Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhiyəddin Abbasov
Səhiyəddin Abbasov (d. 11 mart 1968, Zəngilan - ö. 11 aprel 1994, Ağdərə) — Azərbaycan Milli Ordusunun giziri, 1-ci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səhiyəddin Abbasov 11 mart 1968-ci ildə Zəngilan rayonunun Gənlik kəndində anadan olub. 1985-cu ildə Zəngilan rayonu Genlik kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra Səhiyəddin Abbasov 114 saylı texniki peşə məktəbini bitirib. 1992-ci ildə isə Bakı Politexnik Məktəbini bitirib. Səhiyəddin Abbasov hərbi xidmətini Əfqanıstanda keçib. Səhiyəddin Abbasov subay idi. == Qarabağ müharibəsi == Səhiyəddin 1 mart 1993-cü il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına qatıldı.
Vəliüddin Əfəndi
Vəliüddin Əfəndi (1684, Konstantinopol – 25 oktyabr 1768, Konstantinopol) — Osmanlı alimi, xəttatı və şeyxülislamı. == Həyatı == 1684-cü ildə İstanbulda dünyaya gəldi. Atası Hacı Mustafa ağa və babası Hacı Hüseyn ağa yeniçəri ağası idi. Təhsili barədə məlumat çox azdır. Sadəcə təhsilini tamamladıqdan sonra Əbəzadə Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində atasının Silivriqapıda inşa olunan mədrəsəsində müdərris olaraq xidmətə başlamışdır.Nevşəhərli İbrahim Paşanın himayəsinə girərək 1729-cu ildə Hələb qazısı təyin edilsə də, ertəsi il vəzifədən uzaqlaşdırıldı. 4 ay sonra Qalata, ardından Qahirə və Mədinə qazısı olaraq xidmət göstərdi. Bu əsnada həcc ziyarətini yerinə yetirdi. İstanbul qazılığı payəsini alaraq 1756-cı ilin mayında Anadolu qazəsgərliyinə, 28 aprel 1758-ci ildə isə Rumeli qazəsgərliyinə gətirildi. Qısa zaman sonra Sultan Mustafaya rüşvət almasıyla bağlı bir şikayətin təqdim edilməsiylə 3 avqust 1758-ci ildə vəzifədən alındı və Manisaya sürgün edildi. Tarixçi Şəmdanizadənin yazdığına görə, olduqca ədalətli və dürüst biri olan Vəliüddin Əfəndinin vəzifədən alınmasına onun müxalifləri tərəfindən yazılan yalançı ərizələr səbəb olmuşdur.Çələbizadə Asım Əfəndinin şeyxülislamlığa gətirilməsiylə bağlı sarayda keçirilən mərasimə sədrəzəm Raqif Paşayla birlikdə qatılan Vəliüddin Əfəndi sultanın hüzuruna çıxarıldı və bağışlanaraq 26 iyul 1759-cu ildə İstanbula geri çağırıldı.
Əliəddin Abbasov
Əliəddin Abbasov (Abbasov Əliəddin Dəyyan oğlu; 1 avqust 1952, Bənəniyar, Culfa rayonu) — Kimya elmləri doktoru, Dosent, AMEA-nın müxbir üzvü (2014). == Həyatı == Əliəddin Abbasov 1 avqust 1952-ci ildə Naxçıvan MSSR-in Culfa rayonunun Bənəniyar kəndində anadan olub. == Elmi əsərləri == 1.Xrom (VI) ionlarının anionitlərlə sorbsiyasına bir sıra amillərin təsiri /AMEA-nın Məruzələri, 2010,c.66, №2,s 66-72 2. Cu2+, Zn2+, Co2+ və Ni2+ ionlarının Daueks M-4195 ioniti ilə sorbsiyasının termodinamikası – XVII Beynəlxalq kimyəvi termodinamika konfransı, Samara, 2011, s. 5-8 3.Seçici konsentrat almaq məqsədi ilə qurğuşun- sink filizinin flotasiyası/ Avropa elm və texnologiyası, Vaysbaden, Almaniya , 2012, s.
Səfiyəddin Qazi İsa
Qazı İsa Savəci (1436, Savə, Mərkəzi ostanı – 1492, Qarabağ) — Ağqoyunlu sədri, reformator, şair. == Həyatı == Səfiəddin Qazı İsa Savəcinin atası Şirullah Xacə Əlaəddin Məhəmməd Savəci, qələm sahiblərindəndi. Uzun Həsənin hökmdarlığı dövründə divanda mustofi (maliyyə vəkili) olmuşdu. "Əhsənüt-təvarix" əsərində Ağqoyunlu dövlətinin sədri Qazı Isa "sədarət mənsəbi və dini işlər vəzifəsinin sahibi" adlandırılır, lakin bir müddət sədrlik edən bu şəxsin dövlətdə "ixtiyar sahibi" sayılan və vəkil olan Sufi Xəlil Mosullunun fərmanı ilə öldürülməsi sədarət vəzifəsinin dövlətdə hələ o qədər də möhkəm mövqe tutmadığını göstərir. Yeri gəlmişkən, sədr Qazı İsa və onun səlahiyyətləri barədə bir neçə söz: Məşhur tarixçi Fəzlullah ibn Ruzbehan Xunci öz tarixi kitabında XV yüzilin II yarısında Ağqoyunlu dövlətinin quruluşu və dövlət başçılarının siyasi fəaliyyətləri barədə olduqca faydalı məlumatlar vermişdir. Onun "Tarixi-aləmarayı Əmini" adlı əsəri Uzun Həsən Ağqoyunlunun ölümündən sonrakı hadisələri, xüsusən Sultan Yaqubun (hakimiyyət illəri: 1478–1492) həyat və fəaliyyətlərini ətraflı işıqlandırır, dövrün ictimai-iqtisadi məsələlərini qabarıq verir. Fəzullah Xuncinin məşhur Ağqoyunlu sədri barədə dediklərindən bir neçə cümləni misal gətirmək maraqlı olardı. Müəllif yazır: "Qazı İsa sədrin Yaqub xan dövlətinin təməlinin qoyulmasında əvəzsiz iştirakı olmuşdur. Bütün vəzifə sahiblərinin təyinatı və işdən çıxarılmalarında onun sözü halledici idi. Hakimiyyətin cilovu tamamilə onun əlində idi… Qazı öz dərəcəsinin əhəmiyyətini olduqca qaldırdı.
Şeyx Vəhidəddin Xan
Şeyx Vəhidəddin Xan (1 yanvar 1925, Azamqarh[d] – 21 aprel 2021, Dehli) — İslam alimi. == Həyatı == Şeyx Vəhidəddin Xan 1925-ci ildə Hindistanın Əzmağar bölgəsində dünyaya göz açmışdır. Ömrünün 60 ilini dinə dəvətə və İslam fikrini yaymağa həsr etmişdir. Öz gözəl, elmi üslubu ilə qeyri-müsəlmanlara xitab etmişdir. Məhəmməd peyğəmbər (Allahın salamı və xeyir-duası ona olsun!) belə buyurmuşdur: "Xeyir qiyamət gününə qədər məndə və ümmətimdədir." Bəli, bu şəxs Allahın xüsusi qabiliyyət verdiyi və öz məziyyətləri ilə seçilən bir İslam mütəfəkkiridir. Yazdığı əsərlər qeyri-müsəlmanların daha çox yaşadığı bir ölkədə — Hindistanda rəğbət qazanmışdır. Müxtəlif mövzularda 200-ə yaxın əsəri vardır. Əsasən düşüncə, dəvət, təfsir, hədis, fiqh, "sirət" və başqa mövzularda əsərlər qələmə almışdır. "Yeni əsrin qapısında" adlı ilk əsərini 1950-ci ildə yazmışdır. Son kitabı 2006-cı ildə qələmə aldığı "Hindistan və Pakistan gündəlikləri"dir.
Elyəddin Cəfərov
Elyəddin Zöhrab oğlu Cəfərov (24 may 1995; Qaşaltı Qaraqoyunlu, Naftalan şəhəri, Azərbaycan — 20 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elyəddin Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin ərazi dairəsində olan Qaşaltı Qaraqoyunlu kəndində Zöhrab Cəfərovun ailəsində anadan olmuşdur. 2001-2012-ci illərdə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbdə təhsil almışdır. Hərbi xidməti başa vurduqdan sonra uzun müddət Azərbaycan Respublikası Dövlət Neft Şirkətində fəaliyyət göstərmişdir. Subay idi. == Hərbi xidməti == Elyəddin Cəfərov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyətə davam etmişdir. Könüllü çalışdığı şirkətdən müvəqqəti möhlət alan Elyəddin Cəfərov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naftalan şəhər üzrə Hərbi Komissarlığında könüllü qeydiyyatdan keçmişdir. Beləliklə, 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Elyəddin Cəfərov könüllü olaraq yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elyəddin Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir.