– [Köməkçi dedi:] Səriyin əl-ayağını, sürün onu bəri… Nə olubdur?
Hatəmxan evin yerindən tərpənmir, Pası əl-ayağını uzadır və onu yerə çırpırdı.
◊ Əl-ayağa dolaşmaq – mane olmaq, ayağa dolaşmaq. Uşaqları aparın, yoxsa əlayağa dolaşarlar. – [Yaşlı kişi:] Şoğəribə qalmış əl-ayağına dolaşır, – deyərək [Şirinnazın] çarşabını başından alıb yerə atdı.
[Hakim] səliqəli stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb səbətə atırdı ki, “əl-ayağa dolaşmasın!” Mir Cəlal. Əl-ayağa düşmək – təlaşa düşmək, təşvişə düşmək, həyəcanlanmaq. Mehdinin qaçmasını Naxçıvan və Gorus nəçənniklərinə xəbər verdilər. Nəçənniklər əl-ayağa düşdülər. “ ”.
Adamlar əl-ayağa düşdülər. İskəndər kişinin cənazəsini samanlığa apardılar.
[Nəcəf:] Bəs sən niyə belə əl-ayağa düşmüsən?
Əl-ayağı buza dönmək (soyumaq) – əlləri və ayaqları soyumaq, soyuqdan donmaq. Tahirin anası Gülsənəm arvad qaş qaralanda fermada sağını qurtarıb evə qayıdan zaman onun yanaqları gömgöy olmuş, əl-ayağı buza dönmüş, az qala dili tutulmuşdu.
Əl-ayağı düz – tərbiyəli, əxlaqlı, ismətli. Anam, bacım, qız gəlin; Əl-ayağı düz gəlin; Yeddi oğul istərəm; Bircə dənə qız, gəlin. ( ).
Əl-ayağı soyumaq – 1) ölümü yaxınlaşmaq, ölmək; 2) həvəsdən düşmək, ruhdan düşmək.
Lotuların əl-ayağı işdən-gücdən soyudu… ( ).
Əl-ayağı sustalmaq – 1) zəifləmək, taqətsizləşmək. Yavaş-yavaş qulağıma tarqaval səsləri də gəlməyə başladı. Əlimayağım sustaldı. ;
2) bax əl-ayağı soyumaq. Əl-ayağı titrəmək – 1) qorxudan və ya soyuqdan əsmək, titrəmək;
2) zəiflik, qocalıq, xəstəlik üzündən əl və ayaqları əsmək. Əl-ayağı üzülmək – bax əli üzülmək (“əl”də). Əl-ayağı yerdən üzülmək – son dərəcə təəccüblənmək, heyrət etmək.
Muxtarov Xanlara baxdıqca özü də məəttəl qalır, bəzən elə bil əl-ayağı yerdən üzülürdü.
Əl-ayağına düşmək – təzim etmək, qabağında diz çökmək, yalvarmaq. Əl-ayağını bağlamaq – hərəkət etməsinə imkan verməmək, mane olmaq. Əl-ayağını kəsmək – heç bir iş görməyə qoymamaq, mane olmaq. Əl-ayağını qayırmaq – hazırlaşdırmaq, hazırlıq görmək. [Hacı Həsən:] Ay qız, Fatma, Nazlının əl-ayağını qayır, bu gün gərək köçürək.
Əl-ayağını toplamaq – 1) işə başlamaq, nədən başlamaq lazım gəldiyini müəyyən etmək. Çimnaz isə hələ də əl-ayağını toplaya bilmirdi. ;
2) işi qurtarmaq üzrə olmaq, işi tamamlamağa yaxınlaşmaq. Əl-ayağını yığ(ışdır)maq – nizam və intizama tabe etmək, tabe olmağa məcbur etmək, qabağını almaq, istədiyini etməyə qoymamaq, müəyyən çərçivə içərisinə almaq.
Əl-ayaq açmaq – istədiyi kimi, sərbəst hərəkət etmək.
Əl-ayaq atmaq – bax əl-ayaq çalmaq.
Əl-ayaq çalmaq – çırpınmaq, çapalamaq.
Əl-ayaq çəkilmək – bax əl-ayaq yığılmaq.
…Gecə yarısı əl-ayaq çəkilir, hər şey yuxuya gedir, səs-səda kəsilir.
Axşam əl-ayaq çəkiləndə bura gəlib, üzünü bu qayaya tutub “a qaya-qaya!” deyə çağırsan, “qaya-qaya!” deyən əks-səda eşidərsən.
Çünki elə hər gecə, çəkiləndə əl-ayaq; Qaranlıq döngələrdə onlar verir səs-səsə!
Əl-ayaq eləmək (etmək) – 1) tərpənmək, hərəkət etmək, səy göstərmək, yubanmamaq, cəld tərpənmək. Bir əl-ayaq eləsək, işin canı alınar.
– Bədəlovun taqımı doğrudan da elə əl-ayaq elədi ki, Mədədov onları görəndə təəccübdə qaldı. ;
2) tapmaq, əldə etmək.
Zəhmət çək, mənə bir paket əl-ayaq elə.
Əl-ayaq kəsilmək – bax əl-ayaq yığılmaq.
Kənddə əl-ayaq kəsilmişdi.
Əl-ayaq qoymaq – bax əl qoymaq 2-ci mənada (“əl”də).
Əl-ayaq oynatmaq – 1) çapalamaq;
2) məc. hədələmək.
Əl-ayaq tərpətmək – cəld işləmək, tələsmək, hərəkətə gəlmək, səy etmək. Bir əlayaq tərpət görək.
– [Eyvaz kişi] bir qədər əl-ayağını tərpədərək üzdüsə də, birdən suların arasında yox oldu.
Əl-ayaq vermək – kömək etmək. Qonaqlıqda əl-ayaq verən çox olduğundan hər iş qaydalı gedirdi.
Əl-ayaq yetişməmək (çatmamaq) – çox uzaqda olmaq, görüşmək mümkün olmamaq.
Cənnətin hurisi, ərzin mələki; Yetişməz, yüz qala, əl-ayaq sənə.
Əl-ayaq yığılmaq (yığışmaq, yığışılmaq) – gediş-gəliş, hərəkət kəsilmək, hamı evinə çəkilmək.
Axşamdan xeyli keçmişdi, kənddə əl-ayaq çoxdan yığılmışdı.
Əl-ayaqda qalmaq – ortada qalmaq, başqalarının əvəzinə cavab verməli olmaq.
Qadın bağırırdı: – …Hərəniz özünüzü bir deşiyə soxun, əldə-oyaqda mən qalım!
Əl-ayaqda olmaq – hazırlıq görmək, tədbir görmək, amadə olmaq, hazır olmaq.
Əl-ayaqdan düşmək – əldən düşmək, bərk yorulmaq.
Mən səni izləməkdən düşmüşəm əl-ayaqdan.
Əldən-ayaqdan düşmək – bax əl-ayaqdan düşmək. Əldən-ayaqdan getmək – bax əldən getmək 1-ci mənada (“əl”də). Onun üçün nə əldən-ayaqdan gedirsən? – Kimisi əldən-ayaqdan gedir, kimisi sadəcə gülür, kimisi də haylı-küylü danışığı ilə özünü gözə verməyə cəhd edirdi.
Bəndalı ustasının xahişinə tez və dürüst əməl eləmək üçün əldən-ayaqdan gedir, kürə qabağında fır-fır fırlanırdı.
Əldən-ayaqdan olmaq – çox gəzməkdən yorulmaq, əldən düşmək. Əldən-ayaqdan salmaq – 1) çox gəzmək, hər yerdə olmaq; 2) taqətdən salmaq, yormaq.
[İkinci mühafiz:] Tüksüz yapıncı … [Ələmdarı] bu fırtınada lap əldən-ayaqdan salacaqdır.
Əlini-ayağını çəkmək – bir yerə daha gedib-gəlməmək, əlaqəsini kəsmək.