Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gamışan
Gamışan (Bükan)
Hamoşan
Hamoşam — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Hamoşam Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Bəşərü çayının sahilində, dağətəyi ərazidədir. Oykonim hamo ("hamar" sözünun Talış dilindəki tələffüz forması) və şam ("çayın burulduğu yerdə yaranmış qovsvari yer") sözlərindən düzəlib, "çayın burulduğu yerdə yaranmış qovsvari hamar yer" mənasındadır. == Etimologiyası == Yaşayış məntəqəsinin adı hamar sözünün talış dilində tələffüz forması olan hamo və şam «çay döngəsində dairəvi ərazi» sözlərindən ibarətdir (Hamarkənd). == Əhalisi == === Görkəmli şəxsləri === Mirzə Cəbiyev — "Sovet İttifaqı Qəhrəmanı" adını almış ən gənc azərbaycanlı. === Şəhidləri === Rəhman Babayev (1974-1993). Bakir Qasımov (1972-1993). Aqil Babayev (1975-1994). Çinar Əliyev (1988-2008).
Xaruşa
Xaruşa — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Xaruşə oyk, mür. Quba r-nunun Talabı i.ə.v.-də kənd. Vəlvələ çayının sahilində, Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Talabı kəndindən çıxmış ailələrin Xarüşə adlı qışlaqda məskunlaşması nəticəsində yaranmışdır. Oykonim tat dilindəki xar (düzən yer, güneyin ətəyi) və üşə (meşə) sözlərindən düzəlib, "düzənlikdə meşə" və ya "meşənin düzən yeri" mənalarındadır. Kənd üç tərəfdən meşə ilə əhatə olunmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 776 nəfər əhali yaşayır.
Gamışan (Bükan)
Gamışan (fars. ‎‎‎گاوميشان‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 73 nəfər yaşayır (14 ailə).
Gamışan (Soyuqbulaq)
Gamışan (fars. گاوميشان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 149 nəfər yaşayır (21 ailə).
Haməşan (Germi)
Haməşan (fars. همه شان‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (36 ailə).
Lamaşan (Həştrud)
Lamaşan (fars. لامشان‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 515 nəfər yaşayır (107 ailə).
Suhail Hamuşane
Suhail Hamuşane (d. 26 noyabr 1997) — Mərakeşli üzgüçü. Suhail Hamuşane Mərakeşi 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Suhail Hamuşane birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 53.52 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 77-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Xanəşan (Urmiya)
Xanəşan (fars. ‎‎خانشان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (129 ailə).
Pir Xamuş xanəgahı
Pir Xamuş xanəgahı və ya Pirqamış xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin Şahab məhəlləsində ziyarətgah. Əvvəllər möhrədən tikilmiş kiçik bir binadan ibarət olmuşdur. Bəzi tədqiqatçıların fikirlərinə görə isə, əvvəllər burada məscidin yerinə ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir.Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu xanəgah yenidən bərpa olunmuşdur. Ümumi həyətyanı sahəsi 3000 m², iç sahəsi isə 484 m²-dir. Hündürlüyü döşəmədən günbəzədək 13 metr, minarəsinin hündürlüyü 18 metrdir. Bəzi fikirlərə görə əvvəllər məscidin yerində ətrafı qamışla hörülmüş pir olmuş, bu səbəbdən də sonralar onun yerində inşa olunan məscidə Pirqamış adı verilmişdir. Əslində isə məscidin adı orta əsrlər zamanı bütün müsəlman şərqində olduğu kimi Azərbaycanda da geniş yayılan və ölkənin ictimai-siyasi və ideoloji həyatında mühüm rol oynayan sufi təriqətləri ilə əlaqədar yaranmışdır. Keçmişdə məscidin yerində sufi təriqətinin fəaliyyət göstərdiyi xanəgah da olmuşdur.Məscidin ilkin adı Pirqamış deyil, Pir Xamış olmuşdur. Adın birinci hissəsində qeyd olunan Pir titulu sufilikdə ən yüksək məqam sayılır və orta əsrlər zamanı çox nadir şəxsiyyətlərə verilirdi. Lüğətdə Pir sözü ziyarətgah, ocaq, qoca mənaları ilə yanaşı təriqət başçısı, şeyx, dini rəhbər, mürşid, bir təriqətin banisi və başçısı kimi də mənalan dırılır.
Qızıl Arslan Xamuş
Atabəy Qızıl Arslan Xamuş və ya II Qızıl Arslan — Atabəylər dövlətinin hakimliyinə iddiaçı. Sultan Özbəyin oğlu. = Həyatı = Dövlətin süqutundan və atasının ölümündən sonra Məlik Qızılarslan özünü sultan və atabəy elan etdi. O, Sultan Cəlaləddinin yanına gəldi və ona tabeliyini bildirdi. Daha sonra nizari-xaşxaşi hökmdarı III Məhəmmədin yanına gəldi və orada öldü.
Əkbər Xamuş oğlu
Əkbər Xamuş oğlu (əsl adı: Əkbər Əhəd oğlu; 1873, Bağbanlı, Şuşa qəzası – 1928, Ağdam, Ağdam qəzası) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyatı == Əkbər Əhəd oğlu 1873-cü ildə Şuşa qəzasının Bağbanlar kəndində anadan olmuşdur. Yerli əhali ona atasına görə "Xamuş oğlu", bəzən də Bağbanlar kəndindən olduğuna görə "Bağban Əkbər" deyə müraciət etmişdir.Əkbər gənc yaşlarından yaxın qohumu Qurban Pirimovla birlikdə Qarabağ, eləcə də Şuşa məclislərində xanəndə kimi çıxış etmişdir. O, əsasən, sadə qəzəllər oxumuş, Molla Pənah Vaqif və Qasım bəy Zakir yaradıcılığına üstünlük vermişdir. "Şüştər", "Simayi-şəms", "Üzzal", "Hicaz" kimi muğamları özünəməxsus şəkildə ifa etmişdir.Əkbər Xamuş oğlu 1914-cü ildə Cabbar Qaryağdıoğlunun təklifi ilə Tiflis şəhərinə gedərək səsini qrammofon vallarına yazdırmışdır. O, Qurban Pirimovun müşayiəti ilə "Mənsuriyyə", "Bayatı-Əcəm", "Kürdü-Şahnaz", "Şüştər", "Qatar", "Hisar", "Müxalif" muğamlarını, "Axşam oldu", "Cüt sona" kimi təsnifləri ifa etmişdir. Əkbər Xamuşoğlu Cabbar Qaryağdıoğlu ilə birlikdə "Kərəmi", "Kürdü", "Təsnif əsli" duetlərini ifa etmişdir. Onun oxuduğu "Hisar" və "Müxalif" muğamlarının qrammofon valları var.Əkbər Xamuş oğlu 1928-ci ildə Ağdamda vəfat etmişdir.
Gümüşan
Gümüşan (türkm. Kümüş depe) — İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Gümüşan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,639 nəfər və 3,236 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti türkmənlərdən ibarətdir və türkmən dilində danışırlar.
Xamsa
Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı, xamsa, xəmsi və ya hamsi (lat. Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri. == Təsviri == Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur.Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir. Ağız açılışı çox genişdir.
Aşıq Xanmusa
Aşıq Xanmusa (Xanmusa Musaxan oğlu Musayev; 1922 – 22 yanvar 2018) — Şirvan aşıq mühitinin ən görkəmli nümayəndələrindən olan ustad aşıq. “Əməkdar Mədəniyyət İşçisi” (2016). == Həyatı == Aşıq Xanmusa Musaxan oğlu Musayev 1922-ci ildə Şamaxının Şamlı kəndində anadan olub. İbtidai təhsilini bitirdikdən sonra məşhur balaban ustası İzzətalı Zülfüqarovla bərabər sənət aləminə qədəm qoyub. Aşıqlıq sənətini əvvəlcə atası Musaxan və əmisi Cənnətalıdan öyrənib, eyni zamanda aşıq Xanbaladan dərs alıb. Daha sonra isə Cəyirli ustad aşıq Abbasdan sənətin sirlərini daha mükəmməl öyrənib. Aşıq Xanmusa uzun müddət Qobustan rayon Mədəniyyət evində aşıqlar ansamblına başçılıq edib. Xanmusa Musayev 2018-ci il yanvarın 22-də vəfat edib. == Təltifləri == O, iki dəfə ümumittifaq müsabiqəsinin laureatı olub, dəfələrlə Mədəniyyət və Turizm nazirliyinin, Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin fəxri fərmanı və diplomlarla təltif olunub. 2016-cı ilin iyulunda Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ona "Əməkdar Mədəniyyət işçisi" fəxri adı verilib.
Gümüşan şəhristanı
Gümüşan şəhristanı (fars. شهرستان گمیشان‎) — İranın Gülüstan ostanınında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Gümüşan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 61,982 nəfərdən ibarət idi.
Herbert Xamison
Herbert Xamison (d. 17 sentyabr 1875; Peoriya, Birləşmiş Ştatlar - ö. 22 iyun 1938; Peoriya, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Herbert Xamison 1875-ci ilin 17 sentyabr günündə Birləşmiş Ştatların İllinoys ştatının Peoriya şəhərində anadan olub. 1938-ci ilin 22 iyun tarixində isə elə həmin şəhərdə ömrünün 62-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Herbert Xamison 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 400 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Xamison təsnifat mərhələsində 56.8 saniyə nəticə ilə 1-ci yeri tutdu və finala vəsiqə qazandı. Finalda isə 55.2 saniyə nəticəyə imza atan Herbert Xamison I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı.
Kakusan (Sərdəşt)
Kakusan (fars. كاكوسان‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (4 ailə).
Xalisan (Sərdəşt)
Xalisan (fars. خليسان‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 123 nəfər yaşayır (19 ailə).
Ded Xasan
Aslan Rəşidoviç (Raşoyeviç) Usoyan (gürc. ასლან უსოიანი, rus. Асла́н Раши́дович Усоя́н; 28 fevral 1937, Tbilisi – 16 yanvar 2013, Moskva) — kürd və yezid əsilli SSRİ və Rusiya cinayətkarı. Usoyanın təsiri postsovet məkanına və bir çox Qərbi Avropa cinayət dünyasına yayılmışdır. "Ded Xasan" (rus. Дед Хасан, azərb. Həsən Baba‎) və "Deduşka" (rus. Дедушка, azərb. Baba‎) ləqəbləri ilə tanınır. Əməliyyat və media məlumatlarına görə, Ded Xasan — Qafqaz cinayətkar dəstələrinin lideri idi (xüsusilə "Tbilisi" və "Kürd" klanlarının), həmçinin də Rusiyanın ən güclü cinayətkar "avtoritetlərindən" və "qanuni oğrularından" biri idi.O Azərbaycan cinayət ailəminin şahı sayılan Lotu Quli adlı Nadir Səlifova ona sadiq olan idmançı Yapon ləqəbli Novruz Bayramovu onun bratvasina (qardaşlığına) verməsini istəyir.
Xasan gölü
Xasan gölü — Rusiya Federasiyasının Primorsk diyarı ərazisində elədə böyük olmayan şirinsulu göl. Vladivostokdan 130 km cənub-qərbdə Çinlə sərhəddən bir qədər aralıda, Poset körfəzindən cənub-şərdə yerləşir. Xasan rayonunda olan dörd gölfdən biridir ki, burada şanagüllə bitir. Gölün sahəsi 2,23 km², su toplayıcı sahəsi isə 6,68 km²dir. == Tarixi əhəmiyyəti == Gölün adı dünya tarixinə SSRİ və Yaponiya arasında baş vermiş Xasangöl döyüşü ilə əlaqəli düşmüşdür. Bununla əlaqədar Rusiyada bir çox adlar meydana gəmişdir. Sankt-Peterburq — Xasanskaya küçəsi. Omsk — «Xasan gölü» küçəsi. Perm — «Xasan qəhrəmanları» küçəsi.