Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xoyrat
Xoyrat — İraq-türkman xalq havalarında biridir. Çox zaman xoyrat havaları da adlanır. Mahnılar kəsik bayatılarla oxunduğuna görə «xoyrat havaları» və ya «xoyrat» adı verilmişdir. İraq və Suriya türkmanları, eləcə də şərqi və iç Anadolunun bir sıra bölgələrində dördlük biçimində olan və a-a-b-a prinsipi ilə qafiyələnən yeddi hecalı şeir şəklinə verilən ad. Əksər əlamətlərinə görə, Azərbaycan bayatıları, türk maniləri, özbək koşukları, türkmən aydımları, qazax-qırğız jırları ilə, demək olar ki, eyni olan xoyratlar lirik-emosional avazla oxunur. Bayatılardan fərqli olaraq, əksər örnəklərində ilk misrası iki, üç və ya dörd hecadan ibarət bir və ya iki sözdən qurulur. Xoyrat sadə və yığcam olan, musiqi ahənginə uyğun gələn, hamı tərəfindən sevilən, xalq arasında xüsusi ilə geniş yayılan lirik janrdır. Kərkük dolaylarında iyirmidən artıq xoyrat havası vardır: Bəşiri, Nobatçı, Mцxalif, Muçala, Yetimi, Ömərqələ, Malalla, Şərifə, Yolçu, Əhməd dayı, Kəsük, Ağam-ağam, Qarabağı və ya Qarabağlı, Əydənə, İskəndəri, Bayat, Kцrdц, Miskini, Dəlihəsəni, Mazan, Matar, Kəsцk Matar, Atıcı və s. Azərbaycanda bir çox aşıq havaları ayrı-ayrı aşıqların adı və eləcə də yer adları ilə bağlı olduğu kimi, xoyrat havaları da ayrı-ayrı xoyrat çağıranların (məs: İsgəndəri, Şərifə, Malalla, Muçala və s.) və yer adları (məs. Bəşiri, Qarabağı və s.) ilə bağlıdır.
Poprad
Poprad (slovak. Poprad, alm. Deutschendorf‎, mac. Poprád) — Slovakiyanın şimalında şəhər.
Xordad
Xürdad (fars. ‎) — İran və Əfqanıstanın rəsmi təqviminin üçüncü ayı. Xürdad ayında 31 gün var. Bu ay may ayında başlayıb iyun ayında sona çatır. Xürdad yazın üçüncü ayıdır.
Xosrud
Xosrud (fars. خسرود‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Qərbi Ələmut bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 312 nəfər (105 ailə) yaşayır.
Coypad
Oyun pultu, həmçinin geympad (ing. gamepad) və ya coypad (ing. joypad) — oyun kontrolleri növü. Bu, iki əllə tutulan uzaqdan idarəetmə qurğusudur, onun funksiyalarını idarə etmək üçün baş barmaqlardan istifadə olunur. Bir çox müasir kontrollerlər istiqamət düymələri ilə birlikdə analoq çubuqlardan istifadə edirlər. Bu, "Nintendo 64", "Sony PlayStation" və "Sega Saturn" konsollarının meydana çıxmasından sonra populyarlıq qazanmışdır. Geympadlar oyunçu və oyun konsolu arasında qarşılıqlı əlaqəni təmin edir. Geympadlar həmçinin onları dəstəkləyən oyunlarda fərdi kompüterlərdə istifadə olunur, oyunçunun klaviaturasını və siçanı əvəz edir.
Boyad
Uzunboyad — Şabran rayonunda kənd. Sincanboyad — Şabran rayonunda kənd.
Soyad
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Boyard qalası
Boyard qalası — Atlantik okeanı sahillərində yerləşən, Fransaya məxsus daşlı qala. == Tarixi == Boyard fransızcadan boyar, boyard, bəzən isə, Bayyard, boyyard kimi də tələffüz olunur). Bu “Daş fort(qala) – Atlantik okeanında, Fransanın Antioş boğazında, İl-d-Eks və Oleron adaları arasında inşa edilmişdir. Bu möhtəşəm tikilinin inşasına 1801-ci ildə başlanılmış, 1857-ci ildə başa çatdırılmışdır. Adada tikilmiş bu qalanın inşası hələ uzaq keçmişdə, 1666-cı ildə nəzərdə tutulmuşdur. Hələ o zamanlar da qalanın inşası hərbi məqsədlər üçün, hərbi mövqe üçün nəzərdə tutulurdu. Qalanın tikilməsi, yadellilərin dəniz hücumlarının qarşısını almaq məqsədi daşıyırdı. 1801-ci ildə qalanın tikintisinə başlayarkən ustalar problemlərlə üzləşmişlər. Belə ki, özül üçün dənizin dibinə qoyulmuş iri daş bloklar, az bir müddətdən sonra ağırlığından dənizin dibinə, quma batırdı. Bu səbəbdən qalanın inşası 1809-cu ildə dayandırılır.
Konrad Adenauer
Konrad Adenauer (alm. Konrad Hermann Joseph Adenauer‎; 5 yanvar 1876[…], Köln, Prussiya, Almaniya Reyxi[d] – 19 aprel 1967[…]) — alman dövlət və siyasi xadimi, AFR-in ilk federal kansleri (1949–1963). == Həyatı == Konrad Adenauer yanvar ayının 5-i, 1876-cı ildə Kölndə anadan olmuşdur. Üç bacı-qardaşı ilə, o, sadə ailədə boya-başa çatmışdır. 1894-cü ildə məktəbi bitirdikdən sonra, əvvəlcə o, bank kargüzarı kimi, sonralar isə Frayburq, Münhen və Bonnda hüquqşünaslıq sahəsində təhsil almışdır. 1902-ci ildə Köln əyalət məhkəməsində köməkçi hakim qismində sınaqdan keçirdikdən sonra Kölndə bir vəkil ofisində çalışdı. İrs və tərbiyə, tezliklə reynli katolik Adenaueri mərkəzə, Siyasi Katolisizm Partiyasına gətirib çıxardı. Onun siyasi karyerası 1906-cı ildə Köln şəhər müşaviri təyin edildiyi zaman başladı. O, birinci katib köməkçisi seçimindən üç il sonra bələdiyyə sədrinin müavini təyin edildi. Bacarıq və ixtiraçılığı Adenauerə xüsusilə birinci dünya müharibəsi zamanı Köln ərzaq təchizatı təşkilatçısı vəzifəsində uğur qazandırdı.
Konrad Feydt
Hans Walter Conrad Veidt (alm. Conrad Veidt‎; 22 yanvar 1893, Berlin – 3 aprel 1943[…], Hollivud, Kaliforniya) Alman aktyoru, Başqalarından fərqli (1919), Doktor Caligari kabineti (1920) filmlərindəki rolları ilə ən yaxşı xatırlanmışdır. Gülən adam (1928). Nasistlər hakimiyyətə gəldikdən sonra 1933-cü ildə yeni yəhudi arvadı İlona Prager ilə birlikdə Almaniyanı tərk etmək məcburiyyətində qaldı. Cütlük İngiltərədə məskunlaşdı və burada 1939-cu ildə Britaniya vətəndaşlığını aldı. 1941-ci ildə ABŞ-yə mühacirət etməzdən əvvəl Britaniyanın bir çox filmlərində, o cümlədən Bağdad oğrusu (1940), Kasablankada böyük Ştrasser (1942) filmlərində çəkildi. == Filmləri == Doktor Kaliqarinin kabineti (film, 1920) Orlakın əlləri (film, 1924) Mum fiqurlar kabineti (film, 1925) Hind sərdabəsi (film, 1921) Paqanini (film, 1923) Bağdad oğrusu (film, 1940) == İstinadlar == == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. IX cild. Bakı, 1986, səh. 517.
Konrad Gesner
Konrad Gesner və ya Gessner (alm. Conrad Gesner‎, həmçinin Konrad Gesner, Konrad Gessner, Konrad Geßner, Conrad Gessner, Conrad Geßner, Conrad von Gesner, Conradus Gesnerus; 26 mart 1516, Sürix, Qədim İsveçrə İttifaqı – 13 dekabr 1565, Sürix, Qədim İsveçrə İttifaqı) — İsveçrə təbiətşünası, biblioqrafı, ensiklopediyaçısı. O, heyvanlar və bitkilər haqqında bəşəriyyətin topladığı məlumatları sistemləşdirməyə çalışan ilk alimlərdən biri olmuşdur. "Heyvanlar tarixi" zooloji ensiklopediyasının (I–V cildlər, 1551–1587) və daxilində latın, yunan və yəhudi mənbələrindən 15 min kitabın təsviri olan ilk universitet kitabxanası əsəri "Ümumi kitabxana"nın (I–III cildlər, 1545–1555) müəllifi. 1537-ci ildən Lozannada professor, 1541-ci ildən Sürixdə həkim olan Gesner 1565-ci ildə vəbadan vəfat etmişdir. == İstinadlar == Геснер, Конрад // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Сергеев М. Л. Конрад Гесснер (1516—1565) как библиограф // Acta linguistica Petropolitana.
Konrad Hilton
Konrad Nikolson Hilton(ing. Conrad Nicholson Hilton; 25 dekabr 1887[…], San Antonio[d], Nyu-Meksiko – 3 yanvar 1979[…], Santa-Monika, Kaliforniya) — amerika iş adamı, Hilton Otellər Şəbəkəsinin banisi. == Həyatı == Konrad Hilton 1887-ci ilin dekabrın 25-də ABŞ-nin Nyu-Meksiko ştatında çox uşaqlı ailədə anadan olub. Anası Mari Almaniyadan, atası Avqust isə Norveçdən miqrasiya etmişdi. Atasının San-Antonioda xırdavat dükanı var idi. Ailənin bütün dolanışığını dükan vasitəsiylə təmin edirdi. Hətta uşaqlarının hər birinin öz otağı olan ev də tikmışdı, lakin 1907-ci ildə yaşanan böhran Avqustun da kiçik biznesini vurur. Mağazanın gəlirləri bir neçə dəfə azalır. Vəziyyət elə kritikləşir ki, ailə ərzağa qənaət etməyə başlayır, evlərinin bir neçə otağını günlük kirayə verirlər. Bu ideyanın ilk olaraq, kimin ağlına gəldiyi bəlli deyil.
Konrad Pauman
Konrad Pauman (1415, Nürnberq, Müqəddəs Roma imperiyası - ö. 24.1.1473, Münhen, Müqəddəs Roma imperiyası) — tanınmış nürnberqli orqançı, XV əsrdə yaşamış musiqiçilərin ən görkəmlilərindən biri, alman orqan musiqisinin banisi.
Konrad Tsuze
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse‎; 22 iyun 1910[…] – 18 dekabr 1995[…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri. == Fəaliyyəti == 1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir. Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı.
Konrad Çuze
Konrad Tsuze (alm. Konrad Ernst Otto Zuse‎; 22 iyun 1910[…] – 18 dekabr 1995[…]) — alman mühəndisi, ixtiraçısı və iş adamı, müasir kompüterin yaradıcılarından biri. == Fəaliyyəti == 1941-ci ildə düzəltdiyi Z3 hesablama maşını ilə o proqramlaşdırıla bilən kompyuterin və yüksək dilli proqramlaşdırmanın ixtiraçısı sayılır. Tsuzenin düzəltdiyi hesablama maşını rəqəmlərin dual təsvirinə əsaslanaraq üğürla işləyir. O bu maşını hesabat işlərində yaranan çətinliyi aradan qaldırmaq üçün ixtira etmişdir. Tsuze Berlində təyyarə zavodunda mühəndis kimi fəaliyyət göstərirdi. O, təyyarələrin statik hesabatları və riyazi məsələlərin həlli zamanı bu işlərin avtomatlaşdırılması üzərində düşünməyə başlayır. Tsuzenin ideyası dişli çarxlar və ştanqalardan imtina etmək və dual say sistemindən istifadə etməklə yeni bir məntiqə əsaslanan hesablama maşını düzəltməkdən ibarət idi. Artıq 1938-ci ildə, o, özünün ilk sınaq maşınını-Z1-i nümayiş etdirir. Bu maşın öz məntiqinə və yaddaş prinsipinə görə mexaniki maşınlara oxşayırdı.
Noqrad (medye)
Noqrad (mac. Nógrád, lat. comitatus Neogradiensis, slovak. Novohrad, alm. Neuburg və ya Neograd‎) — Macarıstanın şimalında yerləşən medye. İnzibati mərkəzi — Şalqotaryan. Noqrad medyesi Banska Bistritsa diyarı (Slovakiya) ilə, həmçinin Xeveş, Borşod-Abauy-Zemplen və Peşt. 2013-cü il iyulun 15-dən Macarıstanda medyenin köhnəlmiş ərazilərin əvəzinə yaraşlara bölünməsi qüvvəyə mindi. Medyenin rayonlara bölünməsi (kistershegi) 2013-cü il iyulun 15-dən etibarən köhnəlmişdir. Bu cədvəldə verilən məlumat yalnız tarixi maraqlara malikdir.
Poyraz, Elâzığ
Poyraz — Elazığ ilinin mərkəz ilçəsi Elazığa bağlı kənd.
Poyraz (Elazığ)
Poyraz — Elazığ ilinin mərkəz ilçəsi Elazığa bağlı kənd.
Xəyyad Abbasov
Cozef Konrad
Cozef Konrad (ing. Joseph Conrad), əsl adı Yuzef Teodor Konrad Kojenyovski (pol. Józef Teodor Konrad Korzeniowsk, polyak: [ˈjuzɛf tɛˈɔdɔr ˈkɔnrat kɔʐɛˈɲɔfskʲi] ( dinlə)) və ya Feodor İosif Konrad Korjenevski (rus. Феодор Иосиф Конрад Корженевский; 3 dekabr 1857[…] – 3 avqust 1924[…], Kent qraflığı) — Polşa əsilli İngiltərə yazıçısı, dəniz romanının ustası. == Həyatı == Yuzef Teodor Konrad Kojenyovski anasının mülkünün yerləşdiyi, Rusiya imperiyasının Kiyev quberniyasının Berdiçevski qəzasının (indiki Ukraynanın Jitomir vilayətinin Berdiçevski rayonu) Terexovo kəndində, Polşa zadəganı, şair Apollon Kojenyovskinin ailəsində anadan olmuşdur. Fransa və İngiltərədə dənizçi olmuşdur. 1886-cı ildə Britaniya vətəndaşlığını almış və ədəbi yaradıcılığa başlamışdır. O, 1895-ci ildə "Almayerin axmaqlığı" adlı ilk romanını nəşr etdirmişdir. İngilis dilini öyrənməkdə ilk çətinlikləri aradan qaldırmışdır. İnsana baxışında Dostoyevskiyə yaxın olan Konrad həyat haqqında amoral anlayışında nihilist idi.
Konrad sərhəddi
Konrad sərhəddi (ing. Conrade discontinuity) — seysmik dalğaların sürətinin artması ilə müəyyən edilən yer qabığının qranit (yuxarı) və bazalt (aşağı) təbəqələrini ayıran şərti sərhəd. Konrad sərhəddindən keçərkən uzununa seysmik dalğaların sürəti təxminən 6-dan 6,5 km/s-ə qədər kəskin şəkildə artır. Bir sıra yerlərdə səth izlənilmir və seysmik dalğaların sürətləri dərinliyə doğru tədricən artır. Bəzən, əksinə, sürətlərin kəskin artmasının bir neçə səthi izlənilir. Konrad sərhəddi materik qabığının müxtəlif bölgələrində 15–20 km dərinlikdə izlənilir, lakin okean qabığının altında rast gəlinmir. == Yaranması == 1925-ci ildə Alp dağlarında zəlzələni tədqiq edərkən sərhədin mövcudluğunu təyin etmiş Avstriya geofiziki V. Konradın şərəfinə adlandırılmışdır. Bununla belə, 1960-cı illərdən başlayaraq bu nəzəriyyə geoloqlar arasında fəal şəkildə mübahisə edilir, çünki Konrad sərhəddin dəqiq geoloji əhəmiyyəti hələ də aydınlaşdırılmayıb. Kola dərin quyunun qazılması zamanı da müəyyən edilməmişdir. Amfibolit fasiyasından qranulit fasiya metamorfizminə keçidi təmsil etməsi ehtimalını Vredefort strukturunun yuxarı mərkəzi hissəsinin və onu əhatə edən Kaapvaal kratonunun müşahidələri ilə təsdiq edilmişdir.
İşıl Poyraz
Ayşə İşıl Poyraz - türk teatr aktrisası. 1944-cü ildə anadan olub. 1969-cu ildə Ankara Dövlət Konservatoriyasının Teatr Ali Bölümünü bitirib . Dövlət Teatrına daxil oldu. O, 1979-cu ildə Tərifəlayiq Köhnə Fotoşəkillərə görə İncəsənət Həvəskarları Assosiasiyasının Mükafatını və 1982-ci ildə Ən Yaxşı Qadın Səsi Rəssam Mükafatını aldı. O, TRT-nin kult və unudulmaz uşaq şousu "Susam Sokağı"nda Sabiha Teyze rolu ilə yadda qalıb . Zoraki Tabip, Çığ, Hırsızlar Balosu, Yedekçi, Kaşıkçılar, Tavsiye Mektubu, Defter Hesapta Yoktu, Akın, Yunus Emre, Merdiven, III. Selim, Eski Fotoğraflar, Skapen'in Dolapları, Otelci Kadın, Fizikçiler, Buzcu Geliyor, Bağış, Braytin Beach Anıları, Hizmetçiler..
Konrad Lorenz
Konrad Zaxarias Lorenz (alm. Konrad Zacharias Lorenz‎ ; 7 noyabr 1903[…], Vyana – 27 fevral 1989[…], Vyana) — avstriyalı zooloq və zoopsixoloq, etologiyanın — heyvanların davranışı haqqında elmin banilərindən biri, fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı laureatı(1973, Karl fon Friş və Nikolas Tinbergen ilə birlikdə). == Fəaliyyəti == Uzun illərini boz qazların davranışını öyrənməyə həsr edən Lorenz onlarda imprintinq (iz buraxma) fenomenini kəşf etmişdir. Lorenz bu və digər növlərin nümunəsindən istifadə edərək, heyvanların aqressiv və cinsi davranışının bir çox aspektlərini, o cümlədən bu davranış formalarının müqayisəli etoloji təhlilində insan davranışını öyrənmişdir. Elmi baxışlarında Lorenz ardıcıl təkamülçü, təbii seçmə nəzəriyyəsinin tərəfdarı idi. Aşağıda Lorenzin bəzi nəticələri var. === Aqressiyanın spontanlığı === Bir çox heyvan növlərinin davranışını təhlil edən Lorenz, Freydin aqressiyanın yalnız xarici stimullara reaksiya olmadığı qənaətini təsdiqlədi. Bu stimullar aradan qaldırılarsa, aqressivlik toplanacaq və tətikləyici stimulun həddi sıfıra enə bilər. İnsanlarda belə bir vəziyyətə misal olaraq kiçik təcrid olunmuş insan qruplarında baş verən ekspedisiya quduzluğunu göstərmək olar, bu vəziyyət bəzən əhəmiyyətsiz bir səbəbdən hətta ən yaxşı dostunu öldürmək həddinə çatır. === Aqressiyanın yönləndirilməsi === Əgər aqressiya xarici stimuldan qaynaqlanırsa, o, stimulun üzərinə sıçramır (məsələn, iyerarxiyada daha yüksək olan fərd), lakin iyerarxiyada daha aşağı olan şəxslərə və ya cansız obyektlərə yönləndirilir .
Konrad Stoltz
Konrad Stoltz (23 oktyabr 1973) — CAR-ı təmsil edən triatlonçu. == Karyerası == Konrad Stoltz CAR-ı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 20-ci pillədə başa vurdu. Daha sonra Konrad Stoltz CAR-ı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Doyran gölü
Doyran gölü ( mak. Дојранско Езеро) — Şimali Makedoniya və Yunanıstan sərhəddində göl. Gölün 27,3 km²-lik sahəsi Şimali Makedoniya ərazisinə, 15,8 km²-lik sahəsi isə Yunanıstana məxsusdur. == Ümumi məlumat == Doyran gölü Ş.Makedoniyanın Doyran, Yunanıstanın isə Kilkis əyalətinə aiddir. Ümumi sahəsi 43,1 km² olan göl tektonik mənşəlidir. Gölün şimal sahilində Belasisa dağları yerləşir. Göl dairəvi formaya malikdir. Uzunluğu 8,9 km, eni isə 7,1 km-dir. Maksimal dərinliyi 10 metr, su həcmi 0,08 km³, su toplayıcı sahəsi isə 271,8 km²-dir. Doyran gölü Oxrid və Prespa göllərindən sonra Şimali Makedoniyanın üçüncü ən böyük gölüdür.