Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xaçlı dövlətlər
Səlibçi dövlətləri və ya xaçlı dövlətlər — Orta Şərqdə 1098-ci ildən 1291-ci ilə qədər mövcud olan dörd Roma-Katolik xristian feodal dövləti. Bu dövlətlər Birinci Səlib yürüşünün latın katolik liderləri tərəfindən fəth və siyasi hiylə vasitəsilə yaradılmışdır. Bu dörd dövlət Edessa qraflığı (1098–1150), Antioxiya knyazlığı (1098–1287), Tripoli qraflığı (1102–1289) ve Yerusəlim krallığı (1099–1291) idi. Yerusəlim krallığı indiki İsrail, Cisiordaniya, Qəzzə zolağını və ətraf bölgələri əhatə edirdi. Digər şimal dövlətləri indiki Suriyanı, Türkiyənin cənub-şərqini və Livanı əhatə edirdi. "Səlibçi dövlətləri" adı yanıltıcı ola bilər, çünki 1130-cu ildən etibarən firəng əhalinin çox az bir hissəsi səlibçi idi. Xristianlar 1098-ci ildə Suriyadan keçərək silahlı bir şəkildə Yerusəlim (Qüds) şəhərinə səyahət etdi. Səlibçi Bulonlu Boduen dövlət çevrilişi ilə Edessanın yunan pravoslav hökmdarının taxtına çıxmış və Tarantolu Boemund tutulan Antioxiya şəhərində hakim şahzadə olaraq qalmışdır. 1099-cu ildə Yerusəlim şəhəri mühasirədən sonra alınmışdır. Bundan sonra Tripolinin alınması da daxil olmaqla ərazi konsolidasiyası izlənilmişdir.
Xaçlı gölü
Xaçlı gölü, Kazan gölü və ya Bulanıq gölü - Muşun Bulanıq mahalının cənubunda yerləşən volkanik göl. Göl Muşdan 115 km, Malazgirdən 35 km, Bulanıqdan 7 km uzaqlıqdadır. Göl "Xaçlı" adını cənubundakı Xaçlı (Gölyanı) kəndindən; "Bulanıq" adını isə suyunun bulanıq olmasından dolayı almışdır. Göl şimalındakı Qızqopan volkanının yüksəlməsi ilə əmələ gəlmişdir. Hündürlüyü 1583 metr, hövzəsi 200 km2, səthi 27 km2-dır. Göldə dərinlik 7 metrəni aşmır. Xaçlı gölü cənub-qərbdən axan Şeyxtokum dərəsi ilə birlikdə bir neçə mənbədən qidalanır. Gölün su səviyyəsi bütün il boyunca, demək olar ki, dəyişmir. Qışda donan göün səthində gəzmək mümkündür. Göldə alabalıq və aynalı sazan yaşayır.
Xaçlı hörümçək
Xaçlı hörümçək — Hörümçəkkimilər sinfinə aid olub müxtəlif şəraitdə yaşamaqa uyğunlaşaraq çox geniş yayılmış buğumayaqlılardır. Xaçlı hörümçəyin dişi fərdi 20–25mm, erkəyi isə 10–11mm ölçüdədir.Bədəninin üzəri xitinləşmiş kitikula qatı ilə örtülmüşdür. Kitikulanın altında hipoderma, onun da altında əzələ qatı yerləşmişdir. Hörümçəyin bədədni iki hissədən: baş-döş və qarıncıq hissədən ibarət olub, özünə məxsus qurluşdadır. Baş-döş hissə qarıncığa nisbətən kiçikdir və bütöv zirehlə örtülmüşdür. Hər iki hissə yumurtaşəkilli formadadır və demək olar ki, buğumluluğunu itirmişdir. Baş-döşlə qarıncıq bir-biri ilə hərəkətli birləşmişdir. Baş-döş hissədə sternum adlanan xitinləşmiş lövhə vardır. Hörümçəyin baş-döş hissəsində 6 cüt ətraf vardır. Onların bir cütü xeliser, bir cütü pedipalp və ya çənə ayaqları, dörd cütü isə yürüş ayaqlarıdır.
Qafqaz xaçlıcası
Qafqaz xaçlıcası (lat. Pelodytes caucasicus) — Suda-quruda yaşayanların Xaçlıcalar cinsinə aid qurbağa növü. Kiçik ölçülü qurbağa olaraq 60 mm uzunluğa malikdir. Bel nahiyəsində xaç şəkli vardır. Bəzən isə bel nahiyyəsi qırmızı xallar olur. Aşağı nahiyyəsi isə ağ rəngdə olur. Rəngi açıqdan tünd qəhvəyiyə qədər müxtəlif çalarda olur. Qafqaz xaçlıcası əsasən Rusiyanın Krasnodar vilayətində və Stavropol vilayətinin cənub-qərb hissələrində və Gürcüstan cənub-şərqində yayılmışdır. Azərbaycanda isə əsasən Zaqatala və Balakən rayonlarında və hənim ərazilərə yaxın bölgələrdə rast gəlmək olar. Türkiyə ərazisində isə Rize dağlarının yamaclarında rast gəlmək olar.
Xaçlıpər mikrobiota
Xaçlıpər mikrobiota (lat. Microbiota decussata) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin mikrobiota cinsinə aid bitki növü. Bu bitki 1921-ci ildə botanik İ. K. Şişkin tərəfindən aşkar edilmiş, 1923-cü ildə isə V. L. Komarov tərəfindən yeni cins və növ kimi qeydə alınmışdır. Vətəni Uzaq Şərqdir. Hündürlüyü 0,4-0,8 m, eni isə 1,5-2 m, çətirinin diametri 2 m-ə qədər olan möhkəm, şaxələnmiş, sıx, çətirli alçaqboylu, həmişəyaşıl koldur. Yarpaqları oval formalı, ucu bizdir. Açıq-yaşıl və ya yaşıl iynəyarpaqları qışda tunc və ya qırmızımtıl-mis rəngdə olur, yazda rəngi normallaşır, yaxşı budanır. Qabığı hamar və qırmızımtıl rəngdədir. Şaxələri basıqdır, üzərindəki yarpaqların hamısı bir-birinin eynidir. Zoğların ucları sallaqdır.
Saçlı
Saçlı (Abaran)
Xalı
Xalı — ənənəvi xalça məmulatlarının ölçü etibarilə ən böyük növü olub, çox vaxt dəst halında toxunur. Xalılar əsasən, evin döşəməsinə salındığından xalının boyu otağın ölçüsünə müvafiq olaraq, 4,5 arşından 6, bəzən isə 7 arşına çatırdı. Xalı adətən, dəst halında işləndiyindən o, "miyanə xalılar", yaxud "ortalıq xalılar" adlanmaqla, 2 arşın enində toxunurdu. Bu gün dilimizdə xalı kimi işlənən söz vaxtı ilə dilimizdə və bütün türkdilli xalqların dilində xali, qali və yaxud da qalı formasında rast gəlinir. Böyük xovlu xalçalar Ərəb əlifbalı türk ədəbiyyatında "qalı" kimi yazılmış, müəyyən zaman ərzində "xalı" formasını almışdır. "Qalı" sözü qalmaq sözü ilə də səsləşir ki, bu da xovlu xalçalara xas olan uzunömürlülük, davamlılıq mənasını ifadə edir. Bu gün də indiki İran ərazisində böyük xovlu xalçaları "qali" adlandırırlar.
Saçlı (Abaran)
Saçlı, Noraşen — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə, Abaran çayının sol qolu üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı Sacılı olmuşdur. Z. Qorqodyanın əsərində kəndin qədim adının Sacılı olduğuna əsaslanıb qeyd edə bilərik ki, toponim Sacilər türk adı əsasında formalaşmışdır. Tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 15.
Saçlı (Meşkinşəhr)
Saçlı (fars. ساچلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 83 nəfər yaşayır (18 ailə).
Saçlı (roman)
"Şaçlı" — xalq yazıçı Süleyman Rəhimovun ikinci romanı. Azərbaycan yazıçısı S. Rəhimovun ikinci romanı olan "Saçlı" əsərinin birinci kitabı 1944-cü ildə çap olunmuşdur. Romanın ikinci kitabı isə 1949-cu ildə çapdan çıxmışdı. Romanlarının birinci nəşrini işləmək ənənəsi bu romanda da özünü büruzə verir. "Saçlı"nın birinci kitabı daha iri işlənmiş həcmdə 1948-ci ildə, ikinci cildi isə 1949-cu ildə çap olunmuşdur. Bu romanda yazıçı böyük bir dövrü — 30-cu illərdən başlamış müharibənin qurtardığı ilk illərə qədərki bir dövrü əhatə etməyə çalışmışdır. Yazıçı bəhs olunan dövrdə məktəblərdə müəllim, məktəb direktoru, rayon maarif şöbəsinin müdiri, hətta Şuşa müəllimlər kursunun direktoru da olmuşdu. Bu fəaliyyətləri dövründə yığdığı materialları "Saçlı" əsərində qələmə almışdı. Əsərdəki hadisələr çoxşaxəli olsa da, bu hadisələrin axınında çoxlu insanlar göstərilsə də, onun əsas, mərkəzi surəti — işlədiyi kənddə hamının Saçlı adlandırdığı Ruxsarə adlı həkim qızdır. Bakıda tibbi təhsil alan Ruxsarə 1931-ci ildə uzaq bir kəndə göndərilir.
Xallı acıçiçək
Xallı acıçiçək (lat. Gentiana punctata) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Xallı arnebiya
Xallı arnebiya (lat. Arnebia guttata) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin arnebiya cinsinə aid bitki növü.
Xallı badyan
Xallı badyan (lat. Conium maculatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin badyan cinsinə aid bitki növü. Təbiətdə bu bitki Afrikada Əlcəzair, Mərakeş, Tunis və Efiopiya, Avropanın bütün ərazisində, Asiyada isə Türkiyədən Çinə qədər mülayim iqlimi olan ərazilərdə yayılmışdır. Hündürlüyü 100 sm qədər olan, çox vaxt mixəyiqırmızı ləkəli ikiillik ot bitkisidir. Gövdəsi çılpaq, düz budaqlı, xırda şırımlı içi boşdur. Aşağı yarpaqları saplaqlı, enli üçbucaqşəkillidir. Orta və yuxarı yarpaqları daha xırda və oturaqdır. Çox saylı çətirlərinin 12-20 sayda nahamar şüası vardır. Çiçəkləri ağ, meyvəsi 3 mm, dalğalı tinli yumru-kürəvaridir. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Xallı bağrıqara
Xallı bağrıqara (lat. Pterocles burchelli) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü.
Xallı danaayağı
Xallı danaayağı (lat. Arum maculatum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinin danaayağı cinsinə aid bitki növü.
Xallı kaftar
Xallı kaftar (lat.
Xallı maral
Xallı maral (lat. Cervus nippon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Xallı maral Şərqi Asiyanın-Rusiyanın dənizqırağından şimali Vyetnama və Yaponiyada yayılmışdır. Bu ərazilərdə təxminən 10 yarımnövü yaşayır. Hal hazırda Xallı Marallara İngiltərədə, Yeni Zellandiyada rast gəlmək olur. Erkəklərinin buynuzu 80 santimetrə çatır. Xallı Maralların çəkisi 80-130 kiloqrama çatır. Uzaq Şərqdə xallı Marallar enliyarpaq palıd meşələrində yaşayır. Onların hamiləlik dövrü 7.5 ay çəkir. Xallı marallar bir bala doğurlar.
Xallı qaratoyuq
Turdus pilaris (lat. Turdus pilaris) — qaratoyuq cinsinə aid heyvan növü.
Xallı qartal
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.
Xallı qonurqanad
Xallı qonurqanad, Boz qonurqanad, Qızılxallı qonurqanad (lat. Pluvialis squatarola) — Çovdarçılar fəsiləsinin qonurqanad cinsinə aid quş növü.
Xallı semiadaliya
Xallı semiadaliya (lat. Semiadalia notata Zalich.)-Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. Qanadüstlüyü sarımtıl və ya qırmızı rəngdə olub, bir ümumi və hər qanadüstlüyündə 5 qara nöqtələri harmonik və simmetrik düzülüb. Bunlarda aydın görülən baş hissə yastılaşmış, azacıq da köndələn durmuşdur, qara mürəkkəb fasetli gözləri aydın görünür, alın hissə bir gözün həcmi böyüklüyündədir. Özünün isə böyüklüyü 4,5–5 mm-dir. Azərbaycanda sərt ekoloji stansiyalarda, təbii biosenozlarda və yoncalıqlarda yayılıb, müxtəlif növ mənənələrlə qidalanır. Şirvan, Gəncə, Qazax və Naxçıvan təbii zonalarında daha çox fərdləri var. Təbii biosenozlarda, eləcə də aqresenozlarda bunlara ən çox mayın sonu və iyunun axırında rast gəlinir. Yay və qış diapauzasını qidalandığı biosenozlarda, bükülmüş yarpaqların arasında və bəzən də ağacların çürümüş hissələrində keçirirlər. Qərbi Avropada, Qafqazda yayılmışdır.
Xallı südləyən
Xallı südləyən (lat. Euphorbia maculata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. Anisophyllum maculatum (L.) Haw. Chamaesyce jovetii (Huguet) Holub Chamaesyce maculata (L.) Small Chamaesyce pseudonutans Thell. Chamaesyce supina (Raf.) H.Hara Chamaesyce supina (Raf.) Moldenke Chamaesyce tracyi Small Euphorbia depressa Torr. ex Spreng. Euphorbia jovetii Huguet Euphorbia maculata var. detonsa Engelm. ex Boiss. Euphorbia maculata var.
Xallı sünbülqıran
Xallı sünbülqıran və ya xallı torpaq dələsi (Spermophilus suslicus) — Şərqi Avropada yaşayan sincablar ailəsindən gəmirici növüdür. Yaşayış yerini itirməklə təhdid olunur. Xallı sünbülqıran, kürəyində ağ ləkələri və qısa, nazik bir quyruğu olan tünd-qəhvəyi xəzli sünbülqıran növüdür. Ölçüləri 25 santimetrə, çəkisi isə 280 qrama qədər olur. Diş formulu 1.0.2.3 1.0.1.3-dür. Sünbülqıran cinsinin bir çox digər növlərindən daha kiçik və daha az sosialdır. Belarus, Moldova, Polşa, Avropa Rusiyası və Ukraynada rast gəlinir. Təbii yaşayış yeri mülayim çöllər və becərilən yerlərdir. Yaşayış yerinin itirilməsi və parçalanması ilə təhdid olunur. Yaşayış sahələrinin itirilməsinə səbəb kənd təsərrüfatının və meşə təsərrüfatının genişlənməsi, otlaq sahələrinin azalması, şəhərlərin inkişafı və böyüməsi və sənaye inkişafıdır.
Xallı səhləb
Xallı boşləçək
Xallı boşləçək (lat. Dactylorhiza maculata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Dactylorchis maculata (L.) Verm. Orchis basilica L. ex Klinge Orchis basilica subsp.
Xallı qızılquş
Xallı qızılquş (lat. Falco moluccensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Xanlı tayfası
Xanlı, Xanlu və ya Xalu tayfası — İranda yaşayan kiçik türk tayfalarından biri. Tayfa əsasən Kerman əyalətində yaşamışdır. 1957-ci ilə aid İran ordusu sənədlərinə əsasən tayfa Bərdsir və Masiz ətraflarında yaşamaqda imiş. Bu yerlər Kermanın cənub-qərbində yerləşməkdə idi. Qacarlarla Zəndlər arasında hakimiyyət mübarizəsi gedərkən onlar Lütfəli xan Zəndi Ağa Məhəmməd xan Qacar qarşısında dəstəkləmiş, buna görə də, Ağa Məhəmməd xan qardaşı oğlu və xələfi Fətəli xan Qacara onları tabe otməyi əmr etmişdir. Bərdşiri mühasirəyə alan Fətəli xan əhalinin müqavimət göstərməsinə heyran qalmış, onları məğlub etdikdən sonra da bu heyrətinə və tayfanın cəsarətinə görə xanlarının qızı ilə evlənmişdir. Hakim ailə ilə bu qohumluğuna görə tafyaya xanlı deyilməyə başlanmışdır. Xanlı və ya Xanlı deyilən tayfa adı sonradan qısaldılmış və Xalu halına düşmüşdür. Tayfa hal-hazırda qismən oturaq yaşamaqdadır. Tayfanın yaylaqları Sircan şəhristanının Rabor və Bəft məntəqələrində yerləşir.