Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xuluq
Xuluq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Xuluq oyk., sadə. Qusar r-nunun Gilah i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçılara görə, oykonim ləzgi dilindəki qulux (arxa tərəf, dalda, dal tərəf) sözündəndir. Kəndin coğrafi mövqeyi bu mənaya uyğundur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 296 nəfər əhali yaşayır.
Qumluq xulu
Qumluq xulu (lat. Neogobius fluviatilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Xəzər dənizində çox geniş yayılmışdır. Balığın bədəni yanlarından az sıxılmış, başı yastı,başın ön hissəsi uzunsov formadadır. Qumluq xulun bədəni qonur və ya boz-sarımtıl rəngdə olur. Uzunluğu 10-16 sm-ə qədər olur. Cinsi yetişkənliyə 2 yaşında çatır. May-iyul aylarında əsasən Şimali Xəzərdə çoxalır. Məhsuldarlığı 350-1025 ədəd kürüdən ibarətdir.Həvəskar balıqçılar tərəfindən ovlanır.
Buzluq
Buzluq — buz qatı və ya təbəqəsi ilə örtülmüş ərazi. Buzluq (Goranboy) — Goranboy rayonunda kənd. Buzluqçay — Goranboy rayonu ərazisində çay, Kürəkçayın sağ qolu. Buzluq dağı — Kəlbəcər rayonu ərazisində dağ.
Suzluq
Suzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Murovdağ silsiləsinin cənubunda yerləşir. Hündürlüyü 2857 m. Ehtimal olunur ki, Suzluq türk dillərindəki suz/süz sözü ilə əlaqədar olub, "təmiz, aydın yer" deməkdir. Görünür, dağın üstündə bitki örtüyu bəsit olduğundan ona belə ad verilmişdir.
Tuluq
Tuluq (ölçü vahidi) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını ölçmək üçün istifadə edilən əşya. Tuluq (qab) — əsasən maye halında olan ərzaqları və qeyri-ərzaq məhsullarını saxlamaq və daşımaq üçün istifadə edilən əşya. Tuluq zurnası — Azərbaycanda nəfəsli milli musiqi aləti.
Xuluf
Xuluf (Əvvəlki adı:Çökək Xuluf) – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının Milli Məclisi 26 dekabr 2006-cı il tarixli 217-IIIQ saylı qərarı ilə Keçili kənd inzibati ərazi dairəsi tərkibindəki Keçili kəndinin bir hissəsi Xuluf kəndi adlandırılmış və rayonun ərazi vahidləri siyahısına daxil edilmişdir. == Əhalisi == Kənd əhalisi 2893 nəfərdir ki, onunda 1483 nəfəri kişi, 1410 nəfəri isə qadınlar təşkil edir. == Tarixi == Çökək Xuluf adlıkənd Şəmkir rayonunun Plankənd inzibati ərazi vahidində olub. Dağətəyi ərazidədir. 1917-ci ildə Gəncə qəzasında Xuluf adlı yalnız bir yaşayış məntəqəsi qeydə alınmışdır. Oykonim "çökəkdə yerləşən Xuluf kəndi" mənasındadır.
Çuluq
Çuluq - Şəki xanlığının pulu.
Buzluq (Goranboy)
Buzluq — Azərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd adını Buzluqçayın adından almışdır. Başqırdıstanda Buzdak, Rusiyanın Orenburq vilayətində Buzuluk adlı yaşayış məntəqələri qeydə alınmışdır. == Tarixi == Kənd əvvəllər Talış nahiyəsinə ait idi. 1727-ci il Osmanlı qaynağında adı keçir. Qarabağ münaqişəsi başlayan zaman Ermənistandan bu əraziyə çoxlu silahlı ermənilər gələrək kənddə nəzarəti ələ keçirmişdilər. Onlar buradan qonşu azərbaycanlı kəndlərinə quldur basqınları edirdilər. 1991-ci ilin iyulun 18-də Sovet ordusu ilə Azərbaycan OMON-nun birgə əmliyyatı nəticəsində kənd quldurlardan azad edildi, kəndin əhalisi isə Ermənistana və Rusiyaya köçdü. Kənddə isə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar məskunlaşdırıldı. Kəndə sonradan ermənilər dəfələrlə hücum etmiş, qısa müddətə kəndi ələ keçirsələr də, kənd Azərbaycan silahlı Qüvvələri tərəfindən azad olunmuşdu.
Buzluq (dağ)
Buzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Hündürlüyü 2390 m. Dağın quzey yerlərində, qayalar arasında yay fəslində də buz olduğu üçün belə adlandırılmışdır. Keçmişdə dağ yaylaq yeri olmuşdur. Dağın ərazisində Buzxana adlı yer də var. == Haqqında == Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzluq dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzluq dağının ətəyindən — Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluqçay da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluqçay Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzluq dağının ətəyində yerləşir. Buzluq dağı Qarabağ silsiləsinə daxildir.
Buzluq (dəqiqləşdirmə)
Buzluq — buz qatı və ya təbəqəsi ilə örtülmüş ərazi. Buzluq (Goranboy) — Goranboy rayonunda kənd. Buzluqçay — Goranboy rayonu ərazisində çay, Kürəkçayın sağ qolu. Buzluq dağı — Kəlbəcər rayonu ərazisində dağ.
Buzluq bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Buzluq dağı
Buzluq — Azərbaycan Respublikası Kəlbəcər rayonunun ərazisində dağ. Hündürlüyü 2390 m. Dağın quzey yerlərində, qayalar arasında yay fəslində də buz olduğu üçün belə adlandırılmışdır. Keçmişdə dağ yaylaq yeri olmuşdur. Dağın ərazisində Buzxana adlı yer də var. == Haqqında == Murovdağ silsiləsinə aid yüksəkliklərdən biri olan Buzluq dağı Kəlbəcər, keçmiş Ağdərə və Goranboy rayonlarını birləşdirir. Mənbəyini Buzluq dağının ətəyindən — Murovdağ silsiləsinin Şimal yamacından götürən Buzluqçay da məhz həmin dağın adı ilə eyniləşdirilib. Buzluqçay Goranboy rayonunun Buzluq kəndinin ortasından keçməklə Kürəkçaya qovuşur. Kəlbəcərin məşhur Ağdaban və Çayqovuşan kəndləri də Buzluq dağının ətəyində yerləşir. Buzluq dağı Qarabağ silsiləsinə daxildir.
Buzluq çayı
Buzluq — Goranboy rayonu ərazisində çay. Kürəkçayın sağ qoludur. Mənbəyini Murovdağ silsiləsinin şimal yamacından (3360 m. hündürlükdən) Buzluq adlı yerdən alır. Üzünluğu 33 km. Bala Kürəkçay da adlanır. Adını öz mənbəyinin adından almışdır. Rusiyada Xopyor və Samara çaylarının sol qolları da Büzülik adlanır.
II Qutluq
II Qutluq xaqan - Uyğurların VII xaqanı və seçki ilə gələn ilk hökmdarı olub. Tun Bağa Tarxanın generalı olaraq böyüyən Qutluq 795-ci ildə xaqan seçildi. 10 il hakimiyyət sürən Qutluq xaqanın dövründə Manilik yenidən rəsmi din oldu.
Qumluq astacası
Qumluq astacası (lat. Opatrum sabulosum L.)-Böcək bozumtul qara rəngdədir. == Quruluşu == Böcək bozumtul qara rəngdədir. Qanadüstlüyünün üzərində parıldayan ziyilciklər vardır. Uzunluğu 7–10 mm-dir. Sürfələrin üstü tutqun qəhvəyi, alt tərəfi isə sarımtıldır. Qarıncığın son buğumu konusvaridir. Yan tərəfində 8 qəlcəq vardır. Yaşlı sürfənin uzunluğu 16 mm-ə qədərdir. Böcəklər iki ilə yaxın yaşayır.
Qumluq cili
Qumluq cili (lat. Carex arenaria) - cil cinsinə aid bitki növü.
Qumluq dağçətiri
Qumluq dağçətiri (lat. Peucedanum arenarium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.
Qumluq dikyarpağı
Qumluq dikyarpağı (lat. Agriophyllum arenarium) – pəncərkimilər fəsiləsinin dikyarpaq cinsinə aid bitki növü.
Qumluq güləvəri
Qumluq güləvəri (lat. Centaurea arenaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü.
Qumluq ilanı
Qumluq ilanı (lat. Psammophis) — Suilanıkimilər fəsiləsindən ilan cinsi.
Qumluq nekropolu
Qumluq nekropolu — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Bist kəndi ərazisində, Nəsirvaz çayın sahilində yerləşən arxeoloji abidə. Nekropol Nəsirvazçaya enən yamacda salındığından təbii aşınma nəticəsində dağılmış qəbir daşları üzə çıxmışdır. Bu isə qəbir abidələrinin dağılmasına səbəb olmuşdur. Nekropol yaxınlığından su kanalı çəkilərkən ona böyük zərər vurulmuşdur. Qəbirlər daş qutu tipli olub, yanlarda iki, baş tərəfdə isə bir iri sal daşla qurulmuşdur. Onların üzərini örtən iri sal daşlar sürüşüb qəbirlərin yanına, ya da içərisinə düşmüşdür. Qəbirlər təmizlənərkən çəhrayı və boz rəngli gil qab parçaları aşkar olunmuşdur. Onların bəzisi narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi batıq xətlərlə naxışlanmışdır. Gil qab parçalarının biri xaricdən çəhrayı, içəridən qara rənglidir. nekropolun ərazisində aparılan araş dırmalar zamanı dağıdılmış qəbirlərdən və ətrafdan çəhrayı rəngli çölmək tipli gil qab parçaları aşkar olunmuşdur.
Qumluq ödotu
Qumluq ödotu (lat. Helichrysum arenarium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü. == Təsviri == Çoxillik ot bitkisidir. Kökümsovundan çoxlu miqdarda vegetativ gövdə və çiçəklər çıxır. Yarpaqları növbəli, gövdəsi isə keçəyəbənzər-tükcüklüdür. Aşağı yarpaqları uzunsov saplaqlı, orta və yuxarı yarpaqları isə oturaqdır. Çoxsaylı səbətciyi qalxanşəkilli çiçək qrupunda formalaşmışdır. Səbətciyin diametri 7–9 mm olur. Yarpaqları limonu-sarı rəngli, quru və kənarları bölünmüüş olur. Bütün çiçəkləri boruşəkilli, 5 dişcikli, yumşaq tükcükdən ibarət çəhrayı kəkillidir.
Qutluq xaqan
Tutu Qutluq xaqan (地頭可汗阿史那庫頭) — Bumın xaqanın ortancıl oğlu idi. == Hakimiyyəti == Qardaşı Muğan xaqanın dövründə ölkənin şərq bölgələrində "kiçik xaqan" kimi təsdiq olunmuşdur. 563-cü ildə Muğan xaqanın Şimal Ki imperiyasına qarşı səfərinə qoşulmuşdur.
Qutluq İnanc
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu. == Həyatı == Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
Azərbaycan rublu
Azərbaycan rublu (azərb. آذربايجان ربلی; Азәрбајҹан рублу‎) — 1918–1923-cü illərdə Azərbaycan ərazisində pul vahidi. == Tarixi == 19 yanvar 1918-ci ildə Bakı hökuməti "Bakı pulları" buraxmağa başladı. Bu, Zaqafqaziyada inqilabdan sonra buraxılan ilk kağız pul idi. Həmin ilin fevral ayında 1918-ci ilin sentyabrından əvvəl buraxılmış və Gürcüstan, Ermənistan və Azərbaycan arasında müqavilə əsasında bölüşdürülmüş Zaqafqaziya Komissarlığının (ilk Zaqafqaziya rublu, zakbon) qanun layihəsi işə salınıb. Bakı pulunun buraxılması 1918-ci ilin iyuluna qədər davam etdi. İyul ayında, onların əvəzinə, Bakı Soveti ilə birlikdə Şəhər Təsərrüfat Şurasına həmin ilin 14 sentyabrına qədər davam edən pul buraxmağa başladı. 1918-ci ilin oktyabrında Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Zaqafqaziyanın payından asılı olmayan pul buraxmağa başladı. 1919-cu ilin sentyabrında yaradılan Azərbaycan Dövlət Bankı 1920-ci ilin aprel ayından əvvəl buraxılmış Azərbaycan Respublikasının banknotlarının buraxılmasına başlamışdır. 1920-ci ilin aprelində Azərbaycan Sosialist Sovet Respublikasının 1923-cü il yanvar ayına qədər buraxılmış kağız pulları buraxılmağa başlayır.