BƏYLƏR
BƏYLƏRBƏYİ
OBASTAN VİKİ
Astrabad bəylərbəyliyi
Astrabad bəylərbəyliyi— Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Bəylərbəyiliyinin mərkəzi Astrabad şəhəri idi. Əyaləti əsasən Qacar elinin nümayəndələri idarə edirdilər. Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular. Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bistam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular.Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlı türklərinə qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı. Özbək xanları özlərinin basqınları zamanı bir neçə dəfə Astrabad ərazisinə qədər gəlib çıxmış, dəfələrlə Xorasanın paytaxtı, Səfəvilər dövlətinin ən böyük şəhərlərindən biri olan Heratı almışdılar. Burada özbəklərin müvəffəqiyyətləri xeyli dərəcədə onunla bağlı idi ki, yerli tacik əhalinin istər feodal əyanları, istərsə də kəndliləri amansız zülm və zorakılığa yol vermiş qızılbaş hakim dairələrinə düşməncəsinə münasibət bəsləyirdilər.
Azərbaycan bəylərbəyliyi
Azərbaycan bəylərbəyiliyi – Səfəvilər dövlətinin inzibati ərazisi olan Təbriz bəylərbəyliyinin yerində yaranan aid yeni inzibati ərazi. == Tarixi == Səfəvilər dövründə Azərbaycan vilayəti inzibati-ərazi bölgüsü baxımından bəylərbəyliklərə ayrılmışdı. Azərbaycan (mərkəzi Təbriz, Ərdəbil) bəylərbəyliyi; Şirvan bəylərbəyliyi; Qarabağ (mərkəzi Gəncə) bəylərbəyliyi; Çuxur Səəd (mərkəzi İrəvan) bəylərbəyliyi. XVI əsrdə Səfəvilər dövlətinin tərkibində olan Naxçıvan tüməni inzibati cəhətdən mərkəzi Təbriz şəhəri olan Azərbaycan bəylərbəyliyinə, XVI əsrin ikinci yarısında isə mərkəzi İrəvan şəhəri olan Çuxursəəd bəylərbəyliyinə daxil olmuşdur. == Osmanlı dönəmi == 1587-ci ildə Şah Məhəmməd Xudabəndə (1578–1587-ci illər) öldü və oğlu Abbas (1587–1629-cu illər) taxta çıxdı. I Şah Abbas 1590-cı ildə Osmanlıyla İstanbul sülh müqaviləsini imzaladı. Müqaviləyə görə Kartli, Kaxetya, Mesxetya, Şirvan, Qarabağ, Çuxursəəd bəylərbəylikləri və Təbriz bəylərbəyliyinin qərbi Osmanlıya verildi. İstanbul sülh müqaviləsindən dərhal sonra Azərbaycan torpaqlarında 1593-cü ildə Ərdəbil mərkəz olmaqla Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Lənkəran vilayətləri, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazidə Azərbaycan bəylərbəyliyi yaratdı və Zülfüqar xan Qaramanlı hakim təyin olundu. 1598-ci ildə Şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürtdü. 1603–1639-cu illərdə Səfəvi-Osmanlı arasındakı müharibənin 3-cü mərhələsi olmuşdur.
Bican bəy (bəylərbəyi)
Bican bəy (Bezhan, Bizhan) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Şah Süleyman Səfəvi (1666–1694) dövründə Təbriz bəylərbəyliyinin qubernatoru vəzifəsini daşımışdır. Bican Saakadze nəslinin bir fərdi olan keçmiş sepahsalar ( baş komandan) Rüstəm xan Sipəhsaların (1588 - 1 mart 1643) oğlu və sonrakı sepahsalar və divanbəyinin (kansler, baş ədliyyə) Rüstəm xanın əmisi idi. Bican bəy babasının adını daşıyırdı. Qardaşı Səfiqulu xan (vəfatı 1679-cu il) Səfəvi sıralarında da nüfuzlu vəzifələr tuturdu. İtalyan səyyahı Qemelli Karerinin sözlərinə görə Bicanın ailəsi həmişə şahın sevimlilərindən biri olmasına baxmayaraq, Bicanın özü baş vəzir Şeyxəli xan Zəngənəin (1669-1689) hakimiyyəti dövründə "rüsvayçılığa" məruz qalmışdı. Şeyxəli xan onu "dəli" və "sərxoş" olduğunu iddia edərək Şah Süleymanı "şübhəli" etdi. Kareri əlavə edir ki, yalnız güclü qardaşı oğlu Rüstəm xanın vasitəçiliyi ilə şah nəhayət ağlı başında olduğuna əmin ola bildi. == İstinadlar == == Mənbələr == Maeda, Hirotake. "On the Ethno-Social Background of Four Gholām Families from Georgia in Safavid Iran".
Bəylərbəyi
Bəylərbəyi — Səfəvilər dövründə əyaləti idarə edən qubernator. == Etimologiya == Fars dilinə keçmiş azərbaycanizmdir. == Tarixi == V. Minorski güman edir ki, bəylərbəyilik I Şah Abbas Səfəvinin hakimiyyəti dövründə meydana gəlmişdir. Onun fikrincə, həmin vaxta qədər Səfəvilər dövlətini hakimlər idarə etmişlər, halbuki bu termin və institut qabaqkı dövrlərdən mövcud idi. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü. Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər.
Bəylərbəyi Sarayı
Bəylərbəyi sarayı — İstanbulun Üsküdar rayonunda 1861–1865-ci illərdə inşa olunan Osmanlı sarayı. Üsküdar rayonunun Bəylərbəyi səmtində yerləşən saray dövrün Osmanlı padşahı Sultan Əbdüləzizin sifarişi ilə, erməni əsilli baş memar Sarkis Balyan tərəfindən inşa olunmuşdur. Yay sarayı və əcnəbi dövlət adamlarının qonaq edilməsi məqsədilə hazırlanan sarayın inşaat prosesi 6 avqust 1863-cü ildə başlamış, açılış mərasimi isə 21 aprel 1865-ci ildə cümə salamlığının ardından Sultan Əbdüləzizin iştirakı ilə baş tutmuşdur. O illərdə sarayın inşaat xərcləri təqribən 500 min Osmanlı lirəsi olaraq hesablanmışdır. == Ərazisi == Sarayın yerləşdiyi ərazinin tarixi Bizans dövrünə qədər gedib çıxır. Belə ki, Bizans imperatoru II Konstansi burada böyük bir xaç heykəli inşa etdirmiş, bu səbəblə bölgə Bizans dövründə stavroz (yunanca xaç deməkdir) bağçaları olaraq adlanmışdır. XVII əsr erməni səyyahı və tarixçisi Eremya Çələbiyə görə, vaxtilə bu ərazidə Bizans dövründən qalma bir kilsə və pravoslav ziyarətgahı var idi və bu məkanlar XVII əsrin əvvəllərinə qədər ayaqda qalmışdı. Osmanlı dövründə isə ərazi padşahların xas bağçalarından biri olaraq istifadə edilmiş, II Səlim dövrünün bəylərbəylərindən Mehmed Paşanın burada köşk inşa etməsinin ardından ərazi Bəylərbəyi olaraq anılmağa başlanmışdır. Ərazidə Osmanlı dövrünə aid ilk tikili yenə II Səlimin qızlarından Gövhərxan Sultanın sarayı idi. Saray uzun müddət ayaqda qalmış, hətta Osmanlı padşahlarından IV Murad məhz bu sarayda dünyaya gəlmişdir.
Bəylərbəyi hadisəsi
Bəylərbəyi hadisəsi (Türkcə: Beylerbeyi Vak‘ası) — 2 aprel 1589-cu ildə maliyyə vəziyyətinin pis olması səbəbilə başlayan yeniçəri üsyanı. Osmanlı tarixində yeniçərilərin kəllə istədikləri ilk üsyandır. == Üsyanın gedişi == Səfəvilərlə gedən müharibələr səngimiş və sülh danışıqları başlamışdı. İllərdir davam edən müharibə səbəbilə dövlət xəzinəsi boşalmış, bu səbəblə əsgərlərin maaşı gecikmişdi. Əsgərlərə ülufə divanında aşağı əyarlı sikkələrin verilməsi isə vəziyyətin nə dərəcədə çıxılmaz olduğunu göstərir. Ancaq saraydan əhaliyə sızan bu xəbər yeniçəriləri qəzəbləndirdi. Bütün dövlət xadimləri divan məclisində ikən, yeniçərilər saraya doluşdu. Aşağı əyarlı sikkələrin həqiqi qızılla dəyişdirilməsini və bu işin baş təqsirkarı olaraq gördükləri Rumeli bəylərbəyi Mehmed Paşanın və baş dəftərdar Mahmud Əfəndinin kəllələrini istədilər. Tələb olunan dövlət adamlarını təslim aldıqdan sonra onları divanxana qapısında qətlə yetirən yeniçərilər sakitləşdi və dağıldılar.
Diyarbəkir bəylərbəyliyi
Diyarbəkir bəylərbəyliyi — bugünkü Türkiyə ərazisində yerləşən Səfəvilər İmperiyasının qısa ömürlü bir əyaləti. Diyarbəkr (Diyarbəkir) əyalətin paytaxtı və Səfəvi bəylərbəyilərinin olduğu yer idi. Aşağıdakı inzibati ərazi vahidlərinə sahib idi; Orfah (Urfa), Cəzirə (Cizre), Xarput (Elazığ), Mardin, Sert (Siirt) və Hesn Keyfe (Hasankeyf). == Bəylərbəyilər == II Əmir xan Mosullu Xanməhəmməd bəy Ustaclı Qara xan Ustaclı == Mənbələr == Faroqhi, Suraiya. Frisch, Shelley (redaktor). The Ottoman Empire: A Short History. Markus Wiener Publishers. 2009. səh. 91.
Fars bəylərbəyliyi
Fars bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == XVI əsrin əvvəlindən I Şah İsmayıl Səfəvi Fars ostanının ağqoyunluların əllərindən alıb orda Zülqədər elini yerləşdirdi. Bəylərbəyiliyinin paytaxtı Şiraz şəhəri idi. Şah İsmayıl hicri 909-cu ildə (1503 = Sıçğan ili) Farsı fəth etdikdə, bu geniş bölgənin valiliyini İlyas bəy Hacılar-Zülqədərə vermişdi. Fəqət ertəsi il bir səhvi üzündən onu öldürtdüyü kimi, yerinə təyin etdiyi Süleyman bəyi də eyni aqibətə uğratdı. Bunun üzərinə Şiraz valiliyinə Avşar Mənsur bəy gətirildi. Mənsur bəy, Ağqoyunlu Uzun Həsən bəyin hələ Diyarbəkirdə ikən yaxın əmirlərindən biri olub İranın fəthi üzərinə ona Kuhgiluyə valiliyi verilmişdi. Şah İsmayılın Farsı ələ keçirdiyini görən Mənsur bəy başına Qızılbaş tacını geyərək dirliyini mühafizə edə bildi. Ancaq Mənsur bəyin Şiraz valiliyi çox az sürmüş və bura yenə Zülqədər elindən Əmət bəyə (Sarı Şeyxlü obasından) verilmiş və Əmət bəy bu təyinatdan sonra Xəlil sultan ləqəbi ilə anılmışdır. Ancaq Çaldıran savaşında boşluq göstərdiyi ittihamı ilə Xəlil Sultan da öldürülərək yerinə Zülqədərin Çiçəkli obasından Qorucu Başı İzzəddin təyin edildi.
Gəncə bəylərbəyliyi
Qarabağ bəylərbəyliyi və ya Gəncə bəylərbəyliyi — Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. == Tarixi == Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Bəylərbəylik doqquz mahal və iki ölkəyə bölünürdü. == Qarabağ bəylərbəyliyin mahalları == Zəyəm mahalı — Hazırkı Şəmkir rayonunun Zəyəm (Şəmkir) ərazisində yerləşib. Bərgüşad mahalı — Hazırkı Qubadlı rayonunun ərazisində yerləşib. Pəmbək mahalı Loru mahalı — Hazırkı Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonunun ərazisində yerləşib. Qaraağac mahalı — Hazırkı Ağdam və Ağcabədi ərazisində yerləşib. Axıstabad mahalı — Hazırkı Ağstafa rayonu ərazisində yerləşib.Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı.
Herat bəylərbəyliyi
Herat bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == I Şah İsmayıl Səfəvinin hakimiyyəti dövründə Herat üzərində Şeybanilər sülaləsilə münasibətlər pisləşdi və buda nəticədə 1510- cu ildə döyüşlə nəticələndi və Herat fəth edildi.Xarici siyasətdə digər məsələ Osmanlı türkləri ilə münasibətlərin kəskinləşməsində özünü büruzə verdi.Belə ki, bu iki türk səltənətlərinin qarşı-qaşıya durmasını tədqiqatçılar müxtəlif cür izah edirlər lakin son tədqiqatlar göstərir ki bu heç də xarici tarixçilərin iddia etdikləri şiə-sünni qarşıdurması deyil, bunun əsas səbəbi bu regionda iqtisad-siyasi maraqların toqquşmasıdır. 1510-cu il dekabrın 1-də Mahmudi kəndi (Mərv yaxınlığı)ərazisində özbəklərlə döyüş oldu və Şah İsmayıl qələbə çalaraq, hətta Şeybani xanı döyüşdə öldürür. Beləliklə Şah İsmayıl Xorasan, Mərv, Bəlx və Herat şəhərlərini ələ keçirir. Amu-Dəryadan tutmuş Fərata qədər ərazilər səfəvilərin hakimiyyəti altına keçdi. Herat Səfəvilər dövlətinin ikinci mühüm mərkəzinə çevrilir. Şah İsmayıl ın böyük оğlu Təhmasib mirzə Herat mərkəz оlmaqla Оrta Asiyaya vali təyin edilir. Şah İsmayıl 1510-cu ilin qışını yaza qədər Heratda keçirir. Bu vaxt о, elm və mədəniyyət xadimləri ilə maraqlanır, оnları ətrafına tоplayıb məclislər düzəltdirir, оnların bir qisminə Xоrasan, Bəlx, Mərv, Herat şəhərlərində yüksək vəzifələr verir, bir qismini isə Təbrizə göndərtdirir. 1510-cu ildən sonra Xorasan bəylərbəyliyi yarandı.
Həmədan bəylərbəyliyi
Həmədan bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == 1503-cü ildə I Şah İsmayıl on iki minlk qoşunla Təbrizdən çıxaraq Qızıl üzən çayını keçdi və Həmədan yaxınlığında Almaqulağı adlı yerə çatdı. Sultan Murad bəy Bayandur yetmiş min nəfər qoşun toplamışdı. 1503-cü il iyunun 21-i Almaqulağı döyüşü baş verdi. Ağqoyunlular sayca çox olsalar da, məğlub oldular. Murad bəy Şiraza qaçdı. I Şah İsmayıl onu təqib edərək İranın içərilərinə doğru irəlilədi, Şirazı müqavimətsiz ələ keçirdi. Beləliklə, Ağqoyunlu dövlətinin ikinci qoluna son qoyuldu. Həmədan Səfəvilərə tebe oldu. Qaraca sultan Təkəlinin bu əyalətdə tiyul torpağı vardı.
Kirman bəylərbəyliyi
Kirman bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == 1524-cü ildə mərhum Qara xanın oğlu Abdulla xan Ustaclı Kirman hakimi Əhməd Sufi oğlu Ustaclı ilə birlikdə rumlu və təkəli tayfalarına qarşı çıxdı və Xərzavil adlı yerdə onların arasınad döyüş baş verdi. 1578-ci ildə Əliqulu xan Şamlı Herat hakimi və Xorasan əmir əl-ümərası təyin olunmuşdu. Murtuzaqulu xan Pornaka Məşhədin idarə olunması etibar edildi. Qarabağın əmir əl-ümərası və Gəncə vilayətinin hakimi Yusif Xəlifə Ziyad oğlu, qacar tayfasından olan Peykər sultan tərəfindən öldürülmüşdü. Bu vəzifəyə İmamqulu xan Qacar təyin edildi. Kirman hakimi Allahqulu bəy Avşar, şahın xüsusi hərbi dəstəsinin başçısı (qorçubaşı) vəzifəsinə irəli çəkildi. Mahmud sultan Avşar isə Kirman hakimi təyin edildi. Şiraz vilayətinə hakim təyin edilən Vəli xan Qalxançıoğlu Zülqədər az sonra II İsmayılın təzəcə dünyaya gəlmiş oğlu Şahşücanın tərbiyəçisi oldu. “Şərəfnamə”nin müəllifi Şərəf xan Bidlisi Kürdüstanın “əmirlər əmiri” vəzifəsinə keçdi”.
Kirmanşah bəylərbəyliyi
Kirmanşah bəylərbəyliyi— Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Bəylərbəyiliyinin mərkəzi Kirmanşah şəhəri idi. Əyalətdə əsasən şiə kürdlər yaşayırdılar. Kirmanşahın böyük ellərindən biri Zəngənə idi. == İnzibati bölgüsü == == Mahalları == == Nahiyələri == == Hakimləri == Şeyxəli xan Zəngənə -1653-cü ildən əyalətin bəylərbəyi. Şahqulu xan Zəngənə -1680-ci ildən 1691-ci ilə qədər əyalətin bəylərbəyi.
Kuhgiluyə bəylərbəyliyi
Kuhgiluyə bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == Kuhgiluyə əyalətini Avşarlar idarə edirdilər. B. Nikitine Kuhgiluyə qrupu haqqında yazır: «Kuhgiliyə qrupunda olan Ağaçəri, Bavi və Jaki olaraq adlandırılan üç büyük boyu özəlliklə ayırır. Bunlardan ilkinin yapay olaraq oluştuğu düşünülür. Kuhgili qrupunu meydana gətirən doqquz qəbilənin dördü Türkdür və Afşar, Begdeli, Çagatay ve Karabağlı olarak adlandırılırlar». Faruq Sümer Kuhgiluyə qrupunu təşkil edən avşar oymaqları haqqında yazır: «Kuhgiluyə avşarının mühüm bir qisminin gündüzlü və araşlı oymaqları təşkil edirdi. Ehtimal ki, araşlı bir yer adıdır. Hazırda Şuştər yörəsində yaşayan gündüzlülər Kuhgiluyədəki gündüzlü avşarların törəmələridir. Kuhgiluyədəki gündüzlü avşarların bir bölüyü sonralar Xorasanda Abivərd dolaylarına, digər bir bölüyü isə bir qrup avşarla bərabər Urmiyə bölgəsinə göndərilmişdir». Faruq Sümer Kuhgiluyə avşarlarının başçıları ilə bağlı özəl bir araşdırma aparıb.
Qarabağ bəylərbəyliyi
Qarabağ bəylərbəyliyi və ya Gəncə bəylərbəyliyi — Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə (əyalətlərə) bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. == Tarixi == Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Bəylərbəylik doqquz mahal və iki ölkəyə bölünürdü. == Qarabağ bəylərbəyliyin mahalları == Zəyəm mahalı — Hazırkı Şəmkir rayonunun Zəyəm (Şəmkir) ərazisində yerləşib. Bərgüşad mahalı — Hazırkı Qubadlı rayonunun ərazisində yerləşib. Pəmbək mahalı Loru mahalı — Hazırkı Barana rayonu, Allahverdi rayonu, Cəlaloğlu rayonu və Vorontsovka rayonunun ərazisində yerləşib. Qaraağac mahalı — Hazırkı Ağdam və Ağcabədi ərazisində yerləşib. Axıstabad mahalı — Hazırkı Ağstafa rayonu ərazisində yerləşib.Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı.
Sürəyyə Bəylərbəyova
Sürəyya Bəylərbəyova (tam adı:Sürəyya Səfərəli qızı Bəylərbəyova; d.3 fevral 1897, Bakı — ö.14 mart 1977, Bakı) — tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == S.Bəylərbəyova 1897-ci ildə fevralın 3-də müəllim ailəsində anadan olmuşdur. 5 yaşında ata-anasını itirdiyindən yazıçı S.S.Axundovun köməyi sayəsində dövlət hesabına pansionatda saxlanır. Orada olduğu müddətdə müqəddəs Anna adına Bakı qadın gimnaziyasını qızıl medalla bitirir, 1913–19-cu illərdə Bakıda III şəhər qadın rus-tatar məktəbində müəllimlik edir. 1929-cu ildə Əli Bayramov adına qadınlar klubuna üzv olmuş, burada ictimai əsasla işləmiş, həm də stenoqrafçı kursunda oxumuşdur. 1977-ci ildə martın 14-də vəfat etmişdir. == Fəaliyyəti == 1931–33-cü illərdə Bakı kino idarəsində işlər müdiri işləyərkən onu bədii tərcümə problemi cəlb edir. İlk tərcümələri A.Bartonun əsərləri olur. 1938-ci ildən Azərbaycan Dövlət Nəşriyyatında işlədiyi vaxtdan tərcüməçiliklə məşğul olmağa başlayır. Müasir Azərbaycan ədəbiyyatının fonduna daxil olan bədii əsərlərin əksəriyyətini, klassik poeziyadan və zəngin şifahi xalq ədəbiyyatından nümunələri yüksək səviyyədə hərfi tərcümə etmiş, beləliklə, bədii tərcümə ustalarına kömək etmişdir.
Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi
Səfəvi Kürdüstanı və ya Səfəvi imperiyasının Kürdüstan bəylərbəyliyi — Səfəvi imperiyasında mövcud olmuş bəylərbəyliklərindən və ya inzibati vahidlərindən biri. Ərazisi tarixi dövrlər ərzində siyasi və hərbi yeniliklərə görə dəyişmişdir. == Tarixi == 1501-ci ildə yaranan Səfəvi imperiyası sürətlə ətraf ərazilərə yayılmaqda idi. Bu yayılma nəticəsində 1508-ci ildə o dövrki Kürdüstan ərazisinin yerli hakimi Səfəvi hökmdarı I İsmayılın ali hakimiyyətini qəbul etdi.Kürdüstan Səfəvi imperiyasına daxil olan 5 inzibati vahiddən biri idi və vali tərəfindən idarə edilirdi. Bu vali demək olar ki, müstəqil hakim idi. Vali çox zaman yerli hakim ailələrdən birinə aid olmaqla birlikdə, muxtariyyət üçün gəlinmiş kompromisə əsasən şah tərəfindən seçilirdi. Buna baxmayaraq, onlar irsi şəkildə hökmranlıq edirdilər. Nadir hallarda bölgə valiləri vilayətə dəxli olmayan yerlərdən olan şəxslərdən təyin edilirdi. Belə hallar çox zaman problemə səbəb olurdu. Məsələn, 1680-ci illərdə vilayətə Şah Süleyman tərəfindən yerli şəxslərdən olmayan məmurun vali təyin edilməsi qarşıdurmaya səbəb olmuş və sonda həmin vali vilayətdən qovulmuşdu.
Səfəvilərin Təbriz bəylərbəyilərinin siyahısı
Təbriz bəylərbəyilərinin siyahısı ― Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Təbriz bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. "Təbriz bəylərbəyliyi" adlanan inzibati vahid XVI əsrin əvvəllərində formalaşdırılmışdır. Geosiyasi cəhətdən olduqca strateji əhəmiyyətə malik region qərbdən Osmanlı impersiyası, şimaldan Çuxursəəd, Qarabağ və Şirvan bəylərbəylikləri ilə, cənubdan və şərqdən isə bir sıra İran əyalətləri ilə həmsərhəd idi. Bununla yanaşı, iqtisadi həyatın canlı, ictimai proseslərin də olduqca dinamik olduğu Təbriz bəylərbəyliyi Səfəvi dövlətinin mərkəzi idarəetmə strukturunun daim diqqət mərkəzində olmuşdur. Yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur.
Təbriz bəylərbəyilərinin siyahısı (Səfəvilər dövrü)
Təbriz bəylərbəyilərinin siyahısı ― Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Təbriz bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. "Təbriz bəylərbəyliyi" adlanan inzibati vahid XVI əsrin əvvəllərində formalaşdırılmışdır. Geosiyasi cəhətdən olduqca strateji əhəmiyyətə malik region qərbdən Osmanlı impersiyası, şimaldan Çuxursəəd, Qarabağ və Şirvan bəylərbəylikləri ilə, cənubdan və şərqdən isə bir sıra İran əyalətləri ilə həmsərhəd idi. Bununla yanaşı, iqtisadi həyatın canlı, ictimai proseslərin də olduqca dinamik olduğu Təbriz bəylərbəyliyi Səfəvi dövlətinin mərkəzi idarəetmə strukturunun daim diqqət mərkəzində olmuşdur. Yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur.
Təbriz bəylərbəyliyi
Təbriz bəylərbəyliyi və ya Azərbaycan bəylərbəyiliyi — Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri. Mərkəzi Təbriz şəhəri idi. == Tarixi == XVI əsrin 1-ci yarısında yaradılmışdı. Çuxursəəd, Qarabağ, Şirvan, İran əyalətləri və Osmanlı imperatorluğu ilə həmsərhəd olan Təbriz bəylərbəyliyinə Marağa, Urmiya, Soucbulaq, Xoy, Səlmas, Mərənd, Naxçıvan (16 əsrin sonunadək), Maku, Qaradağ, Ərdəbil, Miyanə,Talış, Arazbar, Sultaniyyə, Zəncan və s. əyalətlər daxil idi. Təbriz bəylərbəyliyi ictimai-iqtisadi və strateji baxımdan Səfəvilər dövlətinin ən zəngin və mühüm əyalətlərindən biri idi. Burada əkinçilik, maldarlıq və sənətkarlıq inkişaf etmişdi; mühüm ticarət yolları onun ərazisindən keçirdi. Səfəvilər dövlətinin paytaxtı Qəzvinə (1555), sonralar isə İsfahana (1598) köçürüləndən sonra da Təbriz bəylərbəyiliyi ölkənin siyasi və iqtisadi həyatında mühüm rol oynayırdı. Səfəvi ordusunun şəxsi heyətinin (təqr. 60 min nə fər) 5/1 hissəsi (təqr.
Xorasan bəylərbəyliyi
Xorasan bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. == Tarixi == XVI əsrin əvvəlindən Şeybanilər bütün Xorasanı ələ keçirməyə can atdılar, lakin onun yalnız şimal-şərq hissəsində (yəni Bəlx vilayətində) kifayət qədər möhkəmlənə bildilər. O zamankı Xorasanın qalan üç vilayəti- Herat, Məşhəd və Mərv yenə də Səfəvilərin hakimiyyəti altında qaldı. Orta Asiyanın sünni ruhaniləri şiələrə münasibətdə bütün vasitələrlə dini fanatizmi qızışdırır və Səfəvilər dövləti ilə mübarizədə Şeybaniləri hər cəhətdən müdafiə edirdilər. Şeybanilər Xorasanda hökmdarlıq uğrunda qızılbaşlarla mübarizəni "dönüklərə (rəfizilərə) – şiələrə" qarşı "müqəddəs müharibə" şüarı altında aparırdılar. I Şah İsmayılın vəfatından və qızılbaş tayfalarının ara müharibələri ilə əlaqədar olaraq ölkədəki qarışıqlıqlardan istifadə edənn Şeybani xanın oğlu və varisi Übeydulla xan Xorasan üzərinə dəfələrlə basqınlar etdi. Özbəklərin hücumları demək olar ki, hər il təkrar olunurdu. "Qiyamçı qızılbaşlar kütləsinə" qarşı ittifaq yaratmış Osmanlı türkləri və özbəklərlə eyni vaxtda mübarizə aparmaq Səfəvilər dövləti üçün çətin idi. 1524-cü ildə Übeydulla xan Herata hərəkət etdi, lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə toqquşaraq geri döndü. 1526-cı ildə Durmuş xan Şamlının vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular.
Çuxursəəd bəylərbəyilərinin siyahısı
Çuxursəəd bəylərbəyiliyində hakim olmuş Səfəvi hakimlərinin siyahısı nəzərdə tutulur. == Siyahı == == Ədəbiyyat == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001. ISBN 978-1568591353. Floor, Willem M. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration, by Mirza Naqi Nasiri. Washington, DC: Mage Publishers. 2008. 1–337.
Çuxursəəd bəylərbəyliyi
Çuxursəəd — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri. Çuxursəəd əyaləti Qərbi Azərbaycanın tarixi adıdır. Bəzi mənbələrdə Çuxur Səəd kimi də yazılır. == Tarixi == Çuxursəd bu gün Ermənistan Respublikası adlanan torpaq uzun əsrlər boyu Çuxursəd adlanmış yurdun bir hissəsidir. Professor Minorski Mirzə Səmianın "Təzkirat-ül Moluk" kitabı üzərində apardığı araşdırmalarla bağlı yazdığı şərhdə mərkəzi İrəvan olan Çuxursəd vilayəti haqqında yazır":Çuxursəd sonradan geniş yayılmış bir coğrafi termindir. O, ilk dəfə Səvfəvilər dövründə və daha çox İrəvan əyaləti haqqında işlənib. "Aləmara"nın 168-ci səhifəsinin məzmununa görə, Qars Çuxursədlə Ərzurum arasında yerləşir. Həmin kitabın 558-ci səhifəsində yazılıb ki, Çuxursəd Axısxada qurtarır və onunla həmsərhəddir. Çuxursəd türk lüğətində "topağın enişi" kimi şərh olunur. Burada zahirən Arazın tərəflərinin aşağı olması nəzərdə tutulur" (1) Əllamə Mirzə Məhəmməd xan Qəzvini də yazır"":Aləmara-ye Abbasi"də və qaim-məqamın təmtəraqlı ədəbi yazılarının bir-iki yerində adı çəkilən və mənə məxsus "Aləmara"nın haşiyəsində müsyö Minorskinin qeydində tez-tez bəhs olunan Çuxursəd İrəvanın yaxınlığında yerləşir.
İsrail Bəylərbəyov
Şirvan bəylərbəyilərinin siyahısı (Səfəvilər dövrü)
Şirvan bəylərbəyilərinin siyahısı ―Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Şirvan bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. Səvəfi hökmdarı I Tәhmasib 1538-ci ildә Şirvanşahlar dövlәtinin varlığına son qoyduqdan sonra inzibati idarəetməni təmin etmək məqsədilə Şirvan bəylərbəyliyinin əsasını qoydu. Şirvanın geosiyasi və geoiqtisadi əhəmiyyətinə görə yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur. Sözügedən vahidin ilk rəhbəri, yəni "bəylərbəyi" adlanan statusa malik ilk idarəçisi I Təhmasibin qardaşı Əlqas Mirzə olmuşdur. Bütövlükdə, Şirvan bəylərbəyliyinin hüdudları daxilində tәsәrrüfat hәyatı, ticarәt vә sәnәtkarlıq dinamik inkişaf etmiş və bu baxımdan da mərkəzi hakimiyyətin daima diqqət mərkəzində olmuşdur.