Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk (21 oktyabr 1932, Pirəbbə, Salyan rayonu – 22 iyun 1994, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M. F. Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikasının xalq şairi (1992). Ölümündən sonra "İstiqlal" ordeni ilə təltif olunub. Xəlil Rza Ulutürk Azərbaycan ədəbiyyatı tarixinə azadlıq carçısı kimi daxil olub. Azərbaycanın sevimli şairinə çevrilən Xəlil Rza Ulutürk hələ məktəb illərindən öz çalışqanlığı, fərasəti va davranışı ilə müəllimlərin, valideynlərin rəğbətini qazanmışdı. Şair orta məktəbdə oxuduğu illərdə ədəbiyyata sonsuz həvəs göstərib, bütün əsərlərində xalqı düşmənlərə qarşı mübarizəyə səsləmişdir. Yaradıcılığı boyu əsərlərində Vətən məhəbbəti, torpaq sevgisi, sülh, əmin-amanlıq, azadlıq kimi dəyərlər tərənnüm olunmuşdur. Azərbaycanı sevən, onun müstəqil dövlət olması arzusu ilə yaşıyan va çarpışan Xəlil Rza Ulutürkün bütün zəncirləri yox etmək, zülmün qarşısına sədd çəkmək istəyi onu azadlıq şairinə çevirdi. Xəlil Rza Ulutürk ədəbiyyatımızın inkişafına böyük töhfələr verən sənətkarlardandır. == Həyatı == Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyanda anadan olmuşdur. 2 saylı şəhər orta məktəbində təhsil almışdır.
Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015)
Türkün ulusu. Xəlil Rza Ulutürk — 2015-ci ildə rejissor Murad Quliyevin Azərbaycan Televiziyasında çəkdiyi sənədli film == Məzmun == Filmdə əməkdar incəsənət xadimi, Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.
Elnur Eltürk
Qərib Əli Ucatürk
Qərib Əli Ucatürk (5 may 1962, Bərdə, Azərbaycan) — şair, publisist, ədəbi tənqidçi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Qərib Əli Ucatürk 1948-1953-cü illərdə SSRİ Ali Sovetinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarında Rus-Sovet imperiyasının yaratdığı Ermənistan SSR-dən əsgərləriun gücü ilə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından sürgün edilən qaçqın ailəsində 5 may 1952-ci ildə Bərdədə anadan olub. Ali məktəbi bitirdikdən sonra təyinatla bir müddət Özbəkistanın Urgenc şəhərində, daha sonra bir müddət Latviyanın Riqa şəhərində çalışmalı olur. 1978-ci ildə Vətənə qayıdır və Azərbaycan Dövlət Universitetində (indiki BDU) əmək fəaliyyətini davam etdirir. 1981-1984-cü illərdə o zaman Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında İqtisadiyyat ETİ-nin aspiranturasının qiyabi şöbəsində təhsil alır. Bir elmi büroşuranın və 107 elmi əsərin müəllifidir. 8 şeir kitabı çap edilib. "Türkün cəci" və "Türkün sözü" qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb. Çoxlu sayda publistik məqalələrin müəllifidir.