Konrad Gesner və ya Gessner (alm. Conrad Gesner, həmçinin Konrad Gesner, Konrad Gessner, Konrad Geßner, Conrad Gessner, Conrad Geßner, Conrad von Gesner, Conradus Gesnerus; 26 mart 1516[2], Sürix, Qədim İsveçrə İttifaqı[3] – 13 dekabr 1565[2], Sürix, Qədim İsveçrə İttifaqı[3]) — İsveçrə təbiətşünası, biblioqrafı, ensiklopediyaçısı. O, heyvanlar və bitkilər haqqında bəşəriyyətin topladığı məlumatları sistemləşdirməyə çalışan ilk alimlərdən biri olmuşdur. "Heyvanlar tarixi" zooloji ensiklopediyasının (I–V cildlər, 1551–1587) və daxilində latın, yunan və yəhudi mənbələrindən 15 min kitabın təsviri olan ilk universitet kitabxanası əsəri "Ümumi kitabxana"nın (I–III cildlər, 1545–1555) müəllifi.[4] 1537-ci ildən Lozannada professor, 1541-ci ildən Sürixdə həkim olan Gesner 1565-ci ildə vəbadan vəfat etmişdir.[5]
Konrad Gesner | |
---|---|
alm. Conrad Gessner[1] | |
Doğum tarixi | 26 mart 1516[2] |
Doğum yeri | |
Vəfat tarixi | 13 dekabr 1565[2] (49 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Elm sahəsi | botanika |
İş yerləri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |