Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kükəl
Kükəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. == Etimologiyası == Xalq etimologiyasına görə, oykonim Şəxs adı ilə bağlıdır. Türk dillərində kükəl "alaqoru, qaramuq otu", Azərbaycan dilinin dialektlərində kükəl "boş, mənasız, lazımsız" mənalarında işlənir, kükü isə "gicitkənə oxşar Xoş ətirli bitki" adıdır. Şərqi Sibir toponimiyasında kükü "göy, yaşıl rəng" mənalarında, Qərbi Sibir toponimiyasında isə kikke "çay, çay qolu, su" mənalarında işlənir. Deməli, kükəl "yaşıllıq, otluq" mənasındadır.
Rükəl
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Rüstəm Hükəma
Rüstəm Hükəma ( fars. رستم الحکما‎; 1766, Şiraz – 1848) — Zənd və Qacar katibi və tarixçisi. O, əsasən "Rüstəm əl-Təvarix" tarixi salnaməsinin müəllifi kimi tanınır. "Rüstəm Hükəma" onun fəxri idi. Onun əsl adı Məhəmməd Haşim, təxəllüsü Asəf idi. Zənd və Qacarlar dövrünə aid heç bir ədəbi və tarixi yazıda onun adı çəkilmədiyi üçün onun varlığı sual altındadır. Bununla belə, Rüstəm Hükəma kitab və risalələrində tez-tez özünə, başqa şəxslərə və onların həyatından bəzi hadisələrə istinad edirdi. Bu mənbələr onun Şirazda doğulub boya-başa çatdığını, yeniyetmə yaşlarında məktəb üçün İsfahana köçdüyünü və burada xeyli vaxtını Axund Molla Əsədullah məktəbində oxuduğunu göstərir. Davud, Seyyed Ali Al-i. رستم الحکما // The Great Islamic Encyclopaedia [Rostam Al-Hakma] (fars).
Kükəl bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aukena
Aukena adası (fr. Aukena) — Qambe arxipelaqına daxil olan dördüncü ən böyük ada (Fransa Polineziyası). Manqareva adasından 5 km cənmub-şərqdə yerləşir. == Coğrafiya == Ada qayalıqdan ibarətdir. Adanın sahəsi 1,35 km²-dir. Maksimal hündürlüyü 198 metrdir. Uzunluğu 2,5 km, eni — 0,5 km təşkil edir == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Tarixi == Akamaru ilk dəfə 1797-ci ildə Ceyms vilson tərəfindən kəşf edilir. XIX əsrdə adaya katolik misionerlər ayaq basır. 1839-cu ildə isə adada ilk kilsə inşa edilir.
Tudela
Tudela — İspaniyanın Navarra bölgəsində yerləşən kiçik şəhər. Əsası 802-ci ildə qoyulmuşdur.
Kəla türbəsi
Kəla türbəsi — Azərbaycanın Lerik rayonunun Orand kəndində yerləşən tarixi-memarlıq abidəsi. Şeyx Kəla türbəsi XIV əsrin yadigarıdır. Türbədə dəfn olunan Şeyxin adı Əkkaşə ibn Möhsüm Əsəddir. Deyilənə görə o Məhəmməd peyğəmbərin 407 nəfərə təyin etdiyi sərkərda olmuşdur. O, cənnəti xatırladan bərəkətli torpaq, 7 çeşməbulağı olan Orandda yaşamağı qərara almışdır. Şeyx burada yaşayan əhalini islamı qəbul etməyə çağırmışdır.
Rukel
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Joan Vilela
Joao Pedro Ferreyra Vilela (port. João Pedro Ferreira Vilela; 9 sentyabr 1985, Lissabon, Portuqaliya) — Portuqaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Vilela 2012-ci ilin may ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Portuqaliyanın S.L. Benfika (Benfika klubunun gəncləri) və Gil Visente klublarında oynamışdır.
Joao Vilela
Joao Pedro Ferreyra Vilela (port. João Pedro Ferreira Vilela; 9 sentyabr 1985, Lissabon, Portuqaliya) — Portuqaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Vilela 2012-ci ilin may ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Portuqaliyanın S.L. Benfika (Benfika klubunun gəncləri) və Gil Visente klublarında oynamışdır.
Jon Vilela
Joao Pedro Ferreyra Vilela (port. João Pedro Ferreira Vilela; 9 sentyabr 1985, Lissabon, Portuqaliya) — Portuqaliya futbolçusu, hücumçu, yarımmudafiəçi. Vilela 2012-ci ilin may ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Portuqaliyanın S.L. Benfika (Benfika klubunun gəncləri) və Gil Visente klublarında oynamışdır.
Mikela Paç
Mikela Paç (malta Michela Pace; 25 yanvar 2001, Gozo) — Malta müğənnisi. O, Maltanın X Factor musiqi yarışmasının birinci mövsümünün qalibi olaraq Maltanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu qazanmışdır. Mikela daha öncə "Cruise Control" mahnısı ilə 2017-ci ildə Maltanın Avroviziya üçün seçim turunda iştirak etmişdir. Mikelanın Avroviziyada ifa edəcəyi "Chameleon" mahnısı mart ayının 10-du təqdim olunmuşdur. Mikela Paç Avroviziya üçün aparılan uzun məşqlərdən sonra 16 may tarixində baş tutan yarımfinal mərhələsində 11-ci nömrə altında çıxış etmişdir. Nəticədə 157 xalla 8-ci yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Mikela 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 107 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Nayib Bukele
Nayib Armando Bukele Ortes (isp. Nayib Armando Bukele Ortez; 24 iyul 1981, San Salvador) — Salvadorun hazırkı Prezidenti olan salvadorlu siyasətçi və iş adamı. Bukele 11 mart 2012-ci ildə Nuevo-Kuskatlanın bələdiyyə sədri seçildi. 1 mart 2015-ci ildə San Salvador bələdiyyə sədri seçildi və 1 may 2015-ci ildə vəzifəyə başladı. Siyasətdə özünü solçu hesab edir. Bukele dövləti avtoritar şəkildə idarə etdiyi üçün tənqid edildi. Xüsusilə, qanun layihəsinin qəbul edilməsini təşviq etmək və Salvador Qanunverici Məclisini devirmək üçün Qanunvericilik Məclisinə ordu çağırması ilə qınandı. Bu hərəkət Salvadordakı bir qrup şəxs tərəfindən onu avtokrat və avtoritar olaraq xarakterizə etmələrinə sövq etdi. "Transparency International" Salvador və Kolumbiyanı Latın Amerikasında pandemiya ilə mübarizə əlaqəli "qanun pozuntuları və korrupsiya halları"na görə qınadı. Bukele hökumətinin 20 hökumət qurumu Baş Prokurorluq tərəfindən araşdırılırdı, 2021-ci ilin may ayında Salvador baş prokurorunu və beş ali məhkəmə hakimini vəzifədən azad etdi və bu ölkədə etirazlara səbəb oldu.
Ronaldo Lukena
Ronaldo Vidal Lukena Torrealba (27 fevral 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Zamora klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. Lukena Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Sümela monastrı
Sümela monastırı — Trabzon ilinin Maçka ilçəsinin Altındərə kəndi sərhədləri içərisində yerləşən (Antik Yunanca adı: Panagia) dərənin qərb yamaclarında olan Qara (Antik Yunanca adı: Mela) təpəsi üzərində dəniz səviyyəsindən 1.150 metr yüksəklikdəki qədim Rum Pravoslav monastır və kilsə kompleksidir. Tam adı Panagia Sumela (Παναγία Σουμελά) və ya Theotokos Sumeladır. Kilsənin eramızın 365–395-ci illər arasında inşa edildiyi güman edilir. Anadoluda tez-tez təsadüf edilən Kappadokiya kilsələri üslubunda tikilibdir. Hətta Trabzonda Yəhudi məzarlığı ərazisində bənzər bir mağara kilsəsi də var. Kilsənin ilk təşkilatı ilə monastır halına çevrilmə arasındakı min illik dövr haqqında çox məlumat bilinmir. Qara dəniz Yunanları arasında danışılan bir əfsanəyə görə Afinalı Barnabas ilə Sophronios adlı iki rahib eyni yuxu görüblər. Yuxularında İsanın şagirdlərindən Aziz Lukaın düzəltdiyi üç Panagia ikonasında Məryəmin körpə İsanı qollarında tutduğu təsvirin olduğu yer olaraq Sümelanın yerini görmüşdülər. Beləliklə bir-birindən xəbərsiz olaraq dəniz yolu ilə Trabzona gəlib, orada qarşılaşıb gördükləri yuxuları bir-birilərinə danışmış və ilk kilsənin əsasını qoymuşdular. Bununla yanaşı monastırdakı fresk-lərdə tez-tez yer alıb, xüsusi əhəmiyyət verilən Trabzon İmperatoru III Aleksiosun (1349–1390) monastrın həqiqi qurucusu olduğu güman edilir.
Daruma (kukla)
Daruma (yap. だるま və ya 達磨) — yapon mifologiyasında xoşbəxtlik gətirən tanrı Bodhidharmanı təcəssüm etdirən yaponların ənənəvi hacıyatmaz kuklası. Bu kuklalar əlsiz və ayaqsız olur, ağac, papye-maşe, nadir hallarda kağızdan hazırlanır. Bu kuklaların belə hazırlanmasının səbəbi kimi əfsanəyə görə, tanrı Bodhidharmanın 9 il meditasiyadan sonra əl və ayaqlarının yox olması olmuşdur. Kuklalar adətən qırmızı rəngə boyanır. Nadir hallarda yaşıl, sarı və ağ rəngə boyanmışlara rast gəlinir. Bu kuklalar saqqallı və bığlı təsvir olunsa da, gözləri bəbəksiz olur. == Bodhidharma == Daruma (Bodaydaruma) dzen-buddist məktəbinin əsasını qoyan tanrı Bodhidharmanın adının yaponca tələffüzüdür. 510-cu ildə tanrı Bodhidharma Çinə yollanaraq Lyan sülaləsindən olan hökmdar U-dinin (502–556) hakimiyyəti dövründə Sunşan dağlarında Şaolin monastrının əsasını qoymuşdur. Deyilənə görə, bu monastrda o, ancaq divarı seyr etməklə 9 il meditasiyada olmuşdur.
Ervin Skela
Ervin Skela (d. 17 noyabr 1976-cı il, Vlyora, Albaniya) — Albaniya futbolçusu. Ervin Skela, Hanau 93 FK-da yarımmüdafiəçi olaraq oynayır. == Klub Karyerası == === Albaniya === Skela futbol ilə uşaqlıqdan maraqlanırdı. O, peşəkar karyerasına Albaniyadakı ən yaxşı futbol klublardan biri olan Flamurtari Vlyora FK-da başlamışdır. 1992-1995-ci illərdə Vlyora şəhərini təmsil edən bu klubun formasını geyinmişdir. 1993-cü ildə Tirana İdman Klubuna kirayəyə verilmiş, amma tezliklə də öz klubuna geri dönmüşdür. === Almaniya === Albaniya futbolunda üç il oynadıqdan sonra Skela, üfüqünü genişlətmə zamanının gəldiyini və bu səbəbdən Almaniyaya köçüb Yunion Berlin FK üçün oynamağa getdi. Yunion Berlin klubunda üç il ərzində 57 oyun keçirmiş və 8 qol vurmuşdur. Daha sonra 1997-ci ildə Erzgebirge Auye FK-da oynamağa başladı.
Kukla Teatrı
Kukla teatrı, əksər hallarda insan və ya heyvan fiqurlarına bənzəyən, kukla adlandırılan cansız əşyaları və insan tərəfindən idarə edilən bir növ teatr və ya tamaşadır. Belə bir tamaşa kukla performansı kimi də tanınır. Kukla performansı ssenariyə əsasən kukla teatrı adlanır. Kuklaların bədəni, başı və bəzi hallarda kuklanın ağzını və gözlərini hərəkətə gətirmək və ya idarə etmək üçün çubuqlar və ya iplər kimi cihazlardan istifadə olunur. Kuklaçı bəzən kukla xarakterinin səsi ilə danışır və ya qeyd olunan səs musiqisi ilə çıxış edir. Kuklaların bir çox müxtəlif növü var və formasından və təyinatlı istifadəsindən asılı olaraq müxtəlif materiallardan hazırlanır. Quruluşlarında son dərəcə mürəkkəb və ya çox sadə ola bilər. Ən sadə kukla tək barmağa sığan kiçik kukla olan barmaq kuklaları və corabdan əmələ gələn və əlini çorabın içərisinə yerləşdirərək işlədilən corab kuklalarıdır. Panç və Judi kuklaları buna nümunə göstərilə bilən oxşar kaklalardır. Digər əl və ya əlcək kuklaları daha böyükdür və hər kukla üçün kuklaçı tələb olunur.
Kukla dövlət
Kukla dövlət — de-yure müstəqil olan, lakin de-fakto xarici bir dövlətdən asılı olan dövlət.
Pandora (kukla)
Pandora (kukla) — yunan mifologiyasında qəhrəman qadın olan Pandoranın (yunancadan-hamıya bəxş edilmiş deməkdir) şərəfinə adlanıb və geyim modellərinin nümayişi üçün yaradılmışdır. 1640-cı illərdə Fransada modanın geniş yayılması ilə əlaqədar mumdan hazırlanan gözəl bir kukla ixtira etdilər. Bu kukla insan boyu ölçüsündə idi və yunan mifilogiyasının qadın qəhrəmanı olan Pandoranın şərəfinə adlanmışdı. Bu moda jurnallarının olmadığı və modanın düşünülmüş şəkildə yayılması üçün ilk cəhdlərdən biri olmuşdur. Düzdür həmin dövrdə “Zərif Merkuri (mifologiya)” adlı bir moda jurnalı olsa da, amma o, çox az tirajda nəşr olunurdu. Moda jurnalları ancaq XVI Lüdoviqin hakimiyyət illərinin sonlarında, daha doğrusu Böyük Fransa inqilabı zamanı tez satılmağa başlamışdı. Kuklanın özünün bütöv bir qarderobu, parfumeriya və aksessuarlar olan sandıqcaları vardı. Pandoralar 1860-cı illərə qədər mövcud olmuş və bundan sonra onları müasir manekenlər əvəz etmiş, moda jurnalları isə adi vətəndaşlar üçün də ələ keçilən olmuşdur. Pandora gəmilərdə, arabalarda, qayıqlarda bütüb avropa ölkələrini gəzmişdir. Buna görə, iki cür Pandora kuklası var idi: Böyük Pandora rəsmi geyindirilmiş və həmin dövrdə modada hakimlik edən; Balaca Pandora isə səhərlər geyinilən ev geyimini nümayiş etdirirdi.
Vukol Beridze
Vukol Mixayloviç Beridze (gürc. ვუკოლ მიხეილის ძე ბერიძე; 1883–1963) — gürcü sovet alimi-dilçisi, Tbilisi Universitetinin professoru, Gürcüstan SSR Elmlər Akademiyasının müxbir üzvü. Vukol Beridze 1883-cü ilin fevralın 15-də zadəgan ailəsində anadan olub. 1902-ci ildə Xonin seminariyasını bitirib orada dərs deməyə başlayıb. 1907-ci ildə Kutaisi gimnaziyasında imtahan vermişdir. Vukol Beridze 1912-ci ildə Sankt -Peterburq Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir. O, 1912–1918-ci illərdə Kutaisi gimnaziyasında dərs demişdir. 1919-cu ilə qədər Sosialist Federalist Partiyasının üzvü olmuşdur. Vukol Beridze Mərkəzi Arxiv direktoru (1918–1922), Gürcüstanın Əsas Elmi idarəsi rəhbərinin müavini (1922–1932) vəzifələrində çalışmışdır. 1922–1932-ci illərdə Zaqafqaziya Kommunist Universitetində gürcü dili və ədəbiyyatı, 1932-ci ildən — Tbilisi Dövlət Universitetində dərs demişdir.
Ken (kukla)
Kukla (teatr)
Kukla teatrı — teatr incəsənətinin növlərindən biridir. Qədim antik dövrdə Yunanıstanda və Romada yaranmışdır. Ən genış yayılan forması saplarla, əlcəklə, əl ağacı ilə hərəkət etdirilən kuklalarla nümayiş edilən tamaşalardır. == Kukla teatrının formaları == Kukla teatrın formaları - marionetka teatrı, taxta kuklalardan ibarət teatrdır.
Gəncə Kukla Teatrı
Gəncə Dövlət Kukla Teatrı — Gəncə şəhərində yerləşən teatr. Kukla teatrı 18 sentyabr 1986-cı il tarixində yaradılmışdır. == Tarixi == Gəncə Dövlət Kukla Teatrı Azərbaycan SSR Nazirlər Sovetinin 18 sentyabr 1986-cı il tarixli 299 saylı əmrinə əsasən yaradılmışdır. Bu müddət ərzində teatrda 100-ə yaxın tamaşa hazırlanmışdır. Teatrda ildə 250 tamaşa oynanılır. Hər il proqnoz üzrə 4 tamaşa hazırlanır. Repertuarda Azərbaycan yazıçıları ilə bərabər dünya xalqlarının əsərlərinə də üstünlük verilir. Gəncə Dövlət Kukla Teatrı bir çox Beynəlxalq festivallarda da iştirak edib. Teatrın kollektivi Şərq Xalqları Kukla Teatrları Festivalında (Almatı, 1994), Birinci Beynəlxalq Kukla Teatrları Festivalında (Kutaisi, 1996), Kukla və Kölgə Oyunları Festivalında (İzmir, 1999, 2001, 2003), "Ən Yaxşı Uşaq Tamaşaları" Festivalında (Bakı, 2000), Beynəlxalq Qaragöz Kukla və Kölgə Teatrları Festivalı (Bursa, 2001), "Sehrli pərdə" Uşaq Tamaşaları Festivalı (Torqoviş, 2005), "Milli Klassiklər Kukla Teatrlarının Səhnəsində" Festivalında (İvano-Frankovsk, 2005), Kukla Teatrları Həftəsi (Bakı, 2008) Azərbaycan Respublikasını təmsil etmişdir. === Teatr binası === Bina 1902-ci ildə Gəncə Kişi Gimnaziyasının rəhbərliyi tərəfindən rus pravoslav kilsəsi kimi inşa edilmişdir.
Kukla (film, 2016)
Kukla və ya Lənətlənmiş uşaq (orijinal adı: The Boy) Rejissor Uilyam Brent Bell tərəfindən 2016-cı ildə çəkilmiş filmdir. Amerika qorxu filmidir. Filmin ssenari müəllifi Steysi Menerdir. Filmdə baş rolları Loren Koen və Rupert Evans ifa edirlər. Film Çin və ABŞ arasında istehsal olunmuş beynəlxalq müştərək layihədir. Filmin çəkilişləri 10 mart 2015-ci ildə Britaniya Kolumbiyası ştatının Viktoriya şəhərində başlamışdır. STXfilms 22 yanvar 2016-cı ildə Kukla filmini ABŞ-da nümayiş etdirmişdir. Film 10 milyon dollarlıq büdcəsi ilə dünya miqyasında 64 milyon dollar gəlir əldə etmişdir. Filmin müstəqil davamı olan Kukla II, 21 fevral 2020-ci ildə nümayiş edilmişdir. == Rollarda == Loren Koen - Qreta Evans Rupert Evans - Malkolm Ceyms Norton – Cənab Helşayr Diana Hardcastle – Miss Helşayr Ben Robson - Koul Stefani Lemelin - Sendinin səsi Cett Kleyn - gənc Brahms Helşayr Ceyms Rassell - yetkin Brahms Helşir Lili Pater - Emili Kribbs == İstehsal == === İnkişaf === 14 iyul 2014-cü ildə Şeytan daxildədir filminin rejissoru olan Uilyam Brent Bellin prodüserlər Tom Rozenberq, Qeri Luçhesi, Roy Li, Mett Berenson, Cim Vedaa ilə bərabər Lakeshore Entertainment və Vertigo Entertainment şirkətləri ilə birlikdə istehsal edəcəkləri fövqəltəbii triller filmi olan The Inhabitant filminin rejissoru olacağı bildirilmişdir.
Kukla 2: Brams
Kukla 2: Brams (ing. Brahms: The Boy II ) — Rejissor Uilyam Brent Bell tərəfindən çəkilmiş Amerika qorxu filmi Kukla filminin davamı olan müstəqil filmdir.