Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xanədan
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Əfşarlar (xanədan)
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) (farsca: ایران افشاری) 1796-1736 — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir. Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu. == Əfşarlar sülaləsinin mənşəyi == İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuz eli deyilən Sırdərya bölgəsində yaşamışdılar.
Osmanlı xanədanı
Osmanlı sülaləsi, Osmanlı imperiyasını təqribən 600 il idarə edən xanədandır. Osmanlılar, Osmanoğulları, Âl-i Osman və Hanədan-ı Âl-i Osman olaraq da bilinir. Sülalə adını, Osmanlı bəyliyinin qurucusu olan Osman Qazidən alıb. Osmanlı sülaləsinin 1299-cu ildə başlayan idarəsi, 1922-ci ildə Ankara Hökuməti ləğv etmişdir. == Tarixi == Osmanlı xanədanı Oğuzların Qayı boyuna mənsub idi. Bir uc bəyliyi olaraq tarix səhnəsinə çıxışından etibarən lazım olan dini, ictimai və iqtisadi dəyişiklikləri etməkdən çəkinməyən Osmanlı bəyliyi qısa bir müddət içərisində köklü bir dövlət halına gəldi. Dövrünün şərtlərinə görə çox qısa deyilə biləcək zamanda tarixin əksini dəyişdirəcək qədər böyüyən bu dövlətin inkişafını sadə və əsaslı təsadüflərlə izah etməyə çalışmaq mümkün deyildir. Osmanlı dövlətinin əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır.
Səfəvi xanədanı
Səfəvilər (farsca. صفویان — Səfəviyan; ərəb əlifbası ilə azərbaycanca. صفوی‌لر — Səfəvilər) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər.İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi.Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu.Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.Təbriz şəhəri Səfəvi dövlətinin paytaxtı oldu; daha sonra paytaxt Qəzvinə, oradan da İsfahana köçürüldü. Səfəvilər özlərini "şahənşah" (krallar kralı) adlandırırdılar. Bununla yanaşı, Şiə İslamı dövlət dini elan edərək ön plana çıxardılar. Səfəvi dövründə şiəlik hakim cərəyan kimi quruldu.
Ziyarilər xanədanı
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .
Əfşarlar (xanədanlıq)
Əfşar imperiyası, (Əddəulət-u Əfşar, Xanədan-i Türkmaniyyə) (farsca: ایران افشاری) 1796-1736 — Səfəvi dövlətinin süqutundan sonra yaranmış və əsası Nadir Şah Əfşar tərəfindən qoyulmuş tarixi Azərbaycan türk dövlətidir. Səfəvi şahı II Təhmasib Nadir Xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi, lakin döyüşdə məğlub olduqdan sonra Nadir xanın Osmanlılardan azad etdiyi ərazilər təkrar Osmanlının əlinə keçdi. Nadir xan 1732-ci ildə Şah II Təhmasibi hakimiyyətdən salaraq onun yerinə şahın oğlu III Abbası hakimiyyətə gətirdi və dövləti onun adından idarə etməyə başladı. Dövlətin bütün torpaqlarını işğaldan azad etdikdən sonra o 1736-cı ildə Səfəviləri devirib Əfşarlar imperiyasını qurdu. == Əfşarlar sülaləsinin mənşəyi == İlk olaraq deyək ki Nadir şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadır xan Xivəliyə görə əfşar adının mənası "işlərini cəld görən və ova həvəslidir". Bəzi müəlliflər isə bu adı əsərlərində "toplayıcı" və ya "əfsər, zabit" kimi açıqlayır. K. Nemət isə əfşar adının "avşı" feilindən yarandığı, "itaətli" mənasını verdiyini yazır. Türkoloq Mahmud Kaşğari "Divani-Lüğət-it-türk" əsərində 22 oğuz tayfalarından birini Əfşarlar qeyd etmişdir. Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.Əfşarlar Orta Asiyada, Dədə Qorqud dastanlarında Oğuz eli deyilən Sırdərya bölgəsində yaşamışdılar.
Tərtər xanədanlığı
Tərtər xanədanı (bolq. Тертер), həm də Tərtərli və ya Terterovtsi (Тертеровци) — kuman mənşəli bulqar zadəgan və kral xanədanı, 1280-1292, eləcə də 1300-1323-cü illər arasında İkinci Bolqar imperatorluğunu idarə edən Tərtəroba kuman zadəgan sülaləsinin bir qolu. == Tarixi == === Mənşəyi === Tərtərlilər əslən kuman mənşəli idi, (Dəşt-i Qıpçaq konfederasiyasından), Plamen Pavlova görə onlar kumanların ikinci dalğasının bir hissəsi olaraq 1241-ci ildən sonra Macarıstan krallığından gələn köç ərəfəsində Bolqarıstanda məskunlaşmış Tərtəroba kuman zadəgan sülaləsinin bir qolu idi. Tərtərobalar Kuman-qıpçaq konfederasiyasını 11-ci əsrin sonlarında, eləcə də 13-cü əsrin ortalarında Kotyan xanın hakimiyyəti altında idarə edirdilər. == Monarxiya == Bolqarıstandakı sülalənin ən erkən nümayəndələri despot Aldimir (Eltimir) və onun böyük qardaşı Bolqarıstan imperatoru I Georgi (1280-1292) kimi tanınan Bolqarıstan imperatoru olmuş və bolqar Mariya ilə evlənmiş Georgi Terter idi. Onun hökmranlığından sonra Bolqarıstan faktiki olaraq Qızıl Ordanın nəzarəti altında idi, Noğay xan növbəti hökmdar Smiletsin (1292-1298) namizədliyini irəli sürdü, o da başqa bir zadəgan ailəsindən idi və qısa müddətə onun yerinə oğlu II İvan (1298-1299) keçdi. 1299-1300-cü illərdə Bolqarıstan monqol Çaka tərəfindən idarə olunurdu. Çaka Georgi Terterin oğlu, bolqarıstanlı Teodor Svetoslav (1300-1321) tərəfindən taxtdan salındı, bu da Tərtərlilərin ikinci səltənətinin başlanğıcı idi, bu da onun oğlu bolqarıstanlı II Georginin hakimiyyətini əhatə edirdi. Tərtər sülaləsini qismən kuman mənşəli Şişman sülaləsi olan Vidin xanədanı davam etdirdi.
Xandan
Xandan — Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki Xandan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == Yerli əhali arasında Seyid Xəndan adı ilə tanınır. Qəsəbə vaxtilə mövcud olmuş Seyid Xəndan obası adlı yaşayış məntəqəsi əsasında yarandığına görə həmin obanın ixtisar olunmuş adını daşıyır. Fars. xəndan "gülən, şad" deməkdir.
Xanəşan (Urmiya)
Xanəşan (fars. ‎‎خانشان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (129 ailə).
Xancyan
Xancyan — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.
Xanəgah
Xanəgah və ya xangah bir təriqətin bütün təkyələrinin bağlı olduğu və şeyxin yaşadığı təriqətdə ən ali məqamdakı təkyəyə deyilir.Təkyələr əsasən təhsil və tərbiyə məkanları olub ara-sıra məscid vəzifəsini də yerinə yetirirdi. Şeyxin ailəsi ilə birgə qaldığı hissə ümumiyyətlə, təkyəyə bitişik olurdu. Zaman keçdikcə təkyələr memarlıq baxımından da böyük inkişaf yolu keçmişdir. Mükəmməl quruluşlu xanəgahda səmaxana, xəlvətxana, hücrələr-drviş otaqları, kiler-mətbəx, qəhvəxana ocağı, hamam, məscid, axur,şeyx türbələri olur.Həmişə təkyədə qalan dərvişlər eyni zamanda təkyə xidmətlərini də həyata keçirirdilər. Təkyənin xərcləri vəqflər yolu ilə əldə olunur, dərvişlər də qazandıqlarının bir qismini bağlı olduqları təkyəyə bağışlayırdılar. Zikr məclislərində bəstəli olaraq ilahilər oxunduğu üçün şeir və musiqi dünyası təkyələrlə yaxından əlaqəli idi. Başqa sözlə təkyələr dini və ictimai funksiyası ilə yanaşı ədəbiyyat və incəsənətin inkişaf və mühafizəsində də mühüm rol oynamışdır.
Xavəran
Xavəran - İranın Fars ostanının Sərvistan şəhristanının Xavəran bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,137 nəfər və 1,303 ailədən ibarət idi.
Xaldan
Xaldan — Azərbaycan Respublikasının Yevlax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == Xaldan Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Kürsahili düzənlikdədir. Keçmiş adı Ərəş (qədim Ərəş şəhərinin xarabalığı Xaldan yaxınlığındadır) olmuşdur. Ərəş oykonimi ərəb dilindəki "qala, tikili" mənalı Ərəş sözündən hesab edilir. Xaldan adı ilk dəfə XIX əsrin 20-ci illərində çəkilir. Mənbələrin məlumatına görə, 1827-ci ildə Cənubi Azərbaycanın Urmiya mahalından köçüb gəlmiş və özlərini xalde adlandıran aysor ailələrindən bir qismi burada məskunlaşdıqdan sonra Ərəş həm də Xaldan adlanmağa başladı. Oykonim xald etnonimindən, cəmlik və məkan bildirən -an şəkilçisindən düzəlib, "xaldlar yaşayan yer" deməkdir. == Təhsil == 1972-ci ildə Xaldan kənd orta məktəbi ilə Ukraynanın Kirovoqrad vilayətindəki Boqdanovka kənd orta məktəbi arasında yaranmış ənənəvi dostluq əlaqələrinə həsr olunan "Ürək dostluğu" filmi çəkilmişdir.
Xanadam (Salmas)
Xanədam (fars. خانه دام‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 264 nəfər yaşayır (68 ailə).
Xaniyan (Əcəbşir)
Xaniyan (fars. خانيان‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,118 nəfər yaşayır (272 ailə).
Xanəgah (Azərşəhr)
Xanəgah (fars. خانقاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,388 nəfər yaşayır (370 ailə).
Xanəgah (Bükan)
Xanəgah (fars. خانقاه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (22 ailə).
Xanəgah (Bərdə)
Xanəgah — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xanəgah Bərdə rayonunun Alpout kənd inzibati ərazi vahidində yerləşən kənddir. Xanəgah kəndi Qarabağ düzündədir. Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır. Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah "ziyarətgah", "pir yeri" mənasındadır.
Xanəgah (Culfa)
Xanəgah — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Kənd rayon mərkəzindən 33 km şimalda, Əlincə çayının sol sahilində yerləşir. == Tarix və etimologiyası == Ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır. Toponim fars mənşəli "xanə" və "gah" komponentlərinin birləşməsidir. Ümumən, "xanəgah" sözü "ziyarətgah", "pir" mənasını verir. Culfa rayonunun Xanəgah kəndi yaxınlığında (Orta Anzır kəndinin qalıqlarından şərq tərəfdə) dağdan qopan iri qaya parçasının üzərində qaya işarələri qeydə alınıb. Bu işarələr haqqında Xanəgah kənd məktəbinin müəllimi Nəcəf Nəcəfov məlumat verib. İlkin araşdırmalar nəticəsində aydın olub ki, tapılan qaya üzərindəki təsvir ayrılıqda çəkilmiş üç rəsmdən ibarətdir.
Xanəgah (Cəlilabad)
Xanəgah — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır. Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah «ziyarətgah», «pir yeri» mənasındadır. == Toponimikası == Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin yamacındadır; Oronim ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.
Xanəgah (Heris)
Xanəgah (fars. خانقاه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 420 nəfər yaşayır (97 ailə).
Xanəgah (Kəleybər)
Xanəgah (fars. خانقاه كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 14 nəfər yaşayır (5 ailə).
Xanəgah (Lerik)
Xanəgah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xanəgah Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidində yerləşən kənddir. Xanəgah kəndi dağətəyi ərazidədir.Xanəgah kəndi qədim yaşayış məskəni olduğu üçün yerli sakinlər kəndin adına talış dilində Xunaqo deyirlər. Talış dilində Xun-qan, qo-yer deməkdir. Burada ərəblər yerli əhalini qılıncdan keçirərək xeyli qan tökmələridir.Kəndin həqiqi adı Xunaqodur. Təqribən VII əsrdə burada islam dinini zorla-qan tökərək yayan Xoca Seyyid -bu ləqəbdir əsil adı məlum deyil-olmuşdur.Sonradan burada vəfat edən Xoca Seyyid bu kənddə dəfn edilmiş,onun qəbri müqəddəsləşdirilmiş,üzərində XIII-XIV əsrlərdə qəbirüstüabidə-türbə tikilmişdir.Şiəliyin təbliğində mədrəsə kimi istifadə olunmuşdur. Hal-hazırda bu abidə dövlət tərəfindən qorunur. Xanəgah oronimi ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır.
Xanəgah (Marağa)
Xanəgah (fars. خانقاه‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 766 nəfər yaşayır (202 ailə).
Xanəgah (Quba)
Xanəgah — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Oykonim fars mənşəli, xanə və gah komponentlərinin birləşməsidir. Xanəgah «ziyarətgah», «pir yeri» mənasındadır.Alternatif bir görüşə əsasən isə Ərəb mənşəli södür == Toponimikası == Quba rayonunu Rustov i.ə.v.-də kənd. Çağacıq çayı sahilindədir; Oronim ziyarətgah, pir və müqəddəs qəbirlərin ətrafında qurulmuş tikililər və ya zəvvarlara məxsus tikili qurumlarına verilən ümumi ad Xanəgahla bağlıdır. Xanəgahlar ümumiyyətlə "dərvişlərin məskəni" mənasında olub, müqəddəs yerlərin üstündə tikilirdi. Culfadakı Şeyx Xorasan (Fəzlullah Nəimi), Lerikdəki Xoca Seyid türbələri belə xanəgahlardandır. == Əhalisi == 2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 717 nəfər əhali yaşayır. Əhali tatlardan ibarətdir. 2023-cü ilin siyahıya alınmasına əsasən kənddə 732 nəfər əhali yaşayır.
Xanəgah (Soyuqbulaq)
Xanəgah (fars. خانگه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (15 ailə).
Xanəgah (Urmiya)
Xanəgah (fars. ‎‎‎‎‎خانقاه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 470 nəfər yaşayır (78 ailə).
Zahedan
Zahedan — İranın Sistan və Bəlucistan ostanının mərkəzi. Pakistanla sərhəddə yerləşir.
AneCan
AneCan (姉キャン, Anekyan) – Shogakukan nəşriyyatı tərəfindən 2007-2016-cı illərdə nəşr olunmuş Yaponiya dəb jurnalı. "Ane" (姉) yapon dilində "böyük bacı" deməkdir, "Can" hissəciyi isə bacı jurnal olan "CanCam" jurnalının adından gəlir. Jurnal 20 yaşlarının ortalarında və ya sonlarında olan qadınlar üçün nəzərdə tutulub və "CanCam" jurnalını oxumaqdan "məzun olanlar" üçün yaradılıb. == Tarixi == "AneCan" jurnalı "CanCam" jurnalını oxuyan daha yaşlı kütlə üçün 2007-ci ilin martında yaradılıb. Jurnalın adı "ane" (böyük bacı) sözü və bacı jurnalın adından yaranmışdır.Jurnalın nəşrinə "Isetan" alış-veriş mərkəzi və bir neçə geyim şirkəti dəstək vermiş və yeni brendlər yaratmışdılar. 14 mart 2007-ci ildə "Senken Shimbun" "AneCan" brendinin 4 gün ərzində 30 milyon yen gəlir gətirdiyini bildirmişdir.10 avqust 2016-cı ildə jurnalın 2016-cı ilin dekabrından etibarən nəşr olunmayacağı açıqlanmışdır.
Deniel Kaneman
Deniel Kaneman (ing. Daniel Kahneman; 5 mart 1934, Tel-Əviv) — İsraildə anadan olmuş, ABŞ-də yaşayan iqtisadçı və psixoloq. == Həyatı == Deniel Kaneman Yerusəlim Yəhudi Universitetində psixologiya və riyaziyyat üzrə təhsil almışdır. Sonra isə Berkli Kaliforniya Universitetində psixologiya təhsilinə davam etdi. Deniel Kaneman Anna Trismenlə evlidir. == Fəaliyyəti == Deniel Kaneman Gözləmə nəzəriyyəsini Emos Tverski ilə birlikdə quran iki təcrübi psixoloqdan biridir. Fərdlərin riskli və qeyri-müəyyən şəraitlərdə qərar və seçim proesesləri ilə bağlı suallar meydana gətirərək cavablarını da vermiş, minlərlə qərar nümunəsi təkmilləşdirmişlər. Deniel Kaneman fərdlərin nəticələri dəqiq olan hadisələri şişirdərək bunlara nəticələri dəqiq olmayan hadisələrdən daha çox önəm verdiyini qəbul etmişdir. Yəni insanlar qarışıq, riskli hadisələrdə, qərar verərkən hər zaman məntiq və ağılla hərəkət etmirlər. Məqbul qərarlar qəbul etməyən insan modeli iqtisadiyyat sahəsində ümumiliklə qəbul olunmuş, rasional və məntiqli hərəkət edən, öz mənafeyini güdən insan modeli ilə ziddiyət yaratmışdır.