1. Ev-eşik, ata yurdu, ocaq, dudman, məskən.
Yolunda keçmişəm şirin canımdan; Tərk oldum vətəndən, xanimanımdan.
Get ata-ananın tez al qanını; Dağıt Ağpoladın xanimanını.
[Cahangir bəy:] Ta səndən ötəri xanimandan əl çəkib düşmüşəm bərrü biyabanə.
2. Ev, ev adamları, ailə.
İpək döşəməli xanimanlardan; Rəqqasə qızların səsi yüksəlir.
[İsmayıl:] Uşaqlar, bu xanimanın daşını daş üstə qoymayacağıq, odlayın!
Yanan xanimanlardan körpələrin ağlaşma səsləri ucalır.
// Məc. mənada.
Könül xanimanın abad eyləyib; Yıxan gözlərinin sədəqəsi canım.
Könül viran qalan bir xanimandır; Deyib-danışmayır xeyli zamandır.