Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bakeu
Bakeu (rum. Bacău; alm. Bakau‎; mac. Bákó; lat. Bacovia) - Rumıniyadakı Bakeu judetsinin mərkəz şəhəridir. 2016-cı ildəki 196,883 nəfərlik əhalisi ilə Rumıniyanın ən böyük 12-ci şəhəridir. == Əhalisi == === Etnik tərkibi === Rumınlar: 97.93% Qaraçılar: 0.92% Macarlar: 0.09% Yəhudilər: 0.03% Digərləri: 0.34% == İstinadlar == == Mənbə == Benda, Kálmán (2002). The Hungarians of Moldavia (Csángós) in the 16th–17th Centuries. In: Diószegi, László (2002); Hungarian Csángós in Moldavia: Essays on the Past and Present of the Hungarian Csángós in Moldavia; Teleki László Foundation - Pro Minoritate Foundation; ISBN 963-85774-4-4. Dobre, Claudia Florentina (2009).
Kakau
Klavdemır Ceroynımo Alfredo Bereto (Kakau) (d. 27 may 1981, San Paulo, Braziliya) — Hücumçu Alman Futbolçu.
Xaker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Xamxi
Xamxi — İnquşetiyada qədim şəhər. Şəhər Ceyrax rayonunda yerləşir. İndi tərk edilmiş ərazi, inzibati cəhətdən Quli kənd yaşayış məntəqəsinə daxil edilmişdir.Qədim şəhərin ərazisində bir çox tarixi obyektlərlə təmsil olunan “Xamxi” memarlıq kompleksi var. Bu memarlıq kompleksinə siklopik qala tipli yaşayış məskənləri, 4 müdafiə qalası, 4 kiçik müdafiə qülləsi və 16 yaşayış qalası, həmçinin 10 məzarlıq daxildir. Siklopik qala tipli yaşayış məskənləri, 4 döyüş qülləsi, 4 yarımdöyüş qülləsi və 16 yaşayış qülləsi, həmçinin 10 kript məzarlığı kompleksin ərazisindədir. Təəssüf ki, tikililərin hamısı dağınıq vəziyyətdədir. Hazırda İnquş memarlığının bu obyektləri və şəhərin bütün ərazisi Ceyrax-Assa Dövlət Tarix-Memarlıq və Təbiət Muzey-Qoruğuna daxildir və dövlətin mühafizəsi altındadır. == Coğrafiyası == Xamxi Dağlıq İnquşetiyada, Assa çayının sol sahilində, onun üç ən böyük qədim şəhərlərindən-yaşayış məntəqələrindən biri olmaqla, tarixi "Xyakxale" (inquş dilindən - "Troeqrad") bölgəsinin ərazisində yerləşir. == Tarixi == Xamxi ərazisində eramızdan əvvəl II-I minilliklərə aid meqalit siklop yaşayış məskənlərinin qalıqları qeydə alınmışdır. Məhz burada alimlər qədim tarixçi və coğrafiyaşünas Strabonun qeyd etdiyi qədim Xamekiti etnonimini (“Xamekiti”, “Hamxeti” sözünü “Xamxlər ölkəsi” kimi köçürməklə) lokallaşdırmışlar.Orta əsrlərin sonlarında Xamxi ərazi baxımından mərkəzi olmaqla Xamxin şəhərinin tərkibinə daxil edilmişdir.
Aksu
Aksu (Ağsu) (Uyğurca: ئاقسۇ, Aksu shehiri, Çincə: 阿克苏/阿克蘇; Pinyin: Ākèsū)— Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər. == Qəsəbə və kəndlər == Aksu şəhəri, beş məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), beş küçə komitəsi (乡 xiāng), bir xüsusi məhəllə komitəsi, bir xüsusi bölgə və on dörd xüsusi küçə bölgəsi (虚拟乡) kimi yaşayış məntəqələrindən təşkil olunub. Ayrıca Bingtuan Ertuan (兵团二团; Bīngtuán Èrtuán) 1.2 km² yüzölçümünde Sintcan Məhsul və İnşaat Kolordusu (新疆生產建設兵團; Xīnjiāng Shēngchǎn Jiànshè Bīngtuán) bu bölgədə yerləşir. == Tarixi == Bu şəhərin çincə və ingiliscə digər adları: Aqsu New City, Akoso, New Aksu, A-k'o-su-hsien, A-k'o-su-hsin-ch'eng, Aqsu, Aksou, Ak Su Yangi Shahr, A-k'o-su, Aqsu Yangi Shahr, A-k'o-su-chen, Yangi-shahr ve Aksu New City.502-550-ci illər arasında Hunlar, 552-648-ci illər arasında Göytürklər, 648-649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791 - təxminən 842-ci illər arasında Tibetlilər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032-1210-cu illər arasında Şərqi Qaraxanlılar, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227-1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370-1514-cü illlər arasında Şərqi Cığatay xanlığı və yaxud Moğolustan bu bölgədə hegemonluq qurmuşdur. === Yarkənd xanlığı dönəmi === Şərqi Türkistanda 1514-cü və 1680-ci illər arasında Altışəhər (Altışəhr) olarak bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Ağsu və Üçturfan kimi şəhərləri əhatə edən bölgədə Yarkənd xanlığı, (mamlakati Yarkənd, məmləkati- Moğoliyə, məmləkəti-Səidiyə) hegemonluq qurmuşdur. XIX əsrin sonunadək, Aksu şəhəri geniş bazar-çarşıları və karvansarayları ilə bölgəsəl bir ticarət mərkəzi halına gəlmişdir. 1887-ci ildə Aksunu ziyarət eden Francis Younghusband, şəhər əhalisi 20,000, artı bir qarnizon və təxminən 2,000 nəfər əsgəri vardı,-deyə yazırdı. == İqtisadiyyat == Yeterincə su qaynaqları və ildə təxminən 200 günden artıq günəş işığı görən Aksu ətrafında taxılçılıq, əkinçilik, bağçılıq və bostançılıq çox inkişaf etmişdir. Bu səbəblə, Han Çinliləri 1980-ci illərdən bəri, yarıhərbi bir təşkilat olan Sincan Məhsul və İnşaat kolorduları qurmuş, məqsədi azlıq milliətlərin strateji sahələrini müstəmləkə halına gətirmək, işlənilməyən yerləri sömürmək üçün böyük mexanikləşdirilmiş dövlət fermaları və böyük bir sulama kanalı tikməyə başlamışdır. == Ədəbiyyat == Hill, John E. 2003.
Aktu
Baku
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Maku
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Vakx
Dionis, Vakx, Baxus, Bakxus (yun. Διόνυσος, Διώνυσος, lat. Dionysus mənası "iki dəfə ya ikinci dəfə doğulan" deməkdir; yun. Βάκχος, lat. Bacchus) — yunan mifologiyasında Zevsin oğlu, Priapın atası. Olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı. Simvolları üzüm tənəyi, sarmaşıq, əsa, bolluq buynuzu. == Doğulması == Zevs Fivan çarı Kadmanın qızına - Smelaya vurulur. Bundan xəbər tutan Hera qisas almaq məqsədilə hiyləyə əl ataraq Smelanı dilə tutaraq tapşırır ki, Zevsdən düyünün onun Hera ilə olan düyünü kimi keçməsini xahiş etsin. Zevs onun xahişini yerinə yetirərək düyünə ildrım çaxdiraraq gəlmiş olur.
Xaki
Xaki (Sərab) — İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. Dərviş Xaki (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Bakeu (dəqiqləşdirmə)
Bakeu — Rumıniyada şəhər
Bakeu (judets)
Bakeu judetsi (rum. Judeţul Bacău) — Qərbi Moldova regionunda yerləşən Rumıniya judetsi. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 719 844 nəfər təşkil , əhalinin sıxlığı — 108,72 nəf./km². === Əhalinin dinamikası === === Milli tərkibi === 2002-ci ilə əsasən: == İnzibati bölgüsü == Judetsə 3 bələdiyyə, 5 şəhər və 85 kommuna daxildir.
Kaçlar (Xakas)
Kaçlar— Rusiya Federasiyasının orta cənub bölgəsindəki Xakasiyada yaşayan Türk xalqlarından Xakasların bir tayfası. == Ümumi məlumat == Abakan vadisində əyləşirlər. Çat və Çulım civarında oturan tayfalarla bir qrup təşkil edirlər. Vaxtıyla Yeniseyin bir qolu olan Kas çayı boyunda oturmuş olduqlarından özlərinə Kaas tayfa adını vermişdilər. Gerçəkdən də daha XVII əsrin sonralarına doğru, İrtış hövzəsindəki bəzi Türk tayfaları, sırf buraları məzkunlaşdırmağa başlayan rusların təzyiqi ilə, Tomsk şəhərinin şimalındakı Yenisey çayına doğru sıxışdırılmış və sürülmüşdülər. Bu üzdən, bunların mühim bir qismi, Krasnoyarskdan xeyli uzaq olmaq üzrə, Kaç çayı sahillərində yerləşməyə məcbur olmuşdular. Qırğızlar, Abakan vadisindən çəkilincə, bu Türk tayfaları Yuxarı Yeniseydən cənuba doğru enmişdilər. Fəqət, əsas Türk kütləsi Abakanla Askısın şimalındakı Yüs arasında qalmışdılar. Bu Türk topluluğundan törəmiş olanlar, özlərinə Kaas adını vermişdilər. Matias Kastrenə görə kaçlar, vaxtıyla eyni adı daşıyan çay hövzəsində yaşayarkən, tərkiblərində mühüm yer almış olan Ara türkləri ilə birləşmişdilər.
Makau FK
Makau İdman Klubu — Makau kimi də tanınan, 8 iyun 1978-ci ildə təsis edilən və Riu-Qrandi-du-Norti ştatının Makau şəhərini təmsil edən Braziliya futbol klubudur. == Tarixi == Klub 8 iyun 1978-ci ildə təsis edilmişdir. Makau 2005-ci ildə Potiqar Liqasının İkinci Səviyyəsinin qalibi olmuşdur. == Nailiyyətləri == Potiqar Liqasının İkinci Səviyyəsi: Çempion (1): 2005 == Stadion == Makau İdman Klubu öz ev oyunlarını Estadio Valter Biçao stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 3500 nəfərə bərabərdir.
Sevasti Xantu
Sevasti Xantu (yun. Σεβαστή Ξάνθου; 1798 – bilinmir) ― Emmanuil Ksantosun həyat yoldaşı. Onun əri "Filiki Eteriya" ("Dostlar Cəmiyyəti") adlı Osmanlı İmperiyasına qarşı yunan konspirativ təşkilatının üzvü və qurucularından biri idi. == Həyatı == Sevasti Xantu anası Mariora və iki bacısı Yefrosinya və Eleni ilə birlikdə İstanbulun Arnavutköy ilçəsində yaşayırdı. 17 yaşında (1815) və "Filiki Eteriya" qurulduqdan bir il sonra Sevasti təşkilatın qurucularından biri Emmanuil Ksantosa ərə getdi. Onların Nikolas, Perikl və Aspasiya adlı 3 uşağı doğuldu. 1821-ci ildə yunan inqilabı başlayanda o, təhlükəsizlikdə qalmaq məqsədi ilə ailəsi ilə birlikdə İstanbuldan İzmail (indiki Ukrayna şəhəri) şəhərinə köçdü. 1822-ci ildə Sevasti düşmən mühitdə olduqlarını hiss etdi və onun təşəbbüsü ilə onlar İzmaili tərk edərək Kişinyova köçdülər. Emmanuil Ksantos iki səbəbdən ailəsindən çox vaxt uzaq düşürdü, birincisi yunan inqilabını təşkil etmək məsuliyyətini öz üzərinə götürməsi, ikincisi də Margineni monastırında olması ilə bağlı idi. Onun yoxluğunda ailəsinə güvəndiyi insanlar baxırdılar, məsələn onun qayını Mixail Mixaloqlou (Yefrosinyanın həyat yoldaşı) və Mixail Fokianos ailənin maliyyə problemlərini öz üzərinə götürmüşdülər.
Vasili Makux
Vasili Makux (ukr. Василь Омелянович Макух; 14 noyabr 1927, Karov[d], Lvov vilayəti – 6 noyabr 1968, Kiyev) — 1968-ci ildə Ukraynanın SSRİ-nin tərkibində olması və qoşunların Çexoslovakiyaya yeridilməsinə etiraz olaraq özünü Xreşçatıkda yandıran ukraynalı fəhlə. == Bioqrafiya == Lvov voyevodalığının Karov kəndində kəndli ailəsində anadan olmuşdur. 1944-cü ildə atası və qonşuları Nikolay və Piotrun təsiri altında Dujix Ukrayna Üsyançı Ordusuna qatılır və burada hərbi kəşfiyyatda xidmət edir. 1946-cı ilin fevralında ayağından yaralanmış və sovetlərə əsir düşmüşdür. O, 10 il həbs və 5 il sürgün cəzasına məhkum edilib. O, cəzasını Mordoviyada çəkib. Sibirdə sürgündə olarkən alman işğalı zamanı təbliğat briqadasının konsertlərində çıxış etdiyinə görə həbs edilən rəssam Lidiya İvanovna Zapara ilə tanış olur. O, azadlığa çıxandan sonra onunla yazışır. Azadlığa çıxandan sonra Makuxun Qərbi Ukraynada yaşaması qadağan olunduğu üçün o, Dnepropetrovskda yaşayan Lidiyanın yanına gedir.
Xakas dili
Xakas (Xakas: Хакас тілі Xakas tili). Xakas köhnə Qırğız dövlətinin adıdır. İndiki Qırğız dili ilə demək olar ki, eynidir. Xakas dili Altay dil ailəsinin türk qrupunun uyğur yarımqrupuna mənsubdur. Xakaslar özlərini Qırğız olaraq da görürlər. Xakas türkləri tərəfindən danışılmaqdadır. Xakaslar Xakasiya adı verilən ölkədə yaşayırlar. Xakasiya Cənubi Sibir bölgəsindədir. Xakas Respublikası və ya Xakasiya Rusiya idarəçiliyində muxtar respublikadır. Xakasların sayı 78.500 olub və bunun 60.168-a qədəri xakasca danışmağı bilir.
Xalxa-Monqollar
Xansu Qurbanov
Xansu Elsevər oğlu Qurbanov (23 sentyabr 2000, Naxçıvan – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xansu Qurbanov 2000-ci il sentyabrın 23-də Naxçıvan şəhərində Elsevər Qurbanov və Yəmən Abbasovanın ailəsində anadan olub. 2006-2017-ci illərdə Naxçıvan şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi. == Hərbi xidməti == Xansu Qurbanov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Xansu Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xansu Qurbanov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Naxçıvan şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Xansu Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xaydu xan
Xaydu xan Börçigin (monq. Хайду хаан, ᠺᠠᠶᠳᠣ; çincə 海都; çin. sadə. 海都, pinyin: Hǎidū; 1030/35/40/50—1100/1120) — Xamaq Monqol xaqanlığının ilk xanı (1080-1100/1120) Börçigin sülaləsindəndir. Bodonçar xaqanın ulu nəvəsinin oğludur. Nəslindən məşhur olanlardan bəziləri bunlardır: Xabul xan, Çingizxan Temuçin, Əsən Buğa xaqan və digərləridir.
Xakas dilləri
Xakas dilləri və ya xakas-qırğız dilləri — qədim qırğız dilinin əsasında formalaşmış şərqi türk dilləri qrupu.Ehtimal olunur ki, qədim qırğız dili sarı uyğur, Fuyu qırğız, ədəbi xakas, şor və xakas altay idiomları əsasında formalaşmışdır ki, onlar bir-birini anlayan dialektlərdir. Ən çox təcrid olunmuş sarı uyğur dilidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Текин Т. Проблема классификации тюркских языков // Проблемы современной тюркологии: материалы II Всесоюзной тюркологической конференции.
Ayt-Ben-Xaddu
Ayt-Ben-Xaddu (bər. ⴰⵢⵜ ⴱⴻⵏⵃⴰⴷⴷⵓ ; ərəb. آيت بن حدّو‎ ) — müasir Mərakeşdə, Böyük Səhra və Marrakeş şəhəri arasındakı keçmiş karvan yolu boyunca yerləşən tarixi ksar (istehkam yaşayış məntəqəsi). Bura, gil palçıqdan hazırlanmış tikililərlə xarakterizə edilən Mərakeş memarlığının böyük bir nümunəsi hesab olunur və 1987-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. == Tarix == Ksar XI əsrdən, Əlmürabilər dövründən bəri inşa edilmişdir. İndiki tikililərin heç birinin 17-ci əsrdən əvvələ aid olmadığına inanılır, lakin ehtimal ki, əsrlər boyu istifadə edilən eyni tikinti metodları və dizaynları ilə inşa edilmişdir. Sahənin strateji əhəmiyyəti, əsas trans-Sxara ticarət yollarından biri boyunca yerləşməsi ilə əlaqədar idi. Bu marşrut üzərində olan Tizi-n'Tiçka keçidi, Marrakeş şəhəri ilə Böyük səhranın kənarındakı Draa vadisindən keçərək Atlas dağlarını aşan bir neçə yoldan biri idi. Bu yol boyunca digər kasbah və ksarlar yerləşirdi.Bu gün ksarın özündə yalnız bir neçə ailə yaşayır. Vaxt keçdikcə ərazidə başlayan depopulyasiya vadinin 20-ci əsrdə strateji əhəmiyyətini itirməsinin nəticəsidir.
Xaker (film, 2016)
Xaker (ing. Hacker) — 2016-cı ildə Akanom Satayevin rejisorluğu ilə çəkilmiş film. == Məzmunu == Aleks (Aleksandr Danilyuk), valideynləri ilə birlikdə, erkən yaşda Ukraynadan Kanadaya köçdü. Atası iş tapmaqda çətinlik çəkirdi və ev satın aldıqtan sonra ailənin yeganə gəlir mənbəyi anasının əmək haqqı idi. Ancaq anası borc götürdüyü bankdakı işindən çıxarıldı və ailəsi maliyyə problemləri ilə üzləşdi. Aleks özünün və ailəsinin maliyyə vəziyyətini düzəltmək və bütün qlobal maliyyə sistemindən intiqam almaq istəyir. Bu səbəbdən DarkWeb cinayət internet təşkilatına qoşulur, amma hədəflərinə nail olmaq istiyərkən polisin və mafiyanın diqqətini çəkir. == Rollarda == == İstinadlar == == Xarici keçidlər == Hacker — Internet Movie Database saytında.
Adağan (Maku)
Adağan (fars. اداغان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,043 nəfər yaşayır (198 ailə).
Aksu (şəhər)
Aksu (Ağsu) (Uyğurca: ئاقسۇ, Aksu shehiri, Çincə: 阿克苏/阿克蘇; Pinyin: Ākèsū)— Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda bir şəhər. == Qəsəbə və kəndlər == Aksu şəhəri, beş məhəllə komitəsi (社区居民委员会; jūmínwěiyuánhùi), iki qəsəbə (镇 zhèn), beş küçə komitəsi (乡 xiāng), bir xüsusi məhəllə komitəsi, bir xüsusi bölgə və on dörd xüsusi küçə bölgəsi (虚拟乡) kimi yaşayış məntəqələrindən təşkil olunub. Ayrıca Bingtuan Ertuan (兵团二团; Bīngtuán Èrtuán) 1.2 km² yüzölçümünde Sintcan Məhsul və İnşaat Kolordusu (新疆生產建設兵團; Xīnjiāng Shēngchǎn Jiànshè Bīngtuán) bu bölgədə yerləşir. == Tarixi == Bu şəhərin çincə və ingiliscə digər adları: Aqsu New City, Akoso, New Aksu, A-k'o-su-hsien, A-k'o-su-hsin-ch'eng, Aqsu, Aksou, Ak Su Yangi Shahr, A-k'o-su, Aqsu Yangi Shahr, A-k'o-su-chen, Yangi-shahr ve Aksu New City.502-550-ci illər arasında Hunlar, 552-648-ci illər arasında Göytürklər, 648-649-cu illər arasında Tan sülaləsi zamanında Çinlilər, təkrar 659-cu ildən etibarən 744-cü ilə qədər Göytürklər, 790 və 791 - təxminən 842-ci illər arasında Tibetlilər və 1006-cı ildən etibarən Qaraxanlılar 1032-1210-cu illər arasında Şərqi Qaraxanlılar, Şərqi Qaraxanlıları Qaraxitaylar yıxdıqdan sonra Qaraxitaylar, daha sonra; öncə 1227-1370-ci illər arasında Cığatay xanlığı daha sonra 1370-1514-cü illlər arasında Şərqi Cığatay xanlığı və yaxud Moğolustan bu bölgədə hegemonluq qurmuşdur. === Yarkənd xanlığı dönəmi === Şərqi Türkistanda 1514-cü və 1680-ci illər arasında Altışəhər (Altışəhr) olarak bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Ağsu və Üçturfan kimi şəhərləri əhatə edən bölgədə Yarkənd xanlığı, (mamlakati Yarkənd, məmləkati- Moğoliyə, məmləkəti-Səidiyə) hegemonluq qurmuşdur. XIX əsrin sonunadək, Aksu şəhəri geniş bazar-çarşıları və karvansarayları ilə bölgəsəl bir ticarət mərkəzi halına gəlmişdir. 1887-ci ildə Aksunu ziyarət eden Francis Younghusband, şəhər əhalisi 20,000, artı bir qarnizon və təxminən 2,000 nəfər əsgəri vardı,-deyə yazırdı. == İqtisadiyyat == Yeterincə su qaynaqları və ildə təxminən 200 günden artıq günəş işığı görən Aksu ətrafında taxılçılıq, əkinçilik, bağçılıq və bostançılıq çox inkişaf etmişdir. Bu səbəblə, Han Çinliləri 1980-ci illərdən bəri, yarıhərbi bir təşkilat olan Sincan Məhsul və İnşaat kolorduları qurmuş, məqsədi azlıq milliətlərin strateji sahələrini müstəmləkə halına gətirmək, işlənilməyən yerləri sömürmək üçün böyük mexanikləşdirilmiş dövlət fermaları və böyük bir sulama kanalı tikməyə başlamışdır. == Ədəbiyyat == Hill, John E. 2003.