Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Utanmaz (teleserial, 2011)
Utanmaz- 9 noyabr 2011-ci il tarixindən yayımlanan amerikan komediya-dram janrında televiziya serialı. Bu eyni adlı İngilis serialının yenidən çəkilmiş versiyasıdır. Çikaqoda çəkilən serial, Çikaqoda vurulan xarici səhnələri isə Los Angelesdə çəkilir. [1] Serialda Frank Gallagher'ın, altı uşağın tək bir atası olan işsiz ailəsi təsvir edilir. Sərxoş vəziyyətdə və ya qeyri-adekvatlıqları araşdırarkən, uşaqları özlərinə qayğı göstərməyi öyrənirlər. Şou istehsalçıları, Frankın alkoqolizmin ailənizə necə təsir edəcəyini vurğulayaraq əvvəlki Amerika işçi sinif şagirdlərindən fərqləndirməyə çalışdı. [2] Şou yaradıcısı Paul Abbott, "Mənim adım Earl deyil və ya Roseanne deyil. Bununla bağlı yoxsulluq səviyyəsinin daha da artması var. Bu mavi yaxa deyil; bu, heç bir yaxası deyil. "[2] Şou-biznesçi John Wells, şou nümayiş etməyə başladığında, şouları Cənubi və ya bir trailer parkında yerləşdirmək üçün mübarizə aparmaq məcburiyyətində qaldı." Biz əyləncəli bir komediya ənənəsinə sahibik.
Uzanma
Uzanma (rus. простирание, ing. strike) — layın təbəqənin, damarın, qatın, qırılma müstəvisinin və s. üzərində üfqi xəttin meridiana nisbətən istiqaməti, dağ kompası ilə müəyyən edilir. Düşmə ilə birlikdə geoloji kütlələrin və struktur səthlərin yatım elementini təşkil edir.
Utanma
Utanma və ya xəcalət — mənfi emosiya; insanın hər hansı bir hərəkətin, motivin və ya keyfiyyətin müəyyən bir mühitdə qəbul edilmiş normalara və ya qəbul edilən gözləntilərə uyğun gəlməyə biləcəyini hiss və dərk etməsi. Utanma insanın utandığı şeyin sosial qəbuledilməzliyi hissi ilə əlaqələndirilir. Utanc duyğusunun yaranması üçün bizə utandığımız şeyin real və ya dərk edilmiş şahidlərinə ehtiyacımız var. Şahidlər olmadıqda utanc hissi yaranmır, lakin bu zaman günahkarlıq hissi yarana bilər. Utanma insanların öz səhvlərini gizlətmələrinə və ya inkar etmələrinə səbəb olan mənəvi və ya sosial emosiya kimi təsvir edilən diskret əsas duyğudur. Utanma həm də özünü mənfi qiymətləndirmə ilə bağlı xoşagəlməz özünüdırk emosiyası kimi də təsvir edilə bilər. Platona görə, utanma “pis söz-söhbətlərdən qorxmaqdır”; utanmanın oxşar tərifi Aristoteldə də var. K.E.İzard , müxtəlif tədqiqatçılar tərəfindən verilmiş utanc hissinin bir sıra xüsusiyyətlərinə istinad edərək, onları aşağıdakı kimi ümumiləşdirir:Utanma insanın öz "mən"ini və öz "mən"inin fərdi xüsusiyyətlərini dərk etməsinin kəskin və ağrılı təcrübəsi ilə müşayiət olunur. İnsan kiçik, çarəsiz, təmkinli, emosional olaraq əsəbi, axmaq, dəyərsiz və s. görünür.
Sınmaz
Sınmaz (ing. Unbroken) — Ancelina Colinin rejissorluğu ilə 2014-cü ildə ekranlara çıxan bioqrafik film. Amerikalı olimpiyaçı Lui Zamperini İkinci Dünya Müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılır. O, amansız təyyarə döyüşündən sağ çıxır və əsir götürülür — çətin günlər görməsinə baxmayaraq, ümidini heç vaxt itirmir. unbrokenfilm.com — Sınmaz rəsmi saytı Unbroken — Internet Movie Database saytında.
İrfan Sapmaz
İrfan Sapmaz (30 may 1962, Yayladağı, Hatay, Türkiyə Respublikası) — Türkiyəli jurnalist və döyüş müxbiri. İrfan Sapmaz 1962-ci ildə Türkiyənin Hatay bölgəsinin Yayladağı qəsəbəsində anadan olmuşdur. Ailəlidir, 2 qızı vardır. Pakistanın Pişəvər Universitetinin Siyasi Elmlər fakültəsində ingilis dili təhsili aldıqdan sonra Bakı Dövlət Universitetində hüquq təhsili almışdır. Həmin fakültədə magistr pilləsində də təhsil almışdır. 1982-ci ildə TV müxbirliyinə Sabah qəzetində başlamışdır. Daha sonra Günaydın, Hürriyət, CNN Türk və DHA-da (Doğan Xəbər Agentliyi - Qafqaz və Orta Asiya nümayəndəliyi) jurnalist kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycanda Avrasiya qəzetində baş redaktorluq etmişdir. Azərbaycan Türk Agentliyinin qurucusu, sahibi və baş redaktoru olan Sapmaz, bundan başqa Fransada Sipa Press və Gamma Fotoqrafiya Agnetliyində, BBC, Star qəzeti, TRT, TGRT Xəbər, Anadolu Agentliyində işləmişdir. Sapmaz TRT Türk-ün Səudiyyə Ərəbistan nümayəndəsi olaraq 2013-cü ildən bu tərəfə Ciddədə işləməkdədir.
Usama Bin Laden
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Usama Bin Ladin
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Usama bin Ladenin Abbottabaddakı kompleksi
Yerli xalq tərəfindən Vəziristan malikanəsi (urdu وزیرستان حویلی; Vəziristan havəli) olaraq bilinən və ya digər adı ilə Üsamə bin Ladenin Abbottabaddakı kompleksi — əl-Qaidənin başçıları arasında yer alan və təşkilatın yaradılmasından 2 may 2011-ci ildə ölümünə qədər yaradıcısı olduğu Üsamə bin Ladenin bir dövr gizli şəkildə yaşadığı, müxtəlif quruluşlardan yaradılan kompleks. Pakistanın Xayber-Paxtunxva əyalətindəki Abbottabad şəhərinə bağlı “Bilal Town” qəsəbəsində yer alan kompleks Pakistan Hərbi Akademiyasının təxminən 1,3 km cənub qərbində, torpaq bir yolun sonunda yerləşirdi. Üsamə bin Laden Pakistanlı bir kəşfiyyat vəzifəli şəxsin ifadələrinə görə 2006-cı ilin yanvarında, həyat yoldaşlarından biri olan Əməl Əhməd Əbdülfəttahın həbs olunduqdan sonra Pakistan səlahiyyətli şəxslərinə verdiyi sorğulamadakı ifadəsinə görə isə 2005-ci ildən bu kompleksdə yaşamağa başlamışdı. Üç mərtəbəli əsas quruluşdan ibarət olan kompleksin ətrafı beton divarlar və bu divarlarında üzərinə hazırlanan tikanlı tellərdən əhatəli idi. Giriş hissəsində metaldan hazırlanan təhlükəsizlik qapısının yer aldığı kompleksdə, müxtəlif heyvanlar ilə bir tərəvəz bağı da mövcud idi. Üsamə bin Ladenin kuryeri olduğu Əbu Əhməd əl-Küveytinin varlığını və yaşadığı ərazini aşkar edən Amerika kəşfiyyatçıları, bunun sayəsində 2010-cu ilin avqustunda kompleksi tapdılar. Edilən ümumi baxış və axtarışlar nəticəsində kompleksdə Üsamə bin Ladenin yaşamaq ehtimalının yüksək olduğu aşkar olundu. 2011-ci ilin may ayının 1-dən 2-inə keçən gecə Amerika xüsusi təyinatlı qüvvələrinin kompleksə hazırladığı və “Neptun Nizəsi əməliyyatı” olaraq adlandırdığı hücumda, bin Ladenlə yanaşı kompleksdə yaşayan dörd nəfər də öldürüldü. Əməliyyatdan daha sonra istifadə edilməyən və Pakistan ordusu tərəfindən qorunun kompleks, 2012-ci ilin fevral ayında Pakistan səlahiyyətliləri tərəfindən dağıdıldı. Üsamə bin Ladenin kuryeri olduğu Əbu Əhməd əl-Küveytinin həyatda olduğunu və yaşadığı ərazini aşkara çıxaran Amerikalı kəşfiyyatçılar, əl-Küveytini izləyərək 2010-cu ilin avqust ayında bu kompleksi tapdılar.
Uşanka
Uşanka (rus. уша́нка) — rus papağı və ya qulaq papağı, rusların istifadə etdiyi xüsusi bir papaq növüdür. O, həm də hərbi formanın vacib hissəsidir. Soyuq havalarda baş, qulaq, boyun nahiyələrini qoruyur və isti saxlayır. Onlar xəzdən hazırlanır və soyuq bölgələrdə geniş istifadə olunur.
Necati Şaşmaz
Məhəmməd Necati Şaşmaz (türk. Muhammed Necati Şaşmaz; 15 dekabr 1971, Elazığ) — Türkiyə aktyoru, ssenaristi, prodüseri və iş adamı. Qurdlar Vadisi seriasında canlandırdığı Polad Ələmdar personajı ilə tanındı. Zaza əsillidir. Əbdülqədir — Sahil Şaşmaz cütlüyünün oğludur. Raci Şaşmaz və Zübeyr Şaşmaz adında 2 qardaşı var. Əsl peşəsi turizmçilikdir, ibtidai və orta təhsilini tamamladı. Universitetə daxil ola bilməyincə, əvvəl Kanadaya, sonra ABŞ-yə getdi. Amerikada 6 il yaşadıqdan sonra, işləmə və daimi yaşama icazəsi verən qrin kart aldı. Hərbi xidmətini İzmit zəlzələsindən sonra ödənişli olaraq Kütahyada etdi.
Raci Şaşmaz
Tayyar Raci Şaşmaz (d. 30 oktyabr 1973, Elazığ, Türkiyə) — Zaza kökənli Türkiyəli prodüser, ssenarist və aktyor. Zaza kökənlidir. Mərmərə Universiteti Radio və Televiziya fakültəsini bitirib. Rejissoru Osman Sınav olan Deli Yürek serialının ssenaristi oldu. 2001-ci ildə ilk filmi olan Deli Yürek: Bumerang Cehenneminin ssenarisini qələmə aldı. Ardından məşhur serial Qurdlar Vadisini yazmağa başladı. 2004-cü ildə öz istehsal şirkəti olan Pana Filmi quraraq, Qurdlar Vadisi serialının ssenaristliyi ilə birlikdə prodüserliyinidə üstləndi. Ekmek Teknesi, Eşref Saati, Qurdlar Vadisi Terror, Qurdlar Vadisi Pusqu serialları ilə yanaşı Muro, Qurdlar Vadisi İraq, Qurdlar Vadisi Qladio, Qurdlar Vadisi Fələstin filmlərinə imzasını atdı.
Vətən Şaşmaz
Vətən Şaşmaz (8 yanvar 1975 və ya 8 yanvar 1974, İstanbul – 27 avqust 2017, İstanbul, Türkiyə) — Türk aktyor və aparıcı. 8 yanvar 1975-ci ildə İstanbulda doğulub. 27 avqust 2017-ci ildə İstanbulda vəfat edib.
Nəcati Şaşmaz
Məhəmməd Necati Şaşmaz (türk. Muhammed Necati Şaşmaz; 15 dekabr 1971, Elazığ) — Türkiyə aktyoru, ssenaristi, prodüseri və iş adamı. Qurdlar Vadisi seriasında canlandırdığı Polad Ələmdar personajı ilə tanındı. Zaza əsillidir. Əbdülqədir — Sahil Şaşmaz cütlüyünün oğludur. Raci Şaşmaz və Zübeyr Şaşmaz adında 2 qardaşı var. Əsl peşəsi turizmçilikdir, ibtidai və orta təhsilini tamamladı. Universitetə daxil ola bilməyincə, əvvəl Kanadaya, sonra ABŞ-yə getdi. Amerikada 6 il yaşadıqdan sonra, işləmə və daimi yaşama icazəsi verən qrin kart aldı. Hərbi xidmətini İzmit zəlzələsindən sonra ödənişli olaraq Kütahyada etdi.
Aytaç Şaşmaz
Aytac Şaşmaz (1998, İstanbul) türk aktyor və model. 47-ci Qızıl Kəpənək Mükafatlarında Ən Yaxşı Romantik Komediya Aktyoru Mükafatını qazanmışdır. == Həyatı və karyerası == Aytac Şaşmaz Manisada anadan olmuşdur. Qardaşı İsmail Ege Şaşmaz da aktyordur. Aktyorluq dərsləri aldıqdan sonra 2017-ci ildə Tolqa Sarıtaş və Afra Saraçoğlu ilə birlikdə "Kötü Çocuk" adlı gənclik filmindəki rolu ilə kino sahəsində debüt etmişdir. Beynəlxalq Emmi Mükafatlarına namizəd olan Söz hərbi serialında oynamışdır. Daha sonra Amerika serialı House-dan uyarlanan Hekimoğlu filmindəki performansı ilə daha da məşhurlaşmışdır. 2021-ci ildə ilk baş rolunu Cemre Baysellə birlikdə Baht Oyunu romantik komediya serialında Bora Doğrusöz rolunda canlandırmışdır. Şaşmaz və Baysel serial çəkilişləri zamanı görüşməyə başlamışdılar. == Filmoqrafiya == Televiziya 2017–2019 Söz Uzman Çavuş Feyzullah Altıparmak (Çaylak) Yardımcı oyuncu Star TV 2019–2021 Hekimoğlu Emre Acar Başrol oyuncusu Kanal D 2018, 2022 O Ses Türkiye Yılbaşı Özel Kendisi Konuk TV8 2021 Baht Oyunu Bora Doğrusöz Başrol oyuncusu Kanal D 2022 Darmaduman Evren FOX İnternet Yakında Zeytin Ağacı Diyar Netflix Sinema 2017 Kötü Çocuk Ömer Yardımcı oyuncu Yağız Alp Akaydın 2020 Aşk Tesadüfleri Sever Niko Başrol oyuncusu Ömer Faruk Sorak, İpek Sorak Yakında Hatıran Yeter Baha Ömer Faruk == Diskoqrafiya == Sinqlları "Barındığım Hikaye" (2020) "Vazgeçme" (2022) == Mükafatları == 2018 9.