BÜSAT

is. [ ər. ]
1. Müəyyən qayda və üsullarla tərtib edilmiş şənlik, məclis, bayram, yaxud təziyə; mərasim. Qonaqlıq büsatı. Toy büsatı. Matəm büsatı.
– Qızlarım, çay büsatını idarə edin, – deyə onlara əmr edincə dördü də samovarın ətrafında toplandı. M.S.Ordubadi.
Matəm büsatı qurulmuş, ağlaşma başlanmışdı. A.Şaiq.

// Obrazlı təsvir və təşbehlərdə.
Eşq dövranı, mənə tapşırdı Məcnun növbətin; Xali olmaz nəqşiərbabi-vəfadən bu büsat. Füzuli.
Qəm büsatın xətm edibdir dövr Seyyid adına. S.Ə.Şirvani.

2. məc. Təmtəraq, dəbdəbə, dəsgah.
[Mirzə Əsgər:] Bəyim doğru deyir, sizin evin büsatı heç yerdə yoxdur. N.Vəzirov.

Синонимы

  • BÜSAT büsat bax dəbdəbə
  • BÜSAT təmtəraq — dəbdəbə — dəsgah
  • BÜSAT mərasim — şənlik

Этимология

  • BÜSAT Basat kimi də işlədilir. Ərəb mənşəlidir, “şənlənmə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BÜRYAN
BÜSATLI

Значение слова в других словарях

лимита́ция подпры́скать силуэ́т троичность гобо́й нагоня́й пома́дка попо́вник поставить в счёт разности́льный своевла́стность синода́льный учи́тель э зепь фурьер almucantarat confrontationist entrenched tirade гидробиология инкорпорация корпеть отсыпаться пипетка