Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bulbophyllum woelfliae
Bulbophyllum woelfliae (lat. Bulbophyllum woelfliae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Moe
Moe (萌え, «cazibə, dəlicəsinə sevgi») — otakuların jarqon sözü. Manqa, anime və ya videooyun qəhrəmanına fetiş dərəcəsində fanatlıq deməkdir. Məsələn, meqanekko-moe (眼鏡っ娘萌え, «eynəkli qıza moe») termini insanın eynəkli qızlardan xoşu gəldiyini bildirir. Sonradan bu söz hər hansı bir hobbi və qeyri-seksual fetiş mənasını daşımağa başladı, məsələn, tetsudo-moe (鉄道萌え, «dəmiryolu» + «moe») — dəmiryolu ilə maraqlanmaq.
"Wow!" siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. == Texniki detallar == Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Alex Roe
Aleksandr Maykl Rou-Braun (ing. Alexander Michael Roe-Brown; 18 iyun 1990[…], Vestminster[d], Böyük London) — Britaniya aktyorudur. O, daha çox Qaçaqlar serialında Cey Kiton, Kəsik filmində Elliott Biden və Siren-də Ben rolları ilə tanınır. O, həmçinin bir sıra filmlərdə, o cümlədən İsti yay gecələri, Üzüklər və Həmişəlik mənim sevgilim filmlərində əsas rollar oynamışdır. == Həyat və təhsil == Rou Londonda anadan olub və Ladbroke Grove-da böyüyüb. Atası santexnik, anası isə balet artisti idi. O, 2009-cu ilə qədər oxuduğu Hammersmitdəki Latymer Upper School-da altıncı sinif təqaüdü qazanmışdı. İdmandan, xüsusən də hücumçu kimi oynayan assosiasiya futbolundan zövq alır. O, 16 yaşında ikən İkinci Divizion futbol klubuna qoşulub, sonra bir il İspaniyada oynayıb. İngiltərədəki məktəbə qayıtdıqdan sonra və aktyorluq karyerası başlamazdan əvvəl Chalfont St Peter ilə yarı peşəkar futbol oynadı.
Coe Kinq
Coi Linn Kinq (ing. Joey Lynn King; 30 iyul 1999, Los-Anceles, Kaliforniya) — Amerikalı aktrisa və müğənni. Ən çox tanınan rolu Ramona & Beezus filmindəki Ramona Quimby olmuşdur. Joey King Horton Hears A Who, Beaver Girl, Ice Age, Dawn of the Dinosaurs filmlərinin səsləndirm əsini etmişdir. Disney Channel'in komediya seriallarından biri The Suite Life of Zack and Cody'da rol aldı.
Joe & Jake
Joe & Jake — Co Vulford (ing. Joe Woolford; d. 6 oktyabr 1994) və Ceyk Şeykşaftın (ing. Jake Shakeshaft; d. 25 iyul 1995) təşkil etdiyi Britaniyalı musiqili duet. Onlar "You're Not Alone" mahnısı ilə Böyük Britaniyanı "You're Not Alone" mahnısı ilə 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər. == Karyera == === 2015: The Voice UK === Co və Ceyk ilk dəfə 2015-ci ildə Böyük Britaniyanın The Voice səs yarışmasında iştirak edərkən tanış olmuşdurlar. Onların hər ikisi yarışmada ilkin mərhələni uğurla keçmişdir. Co Rita Oranın, Ceyk isə Amerikan musiqiçisi will.i.am-in komandasında yer almışdır. Yarışmada iştirak etdikləri müddət ərzində Co Elli Qoldinq, Ceyson Mraz və Kris Braun mahnıları ilə çıxış etmiş, Ceyk isə Ed Şiran, Coldplay və Castin Biber mahnılarını səsləndirmişdir.
Joe Cocker
Con Robert "Co" Koker (ing. John Robert "Joe" Cocker;20 may 1944[…], Şeffild, İngiltərə – 22 dekabr 2014[…]) — ingilis rok və blüz ifaçısı, bəstəkar və aktyor. Britaniya imperiyası ordeninin kavaleri. Xırıltılı bariton səsi sayəsində böyük məşhurluq qazanmışdır. Onun ən məşhur mahnıları Summer in the City, My Father’s Son, Unchain My Heart, You Can Leave Your Hat On, Now That the Magic Has Gone, N`oubliez jamais və Kokerə ilin ən yaxşı musiqisi kateqoriyasında "Oskar" mükafatını qazandıran Up Where We Belong blüz və rok balladalarıdır. 2008-ci ildə müğənninin adı "Rolling Stone" jurnalının tərtib etdiyi "Bütün zamanların 100 ən böyük müğənnisi" siyahısında 97-ci yerdə qərarlaşmışdır. Həyatının son illərində tez-tez xəstələnirdi. 2014-cü ilin 17 sentyabrında Billi Coel səhnədə çıxış edərkən Kokerin səhhətinin qənaətbəxş olmadığını və onun adının "Rok-n-rol şərəf zalı"na daxil edilməli olduğunu bildirmişdi. Müğənni 22 dekabr 2014-cü ildə ABŞ-nin Kolorado ştatının Krouford şəhərində ağciyər xərçəngindən vəfat etmişdir. == Diskoqrafiya == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Co Koker ilə əlaqəli mediafayllar var.
Joe Dassin
Co Dassen (fr. Joe Dassin; tam adı Jozef Ayra Dassen, 5 noyabr 1938 — 20 avqust 1980) — ABŞ əsilli Fransa müğənnisi və bəstəkarı. == Həyatı == Co Dassen 5 noyabr 1938-ci ildə Nyu-Yorkda yəhudi əsilli amerikalı rejissor Jül Dassen və skripkaçı Beatris Loner Dassen ailəsində dünyaya göz açıb. Əsasən 60-cı illərdə dünya şöhrəti qazanmışdır. Oxuduğu mahnılar hələ də dillər əzbəridir. 20 avqust, 1980-ci ildə Taitidə qastrol səfərindəykən ürək çatışmazlığından vəfat etmişdir.
Joe Navarro
Co Navarro (ing. Joe Navarro; 26 may 1953) — Kuba əsilli Amerikalı yazıçı, ictimai natiq, keçmiş FTB agenti və nəzarətçisi. Navarro şifahi olmayan ünsiyyət və bədən dili sahəsində ixtisaslaşmışdır və çoxsaylı kitablar, o cümlədən Hər Bədənin Dedikləri, Təhlükəli Şəxsiyyətlər, Sözlərdən Uca Səs, Qiyamətə Üç Dəqiqə və Bədən Dili kitabının müəllifidir. == Həyatı == Co Navarro Kubada Donuzlar Körfəzinin işğalından qısa müddət sonra ailəsi ilə birlikdə 8 yaşında ABŞ-a köçdü. Brigham Young Universitetində Ədliyyə İdarəçiliyi üzrə bakalavr dərəcəsi və Slippery Rock Universitetində Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsi qazandıqdan sonra o, 25 il ərzində FTB-nin xüsusi agenti və əks-kəşfiyyat və davranışların qiymətləndirilməsi sahəsində nəzarətçi kimi çalışıb. O, FTB-nin elit Davranış Analizi Proqramının qurucu üzvlərindən biridir və o, həmçinin SWAT Komandası Komandiri və Büro Pilotu kimi fəaliyyət göstərib. FTB-dən təqaüdə çıxdıqdan sonra Navarro insan davranışı haqqında biliklərini bölüşmək üçün kitablar və mühazirələr yazır. O, Sent-Leo Universitetində əlavə bir fakültədədir və Harvard Biznes Məktəbində dəfələrlə mühazirə oxuyub. 2003-cü ildən Navarro Dövlət Departamentlərində məsləhətçi olub və Hökumətlərarası Tədqiqatlar İnstitutunun əməkdaşıdır. 2005-ci ildə Navarro World Series of Poker Academy-də iştirak etdi, yalanların aşkarlanması haqqında Discovery Channel proqramında Annie Duke ilə təsadüfi görüşdən sonra poker üzrə oyunçuları öyrətdi.
WOW (Telekanal)
I Love — qərargahı Bombey şəhərində yerləşən Hindistan dövlət televiziya kanalı. Telekanal 2018-ci ildən hindi və qucarat dillərində yayım edir. Telekanalın sahibi "Pen İndia Limited" şirkətidir. Telekanalda Bollivud musiqilərini, köhnə klassik Bollivud, yeni Hind və Qucarat filmlərini yayımlayır. Cənubi Hindistan istehsalı olan "Mahabharat" kimi serialları da bu telekanalda izləmək mümkündür. Bollivud aktrisası Canvi Kapur TV kanalı Dehlidə də açmışdır.
WWE 2K
WWE 2K hazırda Vizual Concepts tərəfindən hazırlanmış peşəkar güləş videooyun seriyası və Yuke və 2K Sports tərəfindən nəşr olunmuşdur.
Wow! siqnalı
Wow! siqnalı — 15 avqust 1977-ci ildə SETI layihəsi çərçivəsində kosmosdan təsbit edilən radio siqnalı. Sadəcə 72 saniyə davam edən bu siqnalı Dr. Cerri Ehman (Jerry R. Ehman) tərəfindən Ohio Dövlət Universitetinə aid Big Ear (Böyük Qulaq) radioteleskopunda kiçik zolaqlı bir radio siqnalı olaraq təyin edilmişdir. Siqnal dünya xaricindən və hətta günəş sistemi xaricindən olan siqnallardan gözlənilən bütün xüsusiyyətlərə malik idi. Kütləvi informasiya vasitələrində böyük maraq doğuran siqnal çoxlu cəhdlər olmasına baxmayaraq təkrar təsbit edilə bilməmişdir. Siqnalın ulduzlararası siqnallardan gözlənilən bütün xüsusiyyətlərə tamamilə uyğun gəlməsinə heyrətlənən Ehman, kompüterdən emal edilmiş vərəqdə o izi dairə içərisinə almış və səhifənin kənarına "Wow!" (İngiliscə heyrət nidası) yazmışdır. Bu söz sonralar siqnalın adı halına gəlmişdir. == Texniki detallar == Dairə içərisinə alınan "6EQUJ5" kodu siqnalın qatılıq detalını göstərir ki, bu da əslində çox böyük ölçüdə siqnal deməkdir. Siqnalın bant genişliyi 10 kHzdən kiçikdir.
Zoe Saldana
Zoe Saldana (ing. Zoe Yadira Zaldana Nazario, 19 iyun 1978) — ABŞ aktrisası. == Həyatı == Zoe Saldana Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında anadan olmuşdur.Anası Puerto-Riko, atası Dominikan Respublikasındandır. Uşaq vaxtı ingilis və ispanca öyrənmişdir. O, 9 yaşında atasını avtomobil qəzasında itirmişdir. Atası vəfat etdikdən sonra, anası hər iki qızı ilə birlikdə Dominikan Respublikasına geri dönmüşdür. Dominikan Respublikasında ən yaxşı rəqs məktəblərinə gedərək, balet dərsləri almışdır. ABŞa geri qayıdaraq liseydə teatr kurslarına yazılır və aktyorluq kursuna gedir. Dərsləri ilə yanaşı 1990-cı ilin ortalarında Burger Kingdə kassir kimi işləyir. == Kariyerası == İlk dəfə 1999-cu ildə "Law & Order" serialına çəkilir.
Jung İl-woo
Çon İl U (9 sentyabr 1987, Seul) — Cənubi Koreya aktyorudur. Onun ən məșhur rolu Unstoppable High Kick komediyasi, The Return of Ilmae, 49 gün, Flower boy ramyun shop və The Night Watcman's journal televiziya dramalarinda oynadiği rollardir.
Kin Moe Nve
Kin Moe Nve (1 yanvar 1973) — Myanmalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Myanmanı təmsil edir. Kin Moe Nve 2000 Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində iştirak etmişdir. O, dünya çempionatlarında daiştirak etmişdir. Son dəfə 1999 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Kenzaburo Oe
Kenzaburo Oe (yap. 大江 健三郎; 31 yanvar 1935[…], Ose[d], Ehime prefekturası, Yaponiya imperiyası – 3 mart 2023) — yapon yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1994). Onun fransız, amerikan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsinin güclü təsiri altında olan romanları, hekayələri və esseləri siyasi, sosial və fəlsəfi məsələlərdən, o cümlədən nüvə silahı, nüvə enerjisi, sosial nonkonformizm və ekzistensializmdən bəhs edir. == Həyatı == Kendzaburo Oe Sikoku adasında, kasıb və çoxuşaqlı ailədə doğulmuşdur. Atası müharibədə həlak olduğundan anasının və nənəsinin himayəsində böyümüşdü. Oe ailəsindəki qadınların gözəl dil və ədəbiyyat duyumu, folklora dərindən bələdlikləri Kendzaburoya təsirsiz qalmamışdı. Oe ali təhsilini Tokio universitetinin fransız ədəbiyyatı bölümündə almışdı. Müəllimi Fransua Rable yaradıcılığının mahir bilicisi sayılan Kadzuba Vatanabe idi. Rablenin qrotesk realizmi sonralar Oe əsərlərinə təsirsiz qalmamışdı, lakin magistr dərəcəsi almaq üçün dissertasiya yazmaq zərurəti meydana çıxanda Oe orta əsr fransız yazıçısının deyil, Jan Pol Sartrın yaradıcılığına, xüsusən də fəlsəfi irsinə üz tutmuşdu. Tədqiqatçılar onun ilk əsərlərində də fransız ekzisensializminin müəyyən izlərini görürlər.
We Cry
"We Cry" mahnısı The Script rok qrupunun ilk rəsmi treki sayılır. İngilis dilindən tərcümədə mahnının adı "Biz Ağlayırıq" mənasını verir. Rəsmi mənbələr trekin 2007-ci ildə çıxdığını bildirsə də, amma qrup üzvləri Danny O'Donoghue və Mark Sheehan bu mahnını hələ 2006-cı ildə yazıb bitirdiklərini söyləyirlər. Həmçinin bu trek The Script qrupunun çıxış mahnısı da sayılır. "We Cry" mahnısının klipi 2007-ci ildə çəkilmişdir. Mahnının qısa məzmununda yalnızlıqdan bəhs olunur və yalnızlıqda axan gözyaşları insanları necə dərin bir kədərə boğduğunu göstərir. Bu mahnı həm də 2008-ci ildə çıxardıqları ilk və öz adlarını verdikləri The Script (albom) albomunun da trek listinə salınmışdır.
G.I. Joe: Retaliation
G.I. Joe: Qisas (ingiliscə orijinal adı: G.I. Joe: Retaliation) — Jon M. Çu tərəfindən 2013-cü ildə çəkilmiş döyüş filmidir. 2009-cu ildə çəkilmiş olan G.I. Joe: The Rise of Cobra filminin davamıdır. Film Şimali Amerikada 29 mart 2013-cü ildə buraxılmışdır. Filmin süjet xəttinin müəllifləri Zombieland filminin süjet xəttinin yazılmasında da iştirak etmiş olan Rhett Reese və Paul Wernick olmuşdur. Filmdə ilk filmdəki aktyor heyətindən Çenninq Tatum, Arnold Vosloo, Rey Park, Conatan Prays və Li Byunq-hun, əlavə olaraq isə yeni rollarda Dueyn Conson və Brüs Uillis kimi məşhur simalar iştirak etmişdir. == Süjet xətti == Film Coların (Joe) düşməni olan Kobra komandasının hökuməti ələ keçirməsi və özlərini xüsusi təyinatlılar kimi təqdim etmələri ilə başlayır və elə bundan sonra, bir-birləri ilə əməkdaşlıq edən qəhrəmanlarımızın qollarını çırmalayıb oyuna müdaxiləsi ilə filmin əsas süjet xətti başlayır.
I Won't Break
I Won't Break (azərb. Mən sınmayacağam‎) — Rusiyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Yuliya Samoylova "I Won't Break" mahnısı ilə Rusiyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Leonid Qutkin, Netta Nimrodi və Ari Burşteyn tərəfindən bəstələnmişdir. Bəstəkarlardan Leonid Qutkin daha öncə Rusiyaya Avroviziyada 2013-cü ildə 5-ci yeri qazandıran "What If" və 2015-ci ildə ikinci yeri qazandıran "A Million Voices" mahnılarını bəstələmişdir.
G.I. Joe: Kobranın Yüksəlişi
G.I. Joe: Kobranın Yüksəlişi (ingiliscə orijinal adı: G.I. Joe: The Rise of Cobra) 2009-cu ildə çəkilmiş triller, elmi fantastika, döyüş filmidir. Film Paramount Pictures və Hasbro tərəfindən istehsal olunmuşdur. Film G.I. Joe: A Real American Hero (G.I. Joe: The Real Amerika qəhrəmanı) kitabından ilhamlanaraq çəkilmişdir. Filmin rejissoru Stiven Sommersdir. O, dünya üzrə təxminən 301 milyon dollar gəlir əldə etmişdir. Filmin davamı G.I. Joe: Retaliation adlanır.
In the Wee Small Hours
In the Wee Small Hours (Qısa zamanlarda) — Frenk Sinatranın sayca doqquzuncu studiya albomudur. Albom 9 aprel 1955-ci il tarixində Capitol Records'da çıxarılmış; Voyl Gilmor tərəfindən istehsal olunmuş və Nelson Ridl tərəfindən aranjeman edilmişdir. Albomda yalnızlıq, özünüdərk, itirilmiş sevgi, gerçəkləşməyən münasibətlər, depressiya, gecə həyatı kimi mövzular işlənmiş, nəticədə In the Wee Small Hours ilk konsepsiya albomlarından biri kimi yadda qalmışdır. Albomun üz qabığında bu mövzular əks olunmaqla, Sinatranın xəyali və tərk edilmiş küçənin maviyə çalan işıqlarının altındakı təsviri verilmişdir. Buraxdığı ilk albom olan The Voice üçün 1946-cı ildən bəri üzərində düşündüyü "konsepsiya" ideyasını Songs for Swingin' Lovers və Only the Lonely kimi növbəti albomlarında da uğurla davam etdirmişdir. In the Wee Small Hours iki 10 düymlük LP diskləri şəklində buraxılmış və həmçinin 12 düymlük LP kimi də istehsal olunaraq, bir ilkə imza atmışdır. Həmçinin albom dörd EP olmaqla dörd parçadan ibarət olan 45-rpm diskləri şəklində 45-rpm-lik sinql kimi kağız üz qabığı ilə deyil, LP-dəki ilə eyni üz qabığı ilə karton üzlüklərlə buraxılmışdır. Albomun satışı uğurlu alınmış, Bilboard 200-də 2-ci yerə yüksəlmiş və 18 həftə həmin pillədə qalmağı bacarmışdır. Bu, eyni zamanda, Sinatranın 1947-ci ildə çıxardığı Songs by Sinatra-dan sonrakı ən yüksək nəticə əldə edən albomu idi. 2002-ci ilə qədər albom RIAA tərəfindən Qızıl sertifikatına layiq görülərək, yarım milyondan çox satılmışdır .
Lüdviq Mis Van der Roe
Ludwig Mies van der Rohe qısaca Ludwig Mies (27 mart 1886[…], Aaxen, Prussiya, Almaniya imperiyası – 17 avqust 1969[…], Çikaqo, ABŞ), Alman memar və konstruktor. == Həyatı == Daş ustası olan atası ilə hörgü emalatxanalarında işləmişdir. 13 yaşında Berlinə köçdü və burada art nouveau memarı və mebel dizayneri Bruno Paul üçün işləməyə başlamışdır. 1907-ci ildə ilk dizaynını etmişdir (filosof Alois Riehl üçün Riehl Evi). 1908-ci ildə Memar Peter Behrens ilə işləməyə başlamış və burada Karl Friedrich Schinkel və Frank Lloyd Wright haqqında tədqiqatlar aparmışdır. Mies 1913-cü ildə Berlinə köçdü və Ada Bruhn ilə evlənmişdir. Berlində öz memarlıq ofisini açmışdır. Birinci Dünya müharibəsi dövründə Balkanlarda xidmət edib qayıtdıqdan sonra göydələnlər üzərində işləməyə başlamış və öz ofisində dizaynlar etmişdir. 1921-ci ildə Bruhnla evliliyinə son qoyan Mies, öz anasının evlilik öncəsi soyadını əlavə edərək adını Ludwig Mies van der Rohe olaraq dəyişdirmişdir. 1920-ci illərdə Berlin avanqard dərnəyində (Novembergruppe, Zehner Ring, G jurnalı) fəal iştirak etmiş və Hans Richter, El Lissitzky, Theo van Doesburg kimi müasir sənəti müdafiə etmişdir.
Here We Go
Here We Go (Azərbaycanca: İrəli) — Latviyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
In God We Trust
In God We Trust — ABŞ və Floridanın rəsmi dövlət devizi. Mənası "Biz Tanrıya Ümid Bağlayırıq" deməkdir.
Up Where We Belong
Up Where We Belong – An Officer and a Gentleman filminin musiqisi. Mahnının musiqisi Jack Nitzsche və Buffy Sainte-Marie tərəfindən yazılmışdır.
Zoë Straub
Zoi Ştraub (alm. Zoë Straub‎; 1 dekabr 1996, Vyana, Avstriya) və ya sadəcə Zoi (alm. Zoë‎) — Avstriya müğənnisi, söz yazarı və aktrisası. O, Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == === 1996–2014: Erkən illəri === Zoi Ştraub 1 dekabr 1996-cı ildə Avstriyanın paytaxtı Vyanada musiqiçi ailəsində anadan olmuşdur. Zoinin valideynləri Kristof və Rumina Ştraub Papermoon musiqi qrupunun üzvləridir. Zoi altı yaşında ikən valideynlərinin birlikdə yaratdığı Papermoon qrupunun mahnılarından birini ("Doop Doop (Baby Remix)") ifa etmişdir. 2007-ci ildə o, Avstriyanın uşaqlar üçün nəzərdə tutulmuş Kiddy Contest yarışmasında iştirak etmişdir. Zoi Vyanada yerləşən Lycée Français de Vienne məktəbində təhsil almışdır. === 2015–hal-hazırda: Karyeranın başlanğıcı və Avroviziya === Zoi 2015-ci ildə Avstriyanın Vorstadtweiber teleserialında rol almışdır.
Way Down We Go
"Way Down We Go" (azərb. "Biz aşağı enirik"‎) — İslandiyanın Kaleo rok qrupunun "A/B" adlanan ikinci studiya albomlarından olan ikinci sinql. Mahnının müəllifi və prodüseri qrupun iştirakçılarıdır. Mahnı "Xəyali gözəllik" filmində, "Loqan" filminin treylerində, "Narıncı— mövsümün hiti" teleserialının dördüncü mövsümünün treylerində, həmçinin "Fors-majorlar", "Super qız", "Lüsifer", "Qrey anatomiyası", "Gənc qurd", "Kor zona", "Vampirin gündəlikləri" teleseriallarında istifadə olunub."Way Down We Go" Billboard Alternative Songs və Rock Airplay hit-paradlarında birinci yeri tutmuşdur.
We Are the Champions
We Are the Champions — Britaniyalı Queen rok qrupunun ən tanınmış mahnılarından biri. "News of the world" albomundan olan bu mahnı dünya üzrə sport azarkeşlərinin himninə çevrilmişdir. 1977-ci ilin ikinci yarısından etibarən Queen qrupunun bütün konsertlərinin axırında ifa edilirdi. == Mahnı == Mahnıda əsasən Con Dikonun müşayiəti ilə Merkurinin royalı və Rocer Teylorun baraban zərbələri eşidilir. Brayan Meyın gitarası başqa kompozisiyalara nisbətən daha az səslənir. Qrupun bir çox canlı çıxışlarında bek-vokal partiyalarını tək Rocer Teylor ifa edib. Onun səsi bütün qrup üzvlərinin xorunu əvəz edib.
Who We Are (Cessika mahnısı)
Who We Are (azərb. Biz kimik‎) — San-Marinonun 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Cessika və Cenifer Breninq dueti "Who We Are" mahnısı ilə San-Marinonu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ əldə etmişdir. Mahnı Avstriyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Zoi Ştraub və eyni zamanda Kristof Ştraub, Matias Strasser və Lorentso Salvatori tərəfindən bəstələnmişdir.
Aye-aye
Əlayaqlılar (lat. Daubentoniidae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin yaşburunlar yarımdəstəsinə aid heyvan fəsiləsi.