Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vəliyəddin İsmayılov
Vəliyəddin İsmayılov (1943, Mozqaraçanlı, Kəlbəcər rayonu – 9 aprel 2024, Bakı) — 1969–1989-cu illərdə Kəlbəcər Rayon Sovetinin deputatı olmuşdur. "Əmək igidliyi", "Əməkdə fərqlənmə" və V. İ. Leninin 100 illik "Yubiley medalı" ilə təltif olunmuş, "Əmək veteranı", "Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin "Fəal Komsomol işinə görə", SSRİ İttifaqının "Şərəfli əməyə görə", "Əməkdə fərqlənmə" döş nişanları və bir neçə fəxri fərmanlar almışdır. Azərbaycan Respublikası Prezdentinin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli sərancamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023) ’’ yubiley medalı ilə təltif edilmişdir. 1943-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Moz-Qaraçanlı kəndində anadan olmuşdur. 1960-cı ildə Kəlbəcər rayonunun Ağcakənd kənd orta məktəbini bitirmişdir. 1960–1962-ci illərdə kolxozçu olmuş, 1967-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1971-ci ildə Zaqafqaziya Komsomol Məktəbini, 1976-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1967–1968-ci illərdə rayonun "Bakı" və "Qələbə" kolxozlarında mütəxəssis, 1968–1969-cu illərdə Kəlbəcər rayon Komsomol Komitəsində Təşkilat Şöbə müdiri, 1969–1973-cü illərdə Rayon Komsomol Komitəsinin birinci katibi işləmişdir. Ona etimad göstərilərək partiya işinə keçirilmiş, Rayon Partiya Komitəsində 1973–1974-cü illərdə təlimatçı işləmiş, 1974–1976-cı illərdə Bakı Ali Partiya Məktəbində dinləyici olmuşdur. 1976–1980-ci illərdə Kəlbəcər rayon Partiya Komitəsində Təşkilat Şöbəsinin müdiri, 1980–1983-cü illərdə Kəlbəcər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1983–1989-cu illərdə Rayon İcraiyyə Komitəsinin sədr müavini, Kəlbəcər rayon Aqrar-Sənaye Birliyi Şurasının sədri, 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Aqrar Sənaye Komitəsində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində, Ət-Süd Sənaye Nazirliyində, "Azəryeyintisənaye" Dövlət Şirkətində baş mütəxəssis, şöbə rəisi, Mərkəz direktoru işləmişdir. Üç ovladı, yeddi oğul nəvəsi var.
Səhiyəddin Abbasov
Vəhidəddin Xan
Şeyx Vəhidəddin Xan (1 yanvar 1925, Azamqarh[d] – 21 aprel 2021, Dehli) — İslam alimi. == Həyatı == Şeyx Vəhidəddin Xan 1925-ci ildə Hindistanın Əzmağar bölgəsində dünyaya göz açmışdır. Ömrünün 60 ilini dinə dəvətə və İslam fikrini yaymağa həsr etmişdir. Öz gözəl, elmi üslubu ilə qeyri-müsəlmanlara xitab etmişdir. Məhəmməd peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun!) belə buyurmuşdur: "Xeyir qiyamət gününə qədər məndə və ümmətimdədir." Bəli, bu şəxs Allahın xüsusi qabiliyyət verdiyi və öz məziyyətləri ilə seçilən bir İslam mütəfəkkiridir. Yazdığı əsərlər qeyri-müsəlmanların daha çox yaşadığı bir ölkədə — Hindistanda rəğbət qazanmışdır. Müxtəlif mövzularda 200-ə yaxın əsəri vardır. Əsasən düşüncə, dəvət, təfsir, hədis, fiqh, "sirət" və başqa mövzularda əsərlər qələmə almışdır. "Yeni əsrin qapısında" adlı ilk əsərini 1950-ci ildə yazmışdır. Son kitabı 2006-cı ildə qələmə aldığı "Hindistan və Pakistan gündəlikləri"dir.
Vəliüddin Əfəndi
Vəliüddin Əfəndi (1684, Konstantinopol – 25 oktyabr 1768, Konstantinopol) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. 1684-cü ildə İstanbulda dünyaya gəldi. Atası Hacı Mustafa ağa və babası Hacı Hüseyn ağa yeniçəri ağası idi. Təhsili barədə məlumat çox azdır. Sadəcə təhsilini tamamladıqdan sonra Əbəzadə Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində atasının Silivriqapıda inşa olunan mədrəsəsində müdərris olaraq xidmətə başlamışdır. Nevşəhərli İbrahim Paşanın himayəsinə girərək 1729-cu ildə Hələb qazısı təyin edilsə də, ertəsi il vəzifədən uzaqlaşdırıldı. 4 ay sonra Qalata, ardından Qahirə və Mədinə qazısı olaraq xidmət göstərdi. Bu əsnada həcc ziyarətini yerinə yetirdi. İstanbul qazılığı payəsini alaraq 1756-cı ilin mayında Anadolu qazəsgərliyinə, 28 aprel 1758-ci ildə isə Rumeli qazəsgərliyinə gətirildi. Qısa zaman sonra Sultan Mustafaya rüşvət almasıyla bağlı bir şikayətin təqdim edilməsiylə 3 avqust 1758-ci ildə vəzifədən alındı və Manisaya sürgün edildi.
Əliəddin Abbasov
Əliəddin Abbasov (Abbasov Əliəddin Dəyyan oğlu; 1 avqust 1952, Bənəniyar, Culfa rayonu) — Kimya elmləri doktoru, Dosent, AMEA-nın müxbir üzvü (2014). Əliəddin Abbasov 1 avqust 1952-ci ildə Naxçıvan MSSR-in Culfa rayonunun Bənəniyar kəndində anadan olub. 1.Xrom (VI) ionlarının anionitlərlə sorbsiyasına bir sıra amillərin təsiri /AMEA-nın Məruzələri, 2010,c.66, №2,s 66-72 2. Cu2+, Zn2+, Co2+ və Ni2+ ionlarının Daueks M-4195 ioniti ilə sorbsiyasının termodinamikası – XVII Beynəlxalq kimyəvi termodinamika konfransı, Samara, 2011, s. 5-8 3.Seçici konsentrat almaq məqsədilə qurğuşun- sink filizinin flotasiyası/ Avropa elm və texnologiyası, Vaysbaden, Almaniya , 2012, s.
Səfiyəddin Qazi İsa
Qazı İsa Savəci (1436, Savə, Mərkəzi ostanı – 1492, Qarabağ) — Ağqoyunlu sədri, reformator, şair. Səfiəddin Qazı İsa Savəcinin atası Şirullah Xacə Əlaəddin Məhəmməd Savəci, qələm sahiblərindəndi. Uzun Həsənin hökmdarlığı dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu. "Əhsənüt-təvarix" əsərində Ağqoyunlu dövlətinin sədri Qazı Isa "sədarət mənsəbi və dini işlər vəzifəsinin sahibi" adlandırılır, lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə "ixtiyar sahibi" sayılan və vəkil olan Sufi Xəlil Mosullunun fərmanı ilə öldürülməsi sədarət vəzifəsinin dövlətdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir. Yeri gəlmişkən, sədr Qazı İsa və onun səlahiyyətləri barədə bir neçə söz: Məşhur tarixçi Fəzlullah ibn Ruzbehan Xunci öz tarixi kitabında XV yüzilin II yarısında Ağqoyunlu dövlətinin quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı məlumatlar vermişdir. Onun "Tarixi-aləmarayı Əmini" adlı əsəri Uzun Həsən Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun (hakimiyyət illəri: 1478–1492) həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: "Qazı İsa sədrin Yaqub xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə sahiblərinin təyinatı və işdən çıxarılmalarında onun sözü halledici idi. Hakimiyyətin cilovu tamamilə onun əlində idi… Qazı öz dərəcəsinin əhəmiyyətini olduqca qaldırdı.
Şeyx Vəhidəddin Xan
Şeyx Vəhidəddin Xan (1 yanvar 1925, Azamqarh[d] – 21 aprel 2021, Dehli) — İslam alimi. Şeyx Vəhidəddin Xan 1925-ci ildə Hindistanın Əzmağar bölgəsində dünyaya göz açmışdır. Ömrünün 60 ilini dinə dəvətə və İslam fikrini yaymağa həsr etmişdir. Öz gözəl, elmi üslubu ilə qeyri-müsəlmanlara xitab etmişdir. Məhəmməd peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun!) belə buyurmuşdur: "Xeyir qiyamət gününə qədər məndə və ümmətimdədir." Bəli, bu şəxs Allahın xüsusi qabiliyyət verdiyi və öz məziyyətləri ilə seçilən bir İslam mütəfəkkiridir. Yazdığı əsərlər qeyri-müsəlmanların daha çox yaşadığı bir ölkədə — Hindistanda rəğbət qazanmışdır. Müxtəlif mövzularda 200-ə yaxın əsəri vardır. Əsasən düşüncə, dəvət, təfsir, hədis, fiqh, "sirət" və başqa mövzularda əsərlər qələmə almışdır. "Yeni əsrin qapısında" adlı ilk əsərini 1950-ci ildə yazmışdır. Son kitabı 2006-cı ildə qələmə aldığı "Hindistan və Pakistan gündəlikləri"dir.
Elyəddin Cəfərov