Vəliüddin Əfəndi

Vəliüddin Əfəndi (1684, İstanbul25 oktyabr 1768, İstanbul) — Osmanlı alimi, xəttatışeyxülislamı.

Vəliüddin Əfəndi
ƏvvəlkiÇələbizadə İsmayıl Asım Əfəndi
SonrakıƏbubəkrzadə Əhməd Əfəndi
23 aprel 1767 – 25 oktyabr 1768
ƏvvəlkiDürrizadə Mustafa Əfəndi
SonrakıPirizadə Osman Sahib Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri
Atası Hacı Mustafa ağa
Uşaqları Mustafa Rəşid Əfəndi
Mehmed Əmin Əfəndi

1684-cü ildə İstanbulda dünyaya gəldi. Atası Hacı Mustafa ağa və babası Hacı Hüseyn ağa yeniçəri ağası idi. Təhsili barədə məlumat çox azdır. Sadəcə təhsilini tamamladıqdan sonra Əbəzadə Abdullah Əfəndinin şeyxülislamlığı dönəmində atasının Silivriqapıda inşa olunan mədrəsəsində müdərris olaraq xidmətə başlamışdır.[1]

Nevşəhərli İbrahim Paşanın himayəsinə girərək 1729-cu ildə Hələb qazısı təyin edilsə də, ertəsi il vəzifədən uzaqlaşdırıldı. 4 ay sonra Qalata, ardından QahirəMədinə qazısı olaraq xidmət göstərdi.[2] Bu əsnada həcc ziyarətini yerinə yetirdi. İstanbul qazılığı payəsini alaraq 1756-cı ilin mayında Anadolu qazəsgərliyinə, 28 aprel 1758-ci ildə isə Rumeli qazəsgərliyinə gətirildi. Qısa zaman sonra Sultan Mustafaya rüşvət almasıyla bağlı bir şikayətin təqdim edilməsiylə 3 avqust 1758-ci ildə vəzifədən alındı və Manisaya sürgün edildi. Tarixçi Şəmdanizadənin yazdığına görə, olduqca ədalətli və dürüst biri olan Vəliüddin Əfəndinin vəzifədən alınmasına onun müxalifləri tərəfindən yazılan yalançı ərizələr səbəb olmuşdur.[3]

Çələbizadə Asım Əfəndinin şeyxülislamlığa gətirilməsiylə bağlı sarayda keçirilən mərasimə sədrəzəm Raqif Paşayla birlikdə qatılan Vəliüddin Əfəndi sultanın hüzuruna çıxarıldı və bağışlanaraq 26 iyul 1759-cu ildə İstanbula geri çağırıldı. Asım Əfəndinin vəfatının ardından 16 fevral 1760-cı ildə şeyxülislamlığa yüksəldi.[4] Bu vəzifəyə təyini əsnasında xəstəliyi səbəbilə saraya gələ bilməmiş, Sultan Mustafanın əmriylə köşkündə qalmasına icazə verilmişdir. Üstəlik Osmanlı tarixində ilk dəfə olaraq, sultanın hüzurunda geyinməli olduğu xüsusi geyimi (fərveyi bəyza) evinə göndərildi. Ancaq sərt xasiyyəti və səhhətinin pisləşməsi səbəbilə 6 sentyabr 1761-ci ildə vəzifədən alındı. Ardından həccə getməsinə və həcc mövsümünə qədər Bursada yaşamasına qərar verildi. Buna baxmayaraq çox keçmədən bağışlandı və yenidən İstanbula çağrıldı.[5] 23 aprel 1767-ci ildə vəzifədən alınan Dürrizadə Mustafa Əfəndinin yerinə ikinci dəfə şeyxülislam oldu. Yenə bir ildən çox bu vəzifədə qalmış, bu dəfə isə xəstəliyi səbəbilə 25 oktyabr 1768-ci ildə vəfat etmişdir. Qoca Mustafa Paşa məscidində qılınan cənazə namazının ardından Əyyubsultanda dəfn edildi.

Böyük oğlu Mustafa Rəşid Əfəndi müdərris ikən 1767-ci ildə vəfat etdi və Fateh məscidi həyətinə dəfn edildi. 3 dəfə Rumeli qazəsgəri olan kiçik oğlu Hacı Mehmed Emin Əfəndi isə 13 yanvar 1806-cı ildə vəfat etdi və Şeyx Murad dərgahına dəfn olundu.

  • Çeşmîzâde, Târih (nşr. Bekir Kütükoğlu), İstanbul 1959, s. 27, 67–68.
  • Müstakimzâde, Tuhfe, s. 750–751.
  • Devhatü’l-meşâyih, s. 102.
  • Vâsıf, Târih, I, 161–162, 320–321.
  • Sicill-i Osmânî, IV, 614.
  • İlmiyye Salnâmesi, s. 534–535.
  • Danişmend, Kronoloji, IV, 539–540; V, 559.
  • Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 488–492.
  • a.mlf., İlmiye Teşkilâtı, s. 191–194.
  • M. Orhan Bayrak, İstanbul’da Gömülü Meşhur Adamlar (1453–1978), İstanbul 1979, s. 73.
  • Abdülkadir Altunsu, Osmanlı Şeyhülislâmları, Ankara 1972, s. 143.
  • Günay Kut – Nimet Bayraktar, Yazma Eserlerde Vakıf Mühürleri, Ankara 1984, s. 108–109.
  • A. Süheyl Ünver, Şeyhülislâm Veliyyüddin Efendi, Süleymaniye Ktp., A. Süheyl Ünver, Dosya, nr. 322.
  • Mehmet Nermi Haskan, Eyüplü Meşhurlar, İstanbul 2004, II, 202.
  • M. Şinasi Acar, Ünlü Hattatların Mezarları: Gelimli Gidimli Dünya, İstanbul 2004, s. 56–57.
  1. Recep Sadri Sayıoğulları, Türk Ta’lik Yazı Ekolünün Doğuşunda Şeyhülislâm Veliyyüddin Efendi (yüksek lisans tezi, 1991), MÜ Sosyal Bilimler Enstitüsü.
  2. İsmail E. Erünsal, Osmanlı Vakıf Kütüphaneleri: Tarihî Gelişimi ve Organizasyonu, Ankara 2008, s. 241–242, 288, 291, 311, 349–350, 373, 406–407, 444, 454, 485, 533.
  3. Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 11–12; II/A, s. 11, 37, 39, 42, 44, 100, 102, 110, 113.
  4. Müjgân Cunbur, "Şeyhülislâm Veliyyüddin Efendi Vakıfları ve Kütüphanesi", Necati Lugal Armağanı, Ankara 1968, s. 165–189.
  5. Ahmed Refik [Altınay], Onikinci Asr-ı Hicrî’de İstanbul Hayatı (1689–1785), İstanbul 1930, s. 96, 214–215.