Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xətt
Xətt — iki nöqtə arasında məsafə; bir-biri ilə zəncirvari bağlı olan obyektlər. == Elmdə == Xətt (riyaziyyat) — iki nöqtə arasında məsafə (düz; əyri). Trend xətti — qrafikada inkişafı göstərən düz xətt. Bollincer xətti — fond bazarlarının texniki analiz aləti. Apsi xətti (göy mexanikası) — orbitin perimərkəzi ilə apomərkəzini birləşdirən xətt. Langer xətti (anatomia) — insan dərisinin dartılma xətti. "Horizont xətti" — 1992-ci ildə fransız filosofu Jak Attali tərəfindən yazılmış tarixi traktakt.Yönəltmə xətti — (ing.guideline, ru. направляющая линия) – masaüstü nəşriyyat sistemlərində və kompüter qrafikasında: üfüqi və ya şaquli yönəldici; ekranda səhifəkənarı boşluqların, sütunlar arasındakı aralıqların və səhifələmə şablonunun başqa elementlərinin yerini göstərən və çap olunmayan nöqtəli xətt. == Texnikada == Elektrik ötürücü xətti — elektrik enerjisini nəql etmə texniki xətti. Kabel xətti — yanaşı çəkilmiş bir neçə kabel xətti.
Düz xətt
Düz xətt — həndəsənin əsas elementlərindən biridir. Həndəsənin sistematik təsviri zamanı düz xətt yalnız birbaşa olmayan şəkildə aksiomalarla təsbit edilir. Düz xəttin aşağıdakı xassələri vardır: İki üst-üstə düşməyən nöqtədən yalnız bir düz xətt keçirmək olar. Müstəvi üzərində üst-üstə düşməyən iki düz xətt ya bir nöqtədə kəsişir, ya da paraleldir.Üçölçülü fəzada iki düz xəttin qarşılıqlı vəziyyətini təsvir etmək üçün 4 variant mövcuddur: düz xətlər paralleldirlər; düz xətlər kəsişirlər; düz xətlər perpendikulyardırlar. düz xətlər çarpazdır. Dekart koordinat sistemində düz xətti birdərcəli tənliklə ifadə etmək olur. == Kəsişən düz xətlər == Müstəvi üzərində iki müxtəlif düz xəttin bir ortaq nöqtəsi olarsa, onda deyirlər ki, bu düz xətlər kəsişir. == Paralel düz xətlər == Bir müstəvi üzərində üst-üstə düşməyən və kəsişməyən düz xətlər paralel düz xəttlər adlanır. == Çarpaz düz xətlər == Fəzada paralel olmayan və kəsişməyən iki düz xətt çarpaz düz xətlər adlanır. == Düz xətt tənlikləri == === Düz xəttin bucaq əmsalı tənliyi === OX oxuna perpendikulyar olmayan hər hansı düz xəttin verilməsini fərz edək.
Qaçılmaz xəta
Qaçılmaz xəta (ing. fatal error) – tətbiqi proqramın, yaxud bütöv sistemin işini davam etdirməyə imkan verməyən aparat, sistem və ya tətbiqi proqram xətası; çox zaman verilənlərin, tranzaksiyaların, faylların və s. itməsi kimi xoşagəlməz nəticələrə səbəb olur. Təəssüf ki, adi istifadəçinin qaçılmaz xətalarla mübarizə yolları çox azdır: komputeri yenidən yükləmək, tətbiqi proqramı və ya əməliyyat sistemini yenidən quraşdırmaq, proqram təminatını yeniləmək,hansı hallarda qaçılmaz xətanın meydana çıxması ilə bağlı statistikanı toplamaq və müşayiət xidmətinə müraciət etmək və s..
Sınıq xətt
Sınıq xətt A1A2, A2A3, ..., An-1An parçalarından ibarət olan A1A2...An fiquru adlanır. Belə ki, ixtiyari k ∈ {2, 3, ..., n-1} üçün Ak-1Ak və AkAk+1 parçaları, eləcə də A1 və An üst-üstə düşdükdə A1A2 və An-1An parçaları bir düz xətt üzərində olmasınlar. A1, A2, ..., An nöqtələri sınıq xəttin təpə nöqtələri, A1A2, A2A3, ..., An-1An parçaları isə sınıq xəttin tərəfləri adlanır. Sınıq xəttin birinci və sonuncu təpə nöqtələri üst-üstə düşərsə, o qapalı sınıq xətt adlanır. Sınıq xəttin tərəfləri bir-birini kəsə bilər.
Xəta (riyaziyyat)
Xəta – müşahidə edilən və ya ölçülən nəticələrlə həqiqətdə olacaqlar arasında uyuşmazlıq. Riyaziyyatda və hesablama texnikasında “ERROR” ilə “MISTAKE” heç də eyni şey deyildir. Riyaziyyatda xəta (error), alınmış qiymət ilə verilmiş standart kəmiyyət arasındakı fərqdir; məsələn, statistikada xətalar qaçılmazdir və statistik verilənlər, adətən, “Seçmə yolu ilə aparılmış araşdırmanın xətası: ±5%” kimi qeydlərlə müşayət olunur. Kompüterlərin aparat və proqram təminatında xəta, ya hadisələrin gözlənilməz gedişinin nəticəsi, ya da mümkün olmayan və ya yolverilməz hərəkətləri həyata keçirmək cəhdinin nəticəsidir. Belə ki, veriliş xətası bir və ya bir neçə bitin təhrif olunmasını, “sıfıra bölmə” xətası isə proqramın sıfıra bölməni həyata keçirməyə cəhd etməsini göstərə bilər. Xətalar çox kiçik ola bilər, məsələn, disksürənin kilidi bağlı olmadıqda proqram diskdən istifadə edə bilmir; çox ciddi problemlər də ola bilər, məsələn, aparat təminatındakı nasazlıq və ya ciddi proqram xətası sistemin sıradan çıxmasına səbəb ola bilir. == Xəta anlayışı == Praktik məsələlərin həllində bəzi hallarda kəmiyyətin dəqiq qiyməti ilə yanaşı onun təqribi qiymətindən də istifadə olunur. Tutaq ki, hər hansı kəmiyyətin dəqiq qiyməti A {\displaystyle A} , kəmiyyətin A {\displaystyle A} dəqiq qiymətə uyğun təqribi qiyməti isə a {\displaystyle a} ilə işarə olunmuşdur. Kəmiyyətin təqribi qiyməti onun dəqiq qiymətindən az fərqlənir və hesablama proseslərində ondan olunur. Bundan sonra dəqiq və təqribi ədəd uyğun olaraq A {\displaystyle A} və a {\displaystyle a} ilə işarə edəcəyik.
Xəta anlayışı
Xəta – müşahidə edilən və ya ölçülən nəticələrlə həqiqətdə olacaqlar arasında uyuşmazlıq. Riyaziyyatda və hesablama texnikasında “ERROR” ilə “MISTAKE” heç də eyni şey deyildir. Riyaziyyatda xəta (error), alınmış qiymət ilə verilmiş standart kəmiyyət arasındakı fərqdir; məsələn, statistikada xətalar qaçılmazdir və statistik verilənlər, adətən, “Seçmə yolu ilə aparılmış araşdırmanın xətası: ±5%” kimi qeydlərlə müşayət olunur. Kompüterlərin aparat və proqram təminatında xəta, ya hadisələrin gözlənilməz gedişinin nəticəsi, ya da mümkün olmayan və ya yolverilməz hərəkətləri həyata keçirmək cəhdinin nəticəsidir. Belə ki, veriliş xətası bir və ya bir neçə bitin təhrif olunmasını, “sıfıra bölmə” xətası isə proqramın sıfıra bölməni həyata keçirməyə cəhd etməsini göstərə bilər. Xətalar çox kiçik ola bilər, məsələn, disksürənin kilidi bağlı olmadıqda proqram diskdən istifadə edə bilmir; çox ciddi problemlər də ola bilər, məsələn, aparat təminatındakı nasazlıq və ya ciddi proqram xətası sistemin sıradan çıxmasına səbəb ola bilir. == Xəta anlayışı == Praktik məsələlərin həllində bəzi hallarda kəmiyyətin dəqiq qiyməti ilə yanaşı onun təqribi qiymətindən də istifadə olunur. Tutaq ki, hər hansı kəmiyyətin dəqiq qiyməti A {\displaystyle A} , kəmiyyətin A {\displaystyle A} dəqiq qiymətə uyğun təqribi qiyməti isə a {\displaystyle a} ilə işarə olunmuşdur. Kəmiyyətin təqribi qiyməti onun dəqiq qiymətindən az fərqlənir və hesablama proseslərində ondan olunur. Bundan sonra dəqiq və təqribi ədəd uyğun olaraq A {\displaystyle A} və a {\displaystyle a} ilə işarə edəcəyik.
Xəta mesajı
Xəta mesajı – sistemdə olan və insanın müdaxiləsini tələb edən xəta haqqında istifadəçini məlumatlandıran sistem və ya proqram mesajı. Məsələn, proqram verilənləri printerə göndərə bilmədikdə belə bir mesaj verə bilər: “Printer Not Ready” (“printer hazır deyil”). Belə mesajlarla təsvir olunan xətaların diapazonu çox genişdir: asanca (məsələn, diski boş disksürənə qoymaqla) aradan qaldırılan xətalardan tutmuş, yalnız sistemi yenidən başlatmaqla (RESTART) aradan qaldırılması mümkün olan ciddi problemlərə kimi.
Xəta tezliyi
Xəta tezliyi – rabitə sistemlərində: göndərilmiş düzgün olmayan bitlərin sayı (adətən, 100 000 bitə bir bit). Standart telefon xətləri ilə iş zamanı modem üçün tipik xəta tezliyi təxminən 200 000 bitə bir bit olur. Verilənlərin ötürülməsi proqramları belə xətaları qəbuletmə anında müxtəlif prosedurlar (xətaların aşkarlanması və düzəldilməsi prosedurları) vasitəsilə düzəltməyə çalışır.
Xətt gəmisi
Xətt gəmisi (ing. battleship, fr. cuirassé, alm. Schlachtschiff‎) — Zirehli artilleriya hərbi gəmisi. Su tutumu 20-dən 64 min tona qədər, uzunluğu 150-dən 263 metrə qədər, 280-dan 460 millimetr ölçülü toplarla təchiz edilir. Gəmi heyəti 1500—2800 nəfərə qədər olur. XX əsrdə düşmən gəmilərini məhv etmək və sahildə quru qoşunlarına kömək etmək üçün istifadə edilirdi. == İstinadlar == == Mənbələr == Смит П. Ч. Закат владыки морей.
Xətt taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Yaşıl Xətt
Yaşıl xətt aşağıdakı mənalara uyğun gələ bilər: Yaşıl xətt (Kipr) – Şimali Kipr və Cənubi Kipri ayıran bölgəni bildirmək üçün istifadə olunan termin. Yaşıl xətt (Bakı metrosu) – Bakı metrosunun 2-ci xətti.
Çəpəki xətt
Çəpəki xətt — Müəllifi göstərilməyən və ya dörddən çox müəllifi olan kitabların (kollektiv monoqrafiyalar və ya dərsliklər) elmi işlərin ədəbiyyat siyahısının tərtibi zamanı istifadə olunur; * Məqalələr toplusundakı və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri iki hissədən ibarət olur. Onlar bir-birindən bir çəpəki xətlə – "/" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Qoşa çəpəki xətt– dissertasiyalarda istifadə olunan mənbələrin biblioqrafik təsvirində istifadə edilən şərti işarədir. Məqalələrin biblioqrafik təsviri iki hissədən ibarət olur: 1.məqalə haqqında məlumat; 2.məqalənin dərc edildiyi nəşr orqanı haqqında məlumat. Bu hissələr bir birindən qoşa cəpəki xətlə – "//" ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur. Dördədək müəllifi olan məqalələrdə müəlliflərin hamısının soyadları və inisialları verilir. Azərbaycan və rus dilində olan istinadlarda müəlliflərin hər iki inisialı, Qərbi Avropa dillərində olan mənbələrdə isə adlarının yalnız birinci hərfi göstərilir. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s..
İcarəlik xətt
İcarəlik xətt (en. leased line) – ümumi rabitə şəbəkəsində özəl istifadə üçün icarəyə götürülmüş telefon kanalı. İcarəlik xətt kommutasiya olunan telefon şəbəkəsinin adi rabitə xəttindən azca daha geniş buraxılış tezlikləri zolağına malikdir və verilənlər kommutasiya avadanlığından istiqamətləndirilmədiyindən siqnalın təhrif olunması minimallaşdırılır. İcarəlik xətt sürətlə işlənir, maneələrdən daha yaxşı qorunur, lakin adi telefon kanalından baha başa gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
İnzibati xəta
İnzibati xəta — idarəetmə sahəsində olan hüquq pozuntularıdır. İnzibati hüququn predmetinə idarəetmə sahəsində yaranan münasibətlər aid olunur. Buna görə də bu sahədə yaranan hüquqpozuntuları inzibati xəta adlanır. İnzibati hüquqa aid olan bütün digər anlayışlar kimi, inzibati xəta da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. == İnzibati xəta: anlayışı == İnzibati xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra AR İXM) ikinci fəslində öz əksini tapıb. Həmin fəsil "İNZİBATİ XƏTA VƏ İNZİBATİ MƏSULİYYƏT" adlanır. İnzibati xətalar ümumiyyətlə həyatımızda çox geniş yayılıb. İnzibati xətalarla cinayətləri bir-birindən fərqləndirmək lazımdır. Həm inzibati xətalarda, həm də cinayət əməllərində qanunpozuntuları olur. Yəni, onların xəta hesab olunmasının başlıca amili qanunazidd əməlin olmasıdır ki, bu da onları bir-birinə yaxınlaşdırır.
İrsi xəta
İrsi xəta (ing. inherent error ~ ru. унаследованная ошибка ~ tr. kalıtsal hata) – fərziyyələrdə, layihədə, məntiqdə və / və ya alqoritmdə olan və proqramın yaxşı yazılmasına baxmayaraq, onu yanlış işləməyə vadar edən xəta. Məsələn, paralel portdan istifadə üçün yazılmış ardıcıl rabitə proqramında irsi xəta var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Əyri xətt
/ — Bu işarə "Drop" adlanır. Drop sözü bir çox dillərə tanışdır. Drop işarəsinə (/) asan dildə desək "Əyri xətt"-də deyə bilərik. Bu işarə əsasən vebdə istifadə olunur.
Doqquzpunktlu xətt
Doqquzpunktlu xətt, "U" formalı xətt və ya doqquztireli xəritə — Çinin Cənubi Çin dənizindəki ərazi iddialarını müəyyən etmək üçün istifadə etdiyi xətt. Bunlar Vyetnam və Tayvanın iddia etdiyi Parasel adaları, mülkiyyət hüququ Filippin, Çin, Bruney, Malayziya, Tayvan, Vyetnam və digərləri tərəfindən mübahisə mövzusu olan Spratli adalarıdır. Bəzi yerlər Çin, Tayvan və Vyetnam tərəfindən meliorasiyaya məruz qalmışdır. "Doqquzpunktlu xətt" xəritəsi 1947-ci ildə Çinin milliyyətçi hökuməti tərəfindən təqdim edilmişdir.Vyetnamda "Đường lưỡi bò" – "inək dili xəritəsi" və ya "inək dili yolu" kimi də tanınır. Çin mənbələrinə görə, bu xətt ilk dəfə 1948-ci ilin fevralında Çində özəl nəşrlərdə dərc edilmiş xəritələrdə onbirpunktlu xəttdən ibarət "U" formalı xətt kimi meydana çıxmışdı. Bununla belə, Çin hökumətinin Batlonqvi adasını və ona bitişik su ərazilərini Vyetnama vermək qərarına əsasən, 1953-cü ildə ÇXR baş naziri Çjou Enlayın göstərişi ilə dəyişikliklər edilmiş, nəticədə indiki "doqquzpunktlu xətt" ortaya çıxmışdır. Bu xətt Cənubi Çin dənizinin sularında materik Çinindən və Haynan adasından Malayziya və Bruney sahillərinə qədər demək olar ki, ekvatorda Çin maraqları zonasını müəyyən edir. == İstinadlar == == Xarici keçidlər == Antonio T. Carpio. "Historical Facts, Historical Lies, and Historical Rights in the West Philippine Sea" (PDF). IMOA.ph.
Düz xətt parçası
Düz xətt parçası – düz xəttin üst-üstə düşməyən 2 nöqtəsi və bu nöqtələr arasında qalan hissəsi adlanır. İki A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələrini birləşdirən düz xətt parçası ya [ A ; B ] {\displaystyle [\;A;\;B]} , yaxud A B {\displaystyle \;A\;B} kimi işarə olunur. A {\displaystyle \;A} və B {\displaystyle \;B} nöqtələri A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri, onlar arasındakı nöqtələr isə daxili nöqtələri adlanır. A B {\displaystyle \;A\;B} düz xətt parçasının uc nöqtələri arasındakı məsafə onun uzunluğu adlanır və | A B | {\displaystyle \;|AB|} kimi işarə olunur. Düz xətt üzərində n sayda nöqtə olduqda həmin düz xətt üzərində parçaların sayı (N) kimi işarə olunur.
Qapalı sınıq xətt
Qapalı sınıq xətt — birinci və sonuncu təpə nöqtələri üst-üstə düşən sınıq xətt adlanır.
Xəta aşkarlama kodlaşdırması
Xəta aşkarlama kodlaşdırması – verilənlərin saxlanması və ya ötürülməsində yaranan xətaları aşkarlamağa imkan verən kodlaşdırma üsulu. Belə kodlaşdırma üsullarının əksəriyyəti, onların aşkarlaya biləcəyi yanlış bitlərin sayı ilə xarakterizə olunur. Fayldakı yanlış bitlərin sayı həmin həddi aşarsa, xətalar aşkarlanmamış qala bilər.
Xətt gəmisi (yelkənli)
Xətt gəmisi (ing. ship-of-the-line, fr. navire de ligne) — üçdorlu və üçqatlı top sıralı yelkən sinifli, ağacdan hazırlanmış gəmi. Xətt gəmisi 500-5500 ton su sıxışdırma qabiliyyətli göyərtəsində 30—50 dən 135-ə qədər top yerləşən, 300-500 nəfərlik heyətə malik, XVII əsrlərdən tikilməyə başlanılmış 1860-cı illərədək dəniz döyüşlərində cinah taktikası məqsədilə istifadə olunan hərbi gəmi.
Yaşıl Xətt (Kipr)
Yaşıl Xətt — Kiprdə iki ayrı dövləti Kipr Rum Administrasiyasından və Şimali Kipr Türk Respublikasından (de-fakto) ayıran bölgəni göstərmək üçün istifadə olunur. İlk dəfə 1964-cü ildə o vaxt BMT "sülhməramlı qüvvələri" komandiri Peter Young tərəfindən təqdim edilmişdir. Qüvvələrini Nikosiyanın müxtəlif bölgələrinə paylayan General Young, xəritədə yaşıl qələm ilə bir xətt çəkir, sonradan "Yaşıl xətt" adlandırılacaq. "Yaşıl xətt"in mövcud sərhədləri 1974-cü ildəki Kipr Sülh Hərəkatı ilə təyin olundu.
Böyük dairəvi xətt
Böyük dairəvi xətt (rus. Большая кольцевая линия) Moskva Metropoliteninin 11-ci (xronoloji ardıcıllıqla onuncu) və dünyanın ən uzun metro xəttidir. Xəttin birinci hissəsi 26 fevral 2018-ci ildə açılıb. Son 9 stansiya isə 1 mart 2023-cü ildə sərnişinlərin istifadəsinə verildi. Xəttin ümumi uzunluğu 57.5 kilometrdir və 31 stansiyadan ibarətdir. Xəttin beş stansiyasında 5G texnologiyası sınaqdan keçirilir.Xətt sxemdə firuzəyi(ru)(bəzən qara) rəng ilə işarə olunur. == Təsvir == Xəttin uzunluğu 58,5 kilometrdir, lakin bəzi mənbələrdə 70 kilomterdən artıq olduğu qeyd olunur. Xəttdə 252 eskalator fəaliyyət göstərir. Sayca ən çox (17) eskalator Peçatniki (rus. Печатники) stansiyasında yerləşir.
Bənövşəyi xətt (1914)
Bənövşəyi xətt —1914-cü ilin martında Britaniya ilə Osmanlı imperiyaları arasında razılaşdırılmış sərhəd xətti. 1913-cü il İngiltərə–Osmanlı Konvensiyasında razılaşdırılan Mavi xəttin dayandırılmasından başlayaraq Osmanlının Yəmən vilayəti ilə Britaniyanın Ədən protektoratı arasındakı sərhədə qədər uzanmışdır. Mavi xətt ilə birlikdə Bənövşəyi xətt Ərəbistan yarımadasını iki yerə bölmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Anscombe, Frederick F. The Ottoman Gulf: the creation of Kuwait, Saudi Arabia, and Qatar New York: Columbia University Press, 1997. Kelly, J. B. Eastern Arabian Frontiers New York: Frederick A Praeger, 1964. Kelly, J. B. Sovereignty and Jurisdiction in Eastern Arabia International Affairs (Royal Institute of International Affairs) 34.4 (1958): 16-24. Hurewitz, J. C., ed. The Middle East and North Africa in World Politics: A Documentary Record, 2nd edn. Vol. 1: European Expansion, 1535-1914.
Azov (xətt gəmisi, 1826)
"Azov" (rus. Азо́в) — Rusiya donanmasının 74 silahlı yelkənli xətt gəmisi. == Tarixi == "Azov" 1826-cı ildə Arxangelskdə suya buraxılmışdır. Gəminin inşaatçısı İ. A. Kuroçkin olmuşdur. "Azov" 20 oktyabr 1827-ci ildə Navarin döyüşündə birinci dərəcəli kapitan Mixail Lazaryevin komandanlığı altında fərqlənmişdir. Gəmi öz atəşi ilə Osmanlı donanmasına aid beş gəmini, o cümlədən donanma komandirinin freqatını məhv etmişdir. "Azov" ən çox zərbəni almış və gəmidəki insan itkiləri Rusiya dənizçilərinin ümumi insan itkilərinin yarısını təşkil etmişdi. "Azov" Rusiya donanması tarixində ilk dəfə Müqəddəs Georgi nişanı və vımpeli ilə təltif edilmiş, Lazarevin rütbəsi artırılaraq kontr-admiral olmuşdur. Gəmi 1831-ci ildə sökülmüşdür. XIX–XX əsrlərdə "Azov"un xatirəsinə üç gəmi "Azov xatirəsi" adlandırılmışdır.
Xet dili
Xet dili — Eramızdan əvvəl Anadolu torpaqlarına məskunlaşmış Xet tayfasının dili. Xet dili Hind-Avropa dillərinin Anadolu altqrupuna daxildir. Xetlər özlərini Neşalılar adlandırırlar. Rəsmi diplomatik yazışmaları və saray arxivləri Akkad mixi yazısı ilə yazılarkən, qayalardakı yazılar üçün heroqliflərdən istifadə edirdilər. Hurri dili də əhəmiyyətli diplomatik yazışmalarda istifadə edilirdi və xüsusilə Mitanni İmperiyası ilə olan yazışmalarda istifadə edilirdi. Xet dili, Çex əsilli alman alim Bedrix Xrozninin tədqiqatlarının nəticəsində oxunmuş və 1917-ci ildə Xet qrammatikasını yayınlamışdı. == Bənzərliklər == === Türk dili ilə bənzərliyi === Xet dili ilə müasir türk dili arasında müəyyən bənzərliklər vardır. Bu əsasən Şərqi Anadolu regionu dialektlərində özünü göstərir. Çünki Xet dövləti bu ərazilərdə qurulmuşdur. Ana, ata, çox, çörək, gecə, parlaq, möhür kimi bəzi sözlərdə bu xet dili ilə bənzərlikləri görmək mümkündür.
Mətə-mətə
Mətə-mətə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Bəzən bu oyunu "Mətə qorudu"də adlandırırlar. == Oyunun qaydaları == Bir neçə uşaq bir yerə cəm olub sanama üsulu ilə "işçi" seçirlər. İşçi seçildikdən sonra düzəngah bir yerdə 15-20 sm dərinlikdə, 12-18 sm diametirlikdə mətə (çala) qazılır. Mətənin ətrafında mətədən 1 metr radiusda dairə cızılır. Çəkilmiş cızıq üzərində oyunçuların (işçidən başqa) sayına uyğun bir-birindən eyni məsafədə aralı, diametri 25 sm olan dairələr cızılır. Mətədən ən azı 3-4 metr aralıda isə işçi üçün diametri 25 sm-lik dairə cızılır. Oyunçuların (işçidən başqa) sayına uyğun bir ucu əyri dəyənək və işçi üçün 5-7 sm uzunluğunda çilik (taxta və ya ağac parçası) düzəldilir. Bundan sonra oyun başlayır. Oyunçular ağaclarını götürüb mətə ətrafında öz yerlərini (cızılmış dairəyə bir ayağnı qoymaq) tutur.