HÜCUM (müxtəlif mənalarda) “Dikdağ” səngəri isə vəziyyətdən hücum əmrini duymuşdu (S.Rəhimov); BASQIN (gözlənilmədən edilən hücum) [Sərirdə yaşayan] ..dağlılar çöllülərə nisbətən daha şücaətli olduqlarından, xəzərlər üzərinə basqın edərək, onları qarət edirdilər (A.Bakıxanov); HƏMLƏ (köhn.) Varaz: İlk həmlədə düşmən iki yüz, bizdən isə üç yüz igidin qanı Kür çayının sularını qırmızı rəngə boyadı (M.Hüseyn); TƏCAVÜZ (başqasının torpağına, sahəsinə zorla edilən hücum) Sultanın və paşanın atlıları: “Bu güldə əlinizdən gələni əsirgəməyin” ixtiyarını vermələri kəndi bir təcavüz nişangahına çevirmişdi (S.Rəhimov); TƏƏRRÜZ (köhn.) Siyasi cəhətdən isə iqtisadi şəkli etibarilə özlərindən irəli olmayan çinlilərin təərrüzündən qurtarmaq üçün islam orduları Əmir Qətibənin sərkərdəliyi ilə bir ilticagah gördülər (A.Şaiq).