Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gürcistan Vilayeti
Osmanlının Gürcüstan vilayəti — Osmanlı dövlətinin XVI əsrdə gürcülərdən ələ keçirdiyi torpaqlara erkən dövrdə etdiyi təhrirlərdə verdiyi addır. 1574 və 1595-ci illər tarixli iki təhrir dəftəri Gürcüstan vilayətinin müfəssəl dəftəri anlamında "Dəftər-i Müfəssəl-i Vilayət-i Gürcistan" adını daşımaqdadır. Daha sonralar Gürcüstan vilayəti yerinə Çıldır əyaləti adından istifadə edilmişdir. == Haqqında == Osmanlı dövlətinin gürcülərdən ələ keçirdiyi torpaqlar erkən orta əsrlərdə geniş mənası ilə Məshəti adını daşıyırdı. Bu torpaqların bu gün Türkiyə sərhədləri içində qalan qismi Tao-Klarceti olaraq adlandırılmaqdadır. tarixi Gürcüstanın cənub-qərb kəsimini formalaşdıran bu bölgə erkən orta əsrlərdə Gürcüstan krallığı sərhədləri daxilində qalırdı. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub edən Səlcuqlular Kveli qalası döyüşündə gürcü kralı II Georgini də ağır məğlubiyyətə uğradıb Məshəti bölgəsini ələ keçirdilər. 1121-ci ildə Didqori döyüşü ilə bölgədən Səlcuqlular geri çəkilincə Məshəti bölgəsi yenidən gürcülərin hakimiyyəti altına düşdü. Bu bölgəyə daha sonra birləşmiş gürcü krallığının dağılmağa başlamasından sonra müstəqil dövlətə çevrilən Samtshe-Saatabaqo (1268-1625) hakim oldu. Osmanlılar XVI əsrdə Samtshe-Saatabaqo torpaqlarını mərhələli formada ələ keçirdilər vu bu torpaqların təhriririni (qeydiyyata alınmasını) Gürcüstan vilayəti adı altında gərçəkləşdirdilər.Gürcüstan vilayəti adı altında 1574-cü ildə reallaşdırılan ilk təhrir Defter-i Mufassal-i Vilayet-i Gürcistan adını daşımaqdadır.
Vilayət
Vilayət (ərəb. إقليم‎ — vilayət , valilik — valinin təyin olunduğu əyalət) — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. == Sözün mənşəyi == Sözün mənşəyi latın dilindən «provincia» gəlir. Qədim Romada, bu, Apennin yarımadasının xaricində yerləşən və Roma qubernatorları tərəfindən idarə olunan Romaya tabe olan ərazilərin adı idi, yəni xarici ərazilər "Vilayət" sözü, ehtimal ki, latınca pro- ("adından") və vincere ("nəzarəti ələ keçirmək") sözlərindən qaynaqlanır. Beləliklə, vilayət, Roma hakimləri adından Roma hakimliyi tərəfindən idarə olunan bir ərazi idi. Roma İmperiyası da vilayətlərə bölünmüşdür. == Müasir dövlətlərdə və ölkələrdə == Latın «provincia» yaxın sözlər Argentina, Kanada, Belçika, İspaniya, İndoneziya və bəzi digər əyalətlərdə və ölkələrdə ərazi bölgüsünü göstərir. Bir çox əyalətdə və ölkədə əyalət nisbətən böyükdür, əyalət qanunverici orqanlarındakı təmsilçilərini ərazi bölgüsü ilə seçir (bir çox ingilisdilli əyalətlərdə və ölkələrdə bir rayon kimi). Digərlərində, dövlətin və ölkənin qanunverici orqanlarında nümayəndələri olan əhəmiyyətli bir muxtariyyətə və kifayət qədər geniş bir əraziyə sahib olan yerli bir vahiddir. Fransada, heç bir muxtariyyət olmadan ərazi vahididir, yəni mərkəzi bir orqan tərəfindən yaradıla və ya ləğv edilə bilər.
Antarktik vilayət
Antarktik vilayət — biocoğrafi vilayətlərdən biri, burada həmişə şaxta olur. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Arid vilayət
Arid vilayət (aridus quru) — buxarlanmanın düşən çöküntülərin miqdarından mühüm dərəcədə üstümlük təşkil etdiyi quru (arid) iqlimli ərazi. A.v.çayların mənbələri bu ərazidən kənarda yerləşir və ancaq ən böyük çaylar okeana və dənizə çatır. Aridlik dərəcəsinə görə aşağıdakı növlərə ayrılır.
Aryana (vilayət)
Aryana (ərəb. ولاية أريانة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Aryana vilayətinin ərazisi 482 Km2-dır. Aryana vilayəti Aralıq dənizinin sahilində yerləşir. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Aryana vilayətinin əhalisi 576 088 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Beca (vilayət)
Beca vilayəti (ərəb. باجة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Beca vilayətinin ərazisi 3 740 km2-dır. Beca vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Bizerta (vilayət)
Bizerta vilayəti (ərəb. بنزرت‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Bizerta vilayətinin ərazisi 3 750 km2-dır. Bizerta vilayəti Aralıq dənizinin sahilində yerləşir.
Cenduba (vilayət)
Cenduba vilayəti (ərəb. جندوبة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Cenduba vilayətinin ərazisi 3 100 km2-dır. Cenduba vilayəti Aralıq dənizinin sahilində yerləşir və Əlcəzair ilə həmsərhəddir.
Floristik vilayət
Floristik vilayət — bir-birindən müxtəlif cinslərin və fəsilələrin olması ilə fərqlənən əyalətlərə bölünən ən böyük coğrafi-floristik sahə. Zaman keçdikcə floristik vilayət ümumi şəkli və burada məskunlaşan bitkilərin sistematik tərkibi dəyişir. Müxtəlif geoloji dövrlər üçün paleofloristik vilayət adlanan floristik sahələrin ayrılmasının stratiqrafiya üçün mühüm əhəmiyyəti vardır. Çünkü eyni geoloji zaman intervalı, hətta qonşu vilayətlərdə də müxtəlif bitki kompleksləri ilə səciyyələnə bilər. Məsələn, perm dövründə Qondvana paleofloristik vilayətinin florası Avropa-Amerika paleofloristik vilayətinin florasından kəskin fərqlənirdi. Bu isə hər bir floristik vilayət üçün bitki komplekslərinin zaman ərzində yalnız ona xas olan dəyişmə ardıcıllığını aydınlaşdırmağa imkan verir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Hirkan (vilayət)
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Kasserin (vilayət)
Kasserin vilayəti (ərəb. القصرين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kasserin vilayətinin ərazisi 8 260 km2-dır. Kasserin vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kayruan (vilayət)
Kayruan vilayəti (ərəb. القيروان‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kayruan vilayətinin ərazisi 6 712 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Kayruan vilayətinin əhalisi 570 560 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Kebili (vilayət)
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Latina (vilayət)
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Mahdiya (vilayət)
Mahdiya vilayəti (ərəb. المهدية‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Mahdiya vilayətinin ərazisi 2 878 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Mahdiya vilayətinin əhalisi 410 812 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Manuba (vilayət)
Manuba vilayəti (ərəb. منوبة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Manuba vilayətinin ərazisi 1 138 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Manuba vilayətinin əhalisi 380 518 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Medenin (vilayət)
Medenin vilayəti (ərəb. مدنين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Medenin vilayətinin ərazisi 9 168 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Medenin vilayətinin əhalisi 480 520 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Monastir (vilayət)
Monastir vilayəti (ərəb. المنستير‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Monastir vilayətinin ərazisi 1 024 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Monastir vilayətinin əhalisi 548 828 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Muxtar vilayət
Muxtar vilayət — SSRİ-də və bəzi digər əyalətlərdə dövlət muxtariyyətinin bir forması (məsələn, Qərbi Bosniya Muxtar Vilayəti, Kri Muxtar Vilayəti). Postsovet ölkələrindən muxtar vilayətlər hazırda Rusiyada (Yəhudi Muxtar Vilayəti) və Tacikistanda (Dağ-Badaxşan Muxtar Vilayət) mövcuddur. Muxtar vilayətlərə bəzən İspaniyanın muxtar regionları da deyilir. == Tarixi == Muxtar vilayətlər RSFSR (və daha sonra - SSRİ) ərazisində Oktyabr inqilabından sonra əksəriyyəti rus olmayan əhalisi olan ərazilərdən (ittifaq respublikalarında - əsasən titul olmayan əhali ilə) meydana çıxmağa başladı. Əvvəlcə muxtar vilayətlər, bölgələr, respublikalar (ASSR) ilə birlikdə müstəqil subyektlər idilər, daha sonra əyalətlərlə birlikdə ərazilərə birləşdirilməyə başladılar. Sonradan, muxtar vilayətlərin çoxu respublikalara çevrildi və 1936-cı ilin dekabrında yenidən müstəqil subyektlər oldular.
Nabul (vilayət)
Nabul vilayəti (ərəb. نابل‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Nabul vilayətinin ərazisi 2 840 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Nabul vilayətinin əhalisi 787 920 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ostrobotniya (vilayət)
Ostrobotniya (fin Pohjanmaa; isv. Österbotten) - Finlandiyanın vilayətidir. Bu vilayət Ostrobotniya, Cənubi Ostrobotniya və Satakunta vilayətləri ilə sərhəddir. Mərkəzi Vaasa şəhəridir. Ostrobotniyanın sahil ərazilərindəki buzlaq hərəkətləri əraziyə çox miqdarda süxur gətirmişdir. == Əhali == Ostrobotniya Finlandiyada isveçdilli əhalinin çoxluq təşkil etdiyi iki vilayətdən biridir (digər konstitutsional olaraq monolinqual olan Aland vilayətidir); Əhalinin 51.2%-i isveç dilində danışır. Vilayətdəki 13 kommuna bilinqual, 2 kommuna isə findilli monolinqualdır. == Rayonlar == Vilayət 4 rayon və 15 kommunadan ibarətdir. Qalın şriftlə göstərilən 6 kommunanın şəhər statusu var.
Pistoya (vilayət)
Pistoya (it. Provincia di Pistoia) — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir . == Coğrafiya == Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur. Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur. == Pistoya viləyətinin şəhər və kommunaları == Vilayət 22 kommunaya bölünür.
Qabes (vilayət)
Qabes vilayəti (ərəb. قابس‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Qabes vilayətinin ərazisi 7 166 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Qabes vilayətinin əhalisi 374 300 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Qafsa (vilayət)
Qafsa vilayəti (ərəb. قفصة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Qafsa vilayətinin ərazisi 7 808 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Qafsa vilayətinin əhalisi 338 332 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Qostanay vilayət
Qostanay vilayəti (qaz. Қостанай облысы) — Şimalı Qazaxıstan regionda vilayət. Qazaxıstanın Aqtöbe, Karağandı, Aqmola və Şimalı Qazaxıstan vilayətləri, Rusiyanın isə Orenburq, Çelyabinsk və Kurqan vilayətləri ilə həmsərhəddir.
Filaret
Ukrayna Patriarxı Filaret (d. 23 yanvar 1929) — Ukrayn Pravoslav Kilsəsinin patriarxıdır (1995-ci ildən).