Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Empire Ants
Empire Ants — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca üçüncü studiya albomu "Plastic Beach"-də səsləndirilmiş mahnı. Mahnıda İsveçin trip-hop qrupu Little Dragon-un solisti Yukimi Naqano xüsusi qonaq qismində çıxış edir. Mahnı Deymon Albarn və Little Dragon qrupunun üzvləri tərəfindən yazılmışdır. == Yazılması == Deymon Albarn Little Dragon qrupu haqqında ilk dəfə onların musiqisinin pərəstişkarı olan partnyoru Suzi Vinstenlidən eşitmişdi. Little Dragon-un vokalisti Yukimi Naqano etiraf edir ki, əməkdaşlığa başlamazdan əvvəl Gorillaz haqqında ümumiyyətlə heç bir məlumatı olmayıb. Yukimi Naqano əvvəlcə Gorillaz ilə əməkdaşlıq ideyasına açıq deyildi və tərəddüd edirdi. Yukiminin meneceri ona məlumat verib ki, Gorillaz-ın arxasında dayanan şəxs 1990-cı illərin tanınmış İngiltərə rok qrupu olan Blur-un üzvü Deymon Albarndır. Bu xəbəri alanda Yukimi, Deymonun hələ də musiqi hazırladığını öyrənəndə təəccüblənib. O, ifadəsində bildirib ki, "əvvəlcə Gorillaz ilə əməkdaşlıq etməyin nə qədər böyük bir iş olduğunu başa düşməyib, çünki onların nə qədər məşhur olduğunu bilmirdi". Yukimi Naqano bir neçə gün boyunca Albarnın Londondakı şəxsi studiyası "Studio 13"-də onunla birlikdə çalışıb.
Kumpir
Kumpir — Anadolunun bəzi yerlərində "kartof" sözünün qarşılığı olaraq istifadə edilməklə yanaşı, əslində bişmiş kartofun əzilməsi ilə hazırlanan bir yemək növüdür. Təməl olaraq kartof xüsusi sobada bişirildikdən sonra qabığı yarılır. Çox vaxt daxili miqdarını artırmaq üçün bir başqa kartof da kəsilərək içinin yarısı və ya hamısı buna əlavə olunur. İçərisinə duz və kərə yağı və ya marqarin əlavə olunub qarışdırılaraq əzilir. Klassik olaraq qabığının içərisində servis edilir. Ümumiyyətlə sadə formasının üzərinə müxtəlif məzələr və souslar qoyurlar. Ən məşhur servisi zamanı kartofa rəndələnmiş kaşar pendiri də qarışdırılır, qaynadılmış sosiska kartofun içərisinə doğranır və üzərinə rus salatı qoyulur. Bunlardan başqa qarğıdalı, zeytun, noxud, göbələk və ya müxtəlif məzələrlə, ya da ağız dadına görə müxtəlif inqrediyentlərlə də hazırlana bilər. Əksər hallarda daha da ləzzətli olması üçün ketçup və mayonez kimi souslarla təqdim edilir. == Xarici keçidlər == Kumpir necə hazırlanır?
Ampir
Ampir (fr. Empire) — XIX əsrin birinci otuz illiyində, klassisizmin inkişafının sonunda memarlıq və dekorativ incəsənətdə üslub. Massivliyi ilə, qabarıq monumental formaları və zəngin dekoru ilə xarakterizə olunur. Öz inkişafında Qədim Romanın, Qədim Misirin və s. bədii irsinə arxalanırdı. Fransada I Napoleonun imperiyası dövründə yaranmışdır; o, memorial memarlığı və saray interyerlərinin parad möhtəşəmliyi ilə fərqlənirdi. == Tarixi == Ampir üslubunda Qədim Yunanıstan və Roma imperiyası dövrü bədii nümunələri təqlid edilmiş, həmçinin Qədim Misir incəsənəti motivlərindən istifadə edilmişdir. Klassizm zəmində yaranmış Ampir üslubunda forma və dekorların sadəliyi, zərifliyi tədricən onların yığcamlığı və monumental ifadəliyi ilə əvəz olunmuşdur. I Napoleon imperiyası dövründə ampir üslubunda əsas diqqət hakimiyyətin əzəmətini, hərbi möhtəşəmliyni, qüdrətini daha da dolğun ifadə edən memarlıq üsulları və detallarına verilirdi. Fransız memarlarından Ş.Persiye, P.Fonten və J.F.Şalqren ampir üslubunun görkəmli nümayəndələrindən hesab olunurlar.
Vampire Weekend
Vampire Weekend — 2006-cı ildə Nyu-Yorkda qurulmuş amerikan rok qrupu. Qrup üzvləri ifaçı-gitaraçı Ezra Keninq, multi-instrumentalist Rüstəm Batmanqlic, təbilçi Kris Tomson və basçı Kris Bayodur. Rüstəm 2016-cı ilin əvəllərində qrupdan ayrıldı.
Syzygium maire
Syzygium maire (lat. Syzygium maire) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Vampire Hunter D: Bloodlust
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.
Münirə Sultan
Münirə Sultan (9 dekabr 1844, Topqapı sarayı, Konstantinopol – 29 iyun 1862, Konstantinopol) — 31. Osmanlı padşahı I Əbdülməcidin qızlarındandır. 1844-cü ildə İstanbulda Topqapı Sarayında dünyaya gəlmişdir. Atası I Əbdülməcid, anası Verdicanan xanımdır. Atasının istəyilə Qərb musiqisi öyrədildi. Piano və ud ifa edə bilirdi. İki dəfə nigahlanmışdır. İlk evliliyi Misir xədivi Abbas Hilmi Paşanın oğlu İbrahim Hilmi Paşa ilə baş tutdu. Cütlüyün 1854-cü ilin aprelində İstanbuldakı Şəmsi Paşa sarayında baş tutan nişan mərasimi olduqca dəbdəbəli keçirildi. Gəlinə nişan hədiyyəsi olaraq olduqca dəyərli ziynət əşyaları, Çindən gətirilən çini qablar və ətirlər təqdim edildi.
Umnisə Musabəyova
Umnisə Süleyman qızı Musabəyova (9 oktyabr 1902 – 15 noyabr 1974) — Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru (1936), professor (1943), Azərbaycan SSR EA-nın üzvü (1962), Azərbaycan SSR Əməkdar Elm Xadimi (1957). Ümnisə Musabəyova 9 oktyabr 1902-ci ildə Qutqaşendə (Qəbələ) rayonunda hüquqşünas ailəsində anadan olmuşdur. Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) fondlarında mühafi zə olunan, vaxtaşırı ekspozisiya və sərgilərində nümayiş etdirilən 26 adda materialları—fotoşəkillər, sənədlər, kitablar və şəxsi əşyaları kəmiyyətcə çox olmasa da, elmi dəyəri etibarı ilə Ü.Musabəyovanın görkəmli alim, ictimai xadim və gözəl pedaqoq kimi çoxcəhətli fəaliyyətini işıqlandırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Materialları Ü.Musabəyovanın yeganə övladı vaxtilə Muzeyin Yeni Tarix şöbəsinin əməkdaşı olmuş, tarix elmləri doktoru Dilarə İbrahim qızı Musabəyova 1960-cı ilin yanvarında Muzeyə hədiyyə etmişdir. Orta təhsilini Bakıda böyük xeyriyyəçi H.Z.Tağıyevin maliyyə dəstəyi ilə 1901-ci ilin oktyabrında açılmış Aleksandra rus-müsəlman qız məktəbində (müsəlman şərqində ilk dünyəvi qız məktəbi) aldıqdan sonra 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. IV kursda oxuyarkən həm də Mikrobiologiya və gigiena institutunda laboratoriyada işləyir. Burada onun elmi-tədqiqat işinə marağı özünü büruzə verir. 1926-cı ildə ali təhsilini başa vurmuş Ümnisə Musabəyova bacarıqlı gənc mütəxəssis kimi Universitetin göz xəstəlikləri kafedrasında saxlanılır, əvvəl ordinator, 1930-cu ildən assistent işləyir. Ali təhsildəki uğurları gənc həkimdə göz xəstəliklərinin müxtəlif problemlərini öyrənmək, bu sahədə elmə yeni əlavələr etmək həvəsini artırır. Bu məqsədlə gündüzlər vaxtını Mərkəzi göz klinikasında, məşğələ otaqlarında, gecələr yazı masası arxasında keçirir.
Ümmiyə Koçak
Ümmiyə Koçak-(1 mart 1957) Türk aktrisa, yazıçı, əkinçi və rejissor. 1 mart 1957-ci ildə Adana-nın Çelemli kəndində anadan olan Ümmiye Koçak, oxumaq istəməsinə baxmayaraq ailədə 10 uşaq olduqları üçün ibtidai sinifdən sonra məktəbə göndərilmədi. İbtidai məktəbi bitirdikdən sonra Ümmiye Koçak oxuduğu kitablarla özünü yaxşılaşdırdı. İlk oxuduğu kitab Maksim Gorkinin "Ana" adlı əsəri oldu. Evləndikdən sonra Mersinin Arslanköy şəhərinə köçən Koçak, 2001-ci ildə kənd qadınlarının yaşadıqlarını dünyaya göstərmək üçün "Arslanköy Qadın Teatr Qrupu" nu qurdu. Ansamblın səhnəyə qoyduğu ilk oyun Remzi Özçelikin "Taş Bademleri" pyesi oldu. Daha sonra qrup öz hekayələrindən ibarət bir tamaşa düzəldərək "Qadın sədası" tamaşasını səhnəyə çıxardı. Ümmiye Koçak 2006-cı ildə Sabancı Beynəlxalq Adana Teatr Festivalında "Həsrət Çiçəklər" pyesi ilə çıxış etdi. Koçak daha sonra tarlalarda işləyərək qazandığı pula qənaət edərək qadınlara qarşı zorakılıq problemindən bəhs edən "Yün Körpəsi" filmini yazdı və rejissorluq etdi. Ümmiye Koçak 49-cu Antalya Qızıl Portağal Film Festivalında premyerası olan "Yün Körpəsi" filmi ilə New York Avrasiya Film Festivalında "Sinemada Ən Yaxşı Avrasiyalı Qadın Sənətçi" mükafatını qazandı.2017-ci ildə Kristiano Ronaldo-nun oynadığı Türk Telekom reklamının rejissorluğunu etdi.
Ümrə
Ümrə, Həcc mövsümü xaricində Kəbəni ziyarət edən müsəlmanlara aiddir. Ümrə ziyarət deməkdir. Fiqhi tərifi, həcc vaxtından asılı olmayaraq ehrama girərək Kəbəni təvaf, sə'y etmək və taraş olmaq deməkdir. Quran və hədisdə ümrə sözü qeyd edilmişdir. Quranda: "Allah üçün həcc və ümrə edin" ifadəsi hədisdə: "İki ümrə arasındakı kiçik günahların kəffarəsidir" formasındadır. Ümrə Hənəfi və Maliki məzhəblərində sünnə, Şafi və Həmbəli məzhəblərində fərzdir. Həyatın istənilən vaxtında edilə bilər. Bir-birinin ardınca həcc və ümrə etmək tövsiyə olunur. Cinayət: Həccdə və ya ümrədə edilməli olan ibadəti tərk etmək, vaxtında etməmək, ehram halında olarkən haram işlər görmək. Xalq: ehramdan çıxış üçün saçları dibdən kəsmək.
Muğirə ibn Şube
Muğirə ibn Şube (ərəb. مغيرة بن شعبة‎; 600, Taif, Məkkə bölgəsi[d] – 671) — islam peyğəmbəri Məhəmmədin səhabəsi və Əməvilər dövrünün dövlət xadimi. 600-cü ildə Taif şəhərində anadan olmuşdur. Bu şəhərdəki Bəni Sakif tayfasının Əklaf qoluna mənsubdur. Onun müsəlman olması ilə bağlı mənbələrdə müxtəlif məlumatlar var. Ümumi qəbul olunan odur ki, o, 626-cı ildə Xəndək döyüşü zamanı və ya döyüşdən qısa müddət sonra Misir səfərindən qayıtdışın ardından İslamı qəbul etmişdir. Mənbələrdə onun bu səfərdə eyni qəbilədən olan bir neçə yoldaşını öldürdüyü, qan davası səbəbindən Taifə qayıtmadığı, Mədinəyə gələrək müsəlman olduğu bildirilir. Müsəlman olduqdan sonra Hüdeybiyyə müqaviləsi ilə bağlı danışıqlarda iştirak edir. O, bu görüşlərdə Məhəmməd peyğəmbəri qorumaq vəzifəsini öz üzərinə götürür. Daha sonra müsəlmanların həyata keçirdiyi bütün hərbi əməliyyatlarda iştirak edib.
Mirə türbəsi
Mirə türbəsi — Elxanilər dövləti dövründə vəzir olmuş Tacəddin Əlişahın həyat yoldaşı Mirə Xatunun Salmas şəhərinin yaxınlığında məqbərəsi (1310 il). Mirə Xatunun ozamankı adıyla Əminə xatun, Arqun ağanın qızı və Tacəddin Əlişahın həyat yoldaşıydı. Salmasın qərbində Köhnə Şəhər yaxınlıqlarında Mirə Türbəsi olaraq tarixçilər tərəfindən qeyd olunmuşdur. Türbə 7 may 1930-cu ildə baş vermiş Dilman zəlzələsi zamanı dağılmışdır. Türbənin ucalığı 20 metr idi.
Umnisə xanım (film, 1969)
Film gözəl insan, istedadlı həkim, təcrübəli cərrah, alim və ictimai xadim Umnisə xanım Musabəyovaya həsr olunmuşdur. Umnisə xanım çalışdığı Mərkəzi Göz Klinikasında lentə alınmışdır. Burada əsas yer həkimin xəstələrlə tanışlığına, cərrahiyyə əməliyyatı aparmasına, həkimlərlə söhbətinə ayrılıb. Bu epizodlarla bərabər onun haqqında ictimai xadim kimi də söhbət gedir. Filmdən bəlli olur ki, o, bir çox ölkələrdə olmuş, beynəlxalq konfranslarda, simpoziumlarda iştirak etmişdir.
Münirə Sultan (Əhməd Kəmaləddin Əfəndinin qızı)
Münirə Sultan (17 may 1880, Dolmabağça sarayı – 7 oktyabr 1939, Nitsa) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Münirə Sultan 17 may 1880-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Kəmaləddin Əfəndi, anası isə Fatma Səzadil xanımdır. Əmisi Sultan Əbdülhəmidin taxta çıxmasının ardından atası taxt varisi elan olundu və bu səbəblə Münirə Sultan Dolmabağça sarayında böyüyüb tərbiyə edildi. Buna baxmayaraq atasının Sultan Əbdülhəmidlə münasibətləri yaxşı deyildi və ona qarşı qurulan müxalif cəbhəyə rəhbərlik edirdi. Bu səbəblə atası Kəmaləddin Əfəndi 1905-ci ildə əmisi Sultan Əbdülhəmidin əmriylə edam edildi. Atasının ölümünün ardından Yıldız sarayına köçürülən Münirə Sultan cəmi 2 il sonra 10 yanvar 1907-ci ildə keçmiş sədrəzəmlərdən Tunisli Xeyrəddin Paşanın oğlu Mehmed Salih Paşayla evləndirildi. Toy mərasiminin ardından Nişantaşı köşkündə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Sultan Əbdülhəmidin taxtdan endirilməsi və digər əmisi Sultan Rəşadın taxta çıxmasının ardından daha rahat həyat tərzi yaşayan Münirə Sultannın həyatı çox keçmədən alt-üst oldu. 1913-cü ildə sədrəzəm Mahmud Şövkət Paşaya qarşı tərtiblənən sui-qəsd hadisəsinin ardından aparılan araşdırmada əri Salih Paşanın da adı hallandı və İttihad-Tərəqqi hökumətinin verdiyi qərarla Salih Paşa haqqında ölüm hökmü verildi.
Pirə Məhəmməd xan Ustaclı
Pirə Məhəmməd xan Ustaclı (?-1581) — qızılbaş sərkərdəsi, Ərdəbil hakimi. Pirə Məhəmməd bəy şahın oğlu İmamqulu mirzənin lələsi idi. Xalxal vilayətinin Tarum mahalı Səfəvilər dövlətinin ilk illərində ustaclılar tərəfindən məskunlaşdırılmışdı. Sonralar bu mahalı Ustaclı elinin nümayəndələri tərəfindən idarə olunurdu. İskəndər bəy Münşi yazır: "Tarum, Xalxal və bəzi [digər] mahallar Pirə Məhəmməd xana tapşırıldı". Pirə Məhəmməd bəy I Şah Təhmasibin fərmanı ilə 1571-ci ildə Gilan əyalətinin Biyəpiş vilayətinin hakimi təyin olunmuşdu. İskəndər bəy Münşi yazır: "Əzəmətli əmirlər [isə belə özbaşına hərəkətə yol verdiklərinə görə] ittiham edildilər. Allahqulu sultan Gilan əyalətindən kənar olundu, o vilayətin var-yoxu cavan şahzadə İmamqulu mirzənin lələsi Pirə Məhəmməd xan Ustaclıya verildi". II Şah İsmayıl ilk növbədə yerinə keçə biləcək şahzadələri məhv etməyi qərara aldı. O, bu məqsədlə Mustafa mirzəni «himayə etməyi» adlı-sanlı ustaclı əmirlərindən olan Pirə Məhəmməd xana tapşırdı.