NAŞI

NAŞI Səhnəyə ilk dəfə çıxan naşı artist kimi zal onu tutmuşdu (H.Abbaszadə); BİTƏCRÜBƏ [Mirzə Tağı:] Padşahım, siz cavan və bitəcrübəsiniz, ona görə də mən qibleyi-aləmin köməyilə zülmü dağıtmaq istəyirəm (C.Cabbarlı); XAM Qəmər: Ey qəlbimin sultanı Çingiz, Qəmərin şerinin mənasını anlamağa sən hələ xamsan, püxtə olmağa çox səfər gərək (S.S.Axundov); SƏRİŞTƏSİZ Bu, səriştəsiz bir adamın ilan ovlamağa meyil göstərməsi kimi təhlükəli riskə bənzəyirdi (B.Bayramov); TƏCRÜBƏSİZ Dünənə kimi ən adi və sıravi ustalardan fərqlənməyən bu təcrübəsiz gənc, ən sadə tənqidi qeydini deyəndə də dərhal tutarlı bir dəlil gətirir, çox vaxt da dediyi qüsuru düzəltməyin yolunu belə göstərirdi (M.Hüseyn).

NASİYƏ
NAŞILIQ

Значение слова в других словарях