Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xəzərlər
Xəzərlər (ivr. ‏כוזרים‏‎ (kuzarim), ərəb. خزر‎ (xazar), yun. Χαζαροι (xazaroy), q.rus Козаре, lat. Gazari, Cosri) – əsasən Şimali Qafqazda və Volqaboyu ərazidə yayılmış, bir çox türk mənşəli xalqların etnogenezinin formalaşmasında iştirak etmiş qədim türk tayfalarından biri. == Tarixi == Müxtəlif tarixlərdə xatırlanan xəzər boyları haqqındakı məlumatlar min ildən artıq bir dövrü əhatə edir və belə böyük zaman kəsiyində onların yayıldığı ərazilərin zaman-zaman dəyişdiyini nəzərə almayan bəzi Orta əsr salnaməçiləri və son iki əsrdə xəzər məsələsi ilə məşğul olan bəzi alimlər müəyən yanlış fikirlər söyləmişlər. Hətta, vaxtilə ayrı-ayrı alimlər xəzər boylarını abxaz, gürcü, erməni (hay), osetin, fin, rus və başqa xalqlara aid etmişlər, ancaq xəzər problemi dərindən öyrənildikcə tarixi gerçəklikdən uzaq olan belə fikirlər gündəlikdən çıxmışdır, lakin xəzərlərin türk olması artıq şübhə doğurmasa da, onların hansı türk dialektində danışması və ilkin yurdu barədə mübahisələr hələ də davam edir. Xəzər dövləti güclü olduğu dönəmlərdə onun hüdudları indiki adları ilə desək, qərbdə Azov dənizi, Krım və Dnepr çayı, şimalda Kiyev, Kazan şəhəri, şərqdə Volqa çayının şərq sahilləri, cənubda Dağıstan və Qafqaz dağları idi. Bəzi dövrlərdə isə cənubda Azərbaycanın bir çox bölgəsi də Xəzər dövlətinə tabe olmuşdur. Başqa-başqa etnik tərkibli əhalidən ibarət olan belə böyük əraziləri əsrlərlə nəzarət altında saxlamaq olduqca çətin idi, lakin xəzərlərin hərbi manevr bacarığı o qədər qüvvətli idi ki, tabeliyində olmayan xalqlardan da xərac alırdı.
Xəbərlər
Xəbər — Bir iş, hadisə və s. haqqında məlumat.
Xəzərilər
Həzaralar (fars. هزاره‎) — Əfqanıstan əhalisinin 18%-9%-ni təşkil edən, farsdilli xalq. Əfqanıstan İslam Respublikasında kompakt halda, az sayda Pakistanda, İranda, Tacikistanda və digər ölkələrdə yaşayırlar. Sayları təxminən 2,913 milyon nəfərdən – 5,828 milyon nəfərə qədərdir. Dinləri islam, məzhəbləri islam dininin şiə məzhəbidir. Həzaraların azlığı Sünni dininə etiqad edir. dari dilində danışırlar. Kabil-Herat-Həzaracat bölgələrində yaşayırlar. Qismən Qəndəhar, Nəngərhar və Bədəxşan bölgələrində də yayılmışlar. == Tayfaları == Şeyxəli Tirələri: əlicam, kəriməli, qara, dövlətbəy, türkmən, parsa, mənsur, şadiuşağı, aşxoca, pəncqavl Besut Tirələri: çoban, abdal, pəhləvan, dövlətbay, qənbərəli, xaliqdad, poladi, mart, paxlun, dehqan, dehmərdəqan, sekpa, demarda, dərbəli, dərviş Dayzəngi Dayzeynət Daykundi Tirələri: dövlətbəy, rövşənbəy, heydərbəy, qauş, barat Qavi Caquri Dayçoban Daymirdad Çura Uruzqan Poladi Daya Zavali Mirodina Sultanəhməd == İstinadlar == == Xarici keçidlər == Encyclopædia Iranica :HAZĀRA iv.
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsi ilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Google Xəbərlər
Google Xəbərlər (ing. Google News) — Google tərəfindən hazırlanmış bir xəbər aqreqatoru xidməti. Xidmət minlərlə yayımçı və jurnaldan orqanizə edilmiş məqalələrə davamedici keçid axını təqdim edir. Tətbiq kimi Android və iOSda, həmçinin vebdə mövcuddur.
Koqalımdan Xəbərlər (1987)
== Məzmun == Filmdə Tümen vilayətindəki Koqalım qəsəbəsinin salınmasında azərbaycanlı inşaatçıların hünərindən danışılır.
Koqalımdan xəbərlər (film, 1987)
== Məzmun == Filmdə Tümen vilayətindəki Koqalım qəsəbəsinin salınmasında azərbaycanlı inşaatçıların hünərindən danışılır.
İran İslam Respublikasının Xəbərlər Şəbəkəsi
İran İslam Respublikasının Xəbərlər Şəbəkəsi (IRINN) İranın xəbər kanalı, İran Radio və Televiziya Şəbəkəsi Şirkətinin bir parçasıdır. Mərkəzi İranın paytaxtı Tehran şəhərindəki Jame Jam Park adlı bölgədədir. Əsasən siyasi proqramlar yayımlasa da, ancaq idman, elm və səhiyyə xəbərlərinə də yer ayrılır. Proqramların dili əsasən fars dilindədir, ancaq ingilis və ərəb dillərində də, proqramlar verilir.
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
== Məzmun == Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. == Film haqqında == Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Kəbərlər
Kəbərlər — Xəzərlərin tərkibinə daxil olan türkdilli tayfalardan biri. == Tarix == IX əsrdə indiki Ukraynanın Poltava çevrəsində yaşamışdılar. Həmin əsrdə Xəzər xaqanlığına üsyan edən 3 boydan biriydi. Bizans imperatoru VII Konstantinin yazdığı De Administrando Imperio adlı kitaba görə, bu üsyanlar yetərince diqqətə dəyər üsyanlar olmuşlar və bunun nəticəsində Kəbərlər 854-cü ildə xaqanlıqdan qovuldular və əraziyə o dövrdə təzə-təzə köç edən macarların Het-Magyar (Yeddi Macar) boyuna sığındılar. Macarıstana köçən Kəbərlər əvvəllər Xəzər dilində danışırdılar, sonralar isə tədricən assimilyasiya olunaraq macar dilini qəbul etdilər və macarların arasında əriyib getdilər. Kəbərlərin təsiri ilə macar dilinə xeyli türk sözü keçib. === Azərbaycanda === Kəbərlər Azərbaycana erkən orta əsrlərdə gəlmiş, Mil və Qarabağ düzlərində məskunlaşmışlar, Kəbirli elinin əsasını qoymuşlar. == Mənbə == Q.A.Qeybullaev, Xazarskie etnonimı v Azerbaydjane. DAN Azerb. SSR, 1980, № 10, s.
Süzərlər
Süzərlər (lat. Certhiidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Çox xırda quşları birləşdirir. Dimdiyi nazik, uzun, aşağıya əyilmişdir. Lələklənməsi yumşaq, ayaqları gödəkdir. Barmaqları uzun, caynaqları itidir. Ağac gövdələrinə asanlıqla çıxır, qabığın çatlarından əldə etdiyi cücülərlə qidalanır. Azərbaycanda yeganə süzər cinsinin 2 növü vardır: adi süzər və qısabarmaq süzər.
Xələclər
Xələclər – İranda, Əfqanıstanda, Türkmənistanda, Pakistanda və digər ölkələrdə məskunlaşmış türkköklü xalqı. Dilləri Altay dil ailəsinin Türk dilləri qrupunun Arqu yarımqrupuna aiddir. İrandan başqa yaşadıqları ölkələrdə digər xalqlar arasında assimilyasiyaya uğramışlar. Hazırda İranda xələclərin böyük əksəriyyəti azərbaycanlılar ilə qarışsa da, az bir qismi öz dillərini məişət səviyyəsində qorumuşdur. İranın Mərkəzi və Qum ostanlarında yaşayırlar.Xələclər Astara rayonunun Şahağac kəndində yaşayırlar. Məsud Məmmədov namizədlik dissertasiyasını Xələc dilinə həsr etmişdir. Xələclər buraya Şandermandan gəlmişlər. == Adı mənşəyi == Divanü Lüğat-it-Türkdə boy adı belə izah edilir; "….. İyirmi ikilər onlara türkcə "qal ac" deyərlər, "ac qal" deməkdir. Sonradan bunlara "Xalaç" deyilmişdir; əsilləri budur."Oğuzlar və qıpçaqlar "x"-nı "k"-ya tərcümələr.
Xəşəmlər
Xəşəmlər (lat. Aspius) — Çəkikimilər fəsiləsi daxil olan balınq cinsi. Cinsə daxil olan balıqlar əsasən Şimal dənizi, Baltik dənizi, Qara dəniz, Azov dənizi və Xəzər dənizində yayılmışdır. Əsasəndə böyük və orta ölçülü göllərin açıq sularda yaşayırlar. == Növləri == Xəşəmlərə iki növ daxildir: Adi xəşəm, Aspius aspius (Linnaeus, 1758); Önasiya xəşəmi Aspius vorax Heckel, 1843.
Xəbərlə
Xəzərli
Xəzərli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xəzərli Xacmaz rayonunun Üzünoba inzibati ərazi vahidində qəsəbə. Xəzər dənizi sahilində, Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi Böyük Vətən müharibəsindən sonrakı illərdə yaranmışdır. Xəzər dənizi sahilində salındığı üçün belə adlandırılmışdır.
Qardaş şəhərlər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. == Terminin tarixi == 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır . 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Qardaşlaşmış şəhərlər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. == Terminin tarixi == 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır . 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Xələclər sülaləsi
I Xələclər sülaləsi 1290-cı ildən 1320-ci ilədək Dehlidə hökmüranlıq etmiş türk xanədanıdır. Sultan Cəlaləddin Firuz şah (1292–1296) Sultan Rüknəddin İbrahim şah (1296) Sultan Əlaəddin Məhəmməd şah (1296–1316) Sultan Şihabəddin Ömər şah (1316) Sultan Qütbəddin Mübarək şah (1316–1320)II Xələclər sülaləsi 1436-cı ildən 1531-ci ilədək Malvada (Mərkəzi Hindistanda) hökmranlıq etmiş türk xanədanıdır. Bu sülalədən ikinci Dehli sultanları çıxmışdır. Bu soydan biri, Mahmud xan Malvanın sonuncu Quri sultanı Məsud xanın vəziri idi. O, 1436-cı ildə öz bacarıqsız hökmdarını devirib taxt-taca yiyələndi. Onun törəmələri uzun illər Mərkəzi Hindistanı idarə etdilər.
İtmiş şəhərlər
İtmiş şəhərlər (ing. Lost city) - əvvəllər mövcud olmuş, lakin sonradan mövcud olduğu ərazidə olmayan və ya harada mövcud olduğu haqqında dəqiq məlumat olmayan şəhərlərə verilən ad. Kabus şəhər anlayışına yaxın olan İtmiş şəhər ifadəsi yazıçılar tərəfindən geniş istifadə edilmişdir. Bəzi tarixi qaynaqlarda əhalisinin sayı 25 - 30 min arasında olan, stratrji baxımdan böyük önəm daşıyan şəhərlərin adları qeyd edilmiş, lakin həmin şəhərlərin dəqiq olaraq harada yerləşdiyi haqqında məlumat əldə edilməmişdir. == Bəzi itmiş şəhərlər == Ubar - Şəhərlərin tərk edilmə səbəbləri müxtəlifdir. Əsas səbəblər kimi xəstəliklərin geniş formada yayılması, müharibələrin aramsız şəkildə davam etməsini və ya karvan yolların dəyişməsini göstərmək olar. Ərəb Xilafəti dövründə mövcud olmuş Ubar şəhəri haqqında son zamanlarda məlumat tapılmışdır. Aparılmış araşdırmalardan sonra məlum olmuşdur ki, Ubar səhrada yerləşən və dövrünə görə əhalisi çox olan şəhərlərdən idi. İçməli su qaynaqlarının anidən tükənməyə başlaması, şəhər əhalisinin şəhəri tərk etməsinə səbəb olmuşdur. Ərəb tarixi rəvayət və ya nağıllarında Ubar adlı şəhərin adı tez-tez qeyd edilir.
Xəzərli Teodora
Xəzərli Teodora (yunanca: Θεοδώρα των Χαζάρων) — Bizans imperatoru II Yustinianın ikinci həyat yoldaşıdır. Xəzər xanı Busirin bacısıdır. Ancaq gələcəyin Bizans imperatriçası Çiçəkin atası olan bir başqa Xəzər hökmdarı Bihar ilə əlaqəsi bilinməməkdədir. == Evlilik == II Yustinian ilk dəfə taxta 685-ci ildə keçmişdir. 695-ci ildə strateq Leontios liderliyində edilən çevriliş ilə taxtdan endirildi. Yustinianın burnu və dili kəsilib, Krıma sürgün edildi.Yustinian orada hər hansı bilinən hadisə yaşamadan 7 il qaldı. Lakin keçmiş imperatorun hakimiyyəti geri almaq üçün sui-qəsd hazırlaması barədə şayələr 702-ci ildə paytaxta çatdı. Onu həbs edib III Tiberiusun haqqında qərar verməsi üçün paytaxta gətirmək qərarına gəldilər. Yustinian buna qarşılıq Krımdan qaçıb, Busirin sarayına sığınma tələb etdi. Busir sürgünü qəbul etdi və onu anadan gəlmə adı bilinməyən bacısı ilə 703-cü ildə evləndirib, ailə bağı qurdu.
Anonim əsərlər
Anonim əsərlər-Anonim əsərlər incəsənət və ya ədəbiyyat kimi anonim, açıqlanmayan və ya naməlum yaradıcısı və ya müəllifi olan əsərlərdir. Çox köhnə əsərlərə gəlincə, müəllifin adı sadəcə olaraq tarix və zaman içində itə bilər. Anonim əsərlərin yaranmasının bir sıra səbəbləri var. == Təsvir == ABŞ-də anonim əsər qanuni olaraq "nüsxələri və ya fonoqramları üzərində müəllif kimi heç bir fiziki şəxsin müəyyən edilmədiyi əsər" kimi müəyyən edilir.[1] == İzahatlar == Çox köhnə əsərlərdə müəllifin adı sadəcə olaraq tarix və zamanla itə bilər. Belə hallarda müəllifə tez-tez Anonim, Latın dilində "anonim" kimi istinad edilir. Digər hallarda isə yaradıcının adı bilərəkdən gizli saxlanılır. Müəllifin səbəbləri təqib qorxusundan tutmuş reputasiyasının qorunmasına qədər müxtəlif ola bilər. Hüquqi səbəblər də müəllifin özünü tanımasına mane ola bilər. Müəllif həmçinin əsərləri ilə məşhurlaşmamaq üçün anonim qalmaq istəyə bilər.
Bakı Sovetinin Xəbərləri
Bakı Ətrafı Fəhlə, Əsgər və Matros Şurasının Əxbarı — Bakı Sovetinin orqanı olmuş gündəlik bolşevik qəzeti. == Məlumat == Qəzet 1918-ci il aprelin 17-də Azərbaycan dilində Bakıda buraxılmışdır. 6 nömrəsinin (4-9) 2 səhifəsi Azərbaycan, 2 səhifəsi isə erməni dilində çıxmışdır. 50-ci nömrədən "Bakı ətrafı fəhlə, qırmızı əsgər, matros və kəndli şurasının əxbarı" adı ilə nəşr olunmuşdur. Qəzet Zaqafqaziya komissarlığının və Zaqafqaziya seyminin milli siyasətinə qarşı çıxış edir, azərbaycanlılara qarşı milli ayrı-seçkilik və düşmənçilik təbliğatı aparır, 1918-ci ilin Mart soyqırımına haqq qazandırır, soyqırımı hadisələrindən sonra ölkənin Qafqaz İslam Ordusunun birləşmiş Azərbaycn-türk hərbi qüvvələrindən "qətiyyətlə müdafiə olunması" nı təbliğ edirdi. Qəzetin sonuncu 86-cı nömrəsi iyulun 31-də buraxılmışdır. Bakıda daşnak-bolşevik hakimiyyətinin süqutundan sonra nəşri dayandırılmışdır.
Qardaşlaşmış Şəhərlər (1970)
== Məzmun == Kinolent Bakı ilə qardaşlaşmış şəhərlər barədədir. == Film haqqında == Film Bakı Şəhər İcraiyyə Komitəsinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Əlibala Ələkbərov Operator: Əlibala Ələkbərov Səs operatoru: Şamil Kərimov == Sponsor == Bakı Şəhər İcraiyyə Komitəsi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Qırmızı fənərlər məhəlləsi
Qırmızı fənər məhəlləsi (ing. red-light district) — seks şoplar, striptiz klubları və seks-kinoteatrları kimi fahişəlik və seks təmayüllü müəssisələrin toplandığı şəhər ərazisinin bir hissəsi. Dünyanın bir çox böyük şəhərlərindəki ərazilər qırmızı fənərlər məhəllələri kimi beynəlxalq məşhurluq qazanıb. Qırmızı fənər məhəlləsi termini fahişəxanalarda istifadə edilən qırmızı işıqlı işarələrdən qaynaqlanır.
Qeyzerler
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Sınıq fənərlər küçəsi
Sınıq fənərlər küçəsi və ya Polislər (rus. "У́лицы разби́тых фонаре́й" , "Менты") , Polis məmurlarının gündəlik həyatından bəhs edən rus detektiv serialı. Televiziyada ilk dəfə 1998-ci ildə göstərilib. İlk seriyaları yazıçı Andrey Kivinovun əsərləri əsasında 1995-ci ildə çəkilib. Serial 16 mövsüm və 501 seriyadan ibarətdir. Hər seriya ayrı bir detektiv araşdırmadır. Rus televiziyası tarixində efir vaxtı baxımından ən uzun serialdır. == Tarixi == Serialın ilk 8 seriyası 1995-ci ildə, o vaxt Sankt-Peterburqun Kirovski rayon polis idarəsinin qəsdən törədilmiş qətllərin açılması şöbəsində işləyən Andrey Kivinovun əsərləri əsasında çəkilir. Televiziya serialının müştərisi əvvəlcə "RTR" kanalı olur. Lakin 1996-cı ilin yazında kanala gələn yeni rəhbərlik, serialın görunuş və səs keyfiyyətinin zəif olması səbəbinə görə onu göstərməkdən imtina edir.
Terek xəbərləri (qəzet)
Terek xəbərləri (rus. Терскія въдомости) — 1868-ci ildən Vladiqafqaz şəhərində nəşr olunan rus dilində qəzet. 1918-ci ilə qədər nəşr, o vaxtkı Terek vilayəti hakimiyyət orqanlarının rəsmi mətbuat orqanı olmuşdur. Qəzetdə vilayətin bütün müvafiq əmr və məlumatları dərc edilirdi. İnqilabdan əvvəlki qəzet nömrələri Şimali Qafqaz tarixinin öyrənilməsi üçün ən dəyərli mənbələrdən biridir. Nəşr postsovet dövründə 2010-cu ildə yenidən canlanmışdır. == Tarixi == 1918-ci ilə qədər nəşr, o vaxtkı Terek vilayəti hakimiyyət orqanlarının rəsmi mətbuat orqanı idi. Bu səbəbdən qəzetdə vilayətin bütün müvafiq əmr və məlumatları dərc edilirdi. "Terek xəbərləri" qəzetinin ilk baş redaktoru Keçevin Adıge kəndindən olan Adil-Gəray Keşev olmuşdur. Adil-Gəray 1858-ci ildə Stavropol Kişi Gimnaziyasını fərqlənmə diplomu ilə bitirmişdir.
Eserlər
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. == Tarixi == === Yaradılması === === Sol eserlər === === Sağ eserlər === === Seçkilərdə === == Azərbaycanda eserlər == Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Xeberle.com