Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proloq
Proloq yunanca πρόλογος — müqəddimə: Proloq — Hər hansı mətnin, yazılı mülahizənin girişi; Proloq — pravoslav kitab qiraəti, o Sinaksaridə adlanır; Proloq — çoxgünlük velosiped yarışmasının kiçik start mərhələsi; Proloq dili — məntiqi proqramlaşdırma dili.
Proloq dili
Proloq dili-Proloq məntiqi proqramlaşdırma dilidir ki Süni intellekt və Hesablamalı dilçilik ilə əlaqədardır. Sadə proloq proqram faktlardan və qaydalardan təşkil olunmuşdur. Məsələn: pisik(qacir). Şəklində bir fakt təyin edək. İndi proloqla bu faktı çağırdıqda bizə doğru qiymət qaytaracaq. ?- pisik(qacir). Əgər "qacir" əvəzinə bir dəyişən daxil etsək, bizə bu dəyişənin qiymətini qaytaracaq. ?- pisik(X). X = qacir.
Bioloq
Biologiya (yun. βίος "həyat", yun. λόγος) — canlılar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi haqqında elm. Biologiya termini 1802-ci ildə fransız təbiətşünası J.B. Lamark və alman tədqiqatçısı Q. Treviranus tərəfindən təklif edilmişdir. Həyatın bütün təzahürləri: canlı varlıqların müxtəlifliyi, quruluşu, funksiyaları və onların təbii qruplaşmaları, yayılması, mənşəyi və inkişafı, bir-biri ilə və cansız təbiətlə həm indiki, həm də keçmişdəki əlaqələri biologiyanın tədqiqat obyekti — predmetidir. Bu elmin kompleksliyinə baxmayaraq, onu vahid və tutarlı bir sahəyə birləşdirən konseptlər vardır. Biologiya hüceyrəni həyatın, genləri irsiyyətin əsas vahidi kimi, təkamülü isə növlərin yaranmasının və nəslinin kəsilməsini sürətləndirən mühərrik kimi qəbul edir. Canlı orqanizmlər homeostaz olaraq adlandırılan stabil və həyati vəziyyəti saxlamaq üçün enerjini çevirərək və lokal entropiyalarını azaldaraq sağ qalan açıq sistemlərdir. Biologiyanın alt sahələri tətbiq olunan tədqiqat metodları və öyrənilən sistem növü ilə müəyyən edilir: nəzəri biologiya kəmiyyət modellərini formalaşdırmaq üçün riyazi metodlardan istifadə edir. Eksperimental biologiya irəli sürülən nəzəriyyələrin doğruluğunu yoxlamaq və həyatın əsas mexanizmlərini və onun sistemin mürəkkəbliyinin tədricən artması yolu ilə təxminən 4 milyard il bundan əvvəl canlı olmayan maddədən necə meydana gəldiyini və necə təkamül etdiyini anlamaq üçün empirik təcrübələr həyata keçirir.
Zooloq
Zoologiya — Heyvanlar aləmindən bəhs edən elmdir. Zoologiya heyvanlar aləminin müxtəlifliyini, onların bədən quruluşunu, həyat fəaliyyətini, yaşadığı mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Heyvanlar aləmində ən ali sistematik vahid tip adlanır. Hazırda heyvanlar 23 tipə ayrılır. Ən böyük məməli heyvan göy balinadır. Onun kütləsi 150 tona çatır. Ən kiçik məməli heyvan isə kiçik ağdişdir. Onun kütləsi isə cəmi 3 qramdır. Ağamalıyev F. Onurğasızlar zoologiyası ali məktəblər üçün dərslik. Bakı, 2012.
Abbasova (bioloq)
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). == Elmi fəaliyyəti == E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. == Təsnif etdiyi taksonlar == Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) == Şərəfinə adlandırılmış taksonlar == Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 == Elmi işləri == Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Froloş burnu
Froloş burnu (bolq. нос Фролош, ‘Nos Frolosh’ \'nos 'fro-losh\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-şərqdə yerləşən burundur. Burun Qalata buxtasından şimalda yerləşmişdir. Burun qərbi Bolqarıstanda yerləşən Froloş şəhərinin adını daşıyır. == Yerləşməsi == Deliradev burnundan 1.93 km şimalda, Beyle burnundan 4.1 km cənub-şərqdə, Melçior adalarına daxil olan Lambda adasından 7 km qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60. Directorate of Overseas Surveys, UK, 1978.
Konstantin Frolov
Konstantin Frolov (rus. Фролов, Константин Васильевич; d.22 iyul, 1932; Kirov, Kaluqa vilayəti - ö.18 noyabr 2007) — Mühəndislik sahəsində Sovet alimi. 1985-1996-cı illərdə. Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, SSRİ Elmlər Akademiyasının (1984-cü ildən üzv), Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının akademiki (1985), Rusiya Mühəndislik Akademiyasının fəxri prezidenti. Sosialist Əməyi Qəhrəmanı (1990). Lenin mükafatı laureatı. == Həyatı == Konstantin Frolov 1932-ci ildə 22 iyul tarixində anadan olub. Özü ilə bərabər əkiz bacısı vardı. 1937-ci ildə atası həbs edildi. 7-ci sinfi bitirdikdən sonra Lyudinovski Mühəndislik Kollecinə daxil oldu və burada fizika və elektrik mühəndisliyi laboratoriyasında laborant vəzifəsində çalışdı.
Mixail Frolov
Frolov Mixail Fyodoroviç (5 yanvar 1910. Şamaxı rayonu, Hilmilli — 13 yanvar 1981, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (23.10.1943; 23.02.1961-ci ildə təqdim olunmuşdur), baş serjant. Böyük Vətən müһaribəsinə qədər Şamaxı rayonunda mexanizator işləmişdir. 1941-ci ildə Sovet Ordusuna çağırılmışdır. 1941-43-cü illərdə tank qoşunları tərkibində Kursk və Ukrayna uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Dnepr çayının keçilməsində qəһrəmanlıq göstərmişdir. 1944-cü ildə ordudan buraxılmışdır. Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.
İvan Frolov
İvan Sergeyeviç Frolov (30 may 1890, Dmitrov qəzası[d], Moskva quberniyası[d] – 1969, Bakı) — sovet kinooperatoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). 30 may 1890-cı ildə Moskva quberniyasının Dmitrov qəzasında anadan olub. 1906-cı ildən kino fəaliyyətinə başlayıb. XX əsrin əvvəllərində Moskva və Peterburqda müxtəlif şəxsi kinostudiyalarda, 1918–1927-ci illərdə "Lenfilm" kinostudiyasında, 1927-ci ildən "Azərbaycanfilm" kinooperator kimi fəaliyyət göstərib. 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, "Şərəf nişanı" ordeni və medallarla təltif edilib. 1969-cu ildə Bakıda vəfat edib. Gilan qızı (film, 1928) (tammetrajlı bədii film) Sevil (film, 1929) (tammetrajlı bədii film) İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film) Almaz (film, 1936) (tammetrajlı bədii film) — quruluşçu operator İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film) ФРОЛÓВ Иван Серҝејевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Vladimir Preloq
Vladimir Preloq (bosn. Vladimir Prelog; 23 iyul 1906[…], Sarayevo – 7 yanvar 1998[…], Sürix) – Xorvat mənşəli İsveçrə üzvi kimyaçısı. Onun Avstriya, Şimali İtaliya və Xorvat kökləri var idi. 7 yanvar 1998-ci ildə 92 yaşında Sürixdə vəfat etmişdir. Doğulmasından az əvvəl Xorvatiyada orta məktəb müəllimi işləyən Vladimirin atası Milan (1879–1931) Avstriyanın təhsilin yaxşılaşdırılması üzrə dövlət proqramı çərçivəsində yeni ilhaq edilmiş Bosniya və Herseqovina əyalətinin paytaxtına (Sarayevo) göndərildi. O dövrdə bu proqram mədəni və dini cəhətdən müxtəlif icmaların birliyi idi: katolik xorvatlar, yunan pravoslav serbləri, əcdadları Türkiyə vətəndaşlığı dövründə İslamı qəbul etmiş müsəlmanlar və 1492-ci ildə İspaniyadan köçmüş ispan yəhudilərinin nəsilləri. Milliyyətcə xorvat olan gənc Vladimirə başqa qruplardan olan uşaqlarla oynamağa icazə verilməyib. Sonradan o, xoşbəxt də olsa, kifayət qədər tənha uşaqlıq keçirdiyini söyləyərdi. Onun uşaqlığının ən yaddaqalan hadisələrindən biri 1914-cü il iyunun 28-də əlamətdar bir gündə Sarayevoya səfərə gələn Avstriya vəliəhdi Archduke Franz Ferdinand və həyat yoldaşı Sofiyanın görüşünün təntənəli yürüşündə olması idi. Vladimir qonaqlarla maşının qabağına gül atmalı idi.
Emiliya Abbasova (zooloq)
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). == Elmi fəaliyyəti == E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. == Təsnif etdiyi taksonlar == Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) == Şərəfinə adlandırılmış taksonlar == Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 == Elmi işləri == Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Etibar Məmmədov (bioloq)
Məmmədov Etibar Nəsrulla oğlu (26 oktyabr 1966, Düdəngə, İliç rayonu) — Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru, professor. == Həyatı == Etibar Nəsrulla oğlu Məmmədov 26 oktyabr 1966-cı ildə Naxçıvan MR Şərur rayonunun Düdəngə kəndində müəllim ailəsində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) Baytarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. == Elmi yaradıcılığı == 1993-cü ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunda helmintologiya ixtisası üzrə əyani aspiranturaya daxil olmuşdur. 1996-cı ildə AMEA Zoologiya İnstitutunda "Qoyunların monieziozuna qarşı antihelmint preparatlar və dərman bitkiləri qarışıqlarının işlədilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi almışdır. 1996–1999-cu illərdə Azərbaycan Elmi — Tədqiqat Baytarlıq İnstitutunda elmi və aparıcı elmi işçi, 2000–2003-cü illərdə Naxçıvan Muxtar Respublikası Baytarlıq Laboratoriyasında şöbə müdiri, 2003-cü ilin yanvar ayından AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun "Zooloji tədqiqatlar" şöbəsində elmi işçi, 2004–2009-cu illərdə isə həmin institutda elmi katib vəzifəsində çalışmışdır. 2009–2013-cü illərdə "Zooloji tədqiqatlar" şöbəsində aparıcı elmi işçi vəzifəsində işləmişdir. 2013-cü il oktyabrın 11-də Azərbaycan MEA Zoologiya İnstitutunda "Naxçıvan Muxtar Respublikasında gövşəyən heyvanların anoplosefalyatozları və onların törədicilərinin, aralıq sahiblərinin bioekoloji xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. Hazırda Naxçıvan Dövlət Universitetində Magistratura fakültəsinin dekanıdır. == Əsas elmi nailiyyətləri == Naxçıvan Muxtar Respublikası şəraitində ilk dəfə olaraq iri və xırdabuynuzlu heyvanlarda bütün məhsuldarlıq göstəricilərini aşağı salan helmintozlar-anoplosefalyatozlar yüksək dərəcədə tədqiq edilmişdir.
Faiq Məmmədov (geoloq)
Faiq Nəzər oğlu Məmmədov (1935) — neftçi-mühəndis, Rusiyanın əməkdar geoloqu. == Həyatı == Faiq Nəzər oğlu 1935-ci ildə Füzuli şəhərində anadan оlub. Əmək fəaliyyətinə 1956-cı ildə başlayıb. Qiyabi olaraq AZNKA-da oxuyub. 1962-ci ildən Komi MSSR-də neft kəşfiyyatı sahəsində çalışmağa başlayıb. 1972-ci ildən Naryan-Mar ekspedisiyasına başçılıq edib. 1976-cı ildə Usin Neft kəşfiyyatı idarəsinə göndərilib. 1978-ci ildən Usin NQKE-nə rəhbərlik edib. "Uxtaneftqazgeologiya" İGV Baş direktoru (1985-2000-ci illər) vəzifəsində işləyib. Faiq Məmmədоv xeyriyyəçilik fəaliyyəti ilə məşğul оlub.
Firdovsi Əliyev (geoloq)
Firdovsi Əliyev (Tam adı:Firdovsi Şamil oğlu Əliyev; d.1937; Azərbaycan, Tovuz, Düzqırıxlı k.) — Geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Firdovsi Əliyev 1937-ci ildə Azərbaycanın Tovuz rayonunun Düzqırıxlı kəndində anadan olub. 1959-cu ildə dağ mühəndisi-hidrogeoloq ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitunun geoloji-kəşfiyyat fakültəsini bitirib. 1959—2002-ci illərdə Azərbaycan Geologiya və Mineral Ehtiyatlar üzrə Dövlət Komitəsində işləmiş və kollektordan gidrogeoloji və mühəndis-geoloji partiyaların rəhbəri vəzifələrinə qədər yüksəlmişdir. 1988—2002-ci illərdə Dövlət Geoloji Komitəsinin hidrogeoloji və mühəndisi geologiya idarəsinin baş hidrogeoloqu işləmişdir. 1979-cu ildə "Suvarma şəraitlərində Şirvan düzünün qrunt sularının əmələgəlməsi qanunauyğunluğunun təhlili və rejimlərinin proqnozu" mövzusunda namizədlik, 1995-ci ildə "Texnogenez şəraitlərində Azərbaycan Respublikasının yeraltı sularının rejimlərinin əmələgəlmə qanunauyğunluğu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. == Elmi fəaliyyəti == F.Ş.Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazilərində hidrogeoloji və mühəndis-geoloji planalma işləri aparılmışdır. Şirin, mineral və termal sularının axtarışı və kəşfiyyatı, onların rejimlərinin öyrənilməsi ilə məşğul olmuşdur. Onun tərəfindən yeraltı suların çirklənməsi və tükənməsinin öyrənilməsi üzrə geoekoloji tədqiqatların aparılması layihəsi işlənib hazırlanmışdır. F.Ş.Əliyev Azərbaycanın şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin ekiloji təmiz yeraltı sularla təchiz olunması problemi ilə məşğul olmuşdur.
Fuad Axundov (bioloq)
Geoloq Əhməd Əhmədov
Əhmədov Əhməd Mahmud oğlu (8 fevral 1910, Göyçay qəzası – 30 avqust 1988, Bakı) — azərbaycanlı neftçi-geoloq. Onun neft və qaz yataqlarının axtarışı və kəşfiyyatına, yataqların səmərəli işləməsinə dair tədqiqat işləri, fikirləri nəşr olunmuş 80-dən artıq məqalədə və monoqrafiyada öz əksini tapmış, bilavasitə iştirakı və rəhbərliyi ilə Neft daşları, Sanqaçal dəniz, Qaradağ, Kürovdağ, Mişovdağ, Kürsəngi, Qarabağlı və s. kimi neft, qaz kondensat yataqları kəşf olunmuş və sənaye miqyaslı işlənməyə daxil edilmişdir. == Həyatı == Əhməd Əhmədov 1910-cu il 8 fevralda Zərdab rayonunda anadan olmuşdur. 13 yaşında valideynlərini itirmiş, uşaqlıq və gənclik illəri çox ağır keçmişdir. 1933-cü ildə Azərbaycan Sənaye İnstitunun (indiki ADNSU) geoloji-kəşfiyyat fakültəsini bitirdikdən sonra istehsalatda mühəndis-geoloq vəzifəsindən başlayaraq Azərbaycan SSR-in Neft Hasilatı Sənayesi Nazirliyinin Baş geoloqu vəzifəsinə qədər yüksəlmişdir. Ə.Əhmədov ölkənin siyası-iqtisadi həyatında fəal iştrak etmiş, dəfələrlə rayon, Bakı şəhəri və Respublika Ali Sovetlərinə deputat seçilmiş, yüksək dövlət mükafatlarına, orden və medallara layiq görülmüşdür. 30 avqust 1988-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Hüseyn Hüseynov (bioloq)
Hüseyn Əlipənah oğlu Hüseynov - Biologiya elmləri namizədi, professor == Həyatı == Hüseyn Hüseynov 1915-ci ildə anadan olmuşdur. Biologiya elmləri namizədi, professordur. O, 1961-1966-ci illərdə BDU-nun İnsan və heyvan fiziologiyası kafedrasının müdiri, 1972-1975-ci illərdə Biologiya fakültəsinin dekanı olub. 100-dən çox məqalənin, dərslik, dərs vəsaitləri və proqramların müəllifi olmuşdur. Hüseyn Hüseynovun elmi fəaliyyəti, əsasən, Darı-dağ mərgümüş suyunun qan və qanyaranmaya və Azərbaycan florasından alınmış aktiv maddələrin orqanizmin karbohidrat mübadiləsinə təsirinin öyrənilməsi ilə əlaqədardır. Elmi fəaliyyətində Naftalan neftinin müalicəvi təsirinin bioloji mexanizminin tədqiqi sahəsində apardığı elmi işlər əsas yer tutur.
Hətəm Quliyev (geoloq)
Hətəm Quliyev (tam adı: Quliyev Hətəm Hidayət oğlu; 6 yanvar 1947, Qaryagin – 21 aprel 2021, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1981), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2014), AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin müdiri, Əməkdar elm xadimi (2018). == Həyatı == Hətəm Quliyev 6 yanvar 1947-ci ildə Füzuli rayonunda anadan olmuşdur. 1969-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini Mexanika ixtisası üzrə bitirmişdir. O, 1972-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1981-ci ildə fizika-riyaziyyat üzrə elmlər doktoru elmi dərəcələrini, 1986-cı ildə isə professor elmi adını almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. Hətəm Quliyev 1969-cu ildən Azərbaycan Elmlər Akademiyasında bir sıra vəzifələrdə çalışmışdır. 1969-1973-cü illərdə Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, 1973-1979-cu illərdə Kiyev şəhərində Ukrayna Kənd Təssərüfatı Elmləri Akademiyasında baş elmi işçi vəzifələrini icra etmişdir. Daha sonra 1979-1990-cı illərdə AMEA RMİ-də baş elmi işçi, sonra Dağılma mexanikası şöbəsinin müdiri, 1990-2003-cü illərdə AEA-nın Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (AE DNQYPİ) Geodinamika və Dağ mexanikası şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hətəm Quliyev 2003-cü ildən ömrünün sonuna kimi AMEA Geologiya və Geofizika İnstitutunun Tektonofızika və geomexanika şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2001-2013-cü illərdə AMEA Yer elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir. Eyni zamanda AMEA-nın "Xəbərlər" (Yer elmləri seriyası) jurnalının baş redaktorunun müavini olmuşdur.
Mahir Hüseynov (zooloq)
Musa Məmmədov (geoloq)
Məmmədov Musa Nəsib oğlu (1940, Gədəbəy – 17 mart 2022, Bakı) ― geologiya-mineralogiya elmləri doktoru, professor. Musa Məmmədov 1940-cı ildə Gədəbəy rayonunda anadan olmuşdur. 1966-cı ildə mühəndis-geoloq ixtisası üzrə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini bitirmişdir. Onun rəhbərliyi altında 2 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 1 doktorluq dissertasiyasının məsləhətçisi olmuşdur. 1984-cü ildə "Talışın qələvi-bazalt və qələvi-ultraəsasi formasiyalarının petroloji xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1999-cu ildə "Kiçik Qafqazın və Talışın Üst Təbaşir və Eosen yaşlı maqmatik formasiyalarının petrologiyası və geokimyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adına layiq görülmüşdür. Musa Məmmədov 17 mart 2022-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir. 1966–2000-ci illərdə — AMEA Geologiya İnstitutu 2000–2014-cü illərdə Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının professoru. 2019–2022-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunun Petrologiya şöbəsinin rəhbəri.
Nazim Məmmədov (bioloq)
Nazim Məmmədov (azərb. Nazim Akif oğlu Məmmədov‎; 8 oktyabr 1958, Bakı) — professor. Nazim Məmmədov 1958-ci il oktyabr ayının 8-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası tibb elmləri doktoru, professor Akif Əliş oğlu Məmmədov (1928-1985) Azərbaycan Tibb İnstitutuda və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Biokimya kafedrasının müdiri olmuş, anası Rəna İsgəndər qızı Əliyeva (1932-2016) tibb elmləri doktoru, dosent, pediatriya və virusologiya sahəsində işləyib. Babası İskəndər Əli oğlu Əliyev (1906-1972) 1936-cı ildə Azərbaycan SSR Xalq Yüngül Sənaye naziri və SSRİ Ali Sovetinin deputatı olub. Nənəsi Pəri Əbdülhüseyn qızı Həsənova (1908-1992) Azərbaycanın ilk qadın jurnalistlərindən olub. Pəri Həsənova 1930-cu illərdə "Şərq Qadını" jurnalıda məsul katib olub. Nənəsinin qardaşı Dr. Dadaş Həsənov (Həsənzadə) 1923-1926-cı illərdə Müsavat partiyasının Mərkəzi Komitəsinin (MK) sədri olub. Nazim Məmmədov 1975-ci ildə orta məktəbi, 1981-ci ildə isə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.
Nizami Cəfərov (geoloq)
Nizami Cəfərov (Cəfərov Nizami Nəcəf oğlu; d. 1957. Təzəkənd, İsmayıllı rayonu, Azərbaycan SSR, SSRİ) — Qazaxıstan alimi; Geologiya‑mineralogiya elmləri doktoru. “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO‑nun baş direktoru. 2001-ci ildə Moskva Beynəlxalq Mühəndislik Akademiyasının (2001) və Qazaxıstan Respublikası Milli Mühəndislik Akademiyasının (2003) həqiqi üzvü. Cəfərov Nizami Nəcəf oğlu 1957-ci il iyunun 2-də Azərbaycan Respublikasının İsmayıllı rayonunun Təzəkənd kəndində anadan olub. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) “geoloji çəkiliş, faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı” ixtisası üzrə əla qiymətlərlə bitirib. Elə həmin ildə Kustanay vilayətinin Jitikara şəhərində SSRİ Sənaye Tikinti Materialları Nazirliyinin “Sentrgeolnerud” ekspedisiyasının geoloji kəşfiyyat partiyasında əmək fəaliyyətinə başlayıb, geoloq, baş geoloq, 1982-1996-cı illərdə isə partiyanın rəisi işləyib. 1988-1989-cu illərdə Yəmən Ərəb Respublikasına sement xammalı yatağının kəşfiyyatı üzrə müqavilənin texniki direktoru göndərilib. 1996-cı ildən indiyədək N.Cəfərov “Asbest geoloji kəşfiyyat müəssisəsi” MMO-nun baş direktorudur.
Oqtay Qasımov (geoloq)
Oqtay Qasımov (azərb. Oqtay Zeynal oğlu Qasımov‎; 10 yanvar 1934, Gəncə – 20 mart 2002) — geoloq. 1934-cü il yanvarın 10-da Gəncədə anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olmuş, amma buranın bir neçə fakültəsi Azərbaycan Neft-Kimya İnstitununun nəzdinə verildiyinə görə 1958-ci ildə bu təhsil müəssisəsindən məzun olmuşdur. Təyinatla Neft Daşlarına işləməyə göndərilmişdir. Neft Daşlarında işə usta köməkçisindən başlamışdı. Estakada və özüllərin qurulmasında fədakarlıqla çalışdı. Bacarığını qiymətləndirib usta işinə irəli çəkdilər. Sonralar ona iş icraçısı, sahə rəisi kimi məsuliyyətli vəzifələri də etibar etdilər. Qum adasında Azərneft qurğuları quraşdırma trestinin 5 saylı tikinti-quraşdırma idarəsinin baş mühəndisi, sonra rəisi vəzifəsinə irəli çəkildi.
Rafiq Qasımov (bioloq)
Rafiq Yunisəli oğlu Qasımov (26 iyun 1931, İrəvan) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (1983). Rafiq Qasımov 26 iyun 1931-ci ildə İrəvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirən Qasımov elmi fəaliyyətə 1958-ci ildə SSRİ EA-nın İ. P. Pavlov adına Fiziologiya İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Rafiq Qasımov 1958-ci ildə "Nərəkimilərin bəzi növlərində şərti və şərtsiz reflekslər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 1970-ci ildə "Erkən ontogenezdə nərə balıqları davranışının müqayisəli öyrənilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1974-cü ildə professor elmi rütbəsini alan Rafiq Qasımov 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. Rafiq Qasımov 1965–1974-cü illərdə Kür Eksperimental Nərə Balıqartırma zavodunda və Mərkəzi Elmi Tədqiqat Nərə Balıqçılıq Təsərrüfatı İnstitutunun Azərbaycan bölməsində laboratoriya müdiri kimi fəaliyyət göstərib. Eyni zamanda AMEA-nın А. Qarayev adına Fiziologiya İnstitutunda laboratoriya müdiri olmuş və 1974-cü ildən həmin institutda baş elmi işçidir. 2018-ci ildə "Rafiq Yunis-Əli oğlu Qasımov" adlı biblioqrafiya nəşr olunub. SSRİ EA-nın Fiziologiya Bölməsinin "Ali sinir fəaliyyətinin və davranışın genetikası" problemi üzrə komissiya sədrinin müavini (1985–1990); İxtioloji Komissiyanın Əlaqələndirmə Şurasının sədr müavini (1974–1990); İxtioloji Komissiyanın Elmi Şurasının üzvü; "Təkamülün biokimyası və fiziologiyası" jurnalının redaksiya heyətinin üzvü (1986–1992); SSRİ AAK-nın Fiziologiya üzrə Ekspert Şurasının üzvü (1988–1989); Beynin Öyrənilməsi üzrə Beynəlxalq Təşkilatın üzvü (İBRO, 1999–2010); Xəzər dənizinin problemləri üzrə Elmi Şuranın üzvü (1991–1996); Bioloji Ehtiyatlar Komissiyasının üzvü; Böyük Britaniyanın "BP-Azerbaijan" Neft Şirkətində ekologiya üzrə müstəqil ekspert 2010–2014-cü illərdə AMEA-nın A. İ. Qarayev adına Fiziologiya İnstitutunda Dissertasiya Şurasının üzvü; 2010-cu ildən AMEA-nın Veteranlar Şurasının sədri; Rafiq Qasımov 1989-cu ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Bürünc" medalına layıq görülüb. Həmçinin 1996-cı ildə ekologiya sahəsində xidmətlərinə görə H. Ə. Əliyev adına medalla təltif olunub.
Rauf Hacıyev (bioloq)
Rauf Hacıyev (tam adı: Rauf Vahid oğlu Hacıyev; 21 avqust 1958) — Azərbaycan zooloq alimi, ixtioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğalılar zoologiyası kafedrası"nın professoru, biologiya elmləri doktoru. 21.08.1958-ci ildə anadan olmuşdur. 1965-1975 - Bakı şəhər 175 saylı orta məktəbdə təhsil almışdır. 1975-1980 – Azərbaycan Dövlət Universiteti Biologiya fakültəsi (ali təhsil) 1999-2003 – Bakı Dövlət Universiteti Hüquqşünaslıq fakültəsi (II ali təhsil) 1989- «Эколого-физиологические особенности развития лосося в раннем онтогенезе» (Erkən ontogenezdə Kür qızılbalığının inkişafının ekoloji-fizioloji xüsusiyyətləri) mövzusunda namizədlik dissertasiyasının müdafiəsi 2005- «Осетровые и лососевые Куринско-Каспийского региона, их биологические группы и эколого-физиологические особенности» (Kür-Xəzər regionu qızılbalığının və nərəkimilərin müxtəlif bioloji qruplarının ekoloji-fizioloji xüsusiyyətlərinin tədqiqi ) mövzusunda doktorluq dissertasiyasının müdafiəsi. 1989 – Biologiya elmləri namizədi, 1993 – Dosent, 2005 – Biologiya üzrə elmlər doktoru, 2008 – Professor. Su bioresurslarının mühafizəsi və idarə edilməsinin dövlət sistemi; Balıq populyasiyalarının dinamik nəzəriyyəsi; Balıqların davranışı və miqrasiyası; Balıqların akvakulturası; Su bioresurslarının idarə olunmasının əsasları. Zoologiya, İxtiologiya, balıqçılıq təsərrüfatı və akvakultura, balıqların və digər su bioresurslarının ekologiyası və mühafizəsi, Xəzər dənizinin ekologiyası. 2009 – Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında «"Tərəqqi" medalı» ilə təltif edilib. 2012 – Fransa Respublikası Hökümətinin kənd təsərrüfatı və balıqçılıq sahəsində Zabit dərəcəsində "Şöhrət" ordeni ilə təltif edilib. 2013 – BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) nəzdində “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində regional Komissiya”nın Azərbaycan üzrə milli əlaqələndiricisi təyin edilib.
Elçin İbrahimov (türkoloq)
Elçin İbrahimov (Elçin Əli oğlu İbrahimov; 1985, Nehrəm, Babək rayonu) — türkoloq alim, filologiya elmləri doktoru, "Türk dünyasına xidmət", "Lev Tolstoy", "Dyula Nemet-130" medalları təltifçisi, "İlin gənc alimi" mükafatçısı, Türk Dil Qurumunun müxbir üzvü (2018), Türk Ədəbiyyatı Fondunun fəxri üzvüdür (2020). == Həyatı == Elçin İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm kəndində anadan olmuşdur. BDU-nun Şərqşünaslıq fakültəsində bakalavriatura (2002–06), Qafqaz Universiteti Filologiya fakültəsində (Türk dili və ədəbiyyatı üzrə) magistratura (2006–09) təhsili almışdır. 2006–2016-cı illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi vəzifəsində çalışmışdır. 10 illik dövlət qulluğu stajına malikdir. 1 dərəcə dövlət qulluqçusudur. Qüsursuz fəaliyyət və nailiyyətlərinə görə dəfələrlə təşəkkürnamə və fəxri fərmanlarla təltif edilmişdir. 2016–2021-ci illərdə AMEA rəyasət heyətinin təsisçisi olduğu "Türkologiya" jurnalının məsul katibi vəzifəsində çalışmışdır.. 2017-ci ildə "Türklər" arasında ortaq imla və əlifba problemləri" adlı filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2018–2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.