Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəndli
Kəndli (ing. Peasant; rus. Крестьянин) — kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi. Kəndlinin əsas xüsusiyyətləri: torpaq üzərində işləmək, bir kəndin və ya kənd həyatının bütün sahələrində ənənələrdə tənzimləyici rol oynamasıdır. Kəndli ilə fermer arasındakı fərq ondadır ki, kəndlinin istehsal etdiyi məhsulun çox hissəsini ailəsi istehlak edir. == Məşğuliyyəti == Bütün dünyada, kəndlilərin məşğuliyyəti olduqca rəngarəngdir və təkcə əkinçilik və heyvandarlıq ilə məhdudlaşmır. Yuxarıda göstərilənlərlə yanaşı, bu cür fəaliyyətlərə: arıçılıq, bağçılıq, yağ hazırlama, üzümçülük, dulusçuluq, toxuculuq, dülgərlik və xarratlıq, tara və qab düzəltmə, dəmirçilik və s aiddir. == Azərbaycanda kəndlilər == Əvvəlki dövrlərdə və o cümlədən də, XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi. Bu dövrdə vergi verən kəndlilər (rəiyyət) — əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər: Hampa — İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi. Əkər (rəncbər) — Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və məşğuliyyəti olmayan yoxsul kəndlilər idi.
Məcidli
Məcidli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Məcidli məhəlləsi Şəxslər Elnur Məcidli — Fransada yaşayan azərbaycanlı jurnalist, ictimai fəal və siyasətçi. Füzuli Məcidli – Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, jurnalist. Ziya Məcidli — Azərbaycan radio aparıcısı, idman şərhçisi və uşaq psixonevroloqu.
Vəngli
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Tarixi == Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Vəngli kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Vənkli
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Tarixi == Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur. Vəngli kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Vənədli
Vənətli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Vənətli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Vənətli kəndi təpəli düzənlikdədir. Vaxtilə Ordubad rayonunun Vənənd kəndindən gəlmiş ailələr əvvəlcə Qubadlı rayonunun Dondarlı kəndinin qərbində Dağbaşı Vənətli kəndini salmış, sonralar isə indiki əraziyə köçmüşlər. Oykonim “Vənənddən gələnlər, vənəndlilər” mənasındadır. Kənddə 1993-cü ilə qədər (erməni qəsbkarları tərəfindən işğalınadək) orta məktəb,uşaq bağçası, ətraf 15 kəndə xidmət göstərən 50 çarpayılıq xəstəxana, ətraf 7 kəndə xidmət göstərən poçt və ATS, kitabxana, klub, mağazalar, baytarlıq müalicəxanası və digər sosial obyektlər olmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin 23 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. == Coğrafiyası == Vənədli kəndi Zəngilan rayon mərkəzindən 14 km şimal- qərbdə,Ələddin (Aladin) dərəsi ərazisində, Süsən meşəsinin ətəyində yerləşir. Bir tərəfdən Süsəndağı, digər tərəfdən Ütəlgi dağı və Çaxmaq dağı ilə əhatələnib. Mənbəyini Süsəndağı silsiləsindən götürən Süsən çayı Vənətlini keçərək, şərqə doğru uzanıb gedir və Qubadlı rayonu ərazisindən keçərək Araz çayına tökülür.
Kəcli
Kəcli — Kəngər tayfalarının bir qoluna mənsub nəsil == Haqqında == Araz çayından cənubdakı torpaqlarda yaşayırdılar. Nadir şahın hakimiyyəti dövründə (1736-1747) nəsil rəisi (Əbülcəm) Kəclillər arasında şah ordusu üçün qoşun toplayırdı. Nadir şahın ölümündən sonra Qarabağ hakimi olmuş Azad xan Əfqanın Kəclilər tədricən əkinçiliklə məşğul olmağa və oturaq həyat tərzinə keçməyə başlamışdı. Lakin kəngərli İran hökmdarına daha layiqli xidmət göstərmək üçün tayfalarının bu qolunun torpağa tam bağlanmalarına deyil, elat-yarımköçəri olmalarına çalışırdılar ki, zərurət zamanı əskəri xidmətə cəb olunsunlar. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 222. ISBN 5-8066-1468-9.
Əcili
Əcili və ya Acılu – Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Qafan şəhərindən 14 km şimal-qərbdə, Oxçuçayın sağ qolu olan Əfsərli çayının sağ sahilində yerləşirdi. Erməni mənbələrində "Acılu", "Acrlu", "Acrli", "Tunis Acilu" formalarında qeyd edilir. == Etimologiyası == Toponim "acurlu" (acılu) türk etnonimi əsasında əmələ gəlmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 134 nəfər, 1886-cı ildə 153 nəfər, 1897-ci ildə 126 nəfər, 1908-ci ildə 335 nəfər, 1914-cü ildə 100 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz evlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 124 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 78 nəfər, 1959-cu ildə 69 nəfər azərbaycanlı yaşamışdır. Sakinləri qonşu Müsəlləm kəndinə köçürülmüş və 1960-cı ildə kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Koriolis təcili
Biz müəyyən bucaq sürətilə fırlanan hesabat sistemində yerləşən cismə təsiri nəzərdən keçirərkən cismin fırlanan sistemə görə sükunətdə olduğunu qəbul etmişik . Əksər hallarda fırlanan sistemə nəzərən müəyyən irəliləmə hərəkətində iştirak edən cismin hərəkətini öyrənməli oluruq . Belə olduqda qarşımıza təbii bir sual çıxır : fırlanan sistemlərə nəzərən hərəkət edən cisimlərə , məsələn , Yer üzərində hərəkət edən adamlara , nəqliyyat vasitələrinə , axan çaylara mərkəzəqaçma ətalət qüvvəsindən əlavə başqa qüvvələrdə təsir edirmi ? Bu sualın cavabını ilk dəfə olaraq fransız alimi Koriolis ( 1795-1843 ) vermişdir . Yer Günəş ətrafında hərəkətlə yanaşı öz oxu ətrafında da fırlandığından , ona fırlanan sistem kimi baxa bilərik . Belə olduqda Yer üzərində hərəkət edən bütün cisimlərə Koriolis qüvvəsi təsir göstərməli və bu təsirlərin nəticəsi müşahidə edilmələdir . Müşahidələr göstəmişdir ki , həyatda Koriolis qüvvəsi təsir göstərir və bu təsirlərin nəticəsi müşahidə olunur . Çaylar cənub yarımkürəsində cənuba , şimal yarımkürəsində isə şimala axdığından çayın axını istiqamətində baxdıqda cənub yarımkürəsində sol , şimal yarımkürəsində isə sağ sahillərinin nisbətən çox yuyulub aparılması ( bu hadisə Bera qanunu adlanır ) Koriolis qüvvəsini təsiri ilə izah olunur . Qatarların hərəkət istiqamətində qütblərə doğru baxdıqda şimalda sağ , cənubda isə sol relslərin daha çox yeyilməsi də Koriolis qüvvəsinin təsiri ilə əlaqədardır . Koriolis qüvvəsinin təsiri ilə şimal yarımkürəsində şərqə , cənub yarımkürəsində qərbə doğru meyl edir .
Kəndli ittifaqı
Kəndli ittifaqı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda yaradılmış qeyri-hökumət təşkilatı. == Yaradılması == Əsası 1918-ci ilin yanvarında Bakı şəhər rəisliyi kəndlilərinin qurultayında qoyulmuşdu. 32 nümayəndənin iştirak etdiyi qurultayda ittifaqın idarə heyəti seçilmişdi: sədri Mahmud Quliyev, üzvləri Şirəli Zeynalov, Məmməd bəy Bakıxanov, Hacağa Babayev, Məşədi Ağarəşid Feyzizadə, Mirzə bəy Mahmudbəyov, Manaf Məhərrəmov, Seyid Mehdi Seyid Musa oğlu, Mir Həmdulla Zəkizadə, Molla Abbdulla Şahbazzadə idilər. İdarə heyəti "İsmailiyyə" binasında yerləşirdi. İttifaq kəndlilərin sosial-iqtisadi mənafelərəni müdafiə edən yeganə birlik idi. == Fəaliyyəti == Əsas məqsədi kəndlilərin birliyinə nail olmaq, kəndli bankı açmaq, kəndliləri Müəssislər məclisinə seçkilərə hazırlamaq, onların arasında maarif işini genişləndirmək (xalq məktəblərinin açılması) və s. olmuşdur. 1918-ci ilin martında daşnak-bolşevik quldurlarının Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı ittifaqın "İsmailiyyə" binasında yerləşən dəftərxanası və əmlakı yandırılmış və o, fəaliyyətini müvəqqəti dayandırmışdı. 1918-ci ilin sentyabrında yenidən işə başlayan İttifaqın fəaliyyəti bütün Bakı qəzasını (280 min nəfər əhalisi olan 76 kənd) əhatə edirdi. 1920-ci ilin əvvəllərində 1 2-ci kəndli qurultayının çağırılacağı elan olunmuşdu.
Kərdli (Xudabəndə)
Kərdli (fars. كردلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (20 ailə).
Monir Vəkili
Monir Vəkili (fars. منیر وکیلی‎, 19 dekabr 1923, Təbriz – 28 fevral 1983)— Azərbaycan əsilli iranlı müğənni. O, soprano səsə malik olmuşdur və İran xalq musiqisini İranda və xaricdəki səhnələrdə tanıdan ilk müğənni hesab edilir. == Həyatı == Monir Vəkili 19 dekabr 1923-cü ildə Təbrizdə anadan olmuşdur. Onun ailəsi musiqipərəst idi. Atası hələ kiçik yaşlarda Monirdə opera musiqisinə maraq yaratmış və onu xaricə təhsil alması üçün cəsarətləndirmişdi. O Parisdə konservatoriyada musiqi, Bostonda Yeni İngiltərə Konservatoriyasında isə opera təhsili almışdır (1960–61). Monir Vəkili Əbdül Məcid Məcidli ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 qızı dünyaya gəlmişdir. Sənətçi 1983-cü ildə Belçikada avtomobil qəzasında vəfat etmişdir. == Fəaliyyəti == Monir Vəkili Rudaki səhnəsində bir çox rollarda çıxış etmişdir.
Məcidli (Germi)
Məcidli (fars. مجيدلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 244 nəfər yaşayır (54 ailə).
Məcidli məhəlləsi
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. == Aşağı məhəllə == Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. == Biləndərlilər məhəlləsi == Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Mərkəzəqaçma təcili
Mərkəzəqaçma təcili - çevrə üzrə bərabərsürətli hərəkətdə yaranan, radius boyunca çevrənin mərkəzinə doğru yönələn təcildir və xətti sürət kvadratının çevrə radiusuna olan nisbətinə bərabərdir. an kimi işarə olunur və an=ʊ2/r. Yəni çevrə üzrə bərabərsürətli hərəkət edən cismin təcili sıfırdan fərqlidir, sürətə perpendikulyardır və hər bir nöqtədən çevrənin mərkəzinə doğru çəkilmiş radius boyunca yönəlmişdir. Çünki xətti sürət modulca sabit qalsa da, istiqamətini daim dəyişir və olduğu nöqtədə çevrəyə toxunan istiqamətdə yönəlir. Təcil isə vahid zamandakı sürət dəyişməsinə bərabər olduğundan sıfırdan fərqli olur. Xətti sürət - çevrə uzunluğunun dövretmə perioduna olan nisbətinə bərabərdir, υ=2ΠR/T. Onda mərkəzəqaçma təcili, an=4ח2r/T2o. Bucaq sürəti - dönmə cicmi çevrənin mərkəzi ilə birləşdirən radiusun dönmə bucağının zamana olan nisbətidir və bir dövr üçün ω=2Π/T-dir. Onda, an=ω2r olar. BS-də bucaq sürətinin vahidi radian/saniyədir (rad/san). Bucaq təcili - ədədi qiymətcə bucaq sürətinin vahid zamanda dəyişməsinə bərabər olan fiziki kəmiyyətə deyilir, BS-də vahidi rad/san2.
Qafar Kəndli
Qafar Kəndli Herisçi (tam adı: Qafar Əli oğlu Herisçi; 1923, Təbriz – 24 may 1997, Bakı) — Azərbaycan ədəbiyyatşünası və ictimai xadimi, filologiya elmləri doktoru. == Həyatı == Qafar Əli oğlu Herisçi (Qafar Kəndli) 1923-cü ildə Təbriz şəhərində anadan olmuşdur. Bakı Ali Partiya Məktəbini və Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirmişdir. 1941–46 illərdə Cənubi Azərbaycanda baş verən siyasi proseslərin fəal iştirakçısıdır. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə o, "1941–46-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1968–72-ci illərdə atam "Sadıq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda iki monoqrafiyasını İnstitut rəhbərliyinə təqdim edib. 1973–80-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi mövzularda 27 elmi məqaləri xarici mətbuatlarda çap olunub. 1980-ci ildən ömrünün sonunadək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1984-cu ildə Xacə Nəsirəddin Tusinin "Tənsuqnameyi-elxani" (Cavahirnamə) əsərini, 1987-ci ildə isə İ. Şəms ilə birgə Məhəmmədəli Tərbiyatın "Danişməndani-Azərbaycan" Azərbaycan dilinə tərcümə etmişdir.
Səidli (Urmiya)
Səidli (fars. سعيدلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 245 nəfər yaşayır (72 ailə).
Sərbəstdüşmə təcili
Düşən cisim - heç bir şey ilə dəstəklənmir (yəni sərbəst düşür) və yer üzərinə qravitasiya gücü ilə çəkilir. Qravitasiya - Yerin digər cisimləri özünə çəkmə gücüdür. Havanın müqaviməti olmadan cisimlər ilk dəfə Qalileyin ortaya çıxardığı sərbəstdüşmə qanununa əsasən yerə düşür. Cisim nə qədər çox müddət sərbəstdüşmədə olarsa onun düşmə sürəti bir o qədərdə artır.Sərbəst düşən bir cismin sürətlənməsi saniyədə 9,8 metrə bərabərdir.Bu o deməkdir ki,cisimin sürəti sərbəstdüşmədə olduğu hər 1 saniyədə 9,8 m/san artır.Düşmənin ilk saniyəsində isə onun sürəti 9,8 m/san-yə bərabərdir. Hava qatlarından keçən cisim isə bu proqreslə sürət yığa bilmir.Bu halda cisim yalnız müəyyən sürəti yığır. Havanın müqavimətinə görə cismin sürətinin müəyyən limit olur. Yəni müəyyən bir hava müqavimətində cisim yalnız o müqavimətə əsasən müəyyən sürəti yığa bilir. Bu hətta ağır cisimlərə belə aid olur.Düşmənin əvvəlində onlar müəyyən bir düşmə sürət alırlar yalnız onların düşmə sürəti artdıqca havanın müqavimətidə artır ki,bu da,onlara sürət limiti qoyur.Yəni sonda müqavimətin gücü qravitasiyanın gücünə bərabər olur və bundan sonra cisim artıq sürət yığa bilmir. O öz "son sürət"inə çatır və bundan sonra düşmənin sonuna kimi sürəti dəyişmir.
Səədli mahalı
Səədli mahalı — indiki Ermənistanda mövcud olan azərbaycanlıların yaşadığı mahal. Səədli mahalı İrəvan xanlığının tərkibinə daxil olmuşdur. Sonra mahal ərazisinsə Eçmiədzin qəzası təşkil olmuşdur. İrəvan xanlığının ən kiçik mahalı sayılan Səədli xanlığın "Səədli" qədim türk tayfalarından birinin adıdır. Azərbaycan, Türkiyə, Gürcüstan ərazisində onlarca "Səədli" adlı yaşayış məntəqələri var. Bütün bu yaşayış məntəqələri eyni adlı türk tayfasının qərb qurtaracağında yerləşirdi. Arpaçay mahalı iki hissəyə ayıraraq Araz çayına qovuşurdu. Səədli mahalı şimadan Talın, qərbdən Osmanlı dövləti, cənubdan Dərəkənd - Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. İ.Şopen Səədli mahalına məxsus 14 kənd qeydə almışdır və bu kəndlərdən 5-nin artıq dağıldığını, qeyd edir [95, 444, 513, 575-576]. Məhz buna görə də C.Bornoutyan, əsasən, Səədli tayfasının yaşadığı Səədli mahalının mərkəzi Xeyribəyli olmaqla 9 kəndi əhatə etdiyini qeyd edir.
Vəcihi Akın
Vəcihi Akın (23 iyul 1916, Aydın – 26 yanvar 1992, İstanbul) — türk əsgəri və siyasətçisi. == Həyatı və hərbi xidməti == Vəcihi Akın 23 iyul 1916-cı ildə Aydında anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1938-ci ildə Türk Hərbi Akademiyasını topçu zabiti kimi bitirdi. 1940-cı ildə Topçu Məktəbini bitirdikdən sonra 1946-cı ilədək müxtəlif topçu hissələrində xidmət etmişdir. 1949-cu ildə Türk Hərbi Akademiyasını bitirmişdir. 1949-cu ildə Baş Qərargahın stajçı zabiti vəzifəsinə təyin edildi. Daha sonra bölük komandiri və qərargah zabiti vəzifələrini icra etdi. 1950–1952 arasında 28. Tümən Topçu Alayı 5. Batareya komandiri oldu.
Vəcəni (Əhər)
Vəcəni (fars. وجني‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 337 nəfər yaşayır (77 ailə).
Vəlili (Heris)
Vəlili (fars. وليلو‎) və ya Vəlilu - Şərqi Azərbaycan ostanının Heris şəhristanının kəndlərindəndir. 11 avqust 2012-ci il tarixinin zəlzələsindən ziyan görmüş kəndlərdəndir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (96 ailə).
Vəzili biyan
Vəzili sürvə
Ziya Məcidli
Doktor Ziya (tam adı: Ziya Məcidli) — Azərbaycan radio aparıcısı, idman şərhçisi və uşaq psixonevroloqu. == Həyatı == 1995-ci ildən etibarən jurnalistika sahəsində çalışıb. İlk çalışdığı telekanal ANS TV olub. 1999-cu ildə ANS TV-də yayımlanan futbol üzrə "Çempionlar Liqası" verilişində idman şərhçisi olub. Bir neçə il Çexiyanın paytaxtı Praqa şəhərində yaşayıb. Çexiyada yaşayarkən podkast şəklində "Overtime" layihəsini həyata keçirib. === Şəxsi həyatı === Ailəlidir, iki oğlu var.
İblisin vəkili
İblisin vəkili və ya Şeytanın vəkili (ing. The Devil's Advocate) — 1997-ci il Amerika istehsalı film. == Filmin mövzusu == hüquqlarını qoruduğu şəxslərin günahkar olub-olmamasına baxmayaraq öz işini görən və heç bir məhkəmə zalından məğlub ayrılmayan vəkil Kevin Lomaks, böyük bir iş təklifini qəbul edər və Floridadan Nyu Yorka köçür. Yeni müdiri isə Con Milton adlı varlıdır. Əvvəlcə hər şey qaydasında gedir, Kevin yenə də öz işini görür və ona tapşırılan işlərin öhdəsindən gəlir. Lakin getdikcə Kevinin şəxsi həyatı alt-üst olmağa, yoldaşı Meri Ann ilə əlaqələri soyumağa başlayır. Bütün bu baş verənlərdə Con Miltonun mistik təsiri vardır.Filmdə göstərilən keçi qurban etmə səhnəsi yəhudilikdən gələn günahdan təmizlənmə ayini ilə əlaqəlidir.
Keçili
Keçili (Şahbuz) — Azərbaycanın Şahbuz rayonunda kənd. Keçili (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Keçili (Sərdarabad) — Sərdarabad kəndi. Keçiliqaya — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Keçili (Amasya) — Türkiyədə kənd. Keçili — Kəlbəcər rayonu ərazisində çay. Tutqunçayın qoludur.
Vecini
Vecini (gürc. ვეჯინი) — Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Qurcaani bələdiyyəsi ərazisindədir. Dəniz səviyyəsindən 420 m yüksəklikdə yerləşir. Əhalisi 2935 nəfərdir (2014). == Görkəmli şəxslər == İvan Beritaşvili (1884 (1885) — 1974) — görkəmli gürcü fizioloq-alimi, Gürcüstanda fiziologiya yaradıcısı və rəhbəri.
Keçili (Susuz)
Keçili — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 40 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 20 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 67 nəfər daimi əhali yaşayır.
Keçili (Sərdarabad)
Keçili — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == 1728-ci ilə aid mənbədən mə’lumdur Rayon mərkəzindən 5 km məsafədə, Araz çayının yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim oğuz türk tayfasından olan kayı (qayı) etnoniminin bir qolunu təşkil edən keçili etnonimi əsasında əmələ gəlmişdir. Q. Qeybullayev kəngərlərin bir qolunun keçili adlarıdığını yazır. Araz çayının sağ sahilində yaşamış keçililər səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar. Eyni zamanda oğuzların kayı (qayı) tayfasının bir qolu qara keçili adlanmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 1728-ci ilə aid mənbədə Keçilu kimidir[170, 3].
Keçili (Şahbuz)
Keçili — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndi Külüs kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Keçili kənd Soveti yaradılmışdır. Dəniz səviyyəsindən 3000 m hündürlükdə, rayon mərkəzindən 20 km şimalda, Zəngəzur silsiləsinin yamacında yerləşir. Əhalisi bağçılıq və heyvandarlıqla məşğuldur. Yaxınlığlnda kiçik dağ çayının sağ sahilində erkən orta əsrlərə aid Kolluq yaşayış yeri qeydə alınmışdır. == Toponimika == Keçililər - qədin türk tayfası. Mənşəcə oğuzların kayı (qayı) tayfasından idilər. XI əsrdə Səlcuq oğuzlarının tərkibində Azərbaycana gəlmişlər. Orta əsrlərdə Arazın sağ sahilində (indiki Cənubi Azərbaycanda) yaşamış Keçililər Səfəvilər dövründə Naxçıvanda məskunlaşmışlar.Şahbuz rayonunda Keçili kəndinin adı Keçililərlə bağlıdır. Zəngəzur silsiləsinin ətəyindədir.
Keçili (Şəmkir)
Keçili (əvvəlki adı: Plankənd) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Şəmkir rayonunun Plankənd kəndi Keçili kəndi, Plankənd inzibati ərazi vahidi Keçili kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yerli məlumata görə, yaşayış məntəqəsini XVII əsrdə Naxçıvan mahalının Keçili kəndindən gəlmiş ailələr salmışlar. Sovet dövründə, 1954-cu ildə kənd planlaşdırılaraq köhnə ərazidən bir qədər aralıda indiki yerində salındığı üçün "Plankənd" adlanmışdır. 1994-cu ildə kəndə öz köhnə adı qaytarıldı. Toponim dəqiq araşdırılmasa da, qədim "keçili" türk tayfalarının adından əmələ gəldiyi güman edilir. Eyni adlı kəndlər Şahbuz rayonunda və Türkiyənin bir neçə vilayətində, habelə digər bölgələrdə də var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi 3336 nəfərdir ki, onun da 1687 nəfəri kişi, 1649 nəfəri isə qadınlar təşkil edir. === Tanınmış şəxsləri === Aşıq Məsim == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir.
Keçəli albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Mustafa Ceceli
Mustafa Ceceli 2 noyabr 1980-ci ildə Ankara, Türkiyədə anadan olub. Musiqiyə olan marağı uşaqlıqdan başlamış və o, altı yaşında piano dərsləri almağa başlamışdır. Orta məktəbi bitirdikdən sonra, Ceceli Ankara Universitetinin Veterinariya Fakültəsinə qəbul olub, lakin musiqiyə olan sevgisi onu bu sahədə karyera qurmağa yönləndirdi. == Musiqi Karyerasının Başlanğıcı == Mustafa Ceceli musiqi karyerasına ilk olaraq aranjimançı kimi başladı. O, 2003-cü ildə Sezen Aksu ilə işbirliyinə başladı və bu, onun karyerasının dönüş nöqtəsi oldu. Aksunun albomlarında aranjimanlar edərək, onun musiqi sahəsində ad qazanmasına yardım etdi. == Solo Karyerası və Albomları == Mustafa Ceceli 2007-ci ildə "Unutamam" adlı mahnısı ilə solo karyerasına başladı. Onun ilk studiya albomu "Mustafa Ceceli" 2009-cu ildə işıq üzü gördü və böyük uğur qazandı. Albomda yer alan "Hastalıkta Sağlıkta", "Limon Çiçekleri" kimi mahnılar çox məşhur oldu. Onun ikinci albomu "Es", 2012-ci ildə yayımlandı və "Es", "Seyyah" kimi hit mahnılarla musiqi siyahılarında zirvələrə yüksəldi.