb, Muğanda düşərgə qurdu.