Vənkli

Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.[2]

Vəngli
40°03′28″ şm. e. 46°32′44″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.031 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.280 nəf. (2005)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Vəngli xəritədə
Vəngli
Vəngli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Gəncəsər monastırı
Kəndin ətrafındakı dağlar

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[3] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi[4] adlandırılmışdır.[5]

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[6]

Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.[7]

Vəngli kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Vəngli kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən ermənilər bu kənddə nəzarəti tam ələ keçirərək buradan qonşu azərbaycanlı kəndlərinə hücum etməyə, günahsız insanları qırmağa başladılar. Bunun qarşısını almaq üçün Azərbaycan ordusu 1992-ci ilin yayında təşkil etdiyi hücum zamanı həmin ilin avqustun 23-də kəndi erməni işğalçılarından təmizlədi. Lakin 1993-cü ilin əvvəlində Ermənistan ordusu yenidən hücuma keçərək kəndi işğal etdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Vəngli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.[8]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə 1238-ci ildə tikilmiş və Qafqaz Albaniyası memarlığının incisi sayılan Gəncəsər monastırı yerləşir. Kənd ərazisindəki XII əsrdə tikilmiş Qanzasar məbədinə görə belə adlanmışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Xaçınçayın sol sahilində, yüksək dağlıq ərazidə yerləşir. Havası yay zamanı sərin, yağışlı, qışda isə soyuq və qarlı keçir. Kəndin ətrafı meşələrlə örtülüdür, buna görə havası təmiz və səfalıdır.

2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Vəngli kəndinin əhalisinin faktiki sayı 1331 nəfər, qeydiyyatdakı əhalinin sayı 1335 nəfər təşkil edirdi[9]. Əhalisinin hamısını vaxtilə bura İrandan köçürülmüş ermənilərin törəmələri təşkil edir.

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  4. Kəndin adı yanlışlıqla "Vəngli" yerinə bir daha "Vənkli" kimi qeyd edilmişdir."
  5. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  6. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  7. Qafqaz Albaniyasının məbədləri[ölü keçid]
  8. modern.az. "Prezidentin getdiyi Vəngli kəndində olanlar - Məşhur italiyalı niyə üzr istəmişdi... - MARAQLI". modern.az (az.). 2024-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-29.
  9. İnzibati-ərazi bölgüsü və cinsinə görə hazırkı və daimi əhali Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine - səh. 10