Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xalisan (Sərdəşt)
Xalisan (fars. خليسان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (19 ailə).
Xalisa
Xalisa — Vedibasar mahalının Vedi rayonunda kənd. Xalisa - İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. (Erməni mənbələrində) Erməni əsilli kəndin başqa adının Xalisa Gyuley yurd olduğu göstərilir. Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir. Xalisa kəndindəki 1925-ci ildən fəaliyyətə başlayan ibtidai məktəb 1934-1935-ci tədris ilində yeni istifadəyə verilən məktəb binasında (Köhnə məktəb) yeddiillik məktəbə çevrilmişdir. Yeddiillik məktəb 1963-1964-cü tədris ilində səkkizillik məktəbə çevrilmişdir. Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır.
Xalisə
Xalisə və ya Xass — IX əsrdə yaranmış torpaq mülkiyyət forması. Azərbaycan xanlıqlarında da yaranmışdır. Xanlıqlarda torpaqların çoxu xanın mülkiyyətində idi. Bilavasitə xan və onun ailə üzvlərinə məxsus olan torpaqlar xass torpaqları adlanırdı. Ənvər Çingizoğlu, Mаis Əmrаhоv, Habil Həsənоv. Qаrаbаğ хаnlığı. Bakı: "Mütərcim". 2008. 208 səh.
Xalijan Bekxojin
Xalijan Bekxojin (2 (15) dekabr 1913, Pavlodar, Bozqır general-qubernatorluğu – 2 oktyabr 1990, Almatı) — Müasir qazax ədəbiyyatının görkəmli simalarından olub, poema, dram əsərləri, şeir və tərcümələr müəllifidir. Müasir qazax ədəbiyyatının görkəmli simalarından olan Xalijan Bekxojin 15 dekabr 1913-cü ildə Pavlodar şəhərində anadan olmuşdur. O, orta mək- təbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamış, 1933–1934-cü illərdə Pavlodar şəhərində dərc olunan "Kolxoz" qəzetinin əməkdaşı olmuşdur. 1938–1942-ci illərdə Qazaxıstan Komsomolu Mərkəzi Komitəsində və Qazaxıstan Yazıçılar İttifaqında işləmişdir. Böyük Vətən müharibəsi başladıqdan bir il sonra müharibəyə getmiş və 1942–1945-ci illərdə hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Xalijan Bekxojin müharibədən geri döndükdən sonra 1946–1949-cu illərdə Qazaxıstan Elmlər Akademiyası-nın Dil və Ədəbiyyat institutunda elmi işçi vəzifəsində çalışmışdır. O, 1965-ci ildə "Qazax mətbuatının inkişaf yo- lu" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1969-cu ildə onun ədəbi-tənqidi məqalələrdən ibarət "Ənənə və novatorluq" kitabı çap olunmuşdur. O, 1978-ci ildə Qazaxıstanın Dövlət mükafatı laureatı, 1986-cı ildə isə xalq yazıçısı adlarına layiq görülmüşdür. Xalijan Bekxojin 2 oktyabr 1990-cı ildə Almatı şəhərində vəfat etmişdir.
Xalisə Qarı
Xalisə Qarı (tam adı: Xalisə Hacı Bayram qızı d. XVIII əsrin II yarısı - ö. ?) - Azərbaycanlı şairə. == Haqqında == Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşma və bayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona “Qarı” (qoca, çox bilmiş) təxəllüsü vermişlər.
Xalisə Hacı Bayram qızı
Xalisə Hacı Bayram qızı və ya təxəllüsü ilə Xalisə Qarı (XVIII əsr, Şəki – XVIII əsr, Şəki) — Azərbaycan şairəsi. == Həyatı == Xalisə Hacı Bayram qızı XVIII əsrin ikinci yarısında varlı-ziyalı ailəsində anadan olmuşdur. Atasının evində qonaq olan ziyalılar və şairlər kiçik Xalisənin əzbərdən dediyi qoşma və bayatıları dinlədikdən sonra atasına Xalisəni oxudub savadlandırmasını məsləhət görmüşlər. Onun atası Hacı Bayram qızına xüsusi müəllim vasitəsilə təhsil verib. Xalisə böyüdükcə şeirə və elmə həvəsi artmış və özü orijinal qoşmalar yazmağa başlamışdır. O, həmyaşıdı olan kiçik qızların savadsız, hüquqsuz vəziyyətlərinə acıyaraq öz evlərində qızlar üçün məktəb təşkil etmiş, onlara savad öyrətmişdir. Bununla kifayətlənməyərək, atasının yardımı ilə kiçik ev kitabxanası da yaratmışdır. Kiçik yaşlarında özünü böyüklərdən daha fərasətli apardığı, dərin mənalı söhbətlər etdiyi üçün qocalar ona "Qarı" (qoca, çox bilmiş) təxəllüsü vermişlər. O, özündən sonrakı nəslinə örnək olmuşdur. Bunun nəticəsidir ki, onun nəslindən Əbdüllətif əfəndi "Nuxəvi" kimi tarixçi alim yetişmişdir.
Alişan
Alişan (19 iyun 1976, İstanbul) — Türkiyə müğənnisi Məşhur türkiyəli Zaza müğənni Alişan əsgər getməmək üçün maraqlı üsuldan istifadə edib. Sənətçi hərbi xidmətdən yayınmaq üçün futbolçu olmaq qərarına gəlib. Belə ki, 2008-ci ildə qəbul olunan qanuna əsasən 3 liqada çıxış edən peşəkar futbolçulara 38 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verir. Bu qanundan yararlanmaq istəyən 33 yaşlı Alişan 2-ci liqa təmsilçisi "Tepecikspor"la müqavilə imzalayıb. Özü də müğənni klubdan transfer haqqı almaq əvəzinə, özü transfer haqqı ödəyib. yəni müqaviləni pul qarşılığında imzalayıb. Lakin o, arxada qalan 14 tur ərzində bir dəfə də olsun "Tepecikspor"un formasını geyinməyib. Alişanın 33 yaşında olmasına baxmayaraq hərbi xidmətə getməməsi Türkiyədə böyük narazılıqlarla qarşılanıb. Hətta 2009-cu ildə "Facebook"da "Alişan əsgərliyə getsin" adlı kampaniya da başlayıb. İlk dəfə iki il öncə hərbi xidmətdən yayınmaqda Təqsirlənәn müğənni 2008-ci ildə dəyişdirilən hərbi qanundan yararlanmaq qərarına gəlib.
Alışan
Alışan (lat. Dictamnus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Latınca "Dictamnus" adlanır. Lüğəti mənası Dikte — Krit dağlarının birinin adı, Thamnos isə "kol" deməkdir. Qaratikan kolları arasında bitən bu bitkinin yayın qızmar günlərində öz-özünə alışıb yandığı haqqında rəvayətlər gəzir. Elə buna görə də bitkiyə xalq arasında "alışdım-yandım" da deyirlər. "Alışdım-yandım" quraqlığadavamlı olmaqdan ötrü öz ətrafında efir yağı ilə zəngin atmosfer yaradır. Kibriti yandırıb bu bitkiyə yaxın tutduqda o ani olaraq alovlanır. Bu bitkinin tərkibində diktamin alkalloidi, saponin və 0,5%-ə qədər efir yağı vardır. Çində sarılıq, öd kisəsi iltihabı xəstəliklərinin müalicəsində, qaşların tökülməsində və keçəlləşmənin qarşısının alınmasında istifadə edilir.
Qafqaz alışanı
Alişan dağları
Alişan (çin. 阿里山) — Tayvanda, Yuşan dağından bir qədər aralıda yerləşən dağ sistemi. Dağ sistemi ərazisində Alişan Milli Təbiət Parkı, (çin. 阿里山國家風景區), istirahət zonası və təbiət qoruğu yerləşir. Park ümumilikdə 415 km² ərazini əhatə edir (45 ha). Parka qoruq dağları, dörd qəsəbə, şəlalələr və yüksək dağlıq ərazidə çay plantasiyalarıdaxildir. Szyai şəhəri ilə Alişan meşə dəmiryolu xətti, avtomobil yolu vastəsi ilə əlaqələnir. Park gəzinti yolları və çığırların kəsişdiyi ərazidədir Alişan dağlıq vilayətini çoxlu sayda turist və alpinist ziyarət edir. Bu dağ Tayvanın ən görməli yerlərindən biri hesab edilir və ölkənin milli rəmzlərindən biridir. Burada yerli çay və vassabi xüsusi məşhurluğa sahibdir.
Ağ alışan
Ağ alışan (lat. Dictamnus albus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Dictamnus generalis E.H.L.Krause Dictamnus odorus Salisb. Dictamnus solitarius Stokes Dictamnus suffultus Wallr. Fraxinella alba (L.) Gaertn.
Ensizyarpaq alışan
Gevond Alişan
Gevond Alişan (erm. Հայր Ղեւոնդ Ալիշան; 6 (18) iyul 1820, Konstantinopol, Osmanlı imperiyası – 9 noyabr 1901, San-Ladzaro-deli-Armeni[d], İtaliya krallığı), həmçinin Leonsio Alişan (it. Leonzio Alishan) və ya Leons Alişan (fr. Léonce Alichan) — erməni əsilli katolik keşişi, tarixçi və şairi. 1885-ci ildə Parisdəki Erməni Tələbələr Fondu Gevond Alişandan Ermənistanı təmsil edəcək bayraq hazırlamağı xahiş etmişdir. Onun tərtib etdiyi ilk bayraq formaca müasir Ermənistan bayrağına bənzəsə də, üzərindəki rənglər fərqli idi. O, daha sonra hazırladığı başqa bir bayraqğı Fransa bayrağından ilhamlanaraq tərtib etmişdir. Bu bayraqdakı rənglər qırmızı, yaşıl və mavi idi. Bunların Nuhun yerə enərkən ardıcıl olaraq gördüyü üç rəng olduğuna inanılır. İngilis yazıçısı Con Raskin "ona həmişə bir növ müqəddəs kimi baxdı"ğını qeyd etmiş, "uzun illər dostu" olduğunu əlavə etmişdir.
Tükcüklümeyvə alışan
Tükcüklümeyvə alışan (lat. Dictamnus dasycarpus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin alışan cinsinə aid bitki növü.
İlayda Alişan
İlayda Alişan (26 fevral 1996, İstanbul) — türkiyəli aktrisa. İlayda Alişan 26 fevral 1996-cı ildə İstanbulda anadan olmuşdur. İstanbul Bilgi Universiteti məzunudur.
Çalışan adam (film, 1996)
Baş qəhrəman-filmin direktoru (Nəriman Axundov) özü-özünü oynayır. 1) 1998-ci ildə Moskvada MDB və Baltikyanı ölkələrin I teleforumu Filmə bütün nominasiyalar üzrə Qran-pri Mükafatı verilmişdir. 2) 1999-cu ildə Film "Vətənə Xidmətə görə" III dərəcəli Mükafat almışdır. 3) 2000-ci ildə Fransada Filmə Komandor ədəbiyyat və incəsənət Mükafatı verilmişdir.