Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayna Ulmane
Ayna Ulmane (latış. Aina Ulmane‎: d. 20 sentyabr 1939) -İqtisadçı, dövlət məmuru, Latviyanın 1-ci Birinci xanımı (1993–1999). == Həyatı == Ayna Ulmane 1939-cu il sentyabrın 20-də Valmier rayonunda anadan olub. == Ailəsi == Ayna Ulmanis 1993–1999-cu illərdə Latviya Prezidenti olan Quntis Ulmanis ilə ailəlidir, Alvis adında oğul, Qunta adında isə qız övladı var.
Maykl Nade
Mikael Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.
Mikael Nade
Mikael Nade (4 mart 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Sent-Etyen AS klubunda müdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. Nade Nade Sent-Etyen AS akademiyası vasitəsilə inkişaf etmişdir. O, Liqa 1-də debütünü Sent-Etyen klubu ilə 20 may 2017-ci ildə Nansi klubuna qarşı oyunda etmişdir.
I Made
I Made (azərb. Mən etdim‎) – Cənubi Koreya qız qrupu "(G)I-dle" tərəfindən buraxılmış ikinci minialbom. 26 fevral 2019-cu ildə buraxılmışdır. Minialbom əsas sinql "Senorita" daxil olmaqla, 5 trekdən ibarətdir. == Buraxılması == 10 fevral 2019-cu ildə "Cube Entertainment" 26 fevral 2019-cu ildə qrupun "I Made" adlı ikinci minialbomunun buraxılacağını açıqlamışdır. 13 fevralda minialboma daxil olan treklərin siyahısı yayımlanmışdır. Albomun əsas sinql "Senorita" daxil olmaqla 5 mahnıdan ibarət olduğu açıqlanmışdır. Qrup üzvü Minni ilk dəfə mahnı bəstələmədə iştirak etmişdir. 20 fevralda albom üçün tizerlər yayımlanmışdır. Albom 26 fevralda rəqəmsal olaraq, növbəti gün fiziki olaraq buraxılmışdır.
Made in Azerbaijan
"Made in Azerbaijan" — Azərbaycan Respublikasında dövlət səviyyəsində qəbul edilmiş rəsmi brend. == Tədbirlər == Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2016-cı il tarixli 1063 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydaya əsasən, xarici bazarlarda "Made in Azerbaijan" brendinin təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi bu tədbirlərdən ibarətdir: beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak etmək; beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak etmək; dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə "Made in Azerbaijan" brendini təşviq etmək; xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda və ya mağaza şəbəkələrində, o cümlədən rüsumsuz ticarət (ing. duty free) mağazalarında "Made in Azerbaijan" rəflərini təşkil etmək; xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində "Made in Azerbaijan" brendini təbliğ etmək. "Made in Azerbaijan" brendinin dövlət mülkiyyətində olan və ya səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən təşviqi onların xarici ölkələrdə yerləşən nümayəndəlik və filialları vasitəsilə həyata keçirilir.
Made of Stars
Made of Stars (azərb. Ulduzlardan yaranan‎) — İsrailin 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Hovi Star "Made of Stars" mahnısı ilə İsraili İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İsrail bəstəkarı Doron Medali tərəfindən xüsusi ilə Hovi üçün yazılmışdır.
Made in Germany 1995–2011
Made in Germany 1995–2011 — Rammstein qrupunun yığma albomu.
What Was I Made For?
"What Was I Made For?" — amerikalı müğənni Billi Aylişin "Barbi" filminin soundtrek albomuna daxil edilən mahnısı. 13 iyul 2023-cü ildə Atlantic, Darkroom və Interscope Records tərəfindən buraxılıb. "What Was I Made For?" Avstraliya, İrlandiya, İsveçrə və Birləşmiş Krallıqda birinci pilləyə yüksəlib.
Made in the A.M.
Made in the A.M. — İngiltərə-İrlandiya oğlan qrupu One Direction-ın beşinci studiya albomu. 13 noyabr 2015-ci ildə Columbia Records və Syco Music tərəfindən buraxılıb.
Abbas ibn Ubadə
Abbas ibn Ubadə — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Birinci və İkinci Əqabə beyətində iştirak edən səhabələrdəndir. Mədinənin Xəzrəc qəbiləsindəndir. İkinci Əqəbə beyti ilə müsəlman olur. Lakin o, digər mədinəlilər kimi məmləkətinə qayıtmayırlar və Məkkədə peyğəmbərin yanında qalır. Bu səbəbdən o, İslam tarixində “Ənsarın mühaciri” kimi məşhurlaşır. Abbas bin Ubadə Uhud döyüşündə pərən-pərən düşmüş İslam ordusunu toplamaq istəmiş və Məkkəlilərin ordusuna hücum edərkən həlak olmuşdur.
Səd ibn Ubadə
Səd ibn Ubadə (güm. 580-ci illər, Mədinə – 636 və ya 635, Hövran, ərəb. ‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri, 7-ci əsrin islam siyasəti xadimi, Mədinədəki Xəzrəc qəbiləsinin başçılarından biri. Onun tam adı Sad ibn Ubad ibn Dulaim ibn Haris ibn Numan ibn Əbu Həzeym əl-Ənsari əl-Səidi əl-Xəzrəcdir. Səid şəcərəsinin başçısı idi. Akabedə ikinci beyyət zamanı İslamı qəbul edir. O, Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin təşəbbüskarlarından olub. Qureyşlilər bundan xəbər tutur və Akabedən qayıdarkən onun izinə düşərək Məkkəyə gətirirlər. Orada ona işgəncə verilir, lakin Cübeyr ibn Mutim və Haris ibn Hərbin sayəsində Mədinəyə qayıtmağı bacarır. Səd varlı bir insan idi və var-dövlətini gənc müsəlman cəmiyyətinin ehtiyaclarına xərcləyirdi.
Ümamə binti Zeynəb
Ümamə binti Əbu əs bint əl-Rabi (ərəb. أمامة بنت ابو العاص بن الربيع‎) İslam peyğəmbəri Məhəmməd və Xədicə binti Xüveylidin nəvəsi. O da səhabələrdən sayılır. O, Məhəmmədin ən böyük qızı Zeynəbin və Əbu əl-Əs ibn al-Rabinin qızı idi. Ölüm yatağında olan xalası Fatimə övladları Həsənə, Ümmü Gülsümə, Zeynəbə və xüsusilə Hüseynə çox sıx bağlı olduğu və sevdiyi üçün Ümaməyə həyat yoldaşı Əliyə ərə getməyi təklif etdi. Onun bir qardaşı Əli ibn Zeynəb idi. Xalaları arasında Peyğəmbərin qızları Ruqəyyə bint Məhəmməd və Ümmü Gülsüm bint Məhəmməd də var. Uşaq olanda Məhəmməd ibadət edərkən onu çiynində daşıyırdı. O, səcdəyə gedir və sonra qalxdıqda onu yenidən götürürdü. Məhəmməd bir dəfə kimi çox sevirsə ona aqat boyunbağı verməyi vəd etdi.
Əbu Umamə əl-Bəhili
Əbu Umamə əl-Bəhili (620-ci illər, Ərəbistan yarımadası – 705, Homs, ərəb. أبو أمامة الباهلي‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Gənc olmasına baxmayaraq, onun çağırışına cavab verən və İslamı qəbul edən qəbilə yoldaşlarının hörmətindən zövq alırdı. Bəzi məlumatlara görə o, Xudeybiyyədə bir ağacın altında beyyət etmişdir. Misirdə yaşamışdır. Siffeyn döyüşündə xəlifə Əli ibn Əbu Talibin tərəfində olmuşdur. Sonra Suriyada (Homs) məskunlaşır. O, Məhəmməd peyğəmbərin, Ömər ibn Xəttabın, Osman ibn Əffanın, Əli ibn Əbu Talibin, Muaz ibn Cəbəlin, Əbu Übeydə ibn Cərrahın və başqalarından çoxlu hədislər söyləmişdir. Onun Şəddad, Əbu Əmmar, əl-Qasim ibn Abdu-r-Rəhman və başqalarından rəvayət etdiyi 250-yə yaxın hədisləri Əl-Buxari və Müslümdən “Səhih” hədislər siyahısına daxil olmuşdur. 705-ci ildə vəfat etmişdir.
Ubadə ibn əs-Samit
Ubadə ibn əs-Samit (586, Mədinə – 655, Ramla[d], ərəb. عبادة بن الصامت‎) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) səhabələrindən biri. O, səhabələrdən və ənsarın böyüklərindəndir. Ləqəbi Ubadə Əbu Vəliddir və xəzrəc qəbiləsinin Avfoğullarındandır. Atası Samit ibn Kays, anası Kurret-ül-ayn binti Ubadədir. Tam adı Ubadə ibn Samit ibn Kays ibn Əsrəm ibn Fihr ibn Saləbə ibn Qanem ibn Salim ibn Avf ibn Amr bin Avf ibn Xəzrecdir. 583-cü ildə Mədinədə doğulmuş, 654-cü ildə Fələstində vəfat etmişdir. Hicrətin 34-cü ilində 72 yaşında Şam yaxınlığındakı Ramlada vəfat edən Ubade bin Samit orada dəfn edilmişdir. Ubadə Besətin on birinci ilində həcc mövsümündə Məkkəyə gedir və müsəlman olur. O, hicrətdən əvvəl baş vermiş birinci və ikinci Əqəbə beyətlərində iştirak etmişdir.
Keçən cümə, ayın 13-ündə nə etdiyimi bilirsənsə qışqır
Keçən cümə, ayın 13-ündə nə etdiyimi bilirsənsə qışqır (ing. Shriek If You Know What I Did Last Friday the Thirteenth) — 2000-ci ildə istehsal olunmuş parodiyalı komediya filmidir. Film Qışqırıq, "Mən bilirən, siz keçən yay nə etmisiniz" Texas qətliamı, Hellovin, "Kristina" və Cümə, ayın 13-ü kimi qorxulu filmləri parodiya edir. Bu film Çox qorxulu kino filmi ilə eyni ildə çəkilmişdir. Lakin ona nisbətən gec başa çatmışdır. Filmlərin mövzularında bənzərliklər vardır. Filmin mövzusu Çox qorxulu kino filminə nisbətən daha gülməlidir.