Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xataylı (Urmiya)
Xataylı (fars. خطايلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 512 nəfər yaşayır (127 ailə).
Xətayi
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü. Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev — Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan) Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert.
Riştə Xətayi
Riştə Xətai (fars. رشته ختایی‎) ‏ — Təbrizdə hazırlanan ‎‏Ramazan ayına aid şirniyyat və desert.
Xotayi (Xudafərin)
Xotayi (fars. خطاي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (35 ailə).
Xətayi Əzizov
Xətayi Kamal oğlu Əzizov (12 mart 1963, Qalınçaq, İsmayıllı rayonu) – Azərbaycanlı jurnalist, Gürcüstanın əməkdar jurnalisti, Tərəqqi medalı və "Qızıl qələm" mükafatı laureatı. 1963-cü il martın 12-də İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 1970–1980-ci illərdə Qalınçaq kənd orta məktəbində oxuyub. 1981–83-cü illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olub. 1983-cü ildə Bakı Yeyinti Sənayesi Texnikumuna qəbul olub və 1986-cı ildə həmin məktəbi texnik-texnoloq ixtisası üzrə bitirib. 1986–87-ci illərdə Rusiyanın Kuybışev şəhərində Yağ-Piy Kombinatında müxtəlif vəzifələrdə işləyib. 1987-ci ilin sonlarından 1989-cu ilin avqust ayına qədər İsmayıllı rayonunda Yağ-Pendir Zavodunda çalışıb. 1989-cu ildə seçki yolu ilə Qalınçaq kənd azad komsomol komitə katibi seçilib və 1991-ci ilədək azad komsomol katibi işləyib. 1991-ci ildə Bakı Sosial İdarətemə və Politologiya İnstitutuna daxil olub və 1996-cı ildə institutu "Politoloq, ali və orta ixtisas məktəblərində humanitar fənlər müəllimi" ixtisası üzrə bitirib. Eyni zamanda, 1992-ci ildə könüllü olaraq Birinci Qarabağ döyüşlərində iştirak edib.
Axtalı
Axtalı - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında kənd adı. Axtalı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan rayonunda) kənd adı. 1828-1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də oturmuşdular. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1940-cı ildə kənd ermənicə Dzorastan adlandırılmış.
Axtaçı
Sabirabad rayonu Axtaçı — Sabirabad rayonunun Şəhriyar kənd inzibati ərazi dairəsində kənd. Axtaçı Muğan — Sabirabad rayonunun Güdəcühür kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Axtaçı — Sabirabad rayonunun Qasımbəyli kənd inzibati ərazi dairəsində kənd. Digər Axtaçı Şirvan — Axtaçı (Kürdəmir) — Kürdəmir rayonunda kənd. Axtaçı Qarabucaq — Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Darayı
Darayı — kətan qrupuna daxil olub toxunuşlu, sapı tovlu, bişmiş baramadan toxunan, üzü qeyri-şəffaf parçadır. Hələ XVII əsrdə Azərbaycanın Təbriz, Ərdəbil, daha sonra Şamaxı və Gəncə şəhərlərində darayı toxumanın yüksək səviyyədə istehsal edildiyi məlumdur. Kətan qrupuna aid toxumalar kimi, darayı da arşınüma və ədədi toxunurdu. XIX əsrdə toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşa şəhər istehsalında mühüm yer tuturdu. Darayı toxumalar zolaqlı və dama-dama naxışlı olurdu. Lakin bu toxumanın ədədi növü nisbətən zəngin tərtibata malikdir. Belə ki, darayının ədədi nümunələrinin, məsələn, fitə, boğça və s. bu qəbildən olan əşyaların aydın, ifadəli, xoş və yumşaq boyalarla nəzərə çarpan zolaq və damaları üzərinə sərbəst olaraq “bulud” və ya “ot” təsvirli çox xırda ağ cizgilər və ya rəngli metal saplar da əlavə olunurdu. Bu sadə və bədii detallar ayrılıqda heç bir dekorativ məna kəsb etmir. Bunlar yalnız müəyyən formaya malik qeyri-şəffaf ədədi darayı toxumalara tətbiq edildikdə sözsüz ki, quru zolaq və dama naxışların qismən yumşaq və mülayim olmasını təmin etmiş olur.
Fatmayı
Fatmayı — Azərbaycan Respublikasının Abşeron rayonunun Fatmayı kənd inzibati ərazi dairəsində kənd. Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Bu kənd Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. Novxanı, Mehdiabad, Pirşağı və Görədil kəndləri ilə qonşudur. Kəndin adı olan Fətmehi sözündən gəlir, "Mehlərin fəth etdiyi yer" mənasını verir. Həqiqətən də kənd orada olan mehləri, küləkləri ilə qonşu olduğu kəndlərdən fərqlənir. Abşeron rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Abşeron yarımadasındadır. Bu ərazi həm də Kiçik Qafqaz dağlarının bitdiyi yerdir. Ən maraqlısı isə isti havalarda bu ərazinin daima sərin olmasıdır.
Qağayı
Qağayı (lat. Larus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi. Onlar həm dəniz kənarlarında həmdə göllərdə yayılmışlar. Bir çox növləri sinantrop həyat sürərək insanla birgə yaşayışdan fayda əldə edir. Bir qayda olaraq bu cinsə daxil olan növlərdə ya boz ya da qara rəngli ləkələr müşahidə edilir. İri və orta ölçülərə malik olurlar. Qağayılar üçün növlər arası çütləşmə xarakterikdir.
Şah İsmayıl Xətayi
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], Ərdəbil – 23 may 1524[…], Ərdəbil) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; Azərbaycan şairi, Azərbaycan türklərinin piri. O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində Azərbaycan taxtına oturdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir. Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq "Şah İsmayıl Xətai" olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır. I Şah İsmayılın 6-cı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334).
Abayı
Abayı — Azərbaycanın milli rəqsi. Rəqs Şəki-Zaqatala zonasında yaranmışdır. Bu yerlərdə ahıl qadına "Abay" deyirlər. Rəqsi əsas etibarilə ahıl adamlar - həm qadınlar, həm də kişilər oynayırlar. Rəqsin melodiyasını Şəki musiqiçiləri yaratmışlar. Bir qədər mübaliğəli, gülməli rəqsdir. Rəqsin tempi aramdır. Bir zaman Şəkidə "Abayı" rəqsini kollektiv surətdə oynayırdılar. Sonralar solo raqsinə çevrilmişdir. "Abayı"nı solo rəqsi kimi 3-4 adam birdən, həm də hər kəs özü üçün yeni oynadaşı ilə zahiri əlaqəsi olmadan oynayır.
Cəyirçay yatağı
Dadiani sarayı
Dadianov sarayı — Dadiani nəslindən olan meqrel hakimlərinin Gürcüstanın Zugdidi şəhərindəki rezidensiyası. XVII-ci əsrdə Gürcüstanda olan italyan missioneri Arkandjelo Lamberti yazırdı ki Knyazın 50-dən çox sarayı var hansıların için Zugdidi sarayı ən gözəlidir: o ən gözəl daşdan tikilib və onun iç otaqları fars üslubunda tasarlanıb. İndiki var olan saray 1873–1878-ci illərdə inşa edilib knyaqinya Yekaterina Dadiani üçün. Sarayın tasarlanması zamanı mühəndis Edqar Dj. Rays Alupkadakı Voronçov sarayının üslubundan istifadə edib. İkinci saray knyaqinanın oğlu, sonuncu meqrel hakimi üçün 1880-ci ildə inşa edilib, Leonid Vasilyevin layihəsi əsasinda. Nikolay Didiani hakimiyyətdən imtina etdikdən sonra (1866) onun qızı Salome anası ilə Parisə getdi və Parisdə 18 may 1868-ci ildə Marşal Myuratın nəvəsi Aşil Myuratla evləndi. Aşil Myurat bonapartislərin bəzi relikviyaları ilə Napolionun olüm maskasını Meqrelə gətirdi. Günümüzdə maska saray kompleksinin əsas hissəsi olan tarix muzeyində saxlanır. Muzey David Dadiani tərəfindən köhnə tarixi əşyalar və saray sahiblərinin xəzinsi əsasında 1849-cu ildə yaradılıb.
Diokletian sarayı
Diokletianus sarayı (xorv. Dioklecijanova palača) — Xorvatiyanın Split (əvvəllər Spalato) şəhərində, Roma İmperiyasının imperatoru Diokletian tərəfindən IV əsrdə tikilmiş Qədim Roma saraylarından biri.
Diokletiana sarayı
Diokletianus sarayı (xorv. Dioklecijanova palača) — Xorvatiyanın Split (əvvəllər Spalato) şəhərində, Roma İmperiyasının imperatoru Diokletian tərəfindən IV əsrdə tikilmiş Qədim Roma saraylarından biri.
Dostluq yatağı
Dostluq yatağı (azərb. Dostluq, Kəpəz‎, türkməncə:Dostluk, Sərdar) — Xəzər dənizində Azərbaycanla Türkmənistan sərhədində yerləşən neft-qaz yatağı. Yataq 1989-cu ildə SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. 2021-ci ilə qədər yataq Azərbaycanda “Kəpəz”, Türkmənistanda isə “Sərdar” adlandırılıb. Hər iki respublika müstəqillik əldə etdikdən sonra isə neft-qaz yatağı mübahisə peridmeti olub. 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə bu mübahisə bitib. Memarandumla yatağın adı dəyişdirilərək "Dostluq" adlandırılıb. Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb.
Farnezi sarayı
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Fatmayı bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fatmayı xalçaları
Fatmayı xalçaları — Abşeron xalçaçılıq məktəbinin Bakı qrupuna daxil olan xovlu xalçalar. "Fatmayı xalçaları" öz adını Abşeron yarımadasında, Bakı şəhərindən 20 km şimalda yerləşən Abşeron rayonunun Fatmayı kəndindən almışdır. Bir çox xalça ustaları bu xalçaları "Qala xalçaları" da adlandırırlar. "Fatmayı xalçaları"nın ümumi naxışlarının həm iri, həm də xırda elementləri, naxış detalları, köbə zolaqları həndəsi naxışlardan ibarət olmaqla yanaşı həm də çox mürəkkəbdir. "Fatmayı xalçaları"nın orta sahəsinin yerliyi əksər hallarda göy rəngdə olur. Açıq palıdı yerlikli xalçalara az-az hallarda təsadüf edilir. Gölün və köbə naxışlarının rəngi orta sahənin yerliyinə uyğun gəlir. Orta sahənin kompozisiyası üfüqi xətt boyunca yerləşmiş, "xonça" adlanan və sevinc, şənlik, bayram, toy əlamətini ifadə edən bir neçə (ikidən beşə qədər) böyük göldən ibarətdir. "Fatmayı xalçaları"nın orta sahəsinin aşağısında birinci xonçanın elementi "Gəlin bəzəyi" təsvirindən, yuxarı hissəsindəki digər xonçanın elementləri isə "Şirni xonçası" təsvirindən ibarətdir. Xalçanın orta sahəsində cütləşmiş cıqqa buta elementləri bir sıraya düzülərək iki kəndin qohumlaşmasını, bir kənddən olan qızın başqa kəndə ərə verilməsini simvolizə edən böyük və kiçik ölçülü elementlərlə örtülmüşdür.
Fontenblo sarayı
Fontenblo sarayı — Fransa əsilzadə saraylarından biri. Paris şəhərinin mərkəzinə təqribən 55 km uzaqlıqda yerləşən Fontenblo şəhərindədir.
Hatay
Hatay — Türkiyədə il və şəhər adı. Rayon əhalisi 2013-cü ilin sayına görə 1.503.066 nəfərdir. Əhalinin hamısı şəhər mərkəzi mövqeyindədir. Şəhər qanunu layihəylə bütün bələdiyyələr və kəndlər dəyişdirilərək şəhər mərkəzi statusuna alınmışdır. Kvadrat kilometrə düşən əhalinin sıxlığı 274,24 nəfərdir. Bu baxımdan Türkiyənin ən sıx əhaliyə malik 4-cü rayonudur. Əhalinin artım sürəti təxminən %1,2-dir.
Qatay
Qatay Xan — türk və altay mifologiyasında zəlzələ ilahı. Qaday və ya Kıtay (Kıday) olaraq da deyilir. Dəmirçi ilahı olaraq da görünür. 40 buynuzlu buğasını zəlzələ meydana gətirir. Bu öküz qəzəblənib əsəbiləşəndə ayaqlarını yerə sürtməyə başlayır beləcə yüngül sarsıntılar olar. Burnundan soluması isə yüngül səslərə çevrilir. Daha çox əsəbləşəndə isə ayaqlarını yerə vurur. Daha da qızınca buynuzlarını torpağa keçirib yer üzünü yelləyər. Homurtuları isə zəlzələnin gurultusunu meydana gətirir. Qatay Xan, doqquz davulludur.
Tatay
Tatay Xan — türk, monqol və altay mifologiyasında qasırğa tanrısı. Tata Xan da deyilir. Qasırğaların, fırtınaların, tayfunların və burulğanların səbəbkarıdır. Atı ildırıma çevrilər. Uluqayının dibindəki Həyat suyuna gözətçilik edir. Monqollarda 77 şimal tanrısının nümayəndəsidir. Simvol rəngi qaradır. (Tat/Yat) kökündən törəmişdir. At sürmək, sürətli getmək mənalarını içərisində saxlayır. Türkcə Tata, Tungusca Tagta sözləri qorxmaq və şaşırmaq bildirir.
Qoşaqışlaq-i Xasayi (Biləsuvar)
Qoşaqışlaq-i Xasayi (fars. قوشاقشلاق خاصاي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 14 nəfər yaşayır (4 ailə).
Dojlar sarayı
Dojlar sarayı (it. Palazzo Ducale) — Venesiyada İtaliya XIV–XV əsr qotik memarlığına aid, memar Kalendario Filippo tərəfindən 1309–1424 cü illərdə inşa edilmiş tikili. Bu bina ilk növbədə Dojlar respublikasının iqamətgahı olmuşdur. Sarayda ali şura və senat, eyni zamanda ali məhkəmə və polis xəfiyyəsi fəaliyyət göstərmişdir. Birinci mərtəbəsində vəkillər, dəftərxana, notar kontorları, senzur xidməti və dəniz idarəsi yerləşmişdir. Binanın üst qatındakı mərkəzdə yerləşmiş eyvan tribun kürsüsü funksiyası daşıyır.Sarayın hər iki tərəfi Venesiya laqununa və Müqəddəs Mark meydanına baxır. Saray gümanki 1309–1424 illəri arasında Filippo Kalendario tərəfindən dizayn edildi. Saray olduqca kiçik bir qala üzərində tikilmişdir. Saray 1574-ci ildə baş vemiş yanğın nəticəsində böyük zərər görmüşdür. Saray daha sonra bərpa edimiş və Venesiya dövlətinin əsas siyası binası olmuşdur.
Dolmabaxça Sarayı
Dolmabağça Sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı.
Dolmabağça sarayı
Dolmabağça Sarayı — Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində, Mərmərə dənizindən Boğaziçinə gedən yolda, dənizin sol sahilində Üsküdar məhəlləsinin qarşısında yerləşən tarixi saray. Bu gün Dolmabağça sarayının yerləşdiyi ərazi XVII əsrdə Osmanlı donanmasının gəmilərinin saxlandığı limanlardan biri idi. Ənənəvi dənizçilik şənliklərinin təşkil edildiyi bu liman bir müddət sonra bataqlığa dönmüşdü. XVII əsrdə doldurulmasına başlanan bu liman Osmanlı padşahlarının əyləndikləri və istirahət etdikləri bir bağça kimi istifadə edilməyə başlandı. Bu bağçada uzun tarixi zaman ərzində inşa edilmiş köşklər və qəsrlər kompleksi bir müddət Beşiktaş Sahilsarayı adıyla tanınmışdı. XVIII əsrin II yarısına doğru, Türkiyə memarlığında qərb təsirləri görünməyə başlamış və "Türk rokkokosu" deyilən memarlıq üslubu, yenə qərb ölkələrinin təsiri ilə tikilən barokko üslublu köşklər, qəsr və saraylar inşa edilməyə başlanmışdır. III Səlim Boğaziçində qərb memarlıq üslublarında ilk binaları inşa etdirən padşahdır. O. Memar Antoine Ignace Mellinqə Beşiktaş sarayında bir qəsr inşa etdirmiş, lazım bildiyi digər tikililəri də genişlətmişdir. II Mahmud Topqapı sarayından başqa, Bəylərbəyi və Çırağan bağçalarında iki böyük saray inşa etdirmişdir. Bu dövrdə Yeni Saray (Topqapı sarayı) rəsmən olmasa belə tərk edilmiş sayılırdı.
Dəniz yatağı
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. Laxar brekçiyaları Nohur Xionosfer Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Eldənizlər sarayı
Eldənizlər sarayı və ya Darülmülk — Naxçıvan şəhərində mövcud olmuş orta əsrlərə aid tarixi memarlıq abidəsi Saray böyük Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş Atabəylər Memarlıq Kompleksinə daxil olmuş, lakin dövrümüzədək gəlib çatmamışdır. Tədqiqatlar zamanı XIII əsrin 20-ci illərində yazılmış "Əcaib əd-dünya" əsərində adı çəkilən "Darülmülk"ün ("Dövlətxana") Eldənizlər sarayı olduğu qənaətinə gəlmişlər. Saray Möminə Xatun türbəsinin yaxınlığında yerləşmişdir. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 89.
Hatari
Hatari (azərb. "Qənim"‎) — İslandiyanın Reykyavik şəhərində qurulmuş satirik texno və pank rok qrupu. Qrup Klemens Hanniqan, Mattias Haraldsson və Eynar Stefanssondan təşkil olunmuşdur. 2015-ci ildən fəaliyyətdə olan qrupun indiyədək bir mini-albomu və bir neçə sinqlları buraxılmışdır. Hatari canlı ifalarına və BDSM üslubunda geyimlərinə görə tanınır. Qrupun üzvləri Hatarini "anti-kapitalist BDSM texno incəsənət qrupu" kimi təsvir edir və qrupun əsas hədəfinin kapitalizmi məhv etmək olduğunu iddia edirlər. Hatari qrupu "Hatrið mun sigra" (azərb. Nifrət qalib gələcək‎) mahnısı ilə İslandiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə 10-cu yeri qazanmışdır. Hatari qrupu Klemens Hanniqan və Mattias Haraldsson tərəfindən 2015-ci ildə qurulmuş, daha sonra isə qrupa Eynar Stefansson da qoşulmuşdur. İslandiyalılar ilk dəfə Hatari ilə 2016-cı ildə İslandiya Hava Yolları festivalında tanış olmuşdur.
Xaqani
Xaqani (film, 1980) — Xaqani Şirvaninin anadan olmasının 850 illiyinə həsr edilmiş film. Xaqani (Göygöl) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Xaqani küçəsi (Bakı) — Rəsul Rza küçəsindən başlayın Kövkəb xanım Səfərəliyeva küçəsinə qədər uzanan küçə. Xaqani bağı — Bakının ən qədim parklarından biri. Xaqani parkı (Təbriz) — Təbriz şəhərinin mərkəzində Əfzələddin Xaqaninin adı verilmiş park.
Elsa Pataki
Elsa Lafuente Medianu (ing. Elsa Lafuente Medianu); əsasən Elsa Pataki kimi tanınır (ing. Elsa Pataky; 18 iyul 1976, Madrid, İspaniya) — İspaniya aktrisası və fotomodeli. Pataki əsasən "Forsaj" filmlər seriyasındalı Elena Neves rolu ilə tanınır.
Ero kavayi
Ero kavayi (エロ可愛い, əd. "erotik şirin") və ya erokava — populyar "şirinliyin" (kavaiy) əksinə Qərbin cinsəllik anlayışlarını özündə əks etdirən Yaponiya subkulturası. 2005-ci ildə ortaya çıxan termin "ero" ("erotik" sözünün qısaltması) və "şirin" mənasını verən "kavayi" sözlərinin birləşməsindən əmələ gəlmişdir.. Ero kavayi termini ilk dəfə Kumi Koda adlı müğənni tərəfindən istifadə olunmuşdur. Kumi Koda bu sözdən öz stili təsvir etmək üçün istifadə etmişdi.