Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elməddin Vəlişov
Elməddin Fuad oğlu Vəlişov (21 mart 1996; Üçtəpə, Cəlilabad rayonu, Azərbaycan — 11 noyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi., ruhani, şeyx. == Həyatı == Elməddin Vəlişov 21 mart 1996-cı ildə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuşdur. Orta təhsil alıb hərbi xidmətdən qayıtdıqdan sonra ilahiyyatçı olaraq çalışmış, ruhani alim və dini şeyx olmuşdur. == Hərbi xidməti == Elməddin Vəlişov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini snayper vəzifəsində yerinə yetirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elməddin Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü snayper olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elməddin Vəlişov 11 noyabr 2020-ci ildə Qubadlı istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Vəlişov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Zahir Vəlişov
Zahir Arif oğlu Vəlişov (17 fevral 1983; Beyləqan rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zahir Vəlişov 1983-cü il fevralın 17-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Ailəli idi. Xatirə adında qızı və Arif adında oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Zahir Vəlişov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zahir Vəlişov sentyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Vəlişov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Zahir Vəlişov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Vəlis
Vəlis (az.-əbcəd ولیس‎, fars. ولیس‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 459 nəfər yaşayır (124 ailə).
Vəliy
Vəli ( الْوليّ , cəm أَوْلِيَاء , ʾawliyāʾ , "hakim", "qoruyan" kimi müxtəlif tərcümə edilən ərəb sözü. Müsəlmanlar tərəfindən ən çox müqəddəs, " Allahın dostu" mənasında istifadə olunur. Tərif artikli (ərəbcə: ال ) əlavə olunarsa, Allahın adlarından biri (ərəbcə: الْولي ) alınır; "Köməkçi, Dost" deməkdir. Xristian müqəddəsin İslam ekvivalenti olaraq vəli “xüsusi ilahi lütf... müqəddəsliklə qeyd olunan” və “Allah tərəfindən seçilmiş və möcüzələr kimi qeyri-adi hədiyyələrlə təchiz edilmiş” təsvir edilir.Övliya təlimi ilkin İslam tarixinin çox erkən mərhələlərində Quranın bəzi ayələri və bəzi hədislərə istinad etməklə müsəlman alimləri tərəfindən irəli sürülmüşdür Övliya məzarları, Müsəlman dünyasının hər yerində xüsusən eramızın 1200-cü ilindən sonra bərəkət axtaran müsəlman kütlələri üçün ziyarət mərkəzlərinə çevrildi. İlk müsəlman hagioqrafiyaları İslam mistik təsəvvüf hərəkatının sürətlə yayılmağa başladığı dövrdə yazıldığından, sonralar ortodoksal sünni İslamda böyük övliya sayılan şəxsiyyətlərin əksəriyyəti Bəsrəli Həsən (vəfatı 728), Farkad Səbahi (ö. 729), Davud Tai (ö. 777–781), Rabia (ö. 801), Maruf Kerhi (ö. 815) və Bağdadlı Cüneyd (ö.
Vəlid ibn Vəlid
Vəlid ibn Vəlid (ərəb. الوليد بن الوليد بن المغيرة‎) — Məhəmməd peyğəmbərin Mədinəli səhabəsi. Vəlid Məkkəli Qüreyş qəbiləsinin Bənu Məhzum qolundan idi və məşhur müsəlman sərkərdəsi Xalid bin Vəlidin qardaşı idi. 624-cü ildə Bədr döyüşündə Qureyşlə birlikdə Məhəmmədə qarşı vuruşur. Müharibə zamanı onun qəbiləsinin çoxu öldürülür. O, müharibə zamanı müsəlmanlara əsir düşmüş, lakin azad edilmiş və İslamı qəbul etmişdir. Məkkəyə qayıtdıqdan sonra zəncirlə həbs olunmuşdur. Təbəriyə görə, Vəlid və onun Bəni-Məhzumdan olan qohumları, Sələmə bin Hişam (Əbu Cəhlin qardaşı) və Əyyaş ibn Əbi Rəbiə Məhəmməd və onun tərəfdarlarına qoşulmaq üçün Məkkədən hicrət edirlər. Sonralar onun ölüm xəbəri eşidiləndə Mədinədə Məhəmmədin Məhzumlu həyat yolsaşı Ümmü Sələmə tərəfindən yas tutulur. Vəlidin böyük oğlunun da adı Vəlid idi.
Vəlin (Miyanə)
Vəlin (fars. وليين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 98 nəfər yaşayır (24 ailə).
Vəlit (Xaybulla)
Buzaulık kəndi (başq. Быҙаулыҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Vəlit kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Vəliv (Sərdəşt)
Vəliv (fars. وليو‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 246 nəfər yaşayır (42 ailə).
Əl-Vəliy
Əl-Vəliyy (ər. الولي) — Allahın adlarından biri.
Aşıq Vəli
Aşıq Vəli (1854, Yarpızlı, Yeni Bəyazid qəzası – 1929, Yarpızlı, Yeni Bəyazid qəzası) — Göyçəli ustad aşıq. == Həyatı == Aşıq Vəli 1854-cü ildə Göyçə mahalının Yarpızlı kəndində anadan olub. Aşıq Vəli Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub. Aşıq Alının və qızılvəngli Aşıq Qulunun şəyirdi olub.Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazsa da, əldə hələlik heç bir şeiri yoxdur. Aşıq Vəli 1929-cu ildə Göyçə mahalının Yarpızlı kəndində vəfat edib. == Ailəsi == Aşıq Vəli Aşıq Orucun atası, professor İsmayıl Məmmədovun babasıdır. == Ədəbiyyat == İlyas Əfəndiyev, "Geriyə baxma qoca", Bakı, Yazıçı, 1984. Ziyəddin Məhərrəmov, "XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər)" Bakı, NPB-1997. səh. 40–41 Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, № 2(3), 2000-ci il.
Miskinli Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. == Həyatı == Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib.Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s. kimi şerləri vardır.
Nemətulla Vəli
Nemətulla Vəli (1330, Hələb – 28 aprel 1429, Mahan, Kirman ostanı) — ərəb şairi, sufi, alim. == Həyatı == Nemətulla Vəli ("Vəli", yəni "müqəddəs" — ona verilmiş ləqəbdir. Bu, Allahın adlarından biridir) 1330-cu ildə Hələb (Aleppo) şəhərində anadan olmuşdur. Onun atası Mir Abdullah Vəli ərəb sufi və mürşidi, anası isə Cənubi İranın zadəgan farslarından idi. Nemətilla Vəlinin nəsil şəcərəsi beşinci imam Məhəmməd Baqirdan başlayır. Gənc ikən Nemətulla islam ölkələrinə uzunmüddətli səyahətdə olmuşdur. Hər bir müsəlmana vacib bilinən Məkkə ziyarətinə (Həccə) yollanmışdır. Burada Şeyx Abdulla əl-Yəfi ilə rastlaşaraq yeddi il müddətində ona müridlik etmişdir. Müridlik müddətindən sonra ikinci dəfə (bu dəfə kamil bir insan kimi) yenidən səyahətə çıxmış, Qahirəni, Suriyanı, İraqı, Azərbaycanı və İranı gəzmişdir. O, İranın Kirman şəhərində həmişəlik məskunlaşmışdır.
Orxan Vəli
Orxan Vəli Qanıq (türk. Orhan Veli Kanık; əsl adı ilə: Əhməd Orxan Qanıq, d. 13 aprel 1914, İstanbul, Osmanlı İmperiyası – ö. 14 noyabr 1950, İstanbul, Türkiyə) — daha çox Orxan Vəli olaraq tanınan türk şair və tərcüməçi. Məlik Cövdət və Oqtay Rüfət ilə birlikdə yeni janr – "Özgə" cərəyanının qurucusu olmuşdur. Orxan Vəli türk şeirlərindəki köhnə quruluşu təməldən dəyişməyi məqsədləyərək küçədəki şəxslərin söyləyiş tərzini şeir dilində əvəzləmişdir. 36 illik həyat dövrü zamanı şair şeirləri ilə yanaşı hekayə, esse, məqalə və tərcümə sahələrində bir çox əsərlər yaratmışdır. == Ailəsi == Orxan Vəli Kanık 13 aprel 1914-cü ildə İstanbulda, Beykozda doğulmuşdur. Atası İzmirli tacir Fəhmi bəyin oğlu Mehmet Vəli, anası isə Fatma Nigar xanımdır. Şairin atası Cümhuriyyət Simfoniya Orkestrinin dirijoru olmuşdur.
Purya Vəli
Pəhləvan Mahmud Xarəzmi, Purya Vəli — 1322-ci ildə vəfat etmiş sufi və məşhur pəhləvan. O qeyri-adi gücü ilə məşhur idi . == Doğulduğu yer == Onun doğma şəhəri haqqında müxtəlif fərziyyələr vardır. Bəziləri onu Xarəzmin Ürgənc şəhərindən, bəziləri Gəncə şəhərindən və bəziləri isə Səfəvilər dövrünə aid tumar əsasında Xoy Salmas şəhərindən olduğunu iddia edirlər.
Qara Vəli
Qara Vəli - Zənguzurun kəndlərindən biri. == Tarixi == 7-ci imam Museyi-Kazımın oğlu Seyid Əhmədin məqbərəsi yerləşib. Hər iki abidə ermənilər tərəfindən dağıdılıb.
Voldemar Vəli
Voldemar Vəli (est. Voldemar Väli; 10 yanvar 1903, Kurеssааrе, Liflyand quberniyası[d] – 13 aprel 1997, Stokholm) — estoniyalı Yunan-Roma güləşçisi, Olimpiya çempionu. 1928-ci ildə keçirlən Yay Olimpiya Oyunlarında yarım-yüngül çəkidə qızıl medalı qazandı, 1936 Olimpiyadasında isə bürünc medalı. 1942-ci ildə İsveçə emiqrasiya etdi və orada öncə çilingər kimi işləyirdi, daha sonra isə həyat yoldaşı ilə kuklalar fabrikasını açdı.
VƏli Ələkbərov
Vəli Zeynalabdin oglu Ələkbərov (iyul 1922, Sabunçu, İrəvan qəzası – 17 mart 2016, Şirvan) — Xalq Deputatlar Sovetinin deputatı, Əli-Bayramlı Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri,Əli-Bayramlı Xalq Maarif şöbəsinin müdri. == Həyatı == Vəli Ələkbərov 1922-ci ilin iyul ayında tarixi Qərbi Azərbaycanda Qəmərli Rayonun Sabunçu kəndində kolxozçu ailəsində anadan olub. 1937-ci ildə Zəngibasar rayonun Uluxanlı kəndində məktəbi bitirib, həmin ili İrəvan Kənd Təsərufatı Texnikumuna daxil olub, 1941-ci ildə texnikumu müvəffəqiyətlə bitirib 1941-ci il 1 sentyabrdan 1941-ci il 23 noyabra kimi Sabunçu kəndində müəllim işləyib, həmin ili Sovet ordusunun sıralarına daxil olub, Qafqazın müdafiəsində fəal iştirak edib, 1944-cü ilin 17 avqustuna qədər zabit kimi savaşda iştirak etmiş və Ukraynada gedən döyuşlər zamanı aldığı güllə yarasına görə ordudan tərxis olunmuşdur. Vətənə qayıtdıqdan sonra atasını görə bilmir, 1943-cü ilin 13 aprelində Zeynalabdin Krosnadar diyarınin Abdinski rayonunnun düşməndən təmizlənməsində gedən ağır döyüşdə həlak olur və həmin rayonun Miqemski qəbiristanlıgında dəfn olunur. Əsas faktlardan biri odur ki, ata və oğul eyni vaxtda 589-cu polkun tərkibində vuruşsalar da, bir-birlərindən xəbərsiz olublar. Vəli Ələkbərov 1944-cü ildən 1950-ci ilədək yenidən Sabunçu məktəbində müəllim sonra isə məktəb direktoru işləməyə başlamış, eyni zamanda Naxçıvanda iki illik Pedaqoji Müəllimlər İnstitutunda qiyabi olaraq təhsil almışdır. 25 may 1950-ci ildə torpaqlarından deportasiya olunaraq Əli Bayramlı rayonu Dadaşbəyli kəndinə məskunlaşmış, həmin ildən əmək fəaliyyətinə başlamışdır. 17 mart 2016-cı ildə 94 yaşında dunyasın dəyişmişdir. == Fəaliyyəti == 1 dekabr 1950-ci ildən 30 yanvar 1962-ci ilə kimi Əli Bayramlı rayon partiya komitəsinin təbliğatçisi, təbligat-təşviqat şöbəsinin müdir müavini və mudiri, partiya kabinetinin mudiri fəaliyyətlərində çalışmışdır. 1952–1953-cü illərdə Azərbaycan KP MK yanında iki illik Respublika partiya nəzdində partiya-sovet işcilərini hazırlayan 9 aylıq kursu bitirdikdən sonra 1959-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Vəli Abdullayev
Abdullayev Vəli Abdulla oğlu (19 yanvar 1975, Kirov rayonu – 12 yanvar 1994, Güllücə, Ağdam rayonu) — şəhid. == Həyatı == Vəli Abdullayev 19 yanvar 1975-ci ildə Bakı şəhəri Binəqədi rayonunda anadan olub. 1982-ci ildə Binəqədi qəsəbəsində yerləşən 205 saylı orta məktəbin 1-ci sinifinə gedib. 1990-cı ildə həmin məktəbin 9-cu sinifini bitirib.Orta məktəblə yanaşı Vəli Abdullayev qarmona çox böyük həvəsi olduğu üçün həm də musiqi təhsili alırdı.Çox gözəl qarmon ifa edirdi. 1993-cü ilin iyununda hərbi xidmətə çağırılıb 888 saylı hərbi hissədə hərbi andı qəbul etdikdən sonra 1994 cü ilin yanvar ayında Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün Bakıdan Ağdama yola salınıb. Yanvar ayının 12-də Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən döyüşlər zamanı düşmənin tankdan atdığı atəş nəticəsində qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalmışdır. 17 yanvar 1994-cü ildə 2-ci Fəxri Xiyabanda yerləşən Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid Vəliyə ad babası Vəli Abdulla oğlu Abdullayevin adına xitabən qoyulub. Vəlinin babası Abdullayev Vəli Abdulla oğlu və qardaşları Şərif,Əşrəf, Rəşid 1941-ci ildə böyük Vətən müharibəsinə getmiş və bir daha geri dönməmişlər.Onların nə ölüsü nə dərisi barəsində indiyədək heç bir məlumat əldə edilməyib.
Vəli Albəndov
Vəli Axundov
Vəli Yusif oğlu Axundov (1 (14) may 1916, Saray, Bakı qəzası – 22 avqust 1986, Bakı) — Azərbaycanın ictimai-siyasi xadimi, akademik. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1959–1969), Azərbaycan SSR Nazirlər Sovetinin sədri (1958–1959), Azərbaycan SSR səhiyyə naziri (1954–1958). == Həyatı == Vəli Axundov 1916-cı il mayın 13-də Bakı quberniyasının Saray kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini Saray kənd məktəbində almışdır. Xatirələrində həmin məktəb yaşadığı yerdən bir neçə kilometr uzaqlığda yerləşdiyini qeyd edirmiş. Uzaq olduğundan və dərsləri buraxmaq istəmədiyindən hər gün evdən məktəvə və məktəbdən evə piyada yol onun həmin məktəbdən əla qiymətlərlə məzun olmasına mane olmamışdır, 1929-cu ildə həmin məktəbi bitirərək Biləcəri stansiyasındakı fabrik-zavod məktəbində təhsilini davam etdirmişdir. 1931-ci ildə sənət məktəbini bitirib Bakı Sənaye texnikumuna daxil olmuşdur. 1935-ci ildə texnikumun kimya şöbəsini bitirib kimyaçı texnik peşəsinə yiyələnmişdir. Təhsilini davam etdirmək və ali təhsil almaq məqsədi ilə əvvəlcə Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursunda oxumuş, 1936-cı ildə isə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. İnstitutda oxumaqla yanaşı ATİ-nin ictimai elmlər kafedrasının laborantı, "Tibbi kadrlar uğrunda" qəzetin redaktoru və komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır.
Vəli Ağbaba
Vəli Ağbaba (türk. Veli Ağbaba; 3 aprel 1968) — TBMM 24, 25, 26, 27-ci çağırış millət vəkili, Türk siyasətçi və Cümhuriyyət Xalq Partiyasının sədr müavini. == Həyatı == Vəli Ağbaba 3 aprel 1968-ci ildə Malatya şəhərinin Qaraca kəndində anadan olmuşdur. Turan Əməksiz liseyini bitirdikdən sonra, Əskişəhərdə yerləşən Anadolu Universitetinin İqtisadi və idarəetmə elmləri fakültəsini 1989-cu ildə bitirmişdir. Vəli Ağbaba universitet illərində Anadolu Universiteti Tələbə Dərnəyinin rəhbəri vəzifəsini yerinə yetirmiş və Əskişəhər Xalq Evinə üzv olaraq tələbə gənclik hərəkatında yer almışdır. == Siyasi fəaliyyəti == Vəli Ağbaba əsgərlikdən sonra 1993-cü ildə Sosial-demokrat Xalqçı Partiyasına qatıldı və 1994-cü il seçkilərində Malatya Bələdiyyə Məclis üzvü seçilərək bələdiyyələrdəki ən gənc fraksiya sədri oldu. Vəli Ağbaba 18 fevral 1995-ci il tarixində toplanan qurultayda Cümhuriyyət Xalq Partiyası ilə Sosyaldemokrat Xalqçı Partiyasının birləşmə qurultayında qurultay sədri vəzifəsini icra etmişdir. 1998-ci ildə keçirilən şəhər konqresində Cümhuriyyət Xalq Partiyası Malatya Şəhər Təşkilatının sədri seçildiyində 30 yaşında olan Vəli Ağbaba 1999-cu il seçkilərində Cümhuriyyət Xalq Partiyasının şəhər təşkilatının sədri seçilmişdir. Vəli Ağbaba 2002-ci il parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından millət vəkilliyinə namizəd, 2007-ci il seçkilərində isə Malatya millət vəkilli namizədliyinə namizəd olmuşdur. 2003–2005-ci illərdə Cümhuriyyət Xalq Partiyasının Nizam-intizam Komitəsinin üzvü, 2004-cü ildə isə Cümhuriyyət Xalq Partiyasının Seçki Komitəsinin sədri olmuşdur.
Vəli Babayev
Vəli Allahverdi oğlu Babayev (17 fevral 1945, Naxçıvan – 22 yanvar 1989, Naxçıvan) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar artisti (1974). == Həyatı == Orta məktəbi bitirəndən sonra bir il Naxçıvan Dövlət Musiqili Dram teatrının yardım heyətində çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini (indiki Mədəniyyət və İncəsənət Universitetini, R. Təhmasib və M.Məmmədovun sinfi) bitirib (1962–1966). Təyinatla Naxçıvan teatrına quruluşçu rejissor göndərilib. İlk quruluşu olan Georgi Mdivaninin "Konsulu oğurladılar" (5 noyabr 1966) tamaşası teatr ictimaiyyətində böyük maraq doğurub. 1972–1974-cü illərdə Moskvada Anademik Bədaye Teatrında yaradıcılıq təcrübəsi keçib və qayıdaraq Naxçıvan teatrına baş rejissor təyin olunub. Vəli Allahverdi oğlu Babayev 4 oktyabr 1974-cü ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adına layiq görülüb. Vəli Babayevin rejissurası müasir dünya teatr prosesinin estik prinsipləri ilə səsləşirdi. O, avanqard teatr janrlarının əsas ifadə vasitələrini lirik-psixoloji üslubun poetika xüsusiyyətlərilə cəsarət və məharətlə birləşdirə bilirdi. Həmin cəsarətli sənət axtarışları baxımından onun daha maraqlı yaradıcılıq nailiyyətləri Cəfər Cabbarlının "Yaşar" (10 fevral 1967) və "Od gəlini" (22 mart 1970), Nazim Hikmət və Vera Tulyakovanın "Kor padşah" (29 dekabr 1968), Lope de Veqanın "Nə yardan doyur, nə əldən qoyur" (28 oktyabr 1974), Cəlil Məmrnədquluzadənin "Dəli yığıncağı" (23 may 1975), Avksenti Saqarelinin "Tiflis yengələri" ("Xanuma".
Vəli Baxşəliyev
Vəli Baxşəliyev (tam adı: Baxşəliyev Vəli Baxşəli oğlu; 5 iyun 1955, Böyükdüz, Naxçıvan rayonu) — arxeoloq, tarix elmləri doktoru (2005), professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Vəli Baxşəliyev 5 iyun 1955-ci ildə Babək rayonunun Böyükdüz (hazırda Kəngərli rayonunun) kəndində anadan olub. 1972-ci ildə Şərur rayon Хоk kənd orta məktəbini bitirmiş, 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakultəsinə daxil olmuşdur. 1977-ci ildə Universiteti müvəffəqiyyətlə bitirmiş və Azərbaycanın rayonlarında müəllimlik etmişdir. 1982-ci ildə А.А. Bakıxanov adına Tarix Institutunun aspiranturasına qəbul olmuş, 1986-cı ildə oranı bitirərək "Qədim Naxçıvanın metallurgiya və metalişləmə sənəti" mövzusunda namizədlik dissertasiyasını hazırlamışdır. Həmin il SSRİ ЕА Leninqrad Bölməsində namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1983–1986-cı illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyasının müdiri işləmiş, 1986-cı ildə Azərbaycan SSR ЕА Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1988–1995-ci illərdə Naxçıvan Muxtar Respublikası ərazisində olan arxeoloji abidələrin qeydə alınması ilə bağlı araşdırmalar aprarmış, aşkar olunan abidələri monoqrafiya halında çap etdirmişdir. Elmi fəaliyyəti dövründə II Kültəpə, Şaxtaxtı, Oğlanqala, Maxta Kültəpəsi, Çalxanqala, Qazançıqala və yüzlərlə digər abidərin tədqiqində iştirak etmişdir. 1995–1999-cu illərdə Istanbul Universitetinin müəllim və tələbə heyəti ilə birlikdə Şərqi Anadolunun arxeoloji abidələrinin tədqiqində iştirak etmişdir.
Vəli Hüseynov
Hüseynov Vəli Allahverdi oğlu (1 fevral 1964, Behrud, Ordubad rayonu) — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2007). == Həyatı == Vəli Hüseynov 1 fevral 1964-cü ildə Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub, 1988-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsini, 1994-cü ildə isə MDU-nun fizika fakültəsinin nəzəri fizika ixtisası üzrə əyani aspiranturasını bitirib. 1994-cü ildə o, Moskva Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb, 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin Ümumi və nəzəri fizika kafedrasının müdiri seçilmiş və həmin ildə Bakı Dövlət Universitetində "Xarici maqnit sahəsində lepton prosesləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını qazanıb. 2003–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru olub, 2004–2010-cu illərdə həm də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri kimi fəaliyyət göstərib. 60-dan çox elmi əsərin müəllifidir. Elmi məqalələri Azərbaycan, ABŞ, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Yaponiya, Almaniya, İtaliya, Rusiya, Bolqarıstan, Türkiyə, Sinqapur və digər ölkələrin elmi jurnal və məcmuələrində, o cümlədən, "Physical Review D", "Journal of physics G: Nuclear and Particle physics", "Yadernaya fizika" kimi nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb. Elmi xidmətlərinə görə akademik H. M. Abdullayev adına mükafatın laureatıdır. Müxtəlif illərdə TEMPUS, İntas, Beynəlxalq Astronomiya Birliyi, Beynəlxalq Təmiz və Tətbiqi Fizika Birliyi, Alman Tədqiqat Birliyi, Rusiya Fundamental Tədqiqatlar qrantını qazanıb.
Vəli Ləzgiyev
Vəli Ləzgiyev - Şair, Partizan == Həyatı == Vəli Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur. “Səyyar” təxəllüsü ilə tanınırdı. İbtidai təhsilini Kəmərli kəndində almışdır. Qazax Pedaqoji Texnikumunu bitirərək orta təhsil almışdır. Qazax Pedaqoji Seminariyasını müvəffəqiyyətlə bitirmişdir. 1938-ci ildə Tiflisdə iki illik Müəllimlər İnstitunu bitirib. Ərəb və fars dillərini bilirdi. Gürcüstanın rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışmışdır.1941-ci ildə Vətən müharibəsinə səfərbər olunmuşdur. II Dünya Müharibəsi illərində Almanlara əsr düşmüş, lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmişdir.
Vəli Əliyev
Vəli Əliyev (tarixçi) — Azərbaycan alimi. Vəli Əliyev (yazıçı) — Gürcüstan SSR Əməkdar mədəniyyət işçisi.
Vəli Əsmətov
Vəli Əsmətov(azərb. Vəli Yadulla oğlu Əsmətov‎; 2 iyun 1963, Çay Üzü, Yardımlı rayonu) — Azərbaycan alimi, həkim-farmakoloq, tibb elmləri namizədi (1995), tibb elmləri doktoru (2006), professor (2009), farmakologiya kafedrasıın professoru (2009), Vətəndaş Həmrəyliyi Partiyasının üzvü (1992). == Həyatı == Vəli Yadulla oğlu Əsmətov 2 iyun 1963-cü ildə Yardımlı rayonunun Çayüzü kəndində dünyaya gəlib. 1970-ci ildə Çayüzü kənd orta məktəbinin birinci sinfinə getmiş, 1980-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1981-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun I-müalicə profilaktika fakültəsinə daxil olmuşdur. Elə həmin ildə də öz istəyi ilə hərbi xidmətə getmişdir. 1981–1984-cü illərdə keçmiş Sovetlər Birliyinin nəzarətində olan Qarşılıqlı İqtisadi Yardım Şurasına daxil olan Avropa Dövlətlərinin ərazisində kəşfiyyatçı kimi hərbi xidmətdə olmuşdur. 1984–1990-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun I müalıcə profilaktika fakültəsində təhsil alıb, həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Ali təhsil aldığı illərdə yüksək intellekti ilə fərqləndiyinə görə, V kursda oxuyan zaman Respublikada keçirilən terapiya olimpiadasının qalibi olub və bu uğur onun Semferepol şəhərində keçirilən Ümumittifaq terapiya olimpiadasına göndərilməsi ilə nəticələnib. Ümumittifaq olimpiadanın qalibi olması onun gələcək koryerası üçün bünövrə olub.
Felis
Pişik (lat. Felis) — pişiklər fəsiləsinə aid məməli heyvan cinsidir. Vəhşi təbiətdə pişik cinsinə aid aşağıdakı nümayəndələr yaşayır: Felis bieti — Çin pişiyi Felis chaus — Qamışlıq pişiyi və ya Xaus Felis manul — Manul Felis margarita — Barxan pişiyi Felis nigripes — Qaraayaq pişik Felis silvestris — Çöl pişiyi Felis silvestris catus — Ev pişiyi (Çöl pişiyinin yarımnövü)Pişik yırtıcı məməlilərin evdə saxlanılan növüdür. Felidae ailəsində yeganə evdə saxlanılan növdür və onu ailənin vəhşi üzvlərindən ayırmaq üçün çox vaxt ev pişiyi adlandırılır. Bir pişik ev pişiyi, bir ferma pişiyi və ya çöl pişiyi ola bilər. Çöl pişikləri sərbəstdirlər və insanla təmasdan qaçırlar. Yerli pişiklər insanlar tərəfindən yoldaşlığı və gəmiricilər ovlamaq qabiliyyətinə görə qiymətləndirilir. Təxminən 60 pişik cinsi müxtəlif pişik xüsusiyyətləri tərəfindən tanınır. Pişik anatomiyada digər felid növlərə bənzəyir: güclü çevik bir bədənə, sürətli reflekslərə, iti dişlərə və kiçik yırtıcı kimi öldürmələrə uyğunlaşdırılmış geri çəkilə bilən qıvrımlara malikdir. Gecə görmə və qoxu hissi yaxşı inkişaf etmişdir.
Velij
Velij — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Vuliс
Vulviç (ing. Woolwich) — London şəhərinin rayonu. Temza çayının cənubunda yerləşməsinə baxmayaraq, bir hissəsi çayın şimalındadır (bu yer Nyuhem mahalının bir hissəsidir). 1889-cu ilə qədər Kent vilayətinin bir parçası olmuş, London vilayətinin yaradılması ilə bura birləşmişdir. Bu bölgə, London Planında Böyük Londonun 35 böyük mərkəzindən biri kimi qeyd edilir.
Vələs
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Avena vilis
Yulafca (lat. Avena fatua) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Anelytrum avenaceum Hack. Avena ambigua Schoenb. [Invalid] Avena cultiformis (Malzev) Malzev Avena fatua var. acidophila Kiec Avena fatua var. alcaliphila Kiec Avena fatua var. alta Kiec Avena fatua var. altissima Kiec Avena fatua subsp. brevipilosa Kiec Avena fatua subsp.
Böyük Pelis
Böyük Pelis adası — Yapon dənizində, Böyük Pyotr körfəzi ərazisində, Rimsk-Korsakov arxipelaqına daxil olan ən böyük ada Vladivostokdan 70 km cənub-şərqdə yerləşir. İnzibati baxımdan Rusiya Ferederasiyası Primorsk diyarı Xasan rayonu ərazisinə daxildir. Uzaqşərq dəniz qoruğunun bir hissəsini təşkil edir. Adada daimi əhali yoxdur. Yay-payız ayları adanı turistlər ziyarət edir. == Tarixi == Böyük Pyotr körfəzinincənub-qərbində yerləşən adaları fransız dənizçiləri "Kapriz" briqində kəşf edirlər. Onlar adanı "Iles Pelees" (tərcümədə "çılpaq adalar" mənasını verir. 1854-cü ildə Pallada freqatı və Vostok şxunu adalara yan alaraq onları Korkasov olaraq adlandırmışlar. 1862–1863-cü illərdə adaları podpolkovnik Vasili Matveeviç Babkin tərtqiq edərək adaları "Vostok" şxununun kapitan-leytinantı Voin Andreeviç Rimski-Korkasovun şərəfinə adlandırır. 1863-cü ildə Vasili Matveyeviç Babkin "Kalevala" gəmisində arxipelaqı tətqiq edir.
Felis badia
Kalimantan pişiyi (lat. Pardofelis badia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. == Yaşam tərzi == Kalimantan pişiyi tropik meşələrdə və qayalıq yerlərdə yaşayır.Qidalanması haqda dəqiq məlumat yoxdur.Gecə aktiv olduğu kiçik məməlilər,gəmiricilər,meymun və quş ovladığı təxmin edilir.
Felis bieti
Çin pişiyi (lat. Felis bieti) — pişik cinsinə aid heyvan növü. == Xüsusiyyətlər == Çin dağ pişiyi tünd qoruyucu tükləri olan qum rəngli xəzə malikdir. Üz və ayaqlarda zəif tünd üfüqi zolaqlar demək olar ki, görünmür. Qulaqlarında qara ucluqlar var. Nisbətən geniş kəllə sümüyü və ayaqlarının arasında uzanan uzun tükləri var. Qarnında ağımtıl, ayaqları və quyruğunda isə qara halqalar daşıyır. Quyruğunun ucu qaradır. Baş və bədən uzunluğu 69–84 sm (27–33 düym), quyruq uzunluğu 29–41 sm (11–16 düym) təşkil edir. Yetkinlərin çəkisi 6,5–9 kq (14-20 lb).
Felis catus
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Felis chaus
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür. == Qısa təsviri == Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir.
Felis domestica
Pişik (lat. Felis silvestris catus) — yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid çöl pişiyi növünün yarımnövü. Pişiklərin 230 sümüyü var. Evlərdə bəslənə bilən, kiçik, məməli, ovçu və ətyeyən heyvanlardandır. Zaman-zaman bitki mənşəli qida istehlak edə bilər. Ev pişiyi, çöl pişiyi növlərinə xas fizioloji xüsusiyyətlərin bir çoxuna malikdir. Ortalama ağırlığı 2.7 – 4.5 kq arasında dəyişməklə birlikdə, soyu qarışıq olanlar arasında 12.5 kq-ma çatanlar nadir deyil. Ortalama bədən uzunluğu erkəklərdə 70, dişilərdə 50 sm-dir. Ev pişiklərinin böyük hissəsi qısa tüklü, Ankara və İran pişikləri isə uzun tüklüdür; ayrıca, bir İngilis soyu olan rex pişiyinin tükləri isə buruqdur. Pişiklər ümumiyyətlə qara, sarı, boz və ağ rəngli, ya da bu rənglərin bir neçəsi ilə alacalıdır.
Felis iriomotensis
İriomot pişiyi (lat. Prionailurus bengalensis iriomotensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinin benqal pişiyi növünə aid heyvan yarımnövü.
Felis leo
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Felis macrocelis
Felis manul
Manul (lat. Otocolobus manul) — Pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır. == Ümumi məlumat == Bədənin uzunluğu təxminən 55 sm, quyruğun isə 30 sm çatır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur. == Yayılması == Orta və Mərkəzi Asiya, cənubi Qafqaz və qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3 - 4 fakt vardır.
Felis margarita
Barxan pişiyi, qum pişiyi və ya səhra pişiyi (lat. Felis margarita) — pişik cinsinə aid heyvan növü. == Bədən quruluşu == Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir. == Qidalanması == Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir. == Yayılması və yarımnövləri == Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Felis marmota
Felis nigripes
Qaraayaq pişik (lat. Felis nigripes) — pişik cinsinə aid heyvan növü. Orta hesabla kütləsi 1,6 kq, bədəninin uzunluğu 36–52 sm, quyruğunun uzunluğu 13–20 sm olur. Afrikanın cənub hissələrində səhralıqlarda yaşayır. Rəng çaları sarı-qumsal rəngindədir və tünd xallara malikdir.
Felis rufus
Kürən vaşaq (lat. Lynx rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin vaşaq cinsinə aid heyvan növü. Şimali Amerikada yaşayırlar. == Xarici görünüşü == Kürən vaşaq xarici görünüşcə tipik vaşaqdır, ancaq ölçüsü adi vaşaqdan iki dəfə kiçikdir. Ayaqları o qədər də uzun, pəncələri isə enli deyil. Quyruğu qısa olur. Bədəninin uzunluğu 60-80 sm, süysününün hündürlüyü 30-35 sm, kütləsi isə 6-11 kq olur.
Felis silvestris
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. == Ümumi məlumat == Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Felis tigris
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.
Felis virgata
Pələng (lat. Panthera tigris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Böyük pişiklər ailəsinin dörd üzvündən biri. Yırtıcı heyvandır və vəhşi təbiətdə rast gəlinən ən böyük, ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə yaşayırlar. Pələnglərin 8 növə bölürlər ki, onlardan 3 növü artıq nəsli kəsilmişdir. Bütün dünyada təbiətdə təxminən 7700 pələng yaşayır. Uzaq Şərqdə dünyanın ən böyük pələngləri yaşayırlar. Yetkin erkəklərin çəkisi 390 kiloqrama çatır.