Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oqtay Xalloğlu
Oktay Xəlil oğlu Seyidov, Oqtay Xalloğlu (1959, Aslanbəyli, Qazax rayonu – 26 mart 2003) — Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur. == Həyatı == Oqtay Seyidov 1959-cu ildə Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli Kəndində anadan olmuşdur. 1976-cı ildə Aslanbəyli kənd tam orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Universiteti bitirdikdən sonra hərbçi kimi fəaliyyətə başladı. 1982-ci ildən keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətə başlamışdır. Ailə qurduqdan sonra Gəncə şəhərində yaşamışdır. 26 mart 2003-cü il tarixdə Daşkəsən Rayon Rərbi Komissarı polkovnik-leytenant Oktay Seyidov xidməti vəzifəsini yerinə yetirərkən yol qəzasında vəfat etmişdir. == Ailəsi == 1 qardaşı və 2 bacısı var.
Babaoğlu
Babaoğlu — təxəllüs. Hikmət Babaoğlu — Azərbaycan yazıçısı. Haşmət Babaoğlu — "Sabah" qəzetinin jurnalisti. Tahir Babaoğlu — Payasspor FK-in futbolçusu. Bilal Babaoğlu — Ssenari müəllifi.
Saloğlu
Saloğlu — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Saloğlu qəsəbəsi Köçvəlili kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Saloğlu kənd Soveti yaradılmışdır. == Toponimikası == == Tarixi == Kəndin ərazisində keçmiş Sovet hərbi bazaları yerləşib. 1991-ci ildə Sovet ordusu bu regionu tərk edən zaman dağıdılmış və nəticədə böyük bir ərazi partlamamış hərbi sursatlarla çirklənib. ANAMA təşkilatının həyata keçirdiyi layihə nəticəsində kəndin ərazisi 2011-ci ildə minalardan tam olaraq təmizlənib. Beş ildən artıq bir dövrdə həyata keçirilən Saloğlu layihəsi çərçivəsində 5 683 769 kv.m yerüstü və eyni qədər yeraltı təmizləmə əməliyyatları həyata keçirilib. 640 mindən artıq sursat tapılıb, təhlükəsiz qaydada zərərsizləşdirilib.
Akif Salamoğlu
Salamov Akif Salam oğlu (Akif Salamoğlu) (21 yanvar 1949, Nuxa) — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Akif Salamoğlu 1949-cu il yanvarın 21-də Şəki şəhərində anadan olmuşdur. 1956-cı ildə Şəki şəhər 10 saylı orta məktəbə getmiş və 1966-cı ildə həmin məktəbi qızıl medalla bitirmişdir. Orta təhsillə yanaşı tar ixtisası üzrə musiqi təhsili də almışdır. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək "İnşaat-mühəndisi" ixtisasına yiyələnmişdir. 1973-cü ildə əsgəri xidmətdə olarkən böyük mühəndis vəzifəsində işləmişdir. "Azərkommunlayihə" institutunda, "Şəki-qaz" istismar idarəsində , Dövlət qazlaşdırma komitəsi aparatında müxtəlif vəzifələrdə işləməklə bərabər yaradıcılıqla da məşğul olmuş, bir sıra təmsillər, lirik şeirlər, miniatürlər, hekayələr, esselər, pyeslər, romanlar yazmışdır. 1796–1841-ci illərdə ömür sürmüş Şəki şairlərindən olan Molla Qasım Zakir Nuxəvi onun ulu babasıdır. == Yaradıcılığı == İlk dəfə "Bahar" və "Xoruz" adlı şeirlərini ibtidai sinifdə oxuyarkən yazmışdır. Axırıncı siniflərdə oxuduğu zaman məktəb radio qovşağının redaktoru kimi ictimai iş aparmışdır.
Cahid Qayaoğlu
Cahid Qayaoğlu (türk. Cahit Kayaoğlu; 29 dekabr 1976, Elazığ) — Zaza kökənli Türkiyəli ssenarist və aktyor. Qurdlar Vadisi Pusqu serialında canlandırdığı Cahid Qaya personajı ilə tanındı. == Həyatı və karyerası == Zaza kökənlidir. Daha əvvəl Atatürk Hava Limanı Beynəlxalq Terminalında polis məmuru olaraq çalışdı. Qurdlar Vadisi Pusqu serialında 9-10 mövsümlər (230–300 bölümlər) ssenarisini yazdı və 4-10 mövsümlər (77–300 bölümlər) Cahid Qaya personajını canlandırdı. Qurdlar Vadisi Pusqu serialı ilə yanaşı Qurdlar Vadisi Vətən filmində ssenarisini yazdı və rol aldı.
Cahit Kayaoğlu
Cahid Qayaoğlu (türk. Cahit Kayaoğlu; 29 dekabr 1976, Elazığ) — Zaza kökənli Türkiyəli ssenarist və aktyor. Qurdlar Vadisi Pusqu serialında canlandırdığı Cahid Qaya personajı ilə tanındı. == Həyatı və karyerası == Zaza kökənlidir. Daha əvvəl Atatürk Hava Limanı Beynəlxalq Terminalında polis məmuru olaraq çalışdı. Qurdlar Vadisi Pusqu serialında 9-10 mövsümlər (230–300 bölümlər) ssenarisini yazdı və 4-10 mövsümlər (77–300 bölümlər) Cahid Qaya personajını canlandırdı. Qurdlar Vadisi Pusqu serialı ilə yanaşı Qurdlar Vadisi Vətən filmində ssenarisini yazdı və rol aldı.
Hikmət Babaoğlu
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. == Həyatı == Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. == Siyasi fəaliyyət == 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur.1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Elmi fəaliyyət == 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb. 2013-cü ildə "Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb.
Kamal Sulaoğlu
Kamal Sulaoğlu və ya Kamal Zəki Sulaoğlu (türk. Kemal Zeki Sulaoğlu) — Türkiyə jurnalisti, yazıçısı və qeyri-hökumət təşkilatı meneceri. Xüsusilə Bursadakı nəşriyyat fəaliyyəti ilə tanınır.
Təyyar Salamoğlu
Təyyar Salamoğlu (tam adı: Təyyar Salam oğlu Cavadov) — Azərbaycan ədəbiyyatşünası, tənqidçi, pedaqoq, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Təyyar Salam oğlu Cavadov 1960-cı ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olmuş, 1977-ci ildə Sabirabad rayonu Ulacalı kənd orta məktəbini bitirmiş, həmin ildə V.İ.Lenin adına APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olmuşdur.1981-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Sabirabad rayonuna Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim göndərilmişdir. 1981-ci ildən Sabirabad rayonu Qalaqayın kənd orta məktəbində müəllim, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini, 1983-cü ildən isə həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmış,1984-cü ildə V.İ.Lenin adına APİ-nin Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspiranturasına (qiyabi) daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə "XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan uşaq poeziyası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1985-ci ildən 1991-ci ilədək Sabirabad rayonunun Mürsəlli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmiş,1991-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində baş laborant, kiçik elmi işçi vəzifələrində çalışmış, 1996-cı ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı kafedrasında müəllim vəzifəsinə təyin edilmişdir. 1998-ci ildən Müasir Azərbaycan və dünya ədəbiyyatı, 2003-cü ildən isə Azərbaycan və dünya ədəbiyyatı kafedrasında dosent vəzifəsində çalışmış, 2007-ci ildə "80-ci illər Azərbaycan romanı: janr təkamülü" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildə Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə professor elmi adı almışdır. 2010-cu illərdə Bakı Qızlar Universitetində əlavə iş yeri kimi professor, Ədəbiyyat və jurnalistika kafedrasının müdiri, elmi işlər üzrə prorektor vəzıfələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2013–2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın Filologiya üzrə Ekspert Şurasının üzvü, sədr müavini və sədri kimi çalışmışdır. Bir sıra beynəlxalq elmi konfransların iştirakçısıdır.
Yusuf Halaçoğlu
Yusuf Halaçoğlu (10 may 1949, Kozan, Adana ili) — Türk Tarix Qurumunun həqiqi üzvü, professor, doktor, Türkiyə Böyük Millət Məclisinin deputatı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru. == Həyatı == 1949-cu ildə Adananın Kozan ilçesinde anadan olmuşdur. == Elmi Fəaliyyəti == 1978-ci ildə doktor adını almışdır. 1982-ci ildə köməkçi dosent, 1983-cü ildə dosent, 1989-cu ildə isə professor vəzifəsinə yiyələnmişdir. 1989-cu ildə Türk Tarih Qurumunun həqiqi üzvü seçildi. 1989-cu ildə Başbakanlıq Dövlət Arxivləri baş idarəçiliyinin Osmanlı Arxivi Dairə Başkanlığı vəzifəsinə, 1990-cı ildə isə müdir müavini təyin edilib. 1992-ci ildə bu vəzifəsindən istefa etmişdir. 1992-ci ildə Mərmərə Universitetinin rektor müavini, daha sonra rektor vəkili, bir müddət sonra yenidən rektor müavini olmuşdur. 1993–2008-ci illərdə Türk Tarix Qurumunun sədri oldu. Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Azad Ağaoğlu
Azad Ağaoğlu (tam adı: Azad Sabir oğlu Ağayev) — azǝrbaycanlı filoloq, tǝrcümǝçi. == Həyatı == Azad Ağaoğlu 1974-cü ildǝ Bakı şǝhǝrindǝ anadan olmuşdur. Bakıda Hüseyn Cavid adına 132 nömrǝli orta mǝktǝbi bitirmişdir. İstanbul Universitetinin Ədǝbiyyat fakültǝsindǝn (Türk dili vǝ ǝdǝbiyyatı ixtisası üzrǝ) mǝzun olmuşdur. Klassik türk vǝ Azǝrbaycan ǝdǝbiyyatı mövzusunda bir sıra mǝqalǝlǝrin müǝllifi, Azǝrbaycan vǝ rus dillǝrindǝn türk dilinǝ elmi, bǝdii vǝ siyasi ǝdǝbiyyatın tǝrcümǝçisidir. Azǝrbaycan ǝdǝbiyyatından Mir Cǝlal, Elçin, Z. Yaqub kimi yazıçı vǝ şairlǝrin, rus ǝdǝbiyyatından Puşkin vǝ Bunin kimi müǝlliflǝrin ǝsǝrlǝrini türk dilinǝ müvǝffǝqiyyǝtlǝ tǝrcümǝ etmişdir. == Əsǝrlǝri == === Elmi-tǝnqidi mǝqalǝlǝri === “Şâhî Divanı mı Vâhî Divanı mı?”, Toplumsal Tarih jurnalı, N-93, s. 62-65, Sentyabr 2001, İstanbul. “Zemin-i İtibar Üzre Nisar Edilen İnciler”, Varlık jurnalı, N-1155, s. 65-68, Dekabr 2003, İstanbul.
Cihad Abaoğlu
Cihad Abaoğlu (türk. Cihat Abaoğlu; 1914, Konya, Konya vilayəti – 25 dekabr 1979, İstanbul) — Türkiyə həkimi. O, 1939-cu ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdir. Abaoğlu 1947-ci ildə universitetə daxil olmuş, 1961-ci ildə İstanbul Universiteti Tibb Fakültəsinin professoru olmuşdur. O, 1965-ci ildə həmin universitetin dekanı olmuşdur. Abaoğlu 1979-cu ildə İstanbulda vəfat etmişdir. Onun çap olunmuş 3 kitabı var.
Mirmehdi Ağaoğlu
Mirmehdi Mirkazım oğlu Ağaoğlu (15 oktyabr 1982, Aşağı Qaramanlı, Neftçala rayonu) — azərbaycanlı yazıçı və publisist. == Həyatı == Mirmehdi Ağaoğlu 15 oktyabr 1982-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 1990–2000-ci illərdə Bakı şəhəri Sabunçu rayonu 170 saylı orta məktəbdə təhsil alıb. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu fakültəsində oxuyub. == Fəaliyyəti == 2005-ci ildən Mirmehdi Ağaoğlu imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2008–2012-ci illərdə "Xalqbank"da kassir vəzifəsində çalışıb. 2012–2018-ci illərdə isə "Kulis.az" internet dərgisində redaktor kimi fəaliyyət göstərib. 2019-cu ildən APA Holdinqdə redaktor vəzifəsində çalışır. == Kitabları == 2011-ci ildə "Görüş" adlı romanı işıq üzü görüb.2012-ci ildə "Küləyi dişləyən" adlı romanı ilə oxucuların qarşısına çıxıb. 2015-ci ildə "Bu gün səbir elə" adlı romanı çap olunub.2016-cı ildə "Alman malı" adlı müxtəlif illərdə qələmə aldığı hekayələrindən ibarət kitabı "ATV Kitab" seriyasından "Parlaq imzalar" nəşriyyatında çap edilib.2020-ci ildə "Oğlum üçün hər şey" adlı kitabı Türkiyədə işıq üzü görüb.2021-ci ildə "Zəfərin izi ilə" adlı kitabı çap olunub.
Məhəmməd Ağaoğlu
Məhəmməd Ağaoğlu (ing. Mehmet Aga-Oglu; 24 avqust 1896, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 4 iyul 1949, Detroyt, Miçiqan, ABŞ) — alim-sənətşünas, filologiya elmləri doktoru, professor. == Həyatı == Məhəmməd Ağa oğlu Ağayev 1896-cı il avqustun 24-də İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini burada mədrəsədə almış, sonra 1912-ci ildə gimnaziyanı bitirmiş və həmin il Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. Ağaoğlu burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanış olmuş və bu onda tədqiqatçılığa meyl oyatmışdır. O, 1916-cı ildə MDU-nu, 1926-cı ildə isə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. == Fəaliyyəti == MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu 1916-1919-cu illərdə şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiyə, Türkistan İran, İraq, Suriya və Orta Asiyaya səfər etmiş, filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra Bakıya köçmüşdür. 1920-ci ildə Türkiyəyə mühacirət etmiş, İstanbul Universitetinə daxil olmuşdur. Geniş erudisiyalı şərqşünas alim kimi tanınmış, Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, latın və yunan dillərini mükəmməl bilmişdir. Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında, həmçinin həmin dövrdə mədəni quruculuq işlərində bır sıra maarif mədəniyyət və sənət ocaqlarının yaradılmasında, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışdır.
Qəmər Ağaoğlu
Qəmər Ağaoğlu (ing. Kamer Aga-Oglu; 15 oktyabr 1903, Şuşa – avqust 1984, Miçiqan) — Qarabağ xanları nəslindən olan, ABŞ-də fəaliyyət göstərmiş incəsənət professoru. Miçiqan Universitetində işləmişdir. == Həyatı == Qəmər Ağaoğlu 1903-cü il oktyabrın 15-də Şuşada anadan olmuşdur. Həyatının Azərbaycanda keçən dövrü haqqında çox az məlumat mövcuddur. Orta təhsilini Bakıdakı qız gimnaziyasında aldığı güman edilir. == Ailəsi == Atası Qarabağ xanlarının ailəsindən olan Talıbxan bəy Talıbxanov (1859–1920) həm çar, həm də AXC dövründə müxtəlif inzibati vahidlərin rəisi vəzifəsində çalışmışdır. Böyük bacısı Sürəyya Talıbxanbəyli (1899–1974-cü ildən əvvəl) İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsini bitirmişdi. İlk nikahla Cümhuriyyətin sonuncu hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutmuş siyasi mühacir Mustafa Vəkilli (1896–1965) ilə ailə qurmuşdur. Azərbaycan və Anadolu türkcəsinin dialektoloji baxımdan müqayisəli tədqiqi istiqamətində bəzi araşdırmalar aparmışdır.
Saloğlu bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sinan Kaloğlu
Sinan Kaloğlu (10 İyul 1981, Tunceli) – Türkiyə futbolçusu. Sinan Kaloğlu hazırda legioner həyatı yaşasa da daha çox öz ölkəsində çıxış edib. == Karyerası == Peşəkar karyerasına 1999-2000 mövsümündə Bolusporda başlayan Sinan qısa zaman kəsiyində Altayın maraq dairəsinə düşüb. Nəticədə bu komandaya üz tutan forvard 2000-2003-cü illər aralığında meydana çıxdığı 63 oyunda 27 qola imza atıb. Bu səbəbdən Türkiyənin aparıcı klublarından Beşiktaşın diqqətini çəkən Kaloğlu növbəti 3 ildə bu komandanın şərəfini qoruyub və "ağ-qaralı" formada keçirdiyi 22 oyunda cəmi 1 qol vurub. Lakin İstanbul təmsilçisində rəqabətin böyük olması üzündən 2004-2005 mövsümündə Diyarbəkirspor (33 oyun, 11 qol), 2005-2006 mövsümündə isə Manisasporda (25 oyun, 7 qol) icarə əsasında çıxış etmək məcburiyyətində qalıb. 2006-cı ildə isə Bursaspor Sinanın transfer hüquqlarına yiyələnib. Nəticədə 2 mövsüm Bursa təmsilçisində çıxış edən hücumçu burdakı çıxışıyla hətta Avropa klublarının da diqqətini çəkməyi bacarıb. Bursasporda 35 oyuna 10 qol vuran Kaloğlu ötən mövsüm Almaniya klublarından Bohumun təklifini müsbət cavablayır. Lakin burda bir mövsüm ərzində keçirdiyi 18 oyunda rəqib qapılarına cəmi 3 dəfə yol tapmağı bacaran forvard Hollandiyaya üz tutmaq məcburiyyətində qalır.
Sürəyya Ağaoğlu
Sürəyya Əhməd bəy qızı Ağaoğlu (1903–1989) — Türk dünyasının ilk qadın vəkili, qadın hüquqları müdafiəçilərindəndir. == Həyatı == O, 1903-cü ildə Azərbaycanın Şuşa şəhərində anadan olub. Atası tanınmış mütəfəkkir, yazıçı və siyasətçi Əhməd Ağaoğlu, anası isə Sitarə xanımdır. Beş uşaqlı ailənin böyük uşağı olan Sürəyya xanımın pedaqoq və deputat Tezər Taşkıran, mühəndis və iş adamı Abdurrahman Ağaoğlu; O, siyasətçi, yazıçı və hüquqşünas Səməd Ağaoğlu ilə həkim Gültəkin Ağaoğlunun böyük bacısıdır. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Universiteti Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur. 1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.
Səməd Ağaoğlu
Ağaoğlu Səməd Əhməd bəy oğlu (1909, Bakı – 6 avqust 1982, İstanbul) — yazıçı, publisist və Türkiyənin dövlət və siyasi xadimi olmuşdur. Üç dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. == Həyatı və siyasi fəaliyyəti == Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlmiş, hələ körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olmuşdur. Ankarada hüquq fakultəsini bitirdikdən sonra bir müddət Strasburqda işləmişdir. Bu illərdə yaradıcılığa başlamış, ilk qələm təcrübələrini sınaqdan keçirmişdir. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, millət vəkili] seçilmiş, nazir vəzifəsi tutmuşdur. Siyasi baxışlarına görə bir müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olmuşdur. 1960-cı ildə Calal Bayar — Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir.
Xanoğlu türbəsi
Xanoğlu türbəsi - Ağdam rayonunun Papravənd kəndində yerləşən XVIII əsrə aid ölkə əhəmiyyətli memarlıq abidəsi. Erməni vandalizmi nəticəsində dağıdılıb. == İstinadlar == == Xarici keçidlər == "Ağdam rayonunun vandalizmə məruz qalmış abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 21 sentyabr 2021. "Tarixi abidələr". agdjabedy.mctgov.az. 2021-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2021. "AZƏRBAYCAN RESPUBLİKASI AĞDAM RAYON İCRA HAKİMİYYƏTİ".
Ədalət Ağaoğlu
Ədalət Ağaoğlu (türk. Adalet Ağaoğlu; 13 oktyabr 1929 – 14 iyul 2020, İstanbul) — daha çox roman və hekayə janrındakı əsərləriylə tanınan Türkiyə yazıçısı. XX əsr Türkiyə ədəbiyyatının ən əhəmiyyətli yazıçılarından biri qəbul edilir. Türkiyənin müxtəlif dövrlərini və bu dövrlərin insan həyatlarına təsirini araşdıran əsərlər yazır. Romanlardan başqa hekayə, tamaşa, sınaq, xatirə növündə əsərlər yazır. == Bioqrafiya == 1929-cu ilin Oktyabr ayının 13-də Ankaranın Nallıhan rayonunda anadan olmuşdur. Atası, parça taciri Hafız Mustafa Sümərdir. Dörd uşaqlı bir ailənin ikinci uşağı və tək qızıdır. Qardaşları Cazib Sümər həkim, Günər Sümer tamaşa yazıçısı, aktyor, Ayxan Sümər isə biznesmen olmuşdur. Təhsilini Nallıhanda tamamladıqdan sonra 1938-ci ildə ailəsi ilə birlikdə Ankaraya köçdü.
Əhməd Ağaoğlu
Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu (türk. Ahmet Ağaoğlu; dekabr 1869, Şuşa – 19 may 1939, İstanbul) — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi.Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetində məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə də redaktorluq edib. 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və Tərəqqi Partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir.
Aşıq Azər Xanlaroğlu
Aşıq Azər Məhərrəmov (azərb. Məhərrəmov Azər Xanlar oğlu‎; 27 aprel 1983, Tovuz rayonu – 12 may 2018, Bakı) — Azərbaycan aşığı. == Həyatı == Azər Məhərrəmov 27 aprel 1983-cü ildə Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xaricdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil edib. 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi.Gənc yaşlarından ustadlıq səviyyəsinə yüksəlib, Türkiyədə, İranda, Gürcüstanda və digər ölkələrdə də tanınmışdır. Musa Nəbioğlu Azərin yaradıcılığı haqqında bunları yazırdı: === Vəfatı === 12 may 2018-ci ildə hepatit xəstəliyindən dünyasını dəyişib.
Baltaoğlu Süleyman bəy
Baltaoğlu Süleyman bəy (ö. 1458) — II Murad və II Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Əslən bolqar əsilzadələrindən olub, Sultan Murad səltənətində dəvşirmə olaraq Əndəruna alınmış, burada təlim-tərbiyə edildikdən sonra qapıçıbaşılığa qədər yüksəlmişdir. Səlib ordusuna qarşı uğur qazana bilməyən Turhan bəyi 1443-cü ildə sədrəzəm Xəlil Paşanın əmriylə həbs edərək Tokata aparmışdır. Macar kralı Vladislavla aparılan sülh müzakirələrində iştirak etmiş, sülh bağlandıqdan sonra müzakirə şərtlərini qarşı tərəfə elçi ünvanıyla bildirmiş, geri dönərkən isə sülhə əsasən təslim edilməli olan serb qalalarını boşaltmışdır. Müxtəlif dövlət vəzifələrində göstərdiyi şücaətlə Sultan Muradın etimadını qazanan Süleyman bəy, daha sonra sancaqbəyliyinə gətirildi. Bu vəzifədə ikən yenicə taxta çıxan Sultan Mehmedlə birlikdə Qaramanoğullarına qarşı mübarizə aparmışdır. 1449-cu ildə Midilli adasına tərtib etdiyi hücumla donanmadakı bacarığını göstərmiş, Kalonya qəsəbəsini ələ keçirmişdir. 1451-ci ildə Gəlibolu sancaqbəyi olaraq ilk dəfə kaptan-ı dərya ünvanı almışdır. Əmrindəki 400-ə yaxın döyüş gəmisi ilə birlikdə 1453-cü ildə Konstantinopolun mühasirəsində iştirak etmiş, şəhər sahilində zəbt etdiyi ilk bölgə onun adıyla Baltalimanı adını almışdır.
Əhməd bəy Ağaoğlu
Əhməd bəy Həsən bəy oğlu Ağaoğlu və ya Əhməd bəy Ağayev və ya Əhməd Akif Ağaoğlu (türk. Ahmet Ağaoğlu; dekabr 1869, Şuşa – 19 may 1939, İstanbul) — Azərbaycan və Türkiyə ictimai-siyasi xadimi, publisist, pedaqoq, yazıçı, türkoloq və liberal Kamalizmin banisi.Fransada təhsil aldıqdan sonra geri qayıdıb 1896-cı ildə Şuşada ilk kitabxana, qiraətxana açıb. 1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya gəlib, "Kaspi" qəzetində məqalələr yazıb. O, həmçinin Ə. Hüseynzadə ilə birlikdə "Həyat" qəzetinə də redaktorluq edib. 1905-ci ildə çar hökumətinə və daşnak ermənilərə qarşı mübarizə aparmaq üçün gizlin "Difai" təşkilatını qurub. Bir müddət sonra çar hökuməti tərəfindən təqib olunan Əhməd bəy aylarla dostlarının evində gizlin yaşadıqdan sonra həbs olunmamaq üçün 1908-ci ilin sonlarında İstanbula köçməli olur. Türk Ocağı milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkat tərəfindən keçirilmiş konqresə prezident seçilir. Sonradan gənc türklərin İttihad və Tərəqqi Partiyasına daxil olur. Süleymaniyyədə kitabxana direktoru, "Türk yurdu" jurnalının redaktoru olmaqla yanaşı İstanbul Universitetində Türk-monqol tarixindən və rus dilindən dərs deyir.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə gəlmiş Qafqaz İslam Ordusu komandanının siyasi müşaviri olmuşdur. 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir.
Pəriçınqıl Alagölü
Pəriçınqıl Alagölü — Laçın rayonu ərazisində göl. Ermənistanın Gorus rayonu ilə sərhəddə şirin sulu göldür. 2974 metr yüksəklikdə yerləşir. Vulkan mənşəli bu göldən mal-qaranın suvanlması üçün istifadə edilir. Ərazidəki Ala göllər qrupundan olan bir neçə göldən fərqləndirmək məqsədilə Pəriçınqıl dağının adından istifadə olunmuşdur.