Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vezuvi
Vezuvi vulkanı (it. Monte Vesuvio, lat. Mons Vesuvius) — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağ. Eramızın 79-cu ilində Ve­zu­vi vul­ka­nı­nın partlayışı Neapol­un cə­nu­bun­da­kı Pompey, Herkulanum və Stabiya şə­hə­rləri­nin yox ol­ma­sı­na səbəb olmuşdur. Vezuvi vulkanı eyni zamanda Spartakın başlatdığı üsyana ev sahibliyi edən ilk yerdir. Spartak, eramızdan əvvəl 73-cü ildə Capua şəhərindəki qladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə Vezuvi dağına sığındı. Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8–9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir.Vezuvi vulkanı püskürdükdə İtaliyanın bir şəhəri lavanın altında qalmışdır. Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər.
Vezuvi vulkanı

Vezuvian
Vezuvian (idokraz) Ca10(Mg, Fe)2 Al4 [SiO4]5 [Si2O7]2 (OH)4 — Tetraqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Berilliumlu (~9% BeO), manqanlı (4,5%-dək MnO), nadir torpaq elementli (serium qrupu TR ~ 16,7 %), titanlı (4,7 %-dək TiO2) vezuvianlar; viluit – tərkibində 3 %-dən çox B2O3 olan vezuvian. Rəng — zeytunu-yaşıl, sarımtıl-yaşıl, yaşıl, zümrüdü-yaşıl, sarı, çəhrayı, qırmızı, mavi, qara; Mineralın cizgisinin rəngi — ağ, yaşılımtıl, qonuru; Parıltı — şüşə, yağlı; Şəffaflıq — şəffaf, yarımşəffaf; Sıxlıq — 3,3–3,6; Sərtlik — 5–6,5; Kövrəkdir; Ayrılma — qeyri-mükəmməl, prizma {110} üzrə bir qədər yaxşı; Sınıqlar — tikanlı, qeyri-hamardan qabıqvariyədək; Morfologiya — kristallar: vertikal cizgili prizmatik, bəzən bipiramidal; İkiləşmə: qeyd olunmayıb; Mineral aqreqatları: dənəvər, radial-şüalı, paralel-çubuqvari. Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal-metasomatik dəyişikliyə uğramış trapplarda aşkar edilmişdir. Ultraəsası qələvi süxur massivlərinin metasomatitlərində təzahür edir. Qneyslərdə, xlorit şistlərində, bəzən fillit və roqoviklərdə iştirak edən vezuvian metamorfik proseslərin məhsuludur. Monte-Somma vulkanının tullantıları vezuvianla zəngindir. Səpintilərdə də toplanır.
Sen-Marten-Vezübi
Sen-Marten-Vezübi (fr. Saint-Martin-Vésubie) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
La-Bollen-Vezübi
La-Bollen-Vezübi (fr. La Bollène-Vésubie) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turret-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokbiyer kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 35,57 km², əhalisi — 561 nəfərdir (2006) artım tendensiyası ilə: 552 nəfər (2012), əhalinin sıxlığı 15,5 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 550 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 552 nəfər.
Vezul
Vezul (fr. Vesoul) — Fransanın şərqində yerləşən şəhər, Haute-Saône departamentinin və Franş-Konte regionun inzibati mərkəzi. Maşınqayırma, saat, tekstil və geyim sənayesi inkişaf etmişdir.
Andreas Vezali
Andreas Vezali bəzən Andrey Vezaliy (nid. Andries van Wesel, lat. Andreas Vesalius; 31 dekabr 1514 – 16 oktyabr 1564) — anatom-həkim, V Karlın və sonralar II Filippin şəxsi həkimi. Yatro kimyanın banisi əlkimyaçı-həkim, anatomiya elminin əsasını qoyan Paraselsin kiçik yaşlarında ikən müasiri, zəmanəsinin böyük humanist insanlarından biri olmuşdur. == Həyatı == Vezali Andris van Vezel Vitink adı ilə (yaş kağızına əsasən) 31 dekabr 1514 ci ildə Brüsseldə doğulmuşdur. Onun babası Reyn çayı sahilindəki Vezel şəhərində dünyaya gəlmişdir. Vezalinin atası tərəfindən olan ulu babası və babası saray təbibləri olmuşlar. Atası imperator Maksimilyanın sarayında əczaçılıq etmişdir. 1530 cu ildə Vezali Müqəddəs Roma imperiyası Lyoven universutetində dilçilik və humanitar elmlər üzrə dərs alır. 1531 ci ildə təhsilini tibb üzrə davam etdirir.
Vezul (rayon)
Vezul (fr. Vesoul) — Fransanın Franş-Konte regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Yuxarı Sona. Suprefektura — Vezul. Rayonun əhalisi 2006-cı ildə 173 495 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 111 nəf / km² . Rayon ərazisi — 1558 km².
Delüvi
Delüvi – yüksəkliklərin yamaclarında yağış və qar suları vasitəsilə narın aşınma materialının yuxarıdan gətirilib yüksəkliyin ətəklərində yığılmasıdır. . Delüvi meylli şleyf şəklində çökdürülür. Şleyfin yuxarı hissəsində çöküntülər çox vaxt kobud qırıntılardan, aşağı hissəsində isə tozvari və gilli materiallardan ibarət olur. Səthi yamac axınlarının zəiflədiyi yamacın dibində delüvial çöküntülər daha qalın olur. Delüvi üçün çöküntülərin çeşidlənməsi və lay-lay düzülməsi daha səciyyəvidir. Çeşidlənməmiş və laysız süxurlar da təsadüf olunur. Tərkibinə görə delüvi müxtəlifdir. Delüvial süxurlar dağətəyi vilayətlərdə, xüsusən də Böyük Qafqazın cənub yamacında yayılaraq müxtəlif torpaqlar üçün ana süxur rolunda çıxış edir.
Həzovi
Həzovi və ya Xozavi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 187 nəfərdir. == Toponimiyası == Yerli əhali tərəfindən Həzovi kimi tələffüz edilən bu oykonimi tədqiqatçılar talış dilindəki həzo (min) və vi (söyüd ağacı) komponentlərindən ibarət "söyüdlük", "çoxlu söyüd olan yer" mənalı soz kimi izah edirlər.
Vəravi
Vəravi — İranın Fars ostanının Möhr şəhristanının Vəravi bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıyaalınmasına əsasən, şəhərin əhalisi 4,056 nəfər və 847 ailədən ibarət idi.
Vəzəri
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Elüvi
Elüvi — əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir.
Qəmərülmülk Vəziri
Qəmərülmülk Vəziri (1905–1959) – İranın ilk qadın müğənnilərindən biri. Qəmərmülk 1905-ci ildə Qəzvin vilayətinin Takestan şəhərində anadan olmuşdu. Kiçik yaşlarında valideynlərini itirmişdi. Nənəsi Molla Xeyrənsə xanımın himayəsində böyümüşdü. Molla Xeyrənsə onu özü ilə aşura məclislərinə aparırdı. Burda o, ilk dəfə rövzəxanlıqla tanış olur. Evdə bu stildə oxumağa başlayır. Gözəl səsini duyan qonşular ona Tehrana getməyi tövsiyə edirlər. Qəmərülmülk Tehranda tez bir zamanda məşhurlaşır. Toylarda oxuyan Qəmərülmülkü ney ustası Mürtəza Neydavud kəşf edib cilalayır.
Rəzavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzəvi Xorasan

Tər vəzisi
Tər vəziləri — orqanizmdə tərləmə prossesini yerinə yetirən vəzilərdir. Tər vəziləri uzunsov borucuq şəklindədir. İnsanın dəri örtüyündə təxminən 2 milyona qədər tər vəzisi yerləşmişdir. Onlar orqanizmin daxili mühitinin sabit saxlanılmasında, su-duz mübadiləsinin tənzim olunmasında və ifrazat funksiyasının yerinə yetirilməsində bilavasitə iştirak edir. Dəri örtüyünün müxtəlif sahələrində tər vəzilərinin miqdarı eyni deyildir. İnsan normal şəraitdə sutkada 500 ml tər ifraz edir. Tər vəzilərinin fəaliyyətini vegetativ sinir sistemi tənzim edir, ali tənzim mərkəzləri isə uzunsov beyində və hipotalamusda yerləşir. Burada temperatur tənzimi mərkəzi də yerləşir. Tər vəziləri dırnaq və saç kimi dərinin əlavələri qəbul edilir. Bu vəzilər fiziki quruluşları, orqanizmdə yaşayış yerləri və funksiyalarına görə 3 müxtəlif alt qrupda bölünürlər.
Vəzili biyan
Vəzili sürvə
Vəzəri-bozalaq
Vəzəri (lat. Lepidium sativum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin bozalaq cinsinə aid bitki növü. Arabis chinensis Rottler ex Wight Cardamon sativum (L.) Fourr. Crucifera nasturtium E.H.L.Krause Lepia sativa (L.) Desv. Lepidium hortense Forssk. Lepidium sativum var. crispum DC. Lepidium sativum subsp. sativum sativum Lepidium sativum var. spinescens (DC.) Jafri Lepidium sativum subsp. spinescens (DC.) Thell.
Əlinağı Vəziri
Polkovnik Əlinağı Vəziri-(1887, Tehran, İran - 9 Sentyabr 1979) Tarzən, bəstəkar, musiqişünas və İran Musiqi Akademiyasının və həmçinin İran Milli Orkestrinin təsisçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Əlirza Vəziri
Əlirza xan Vəziri-(1891, Tehran, İran — ?) — İran hərbçisi. O, İran Kazak diviziyasının görkəmli zabiti qafqazlı Musa xan Vəzirov və görkəmli yazıçı, satirik və İran qadın hərəkatının öncü şəxslərindən olan Bibixanım Astrabadinin yeddi uşaqlarından biri idi.
Piy vəzisi
Osmanlı vəziri
== Quruluş == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Vəziri-əzəm
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul. == Osmanlıda == Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.
Vəzili adaçayı
Vəzili adaçayı (lat. Salvia glutinosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik, hündürlüyü 1-1,5 m, gövdəsi düz, sadə, uzun tüklənmişdir. Yarpaqları saplaqlı, yumurtavari və ya uzunsov yumurtavari, uzunluğu 15 sm, eni 9 sm-ə kimi, kənarları diş-dişli, az tüklü və ya çılpaq, damarlar boyu yapışqanlı tüklərlə örtülmüşdür. Çiçəkyanı yarpaqları çox xırda, yumurtavari-elliptik, qıraqları bütövdür. Çiçəkqrupu sadə, 3-6 çiçəkli çoxsaylı topalardan təşkil olunmuşdur, yapışqanlıdır. Kasacıq (çiçəkləyən vaxt) 10–13 mm, vəzili-uzuntüklü, yapışqanlıdır. Tacı 3-4 sm, tüklənmiş, qırmızımtıl naxışlı və ləkəli sarı rəngdədir. Fındıqçaları 3 mm uzunluqda, elliptik formalı, qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır.