Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vaporetto
Vaporetto ( it. Vaporetto) - çay tramvayı, marşrut teploxodu, Venesiyanın ada hissəsindəki ictimai nəqliyyatın əsas formasıdır. Vaporetto, ACTV (Azienda Consorzio Trasporti Venezia - Venesiya nəqliyyat konsorsiumu şirkəti) tərəfindən idarə olunur. Venesiyanın adalarda yerləşən hissəsi, materik hissəsi olan Mestre ilə dəmiryolu-avtomobil körpüsü vasitəsilə birləşir . Venesiya və Mestre arasında əlaqə avtobus və şəhərətrafı elektroqatarlar ilə də saxlanılır. Lakin, nə avtobuslar, nə də şəxsi avtonəqliyyat Venesiyanın kənarında olan Roma meydanından (Piazzale Roma) uzağa gedə bilmirlər. Bütün ada ərazisi piyada zona hesab edilir. Daşınma ancaq su ilə edilir və yeganə ictimati nəqliyyat vasitəsi teploxod-vaporettolar hesab edilir. Vaporetto qismində, Böyük Kanal boyu, Rialto adası ətrafında, Murano, Burano, Lido adalarına, San Mikele adasındakı qəbiristanlığa və digər obyektlərə olan marşrutlar üzrə hərəkət edə bir neçə növ teploxodlardan istifadə olunur . Şəhərdə istiqamətdən asılı olaraq tənzimlənən bir neçə marşrut kateqoriyası mövcuddur.
Vaporwave
Vaporwave (azərb. Vaporveyv‎) — 2010-cu illərin əvvəllərində meydana gələn və növbəti bir neçə il ərzində müxtəlif internet icmaları arasında yayılan elektronik musiqi mikro janrı. Retro-mədəni estetikanın (ən çox 1980 və 1990-cı illərdə) nostalji və surrealist görmə, əyləncə, texnologiya, istehlak mədəniyyəti və reklam, və liftdə launj, smuf-caz və musiqi kimi korporativ və populyar musiqinin bir çox üslubları ilə xarakterizə olunur. Sempl janrın bir hissəsi kimi ümumidir, tez-tez artırılmış, bəzən klassik üslubda dəyişdirilmişdir. İfaçılar tez-tez klassik heykəlləri simvollaşdırır, 1990-cı illərin veb-dizaynı, aşağızolaqlı Kompüter renderləri, qlitç-art, videomaqnitofon, kasetlər, şərqi Asiya incəsənəti, və kiberpanklardan geniş istifadə olunur. Vizual Vaporwave üslubu, adətən estetik olaraq adlandırılır (tez-tez tam genişlənmiş simvollarla "AESTHETICS" kimi stilləşdirilir). Janr çərçivəsində bir çox musiqiçilər hesab edirdilər ki, onun əsas elementi satirik, lakin istehlak kapitalizminin və kütləvi informasiya vasitələrinin mütləq tənqidi dəqiq deyil. Vaporwave, Ariel Pink və Ceyms Ferraro kimi hipnoqoqik pop üslubunda sənətkarların əsərlərindən əldə edilən internetdə bir üslub kimi meydana gəldi. 2012-ci ildə Blank Banshee trep-zərb alətlərinin əlavə olunmasını təqdim edərkən janr yeni vitok paganra vaportrap halını aldı. 2013-cü ildə Saint Pepsi-dən alboma ilk dəfə 2014-cü ildə Luxury Elite və Yung Bae kimi musiqiçilərin istifadə etdiyi "Hit Vibes" adlı future-funk qolu yaradıldı.
Bell V-280 Valor
V-280 Valor, ABŞ Silahlı Qüvvələrinın Gələcək Şaquli Qalxması (FVL) proqramı üçün Bell Textron Helicopter və Lockheed Martin şirkətləri tərəfindən yaradılmış olan 3 təbəqəli tiltrotordur. Rəsmi olaraq 2013-cü ildəki ABŞ Ordusunun Aviasiya Assosiasiyasının (Army Aviation Association of America) Fort Worth, Texasdakı İllik Peşəkar Forum və Sərgisində nümayiş etdirilmiş, ilk uçuşunu isə 2017-ci ildə etmişdir.
Bator
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Lahor
Lahor (urdu لاہور, ing. Lahore, q.pənc. لہور) — Pəncab əyalətin paytaxtı, Kəraçidən sonra ölkənin 2-ci böyük şəhəri. Şəhər Ravi çayı sahilində, Hindistanla sərhədə yaxın yerləşir. Burada ölkənin kinostudiyası (Lollywood) yerləşir.
Mayor
Mayor (lat. maior — baş) — baş zabit heyətinin birinci hərbi rütbəsi. Bəzi ölkələrdə "komandante" (ispandilli ölkələrdə), "kommandant" (Fransa, İrlandiya) və s. adlandırılır. Səslənmə baxımından eyni olan və zabitliyə qədər ən ali dərəcə sayılan fransız rütbəsi ilə səhv salınmamalıdır (məsələn; fransız polisinin briqadir-mayoru). Rütbə XVII əsrdə polk serjant-mayoru — polk komandirinin köməkçisi rütbəsindən yaranmışdır. Mayor qarovula və polkun qidalanmasına görə məsuliyyət daşıyırdı. Polklar batalyonlara bölünəndə bir qayda olaraq batalyon komandiri mayor olurdu.
Paper
Paper (azərb. Kağız‎) — İslandiyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Mahnını ifa edən müğənni Svala eyni zamanda mahnının island dilində olan versiyasını da ("Ég veit það") təqdim etmişdir. Mahnı Svala, Svalanın həyat yoldaşı Einar Eqilsson və eyni zamanda Lester Mendes, Lili Elise tərəfindən bəstələnmişdir.
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Rabor
Rabor — İranın Kirman ostanının şəhərlərindən və Rabor şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,386 nəfər və 2,734 ailədən ibarət idi.
Sopor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Tabor
Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır. Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir. Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir. Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor. 3 motaatıcı bölük Minaatan batareya Artilleriya batareya Yükdaşıyan avtomobil taqımı Tankəleyhinə taqım Qumbaraatan taqım Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor. 3 tank bölüyü Rabitə taqımı Texniki-təminat taqımı Maddi-təminat taqımı Tibbi-yardım Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir. Tabor qərargahı Radio bölüyü Estafet bölüyü Təmir dəstəsi Baxım təmir taboru, briqada tabeçiliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir.
Tapir
Tapir (lat. Tapirus) — təkdırnaqlılar dəstəsindən otyeyən heyvan cinsi. Formasına görə donuzu xatırlatsa da, tutmağa qabil olan qısa xortuma malikdir. Kabuslarla bəslənir. Donuza bənzəsə də maral kimi buynuzu var.
Topor
Sopor (lat. sopor — keylik, süstlük, yuxu) (soporoz hal - lat. status soporosus) — şərti reflekslərin itməsi və reflektor fəaliyyətin saxlanılması ilə huşun qaralması və itməsi, qeyri adi və müəyyən "dərin yuxu". Xəstə ətraf mühitə qarşı tam laqeyd olub, tapşırıqları yerinə yetirmir, sualları cavablandırmır. Ağrı qıcıqlarına mimiki əzələlərlə cavab verir. Bəzən ağrının şiddətindən asılı olaraq digər hərəki reaksiyalarla da cavablandırıla bilinir. Bu hal topor da (ölüm yuxusu; ölümcül yuxu) adlandırılır.
Vader
Vader — 1983-cü ildə Olştında yaradılan Polşa metal musiqi qrupu. Adını "Ulduz müharibələri" filmindəki Darth Vaderdən almışdır. Qrupun üslubu daha çox sərt musiqi və vokaldan ibarətdir. 1989-cu ildə qrup özünün ikinci demo albomu "Necrolust" adlı albomu buraxaraq, 10.000 nüsxə buraxaraq metal üslubunda demo albom olaraq ən çox nüsxə satan Vader qrupu tarixə keçmişdir. Bu müvəffəqiyyət qrupa Earache Records albom şirkəti ilə müqavilə imzalayaraq, daha sonra qrup 1992-ci ildə ilk debüt "The Ultimate Incantation" adlı albomu buraxmışdır. 1995-ci ildə Impact Records albom şirkəti ilə müqavilə imzalayan qrup, həmin ildə De Profundis-i albomlarını buraxdılar, Future of the Past və Black to the Blind adlı albomları da buraxıldı. Daha sonra Vader qrupu əvvəlki demo albomlar olan Necrolust və Morbid Reich-in studio albomları buraxdı.1998-ci ildə Kingdom adlı EP albomlarını buraxaraq,həmən ildə Slayer qrupu ilə birgə Polşada konsertdə çıxış etmişdir. Bundan sonra qrup 2001-ci ildə albomlar və cover parçalar yazaraq Polşa, Ukrayna və Rusiya kimi ölkələr də albomları sürətlə satılmışdır.Avropa ölkələrin də konsertlər də çıxış edən Vader qrupu, Thrash'em All Festival-ında Krisun və Behemoth ilə yanaşı 10 polşalı death və black metal qrupları ilə konsert də çıxış etmişdir. 2011-ci ildə Welcome to the Morbid Reich adlı albomları son illərin ən yaxşı death metal albomlarından birinə imza atdı. Piotr "Peter" Wiwczarek: gitara, bas gitara, vokal (1983) Marek Pająk: gitara (2010) Tomasz "Hal" Halicki: bas gitara (2011) James Stewart: zərb alətləri (2011) Marcin "Ząbek" Gołębiewski – zərb alətləri (1999) Marcin "Martin" Rygiel – bas gitara (2008) Wacław "Vogg" Kiełtyka – gitara (2008–2009) Tomasz "Reyash" Rejek – bas gitara (2008–2011) Marco Martell – gitaraçı (2010) Jerzy "U." Głód – klavişli alətlər (2002) Krzysztof "Siegmar" Oloś – klavişli alətlər (2005, 2006, 2008, 2011) Zbigniew "Vika" Wróblewski – gitara (1983–1986) Robert Bielak – vokal (1984–1985) Piotr Tomaszewski (vəfat edib) – vokal (1985) Robert "Astaroth" Struczewski (vəfat edib) – bas gitara (1986) Grzegorz "Belial" Jackowski – zərb alətləri (1986–1987) Robert "Czarny" Czarneta – vokal (1986–1988) Jacek "Jackie" Kalisz – bas gitara (1988–1991, 1993) Krzysztof "Docent" Raczkowski (vəfat edib) – zərb alətləri (1988–2005) Piotr "Berial" Kuzioła – bas gitara (1991–1992) Jarosław "China" Łabieniec – gitara (1991–1997) Leszek "Shambo" Rakowski – bas gitara (1993–2001) Maurycy "Mauser" Stefanowicz – gitara (1997–2008) Konrad "Saimon" Karchut – bas gitara (2002–2003) Marcin "Novy" Nowak – bas gitara (2003–2008) Dariusz "Daray" Brzozowski – zərb alətləri (2004–2008) Paweł "Paul" Jaroszewicz – zərb alətləri (2008–2011) The Ultimate Incantation (1992) De Profundis (1995) Black to the Blind (1997) Litany (2000) Revelations (2002) The Beast (2004) Impressions in Blood (2006) Necropolis (2009) Welcome to the Morbid Reich (2011) Tibi et igni (2014) The Empire (2016) Solitude In Madness (2020) Live in Decay (1986) Necrolust (1989) Morbid Reich (1990) Sothis (1994) Kingdom (1998) Reign Forever World (2001) Blood (2003) Art Of War (2005) Lead Us !!!
Vampir
Vampir (q.türk İçkək) və ya Qaniçən — yarı insan, yarı heyvan mifik məxluqlar. Azərbaycan mifologiyasında "Xortdan" adlanır. İngilis dilində olan "vampir" sözü macar mənşəli olub XVIII əsrin əvvəllərindən, daha dəqiq desək, Avropa dövlətlərinin qitənin şərq ucqarlarını maraqlanmağa başlamasından sonra işlənməyə başlanmışdır. Modern Vampir termininin mənşəyi Slavyan və Türk xalqlarında rast gəlinən Ubır termininə əsaslanır. Ubır inancının ilk olaraq Volqa-İdil çayı və Pontus çöllərində meydana gəldiyi, qıpçaq-kuman köçləri ilə müxtəlif coğrafiyalara və slavyanlar arasında yayıldığı düşünülür. Modern "Vampir" sözü slavyan dilləri və türkcə "онпыр (onpyr)" şəklindən türər; "V" səsi köhnə bolqar nazal burun saitindən əvvəl əlavə olunur, bunu ənənəvi bolqar forması впир (vpir) sübut edir. (digər adlar: onpyr, vopir, vupir, upir, upierz.) Günəşin batması ilə yenidən doğması arasında olan zaman intervalı ərzində dirilərək məzarlardan çıxdığına, insanlara hücum edib onların qanlarını içdiyinə inanılan fövqəlvarlıqlar kimi təsəvvür edilən "vampir" sözünün hərfi mənası "qaniçən" deməkdir. Con Haynrix Zopfius özünün 1733-cü il tarixli "Serb vampirləri" adlı elmi işində yazmışdır: "Vampirlər gecələr öz məzarlarından çıxaraq yataqlarında sakit yatmış insanlara hücum edib bədənlərindəki qanlarını sorur və onları məhv edirlər. Vampirlər kişi, qadın və uşaqların yaşına və cinsinə baxmadan onlara zərər verirlər…". Skoffern isə özünün "Stray Leaves of Science and Folk lore" ("Elmin və folklorun baxımsız yarpaqları") adlı əsərində yazır: "Vampirlərə verə bildiyim ən gözəl anlayış onun yaşayan, şər ruhlu, qatil ölü bədən olmalarıdır.
Vaqon
Vaqon (fr. wagon, araba mənasını verən ing. waggon sözündən) ― dəmiryolu nəqliyyatı sistemində yük və ya sərnişin daşınması üçün istifadə olunan nəqliyyat vasitəsi. Vaqonlar bir-birinə bağlandıqda və bir və ya daha çox lokomotiv tərəfindən dartılanda qatar yaranır. Alternativ olaraq, bəzi sərnişin vaqonları öz-özünə hərəkət edir.
Vaçar
Vaçar — Qafqaz Albaniyasında şəhər tipli yaşayış məntəqəsi. Xarabalıqları Kəlbəcər rayonunun Bazarkənd kəndi yaxınlığında yerləşir. Yaşayış məntəqəsi ərazisində müxtəlif dövrlərə aid tarix-memarlıq abidələri dövrümüzə çatmışdır. Vaçarın xarabalıqları Gəncəsərdən şərqdə, Bazarkənd kəndinin girişində, eyni adlı çayın sahilində yerləşir. Xarabalıqlar arasında çoxlu sayda yaşayış, ustehsalat və ticarət tikililərinin qalıqları, həmçinin bir neçə kilsə binasını görmək mümkündür. Bütün bunlar ərazidə şəhər tipli yaşayış məntəqəsinin olmasını söyləməyə imkan verir. Yaşayış məntəqəsinin əsasının nə vaxt qoyulması dəqiq bilinməsə də, XII-XIII əsrlərdə, xüsusilə Həsən Cəlalın hakimiyyəti dövründə Vaçarın çiçəklənmə dövrünü yaşadığı ehtimal edilir. Onun inşaat fəaliyyəti ilə bağlı ilk kitabədə də məhz burada – Cəlalyanlar sülaləsinə məxsus Vaçar ərazisində aşkar edilmişdir. Vaçar ərazisindəki kilsədən aşkarlanmış kitabədə deyilir: Hakimiyyəti dövründə Həsən Cəlal tərəfindən Vaçarda dünyəvi xarakter daşıdığına görə fövqəladə əhəmiyyətə malik zərif təsviri xüsusiyyətə malik xaçdaşlar da ucaldılmışdır. Vaçar ərazisində çoxlu sayda məzar daşları və kilsə saxlanılmış böyük orta əsrlər qəbirsanlığı saxlanmışdır.
Vaşer
Vaşer (fr. Vachères, oks. Vachieras) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04227. 2008-ci ildə əhalinin sayı 305 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 178 nəfər arasında (15-64 yaş arasında) 128 nəfər iqtisadi fəal, 50 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.9%, 1999-cu ildə bu 69.7%). Fəal olan 128 nəfərdən 116 nəfəri (61 nəfər və 55 qadın), 12 nəfəri işsizdir (4 kişi və 8 qadın).
Balsamita major subsp. major
Balsamita major var. major
Plantago major var. major
Böyük bağayarpağı (lat. Plantago major) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. Hündürlüyü 6-50 sm olan çoxillik ot bitkisidir. Gövdəsi (adətən bir neçə) yarpaqsızdır, dar, uzun sümbüllə başa çatır. Enli, yumurtavari, bütöv, 5-7 damarlı, enli saplaq üzərində yerləşən çılpaq yarpaqları birbaşa kökyanı rozetdən çıxır. May-sentyabr aylarında çiçəkləyir, iyun-oktyabr aylarında meyvə verir. Böyük bağayarpağı boreal coğrafi tipinin palearktik sinfinin palearktik-meşə qrupuna aiddir. Avropada, Balkan və Kiçik Asiya ölkələrində, İran, Əfqanıstan, Hindistan, Himalay, Yaponiya, Çin, Monqolustan, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda böyük bağayarpağı bütün rayonlarda arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir Plantago borysthenica Wissjul. Plantago dregeana Decne.
Vinca major subsp. major
Böyük qıfotu (lat. Vinca major) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin qıfotu cinsinə aid bitki növü. Vətəni Çin və Yaponiyadır. Təbiətdə növün arealı Cənubi Avropanı, Asiyanı və Şimali Afrikanı əhatə edir. Hündürlüyü 0,5 m-ə çatan həmişəyaşıl yarımkolcuqdur. Gövdəsi çılpaq və ya çox seyrək tükcüklüdür. Hündürlüyü 30-45 sm-ə çatır. Yarpaqları yumurtavari, ovalşəkilli, üstü tünd-yaşıl, altı isə açıq-yaşıl rənglidir, uzunluğu 4-8 sm, eni 2-5 sm, çılpaq, kənarları tükcüklüdür. Çiçəklərinin diametri 30-50 mm, parlaq göydür, düz qalxan budaqların üzərində bitkiyə xüsusi yaraşıq verir. Kasacıq hissəsinin uzunluğu 8-9 mm, tükcüklü, çiçək saplaqlarının uzunluğu isə 3-5 sm-dir.
Erigeron major
Erigeron major (lat. Erigeron major) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Firuz Baxor
Firuz Baxor (tac. Фирӯз Баҳор; əsl adı – Firuz Hacıyeviç Əhmədov; 19 noyabr 1942, Düşənbə) — Tacikistan və SSRİ bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının (1971-ci ildən) və SSRİ Kinematoqrafçılar İttifaqının (1976-cı ildən) üzvüdür. Tacikistan Bəstəkarlar İttifaqının katibi (1976-cı ildən). Tacikistan SSR əməkdar mədəniyyət işçisi (1990). Tacikistan "Lenin komsomolu" mükafatı laureatı (1977). == Həyatı == Firuz Baxor 19 noyabr 1942-ci ildə Düşənbə şəhərində, opera müğənnisi ailəsində anadan olmuşdur. O, 1963–1966-cı illərdə Moskva Musiqi Pedaqoji İnstitutunda fortepiano ixtisası üzrə təhsil almışdır. 1976-cı ildən Tacikistan Bəstəkarlar İttifaqının katibidir. 1986-1996-cı illərdə SSRİ-də (Moskva, Kiyev, Novosibirsk, Düşənbə) və xaricdə (İngiltərə) bir sıra konsertlər vermiş, İtaliyada sovet bəstəkarlarının konsertlərində iştirak etmişdir.
Galanga major
Alpiniya qalanqa (lat. Alpinia galanga) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Esula major
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Fumaria major
Dərman şahtərəsi (lat. Fumaria officinalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin şahtərə cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dərman şahtərəsi 10-30 sm hündürlükdə, budaqlanan, qabırğacıqlı, içərisi boş gövdəli birillik ot bitkisidir. Bitki göyümtül-yaşıl rənglidir. Yarpaqlar gövdə üzərində növbəli düzülmüş və ikiqatlələkvari bölümlüdürlər. Çiçəkləri qırmizi rənglidir, qeyri-müntəzəmdirlər, xırda olub salxıma toplanmışdır. Kasa yarpaqları 4 ədəd, erkəkciklər 2 ədəd və 3 bölümlüdürlər. Meyvəsi uc hissədən bir qədər basıq olan fındıqcıqdır. Bitki aprel ayindan iyun aylarına qədər çiçəkləyir və iyul-avqust aylarinda meyvə verir. == Yayılması == Azərbaycan Kür-Araz ovaliqlarından başlamış alp qurşağına qədər bütün regionlarda yayılmışdır.
Lappa major
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Çapar
Çapar haqqında aşağıdakı məqalələr var: Çapar (Ağdərə) — Azərbaycan Respublikasının Ağdərə rayonunun inzibati ərazi vahidində kənd. Çapar (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Çapar (Zəncan) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. Çapar (peşə) — qədim dövrələrə aid Atlı poçtçular. Çapar (jurnal) — Azərbaycanda jurnal.
Şapar
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Gábor Kubatov
Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Atası azərbaycanlı (Naxçıvan ş., NMR), anası macardır. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir. Macarıstan çempionatının yüksək liqası sayılan I milli çempionatında (NB I) çıxış edən məşhur Ferentsvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır. == Karyerası == Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür. 2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.