Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Erciyes Universiteti
Ərciyəs Universiteti (türkcə: Erciyes Üniversitesi) Türkiyənin Kayseri şəhərində yerləşmiş bir ali təhsil qurumudur. Universitet 1978-ci ildə Kayseri Universiteti adı altında qurulur. Zamanla bir sıra ad dəyişikliyindən keçdikdən sonra universitet 1982-ci ildə indiki adı olan Ərciyəs Universiteti adını alır. Ərciyəs adı Kayseri şəhərinin yaxınlığında yerləşən Ərciyəs dağından gəlir. Universitetin 2007–2008 təhsil ilində 26 096 tələbəsi mövcuddur. Universitetin nəzdində Tibb, Memarlıq, Hüquq, İlahiyat və s. kimi fakultetlər vardır. Universitetin ərazisində ən böyük binalardan ikisi Gövhər Nəsibə Tibb Fakulteti Xəstəxanası və məsciddir.
Erfurt Universiteti
Erfurt Universiteti (alm. Universität Erfurt‎) — Almaniyanın Erfurt şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1389-cu ildə qoyulmuşdur. 1815–1993-cü illərdə fəaliyyət göstərməmişdir. 1994-cü ildə fəaliyyəti yenidən bərpa edilmişdir.
Filadelfiya Universiteti
Filadelfiya Universiteti (ing. Philadelphia University) — Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatının Filadelfiya şəhərində yerləşən ali təhsil müəssisəsi.
Florensiya Universiteti
Florensiya Universiteti (it. Università degli Studi di Firenze, UniFI) — İtaliyanın Florensiya şəhərində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən qədim və nəhəng universitetlərindən biridir. == Tarixi == Florensiya Universiteti 1321-ci ildə Florensiya Respublikası Universiteti kimi yaradılmışdır. İlk vaxtlarda burada mülki, ədəbi, tibbi və ilahiyyat fakültələri var idi. 1349-cu ildə papa VI Klemens universiteti yenidən təşkil etmiş, 1364-cü ildə isə imperator IV Karl universitetin adını İmperator Universiteti olaraq dəyişmişdir. 1472–1515-ci illərdə isə universitet Piza şəhərində fəaliyyət göstərir. 1859-cu ildə Praktiki Təlim və İnkişaf İnstitutu olsa da, 1924-cü ildən yenidən Florensiya Universiteti adını əldə edir. == Məkanı == Universitet Florensiyada yerləşməsi ilə yanaşı, Pistoe, Prate, Empoli və Sesto Fiorentinada da şöbələri fəaliyyət göstərir. == Fakültələri == Hazırda universitetdə aşağıdakı fakültələri fəaliyyət göstərir: Memarlıq fakültəsi; Edukoligiya fakültəsi; İqtisadiyyat fakültəsi; Əczaçılıq fakültəsi; Mühəndislik fakültəsi; Ədəbi-fəlsəfə fakültəsi; Fiziki-riyaziyyat fakültəsi; Tibbi cərrahlıq fakültəsi; Siyasi elmlər fakültəsi; Psixologiya fakültəsi; Hüquq fakültəsi; Kənd təsərrüfatı fakültəsi. == Tələbələri == Hazırda bu təhsil müəssisəsində 60 minə yaxın tələbə təhsil alır və onların tədrisi ilə məşğul olan müəllimlərin sayı 2 mindən çoxdur.
Florida Universiteti
Florida Universtiteti (İngiliscə: University of Florida), Amerika Birləşmiş Ştatlarının Florida Əyalətinin Gainesville Şəhərində yerləşən bir dövlət universitetidir. 8,2 kvadrat kilometrlik bir əraziyə uzanan universitet, həm tələbə sayısı baxımından həm də kampus böyüklüyü baxımından Amerikanın ən böyük universitetlərindən biri olmaq xüsusiyyətini daşıyır. Universitetdə təqiqat aparanlar popular enerji içkisi olan Gatoradei zənginləşdiriblər. Universitetin idman komandaları Gators adıyla Amerikadakı bir çox universitet ligasında mübarizə apararkən , Amerikan futbol komandaları uğurları ilə komandalarından bəhs etdirirlər.
Fortaleza Universiteti
Fortaleza Universiteti (port. Universidade de Fortaleza - UNIFOR) — Braziliyanın Fortaleza şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Fortaleza Universiteti 23 mart 1973-cü ildə yaradılmışdır. == Tədris == Tədris portuqal dilində aparılır. == Xarici əlaqələri == GU8 konsorsiumunun üzvüdür.
Giresun Universiteti
Giresun Universiteti — 2006-cı ildə Giresunda yaradılan dövlət universiteti. == Rəhbərlik == 2012-2016-cı illər arasında Giresun Universitetinin rektoru azərbaycanlı professor Aygün Attar olmuşdur. O, 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Aygün Attar Türkiyənin vəzifədəki 7 qadın rektorundan biri olmuşdur. 2012-ci ildən etibarən Giresun Universiteti regional səviyyədə qazandığı beynəlxalq nüfuzu ilə diqqət çəkir. Görülən işlər nəticəsində Oksford Universitetinin Liderlər Zirvəsi, Giresun Universitetini həm də "Ən Yaxşı Regional Universitet" seçib. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Girəsun Universiteti
Giresun Universiteti — 2006-cı ildə Giresunda yaradılan dövlət universiteti. == Rəhbərlik == 2012-2016-cı illər arasında Giresun Universitetinin rektoru azərbaycanlı professor Aygün Attar olmuşdur. O, 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb. Aygün Attar Türkiyənin vəzifədəki 7 qadın rektorundan biri olmuşdur. 2012-ci ildən etibarən Giresun Universiteti regional səviyyədə qazandığı beynəlxalq nüfuzu ilə diqqət çəkir. Görülən işlər nəticəsində Oksford Universitetinin Liderlər Zirvəsi, Giresun Universitetini həm də "Ən Yaxşı Regional Universitet" seçib. == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin üzvüdür.
Gissen Universiteti
Yustus Libex adına Gissen Universiteti (alm. Justus-Liebig-Universität Gießen‎) — Gissen şəhərinin ən qədim universiteti. == Tarixi == Gissen Universiteti 1607-ci ildə Hessen-Darmtştadt landqrafı olan V Lüdviq tərəfindən Gissen Akademiyası olaraq quruldu. 1945-ci ilə qədər Lüdviq Universiteti adlandırılırdı (alm. Ludwigsuniversität‎). Universitetin II Dünya Müharibəsinin sonuna qədər dağılmamış hissəsi, 1957-ci ildə (qurulduğundan 350 il sonra) yenidən universitet statusu almış Yustus Libex Kənd Təsərrüfatı və Baytarlıq İnstitutuna çevrildi. == Strukturu == === Fakültələr === 1999-cu ildən bu günə qədər Gissen Universitetində on bir ixtisas tədris olunur Hüquqşünaslıq İqtisadiyyat Sosial Araşdırmalar və Mədəniyyət Tarix və mədəniyyət Dilçilik, ədəbiyyat və mədəniyyət Psixologiya və idman Riyaziyyat və kompüter elmləri, fizika, coğrafiya Biologiya və kimya Aqronomiya, trofologiya və mühit Baytarlıq Tibb == Görkəmli müəllim və məzunlarları == Teodor Vilhelm Braune (1850—1926) Reynxard Brauns (1861—1937) Fridrix Avqust Karthoyzer (1734—1796) — professor. Huqo fon Ritqen (1811—1889) — memarlıq professoru. Karl Fridrix Ferdinand Sintenis (1804—1868) — alman hüquqşunas. Bernqard Ştade (1848—1906) — protestant ilahiyyatçısı.
Hacettepe Universiteti
Hacettepe Universiteti (türk. Hacettepe Üniversitesi) — Türkiyənin Ankara şəhərində yerləşən aparıcı dövlət universiteti. Universitetin əsası 1967-ci il iyulun 8-də qoyulub. 2021-ci ildə URAP tərəfindən Türkiyə universitetləri arasında birinci olub. Universitetin iki əsas kampusu var. Birinci kampus Ankaranın köhnə şəhərindədir və Tibb Mərkəzinə ev sahibliyi edir, ikincisi isə Beytəpə Kampusu şəhər mərkəzindən 13 km (8 mil) məsafədədir. Beytəpə şəhərciyi 6.000.000 m2 (600 ha; 1.483 akr) yaşıllıq və meşə ərazisini əhatə edir və İqtisadiyyat və İdarəetmə Elmləri, Hüquq, Təhsil, Mühəndislik, Gözəl Sənətlər, Ədəbiyyat və Elm fakültələrinə ev sahibliyi edir. Bu iki əsas kampusdan əlavə, Sosial İş Məktəbi Keçiörəndə, 1982-ci ildən universitetə bağlı Ankaradakı Türkiyə Dövlət Konservatoriyası isə Beşevler Kampusunda yerləşir. Universitetin rektoru 24 iyun 2020-ci ildə Rəyasət Heyəti tərəfindən təyin edilmiş Mehmet Cahit Gürandır.
Dünya universitetlərinin akademik reytinqi
"Academic Ranking of World Universities" (azərb. Dünya universitetlərinin akademik reytinqi‎) və ya "Shanghai Ranking" (azərb. Şanxay reytinqi‎) və ya qısaca ARWU — Dünyanın ən nüfuzlu ali məktəb reytinqlərindən biri. 2003-cü ildən Şanxay Jiao Tonq Universiteti tərəfindən tərtib olunur.
Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti
Təfəkkür Universiteti (tam adı: Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti) — Azərbaycanda fəaliyyət göstərmiş özəl ali təhsil müəssisəsi. == Haqqında == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış "Təfəkkür" universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub. == Maddi-texniki bazası == Universitetdə fizika laboratoriyası, kimya laboratoriyası, kompüter mərkəzi, linqafon kabineti, oxu zalı, idman zalı, yeməkxana, sürücülük məktəbi, kriminalistika laboratoriyası, morfologiya laboratoriyası, iqtisadiyyatın elmi problemləri laboratoriyası fəaliyyət göstərir. == Beynəlxalq əlaqələri == "Təfəkkür" universitetinin ABŞ-nin Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri olub. Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə "Qran-Pri" mükafatına layiq görülmüşdür. == Bağlanması == 2016-cı ilin oktyabr ayından etibarən “Təfəkkür” Universitetinin Təsisçilər Şurası maliyyə vəziyyətində yaranmış problemlə əlaqədar universitetin fəaliyyətinin dayandırılması barədə Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi müraciəti, universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini, eyni zamanda, akkreditasiyadan keçirilməməsini nəzərə alaraq 2017-2018-ci il tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmamasını və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. == İstinadlar == == Mənbə == “Təfəkkür” Universiteti haqqında == Xarici keçidlər == Sabiq rəsmi saytı Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti Arxivləşdirilib 2007-11-20 at the Wayback Machine "Təfəkkür Universiteti fəaliyyətini davam etdirir” - PROREKTOR “Təfəkkür” Universiteti bağlandı, bəs tələbələr?..
Ermənistan Dövlət Pedaqoji Universiteti
Ermənistan Dövlət Pedaqoji Universiteti – Ermənistannın İrəvan şəhərində yerləşən ali təhsil mərkəzi. Universitet 1922-ci ildə fəaliyyətə başlamışdır. Ermənistanın ən yaşlı ənənəvi təhsil müəssisələrindən biri hesab edilir. Günü bu gündə aparıcı təhsil müəssisi olaraq daim islahatlar apararaq inkişa etmək məqsədli işlər görülür. Aktiv beynəlxalq əlaqələrin qurrulmasına səy göstərir. Avropa təşkilatları ilə birgə iş birliyi sayəsində təhsil tam olaraq avropa standartları çərçivəsində aparılır. Ermənistan Dövlət Pedaqoji Universiteti rektoru — tarix elmlər doktoru, professor Ruben Karlonoviç Mirzaxanyan == Fakultələri == Filologiya fakultəsi, Tarix və diyarşunaslıq fakultəsi, İbtidai təhsil fakultəsi, Biologiya, kimya və coğrafiya fakultəsi, Psixoloji təhsil və psixologiya fakultəsi, Xaici dillər fakultəsi, Riyaziyyat, fizika və informatika fakultəsi, İncəsənət təhsili fakultəsi, Sosial təhsil fakultəsi, Mədəniyyət fakultəsi. == İxtisaslar == Erməni dili və ədəbiyyatı, Riyaziyyat, Fizika, İnformatika, Təbiətşunaslıq, Texnologiya və idarə, Kimya, Biologiya, Ətraf mühit haqqında elm, Lanşaft planlaşdırılması, Coğrafiya, Tarix, Hüquq, Ümumi hüquq, Kulturologiya, Musiqi təhsili, Təsviri incəsənət, Geyimlərin modelləşdirilməsi, Dekorativ incəsənət, Teoriya, tarix və incəsıdin idarə edilməsi, Sosial iş, Psixologiya, Hərbi psixologiya, Klinik psixologiya və psixoterapiya, Şəxsiyyət psixologiya, Praktiki psixologiya, Hüquqi psixologiya, Sosial və siyasi psixologiya, Ailə psixologiya, Sosial pedaqoqika, Sosiologiya, Jurnalistika, Rejisorluq, İnsturmental ifaçılıq, Kitabxanaçılıq-infirmasiya mənbələri, Muzey işi, Foto, Operatorluq, İdarəetmə, Prodüser işi, Pedaqoji psixologiya, İlkin pedaqoqika və metodika, İlkin pedaqoqika və metodika rus dilində, Məktəbə qədərki pedaqoqika və metodika, Şaxmat, Tiflopedaqoqika, Сурдопедагогика, Oliqofrenopedaqoqika, Loqopediya, Erqoterapiya, Xüsusi psixologiya, Art-terapiya, Xüsusi pedaqoqika, İngilis dili və ədəbiyyatı, Alman dili və ədəbiyyatı, Fransız dili və ədəbiyyatı, İspan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı, Təhilin idarə edilməsi. == Tanınmış məzunlar və pedaqoqları == Qevorq Qanesoqlyan - Ermənistan icraiyyə komitsinin müavini Qrant Muşeqoviç Voskanyan – Ermənistan Ali Sovetinin Pezidium müavini. Armen Avaqoviç Xaçatryan – Ermənistan Milli Təhsil nazirin müavini.
Ermənistan Dövlət İqtisad Universiteti
Ermənistan Dövlət İqtisad Universiteti – Ermənistannın İrəvan şəhərində yerləşən ali təhsil mərkəzi. Universitet 1975-ci ildə fəaliyyətə başlamışdır. Bakalavriat 4 il, magistraturası 2 il çəkir. == Fakultələri == === Menecment === Ermənistan Dövlət İqtisad Universitetində Menecment fakultəsi 1979-cu ildə təşkil edilmişdir. İlk əvvəllər iqtisadi əmək təşkilatı fakultəsi adlanırdı. Menecment adı isə Beynəlxalq iqtisadi əlaqələrin beynəlxalq iqtisadi əlaüələr fakultəsinə keçməsi ilə adlandırılmışdır. Fakultəyə daxil olan kafedralar: Mikroiqtisadiyyat kafedrası Əmək iqtisadiyyatı kafedrası Antiböhran və turizm idarəsi kafedrası YUNESCO təhsilinin idarəsi kafedrası Ali riyaziyyat kafedrası Xarici dillər kafedrası === Ənənəvi iqtisadiyyat və beynəlxalq iqtisadi əlaqələr === Fakultəyə daxil olan kafedralar: Makro iqtisadiyyat İqtisadi teoriya Beynəlxalq iqtisadi əlaqələr İqtisadi ishesal Fəlsəfə və erməni tsrixi (2012) Politalogiya (2012) === Maliyyə fakultədi === Fakultəyə daxil olan kafedralar: Maliyyə (2012) Bank işi və sığorta (2012) === Marketinq və biznesin təşkili === Fakultəyə daxil olan kafedralar: Marketinq Kommersiya və biznesin təşkili (2014) Mal dövrüyəsi və texnologiya (2012) Erməni və rus dili Fiziki tərbiyə (2012) === İnformatika və statistika fakultəsi === İnformatika və statistika fakultəsi 1975-ci ildə təşkil edilmişdir. 1991-ci ildən iqtisadi kibernetika, 2007-ci ildən isə İnformatika və statistika fakultəsi olaraq adlanır. Fakultəyə daxil olan kafedralar: Statistiks İqtisadi-riyaziyyat metodu İnformasiya sisteminin idarə olunması === Mühasibat uçotu və audit === Mühasibat uçotu və audit fakultəsi 2011-ci ildə təşkil edilmişdir. Gələcəkdə burada iqtisadi analiz ixtisası təşkil ediləcəkdir.
Eyndhoven Texnologiya Universiteti
Eyndhoven Texnologiya Universiteti (nid. Technische Universiteit Eindhoven) — Niderlandın Eyndhoven şəhərində universitet; Beynəlxalq standartlara və normalara uyğun müasir maddi-texniki bazaya malik ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Universitet 15 iyun 1956-cı ildə Niderlandın Eyndhoven şəhərində yaradılıb, ilk rektoru fizik Henk Dorqelo olub. Hazırda 250 professorun çalışdığı nüfuzlu ali təhsil müəssisəsində struktur proqramlaşdırmanın konsepsiyasının müəllifi, Türinq mükafatı laureatı Edsqer Deykstra, kimya üzrə Nobel mükafatına layiq görülən Arçer Con Porter Martin kimi görkəmli alimlər dərs deyib. Tədrisin innovasiya metodları ilə həyata keçirilməsini prioritet elan edən universitet ən yeni avadanlıqla təchiz edilib. Burada multimedia tədris obyektləri, elektron idarə etmə, universitet şəhərciyinin idarəetmə sistemi, elektron kitabxana və müasir laboratoriyalar mövcuddur. == Təhsil strukturu == Bu gün ali təhsil ocağında təxminən 7500 tələbə, 600 aspirant təhsil alır. Hazırda universitetdə bakalavriatura təhsil pilləsi üzrə 11, magistratura üzrə isə 12 ixtisas təşkil edilib. Ali məktəbdə tədris ingilis və niderland dillərində aparılır. Universitetdə biotibb texnologiyası, mülki tikinti, riyaziyyat və informatika, mexanika, tətbiqi fizika, istehsal mühəndisliyi, sənaye dizaynı, kimya texnologiyaları, elektrotexnika fakültələri fəaliyyət göstərir.
Eötvös Loránd Universiteti
Eötvöş Lorand Universiteti (ing. Eötvös Loránd University, mac. Eötvös Loránd Tudományegyetem) və ya qısaca ELTE — Macarıstanın ən böyük universitetidir. 1950-ci ildə universitet hal-hazırkı adını qəbul etdi. Universitetə dünya şöhrətli alim fizik Lorand Eötvöşün (Loránd Eötvös) adı verildi. Hal-hazırda universitetin səkkiz fakültəsi var: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, Orta və məktəbdən əvvəl təhsil, Təbii elmlər, Sosial elmlər və Barçi Qustav adına Xüsusi təhsil fakültəsi. ELTE, beynəlxalq səviyyədə tanınan və qəbul edilən universitetdir və onun proqramları Macarıstan Akkreditasiya Heyəti tərəfindən akkeditasiya alıb. Universitet tərəfindən verilən diplomlar dünyada qəbul edilir və tanınır, onun kurs kreditləri Avropa Birliyi və ondan kənarda olan ölkələrdə hesablana bilir. Son yüz ildə ELTE-nin müəllimləri və keçmiş məzunları arasında dünyaca məşhur alimləri və Nobel mükafatı laureatları olub. Universitetdə təhsil alan tələbələrin sayı təxminən 28 minə çatır, müəllim-professor akademik heyətinin və tədqiqatçılarının sayı isə 1800 təşkil edir == Tarixi == 1635 - Kardinal Peter Pazman (Péter Pázmány), Nadsombatda (indiki Trnava, Slovakiya) universitetin əsasını qoyan sənədləri imzalayır.
Filips - Marburq Universiteti
Filipps-Marburq Universiteti (alm. Philipps-Universität Marburg‎) — Almaniya, Hessen Federal Torpağında ali təhsil müəssisəsi. 1527-ci ildə əsası qoyulmuşdur. Dünyanın ilk protestant universitetidir. Universitetin 20.000-ə yaxın tələbəsi və 7.500-dən artıq universitet personalı vardır. 2007-ci ildə "Avropanın 100 ən yaxşı Biznes Məktəbi" siyahısına daxil edilib.
Florida Gulf Coast Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
Florida Körfəz Sahili Universiteti
Florida Körfəz Sahili Universiteti (ing. Florida Gulf Coast Universiteti) — ABŞ-nin Florida əyalətində yerləşən, 1991-ci ildə əsası qoyulmuş olan bir dövlət universitetidir. Florida Gulf Coast Universitetində bir çox sahə üzrə bakalavr, magistr və doktorantura təhsili verilir. Fort Myers şəhərində yerləşir. 2008 etibarı ilə 9,510 tələbə qeydə alınmışdır.
Florida Politexnik Universiteti
Florida Politexnik Universiteti (ing. Florida Poliefir və ya qısaca: FPU) — Cənubi Florida Universitetinin kampusudur. Lakeland Florida, Amerika Birləşmiş Ştatlarına aid dövlət universitetidir. Florida Dövlət Universiteti sistemi yeni üzv təşkilatlarından və dövlət yalnız ictimai politexnik universitetdir. Florida Polxetnik Universitetində tələbələr elm, məntiq və riyaziyyat (Stem) texnologiya, mühəndislik kimi qabaqcıl sahələrində təhsil alırlar. == Kitabxana == 2014-cü ildə universitetdə tələbələr üçün yeni kitabxana istifadəyə verilib. Yeni kitabxananın əsas xüsusiyyəti ənənəvi kağız kitabların olmamasıdır. Bu layihə üzərində tanınmış memar Santyaqo Kalatrava işləyib. Kitabxananın elektron fondunda 135 mindən çox nəşr saxlanılır. Universitetin tələbələri öz planşet və ya noutbuklarından elektron kitaba çıxış əldə edə bilirlər.
Gürcüstan Texniki Universiteti
Gürcüstan Dövlət Texniki Universiteti (gürc. საქართველოს ტექნიკური უნივერსიტეტი, ing. Georgian Technical University) Gürcüstanın Tbilisi şəhərində yerləşən ölkənin ən aparıcı universitetlərindən biridir. Burada texniki fakültələrdən yana digər fakültələr üzrədə təhsil olduğu üçün bəzən Gürcüstan Dövlət Politexniki Universiteti (qısaca: GPU) deyilir. == Yaranma Tarixi == 1922-ci ildə Tbilisi Dövlət Universitetinin nəzdnində politexnik fakültəsi kimi yaradılıb. 1928-ci ildə Tbilisi Dövlət Universitetin'dən ayrılaraq Vladimir İliç Lenin adına Gürcüstan Dövlət Politexnik İnstitutu kimi yaradıldı. 1930 və 1932-ci illərdə universitetə daha çox fakültələr əlavə edilərək birazda genişləndirildi. 1972-ci ildə 50 illik yubileyində SSSR'in ən yüksək mükafatı Lenin ordeni ilə mükafatlandırıldı. 1991-ci ildə Gürcüstan müstəqilliyini əldə etdikdən sonra birazda böyüyərək önəmli yerini tutdu və hal hazırda həmin adı daşıyır. == Struktura == Universitet əsasən təhsil və elmi fəaliyyətə yardım edən əsas struktur bölmələrindən ibarətdir: fakültələr, kitabxanalar və köməkçi struktur bölmələri.
Gürcüstan universitetləri
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti
Gəncə Dövlət Universiteti
Gəncə Dövlət Universiteti və ya qısaca GDU — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1999-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun yubileyi olmuş və onun 60 yaşı tamam olmuşdur: 1938-ci ildə natamam ali təhsil verən ikiillik müəllimlər institutu kimi fəaliyyətə başlamışdır. İnstitut Azərbaycanın qərb zonası üçün müəllim kadrları yetişdirmək üçün yaradılmışdır. 1943-cü ildən institut tam ali təhsil verən tədris müəssisəsinə çevrilmiş və ona Azərbaycanın görkəmli maarifpərvəri və ictimai xadimi Həsən bəy Zərdabinin adı verilmişdir. O vaxtdan indiyə kimi institut respublika üçün alitəhsilli pedaqoji kadrlar hazırlayan əsas təhsil mərkəzlərindən birinə çevrilmişdir. İnstitutun on minlərlə məzunu ölkəmizin müxtəlif bucaqlarında müəllimlik işində, elmi və elmi-pedaqoji sahələrdə fəaliyyət göstərir. Universitet 1938-ci ildə ikiillik Gəncə Müəllimlər İnstitutu kimi fəaliyyətə başlamışdır. 5 illik fəaliyyətdən sonra tam ali təhsil verən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutu kimi yolunu davam etdirmişdir. 2000-ci ildən Gəncə Dövlət Universiteti kimi fəaliyyət göstərir. Universitetdə tədris bakalavr (təhsil müddəti əyani 4 il, qiyabi 5 il) və magistr (təhsil müddəti 2 il) pillələrində aparılır.
Gəncə Dövlət Universiteti nəzdində Regional Kollec
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kolleci (Əvvəlki adı: Gəncə Dövlət Regional Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır. 11 iyul 2020-ci ildə Gəncə Musiqi Kollecinin Gəncə Dövlət Regional Kollecinə qoşulması formasında yenidən təşkili yolu ilə Gəncə Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Regional Kollec yaradıldı.
Universitet
Universitet (lat. Universitas – birgəlik, ümumilik), köhnə mənbələrdə Darülfünun — ali məktəb olub konkret fundamental və tətbiqi sahələr üzrə mütəxəssislərin hazırlanması ilə məşğuldur. Bundan əlavə universitetlərdə elmi işlər də aparılır. Müasir universitetlər elmi pedaqoji vəhdət kimi fəaliyyət göstərirlər, onların nəzdində bir neçə ixtisas üzrə tədris işlərini həyata keçirən fakültələr olur. Universitetlər tədris planlarının hazırlanmasında və həyata keçirilməsində, elmi işlərin aparılmasında sərbəstliyə və akademik dərəcələrin (diplom və doktor dərəcələrinin) verilməsində üstünlüklərə malikdirlər. Azərbaycanda universitetlərin strukturu keçmiş SSRİ-də yaradılmış və bu günə kimi qalmaqdadır. Bu xarici ölkələrdə olanlardan nisbətən fərqlidir. Qədimdə ümumi biliyin və saxlanması və tətbiqi üçün cavabdeh olan, xalqın elitar qrupun təhsili fərdi şəkildə atalar və ya şəxsi muəllimlər tərəfindən yerinə yetirilmişdir. Böyüməkdə olan nəsl elə bir başa iş zamanı öz peşəsinə yiyələnir və lazımı biliklərə sahib olurdular. Məktəb mədəniyyətinin başlanğıcında təsadüf olunan bu hal qədim Misir dövləti üçün xarakterik idi.
Andrássy University
Andraşi Budapeşt Universiteti (ing. Andrássy University Budapest, mac. Andrássy Gyula Budapesti Német Nyelvű Egyetem, alm. Andrássy Gyula Deutschsprachige Universität Budapest‎) və ya qısaca Andraşi Universiteti yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir. == Universitet haqqında == AUB, Macarıstanın “Milli üstünlük universitetidir” və Evalag (Evaluation Agency Baden-Württemberg) tərəfindən akkreditasiya olunan və xaricdə yerləşən yeganə universitetdir. 25 ölkədən çox ölkədən olan tələbələr, beynəlxalq mübadiləni təmin edir. Tələbələr öz təhsil xərclərini rəsmi təqaüdlərin hesabına qarşılıya bilər. Universitet, Macarıstanın məşhur siyasətçisi, keçmiş Baş naziri və Avstriya-Macarıstanın Xarici işlər naziri olan Düla Andraşinin adını daşıyır.
Narxoz (universitet)
Narxoz universiteti (qaz. Нархоз университеті) — Qazaxıstanda bir universitet, İqtisadiyyat, iş, maliyyə və hüquq sahələrində təhsil verən Almatı şəhərində. 1963-cü ildə yaradılan, 2016-cı ildən indiki adını daşıyır. Universitetə ​​təlim, tədqiqat mərkəzləri, elmi və təhsil şöbələri, Qazaxıstanın bölgələrindəki 5 nümayəndəlik, iqtisadi kollec daxil olmaqla 4 peşə məktəbi daxildir. 1963-cü ildə SSRİ Hökümətinin 9 May 1963-cü il tarixli fərmanı ilə Almatı Xalq Təsərrüfatı İnstitutu quruldu. 1991-ci ildə Qazaxıstan Respublikası Hökumətinin qərarı ilə Almatı Xalq Təsərrüfatı İnstitutu Qazaxıstan Dövlət İqtisad Universitetinə çevrildi. 1993-cü ildə Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə KSPEU Qazaxıstan Dövlət İdarəetmə Akademiyasına (KSAU) çevrildi. 1999-cu ildə Astana şəhərində KSAM-ın (indiki Qazaxıstan İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universiteti) filialı olan İqtisadiyyat və Maliyyə İnstitutu açıldı. 2000-ci ildə KSAM Qazaxıstanın görkəmli dövlət xadimi, siyasi və ictimai xadimi, mütəfəkkir və iqtisadçı Turar Rıskulovun şərəfinə adlandırıldı. 2001-ci ildə Qazaxıstan Respublikası Hökumətinin Fərmanı ilə Akademiya Turar Rıskulov adına Qazaxıstan İqtisad Universitetinə çevrildi.
Səyyar universitet
Səyyar universitet (pol. Uniwersytet Latający) — üç müxtəlif gizli ali təhsil müəssisəsinin qeyri-rəsmi adı. Bunlardan birincisi 1885-ci ildən 1905-ci ilədək Polşa Çarlığında, o birilər 1977-dən 1981-dək Polşa Xalq Respublikasında fəaliyyət göstərmişdilər. PXR dövründə fəaliyyət göstərən iki müəssisə 1885-ci ildən Polşa Çarlığında fəaliyyət göstərmiş və 1905-ci ildən sonra rəsmi Elmi kursları cəmiyyətinə (pol. Towarzystwo Kursów Naukowych), o da öz növbəsində 1918-ci ildə Azad Polyak Universitetinə çevrilmiş gizli birinci Səyyar universitetlə mənəvi əlaqənin mövcudluğuna iddialıydılar. “Səyyar universitet” adı təhsil müəssisələrinin qanuni yerlərinin olmadığı və tələbələr üçün mühazirələrini daim müxtəlif konspirativ yerlərdə keçirdiklərindən gizli vəziyyətindən irəli gəlirdi.. Belə təhsil müəssisələrinin yaradılmasının məqsədi polşalı gənclərə hakim iqtidarın qoyduğu ideoloji tələb və çərçivələrin nəzarətində olmayan təhsil vermək imkanının yaradılması idi. XIX əsrdə Polşada geniş almanlarşdırma və ruslaşdırma siyasəti aparılırdığından burada əsas diqqət polyak özünüdərkinə aid elmi fənnlərin tədrisinə yetirilirdi . Polşa Çarlığı dövründə Səyyar universitetin yaradılması və təşkili təcrübəsi 1939-1944-cü illərdə alman işğalı zamanı polşalı professor-müəllim heyətinə buna bənzər ali kursların təşkilində yardımçı olmuşdur. İkinci dünya müharibəsi illərində gizli ali kurslar Gizli Polşa dövləti quruluşunun və mülki müqavimətin əsas elementlərindən biri idi.
Wesleyan University
Uesleyan Universiteti (ing. Wesleyan University) — ABŞ-ın Konnektikut ştatının Middletown şəhərində yerləşən özəl liberal incəsənət universitetidir. 1831-ci ildə yaradılmış universitet, ABŞ-ın ən nüfuzlu liberal incəsənət universitetlərindən biri kimi tanınır və tələbələrinə geniş humanitar və təbiət elmləri sahələrində təhsil imkanları təklif edir. Uesleyan Universiteti, 1831-ci ildə Metodist Episkopal Kilsəsi tərəfindən təsis edilmişdir. Universitet, adını Metodizm hərəkatının qurucusu olan Con Ueslidən almışdır. İlk illərində universitet, əsasən ilahiyyat və klassik təhsil verirdi. Ancaq 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində tədris proqramlarına təbiət elmləri, sosial elmlər və incəsənət sahələri də əlavə edildi. Uesleyan Universiteti, ABŞ-də qadınların təhsil almasına imkan verən ilk universitetlərdən biri olmuşdur. 1872-ci ildə universitet, qadın tələbələri qəbul etməyə başlamış və bu, cəmiyyətdə qadınların təhsil almasına dair mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasında mühüm rol oynamışdır. 20-ci əsrin ortalarında Uesleyan Universiteti, tədqiqat fəaliyyətlərini genişləndirmiş və beynəlxalq səviyyədə tanınan bir tədqiqat universiteti olma yolunda irəliləmişdir.
Yonsei University
Yonsei Universiteti (Koreya: 연세대 학교; Hanca: 延 世 大 學校; [jʌn.seː]) - Cənubi Koreyanın Seul şəhərində yerləşən özəl bir tədqiqat universitetidir.Bu, millətin ən qədim universitetidir və ölkənin ən prestijli universitetlərindən biri hesab olunur. Tələbə birliyi 26.731 nəfər lisenziya tələbəsi, 11.994 nəfər aspirant, 4.518 nəfər fakültə heyəti, 6.788 nəfər işçi və 257.931 nəfər məzundan ibarətdir. Yonsei Universiteti Seulda yerləşən əsas kampusda-təhsil kompleksində fəaliyyət göstərir,bununla yanaşı Koreya və İngilis dilində magistratura, aspirantura və doktorantura proqramları təklif edir. Universitet 1957-ci ilin yanvarında Yonhi Kolleci (Yonhi Kolleci; 延禧 專門 學校) və Severance Union Tibb Kollecinin (Severance Union Medical College) birliyi əsasında qurulub. Bu, 1920-ci illərdə başlayan kolleclər arasında davamlı ikitərəfli əməkdaşlığın nəticəsi idi.Bu cür qurumlar Koreyada ilk növ qurumlar idi. Yonhi Kolleci 1915-ci ilin martında Coson Xristian Kolleci (조선 기독교 대학; 朝鮮 基督教 大學) olaraq qurulan ilk müasir kolleclərdən biri idi.Kökləri Koreyada ilk müasir tibb mərkəzi Gwanghyewon (광혜원 廣 惠 院, Genişləndirilmiş Grace Evi) olan Severance Union Tibb Kolleci isə 1885-ci ilin aprelində qurulmuşdur. Hörmət əlaməti olaraq "Yonsei" adının mənşəyi iki əsas qurumun adlarının ilk hecalarından-Yonhi Kollecinin "Yon; 연; 延" və Severance Union Tibb Kollecinin "Sei; 세; 世" hecalarından götürülmüşdür. Yonsei Universiteti Tibb Fakültəsi, 10 aprel 1885-ci ildə, Koreyada Qərb təbabəti tətbiq edən ilk müasir xəstəxananın - Gwanghyewon'un qurulduğu tarixə təsadüf edir. Xəstəxana ABŞ-dakı Presbyterian Kilsəsi tərəfindən Koreyaya təyin edilmiş Amerikalı protestant missioner Hores Nyuton Alen (Horace Newton Allen) tərəfindən qurulmuşdur. Xəstəxana 26 Apreldə Jejungwon (제중원 濟 衆院, Universal Yardım Evi (Universal Helpfulness House)) olaraq dəyişdirildi.
University Airlangga
University Airlangga ( Unair və ya UA kimi qısaldılmışdır ; Yavaca : ꦈꦤꦶꦮ꦳ꦼꦂꦱꦶꦠꦱ꧀​ꦄꦲꦶꦂꦭꦁꦒ ) Surabaya , Şərqi Yavada yerləşən dövlət universitetidir . Bu universitet 1954-cü il noyabrın 10- da 9-cu Qəhrəmanlar Gününə təsadüf etmək üçün yaradılıb . QS World University Ranking 2024 reytinqinə əsasən, Airlangga Universiteti İndoneziyanın ən yaxşı universiteti olaraq dördüncü yerdədir. University Airlangga (Unair) inzibati fəaliyyətləri Surabaya, C Mulyorejo Kampusunda yerləşən University Airlangga İdarəetmə Ofisində cəmlənir. University Airlangga yaradılması kifayət qədər uzun tarixə malikdir. Unair rəsmi olaraq təsis edilməzdən əvvəl, 9 və 11 oktyabr 1847-ci il tarixlərində Hollandiya Koloniya Hökumətinə sağlamlıq təcrübələrində mütəxəssis olmaq üçün istedadlı Yava gənclərini öyrətmək təklifi təqdim edildi. 1849-cu il yanvarın 2-də hökumətin № 363-cü fərmanı ilə. 22, NIAS (Nederlandsch Indische Artsen School) Surabayada tibb təhsili yeri kimi təsis edilmişdir . 1913-cü ildən Surabayada tibb təhsili Jalan Kedungdoro 38 Surabaya ünvanında aparılır. 1923-cü ildə NIAS binası Jalan Kedunqdorodan Jalan Mayjendə Unair Tibb Fakültəsinin yerləşdiyi yerə köçürüldü.
France université numérique
France université numérique — onlayn dərslər verən fransız platformasıdır. 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlayıb. 2018-ci ilin aprel ayı statistikasına görə 1.4 milyondan çox istifadəçi qeydiyyatdan keçib. France université numérique istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir.
Université Paris-Saclay
Azərbaycan Universitet Kolleci
Azərbaycan Ali Təhsil İnstitutu (fars. موسسه آموزش عالی آذرآبادگان‎) və ya Azərbaycan Universitet Kolleci (ing. University College of Azarabadegan) — İranın Urmiya şəhərində özəl biznes məktəbi. Məktəb 2006-cı ildə təsis olunmuşdur.
Bizim Universitet (1969)
Bizim universitet qısametrajlı sənədli televiziya filmi rejissor Arif Qazıyev tərəfindən 1969-cu ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyinə həsr olunmuşdur. == Məzmun == Film S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illiyinə, onun tarixinə və müasir həyatına həsr olunmuşdur.
Cambridge University Press
"Cambridge University Press" (abbr. CUP, azərb. Kembric Universiteti Nəşriyyatı‎) — ən qədim və "Oxford University Press"dən sonra ikinci ən böyük universitet nəşriyyatı.
Central European University
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Columbia University Press
Columbia University Press (ing. Kolumbiya Universiteti Nəşriyyatı) — universitet nəşriyyatı.
Cornell University Press
Cornell University Press (ing. Kornell Universiteti Nəşriyyatı) — 1869-cu ildə əsası qoyulan (lakin, 1884-1930 illərin arasında fəaliyyət göstərməyən) və beləliklə ABŞ-nin ilk olan universitet nəşriyyatı.
Dublin Universitet Kolleci
Dublin Universitet Kolleci (irl. An Coláiste Ollscoile, Baile Átha Cliath) — İrlandiyanda, Dublin şəhərində yerləşən və ölkənin ikinci ən böyük ali təhsil müəssisəsi. == Tarixi == Dublin Universitet Kollecinin tarixi 1854-cü ildə yaradılmış İrlandiya Katolik Universiteti ilə bağlıdır. Həmin dövrdə irlandiyalı katoliklərə katolik azadlığından sonra daha yüksək dərəcəli təhsil vermək üçün kardinal Pol Kallenin rəhbərliyi altında universitet yaratmaq ideyası irəli sürülür. XIX əsrdə İrlandiyada konfessional (dini) təhsil məsələsi mübahisəli idi. Katolik məktəblər iyerarxiyası Qoluey, Belfast, Kork şəhərlərində yerləşən "Allahsız kolleclər"ə təsir göstərmək, Dublin Triniti Kollecini katolik alternativi ilə təmin etmək niyyətində idilər. Dublin Triniti Kolleci anqlikan (İngiltərədə protestant dininin bir qolu) yönümlü ali məktəb olsa da, 1780-ci ildən burada katoliklər də təhsil almağa başlayır, lakin universitetin dini sənədində katoliklərin kollecin rəhbər orqanlarında vəzifə tutmasının istisnası haqqında göstəriş öz əksini tapır. 1850-ci ildə İrlandiyanın Törls şəhərində Katolik Universitet yaratmaq haqqında qərar qəbul olunur. Nəticədə, 1854-cü ildə İrlandiyada yeni Katolik Universiteti yaradılır və müqəddəs Con Henri Nyumen universitetin birinci rektoru təyin olunur. Daha sonra universitetin 3 binası fəaliyyətə başlayır: Maykl Flannerinin nəzarəti altında Sent-Patrik və ya Universitet binası, Ceyms Kuinnin rəhbərliyi altında Sent-Lourens və Nyumenin şəxsi nəzarəti altında Sent-Meri binaları.
Harvard University Press
Harvard University Press (abbr. HUP, ing. Harvard Universiteti Nəşriyyatı) — universitet nəşriyyatı.
London Universitet Kolleci
London Universitet Kolleci (ing. University College London) — Londonun mərkəzində, Qover küçəsində (ing. Gower street) yerləşən London Universitetinin ilk və ən iri məktəbi. Əsası 1826-cı ildə qoyulan və London Universiteti adlanan məktəb İngiltərədə yaradılmış üçüncü ali təhsil ocağı hesab olunur. Kollec Britaniyanın "Universitetlərin Rassel Qrupu", "G5" adlanan elit universitetləri sırasına, Avropa Universitetləri Assosiasiyasına və Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. London Universitetinin digər məktəbləri ilə birlikdə, London Universitet Kolleci (LUK) Oksford və Kembric Universitetləri ilə yanaşı "Qızıl üçbucaq" adlı üçlük yaradır. London Universitet Kollecinin ştatına 53 London Kral Cəmiyyəti, 51 Britaniya Akademiyası, 15 Kral Mühəndislik Akademiyası və 117 Tibb Elmləri Akademiyasının üzvləri daxildir. Ali məktəbin keçmiş və indiki tələbələri, fakültə üzvlərindən 29u Nobel mükafatına layiq görülmüşdür (fəxri məzunlar və elmi işçilər nəzərə alınarsa, 40 Nobel mükafatı laureatı). İki məzun və hal-hazırkı fakültə üzvlərindən biri Riyaziyyat üzrə Filds medalına layiq görülmüşlər. Böyük Britaniya universitetləri arasında dövlət büdcəsindən maliyyələşən (araşdırmalara ayrılan büdcə hissəsindən) universitetlərin ilk üçlüyünə daxil olan LUK (UCL) son illərdə ABŞ-nin Yel Universiteti ilə birgə multidisiplinar əməkdaşlığa başlamışdır.
Oxford University Press
"Oxford University Press" (abbr. OUP, azərb. Oksford Universiteti Nəşriyyatı‎) — ən böyük və "Cambridge University Press"dən sonra ikinci ən qədim universitet nəşriyyatı.
Princeton University Press
Princeton University Press (ing. Prinston Universiteti Nəşriyyatı) — universitet nəşyiyyatı.
Qarissa Universitet Kolleci
Qarissa Universitet Kolleci (ing. Garissa University College) — Keniyanın Şimal-Şərq əyalətin Qarissa adlı şəhərində yerləşən ali təhsil müəssisəsi.
Universitet bulvarı (Səmərqənd)
Universitet bulvarı (Səmərqənd) (özb. Universitet xiyoboni) — Səmərqənd şəhərinin mərkəzi küçələrindən biri. Əvəlki adları Abramov bulvarı və Maksim Qorki adına bulvar olmuşdur. Küçə Səmərqənd şəhərinin ən tarixi və görməli yerlərindən sayılır. Əsasının qoyulması XIX əsrin sonlarında Səmərqənd şəhərinin Rusiya imperiyası tərəfindən işğalından sonraya təsadüf edir. Bu səbəbdən küçədə əsasən XIX əsr və XX əsr binaları çoxluq təşkil edir. Universitet Bulvarı Səmərqəndin mərkəzi hissəsində yerləşir. Universitet Bulvarının ortasında hündür ağaclar parkı var. Bu park sayəsində küçə iki hissəyə ayrılır. Bulvar Registan, Bustonsaroy, Şoxrux Mirzo, Mustakillik, Bəxtiyora Həmidov, Abdurahmon Cami, Orzu Mahmudov, Nurabad və Usman Yusupov küçəsləri ilə kəsiçir.
University of Debrecen
Debretsen Universiteti (ing. University of Debrecen, mac. Debreceni Egyetem) — Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşən və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debretsen Universiteti 30.000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Universitet Macarıstanın ən nüfuzlu ali məktəblərindən biridir və “Research Excellence” (Tədqiqat Mükəmməlliyi) titulunu daşıyır. Universitetin iki əsas kampusu var və hər ikisi də Debretsendədir. Ən qədim əsas kampusda İncəsənət, İnformatika, Tibb, Musiqi fakültələrinin departamentlərinin çoxu və botanik bağ yerləşir. “Kassai-road campus" adlı yeni kampusda isə Hüquq və İqtisadiyyat fakültələrinin bir çox binaları yerləşir. Bu iki kampusdan başqa, şəhərdə universitetin bir çox kiçik binaları da fəaliyyət göstərir. Məsələn, Fizika departamentləri və Atom Tədqiqatı İnstitutu “mini kampus” şəklində bir binadadılar və ya Aqronomiya fakültəsi.
Yeddi Milli Universitet
Yeddi Milli Universitet (yap. 国立七大学) — Yaponiya İmperatorluğu tərəfindən 1877-ci və 1939-cu illərdə yaradılmış 9 universitetdən hazırda Yaponiyada yerləşən 7 universitetə verilən ümumi ad. Digər iki universitetdən 1-i Koreyada, digər 1-i isə Tayvanda yerləşir. Hokkaydo Universiteti; Kyoto Universiteti; Kyusyu Universiteti; Naqoya Universiteti; Osaka Universiteti; Tohoku Universiteti; Tokio Universiteti.
University of Oxford
Oksford Universiteti (ing. University of Oxford) — Böyük Britaniyanın ən məşhur universitetlərindən biri. Dəqiq quruluş tarixi bilinmir, lakin 1096-cı ildə artıq Oksfordda tədris aparılırdı. Oksford Universiteti dünyanın ən qədim ingilisdilli universitetidir. Lakin o məlumdur ki, Oksfordda təhsilə 1096-cı ildə başlanılıb, 1167-ci ildən, II Henrixin tələbələrə Paris universitetində oxumağa qadağa qoymasından sonra təhsilin intensiv inkişaf etdirilməsinə başlanılıb. İlk ictimai kitabxananın əsasını Uelsli Gerald qoydu (1188), Oksfordda beynəlxalq hazırlığın əsasının qoyulması isə ilk xarici tələbə, Frislandiyadan gəlmiş Emonun adı ilə bağlıdır. Oksfordun köhnə kollecləri 1249 (Balliol) və 1264-cü illərdə (Merton) yaradılıb. 1878-ci ildən universitet öz qapılarını qadınların akademik təhsili üçün açdı. İlk qadın müəllimlər isə 1920-ci ildən dərs deməyə başladı. 1974-cü ildən etibarən Oksfordun bütün 39 kolleci (birindən başqa) öz nizamnaməsini qadın və kişilərin birgə təhsil alması üçün dəyişdi.
Helsinki Universiteti
Helsinki Universiteti (fin Helsingin yliopisto, isv. Helsingfors universitet, lat. Universitas Helsingiensis, qısaca UH) — Finlandiyanın paytaxtı Helsinki şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Helsinki Universitetinin əsası 1640-cı ildə Turku şəhərində qoyulmuş Turku Kral Akademiyası olaraq qəbul edilir. Paytaxtda 1829-cu ildən fəaliyyət göstərir. == Təhsil == Universitetdə təhsil 2 dildə – fin və İsveç dillərində aparılır. == Xarici əlaqələri == Avropa Tədqiqat Universitetləri Liqasına daxildir. Utrext Şəbəkəsinin üzvüdür.
Het Universiteti
Hitit Üniversiteti 17 mart 2006-cı il tarixli və 5467 saylı qanunla Çorumda qurulan dövlət universitetidir . Qurucu rektor Prof. Dr. Kadri Yamaç, universitetin hazırkı rektoru Prof. Dr. Əli Osman Öztürk. Əvvəllər Qazi Universitetinə bağlı olan universitet daha sonra ayrılaraq yeni müstəqil universitet təsis edərək yaradılıb. Hitit Universitetində 11 fakültə, 3 institut, 1 kollec, 7 peşə kolleci və 21 tədqiqat mərkəzi fəaliyyət göstərir. Tədris dili türkcə olan universitetdə 736 akademik heyət, 377 inzibati heyət və 18 826 tələbə ilə akademik işlər aparılır.
Heydelberq Universiteti
Ruprext Karl Heydelberq Universiteti (alm. Ruprecht-Karls-Universität Heidelberg‎) — Almaniya Federativ Respublikasının Heydelberq şəhərində yerləşir. Bu ali təhsil müəssisəsi Müqəddəs Roma imperiyasında yaranmış dördüncü, Almaniyada isə ən qədim universitetdir. 1386-cı ildə Heydelberqdə qurulmuşdur. Almaniyanın ən qədim və ən prestijli universitetlərindən biridir. Bir çox məşhur məzunları vardır. Məşhur şair və mütəfəkkir Məhəmməd İqbal bir müddət burada təhsil almışdır. == Tarixi == 1378-ci ildə xristianlığın iki qolu arasında baş verən parçalanmadan və papa XI Qreqorinin ölümündən sonra iki papa seçilir. Onlardan biri Avinyonda (fransızlar tərəfindən seçilmiş), digəri isə Romada (italyanlar tərəfindən seçilmiş) fəaliyyət göstərir. Bu zaman almanlar Romada fəaliyyət göstərən papa VI Urbanı dəstəkləyirlər.
Heydәrabad Universiteti
Heydərabad Universiteti (tel. హైదరాబాద్ విశ్వవిద్యాలయము) — Hindistanın Heydərabad şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1974-cü ildə qoyulmuşdur.
Humboldt Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Humbolt Universiteti
Berlin Humboldt Universiteti (alm. Humboldt-Universität zu Berlin‎, qısaca HU Berlin, lat. Alma Mater Berolinensis) — Berlinin dörd ən qədim universitetindən biri. 16 avqust 1809-cu ildə Vilhelm Humboldt tərəfindən təsis edilib. 1828-ci ildə Prussiya kralı III Fridrix Vilhelmin şərəfinə Fridrix Vilhelm Universiteti adlandırılıb. 1949-ci ildə Humboldt qardaşları şərəfinə adı dəyişdirilib. Universitetdə tədris 1810-cu ildə başlayıb. O zaman onun 256 tələbəsi var idi. Hal-hazırda 34 min 612 tələbəsi vardır. Avropanın ən nüfuzlu elmi mərkəzlərindən biridir.
Kaliforniya Universiteti
Kaliforniya Universiteti (ing. The University of California), UC — Kaliforniyanın 10 ictimai universitetinin birliyi. "İctimai" statusu ali məktəb sisteminin müxtəlif mənbələrdən, o cümlədən Kaliforniya ştat büdcəsindən (maliyyəsinin üşdə biri) maliyyə yardımı aldığını göstərir. Birlik ştatın qubernatoru tərəfindən təyin olunan regentlər şurası tərəfindən idarə edilir. (ing. The Regents of the University of California) Kaliforniya Universiteti sistemində 191.000-dən çox tələbə təhsil alır. Universitet sistemində ən qədimi və ən nüfuzlusu 1868-ci ildə təsis edilmiş Berklidəki Kaliforniya Universitetidir.
Kembric Universiteti
Kembric Universiteti (ing. University of Cambridge, lat. Universitas Cantabrigiensis) — Böyük Britaniyanın yaranma tarixinə görə Oksford Universitetindən sonra ikinci və dünyada dördüncü universiteti, Rassell qrupunun üzvü. == Tarixi == Universitet 1209-cu ildə bir Oksford tələbəsinin qadını öldürməsindən sonra bir qrup alim şəhəri tərk etmiş və Kembricdə universitet təsis etmişdir. 1214-cü ildə universitet qaydaları tərtiv edilmişdir. Bu qaydalarda rektorun təyini və imtahanların verilmə qaydaları müəyyən edilmişdi. Orta əsrlərdə ətraf mühit haqqında biliklər monastrlarda tədris edilirdi. monastrlardan fərqli olaraq universitetdə elm, fəlsəfə, məntiq və riyaziyyat öyrədilirdi. Oksford və Kembric universitetlərinin ümumi tarixi var və onlar daima rəqabətdədir. Onları birlikdə "Oksbric" adlandırırlar.