Buzluq (Goranboy)

BuzluqAzərbaycan Respublikasının Goranboy rayonunun Buzluq kənd inzibati ərazi dairəsində kənd.[1]

Buzluq
40°24′55″ şm. e. 46°25′59″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.319 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 355 nəf.
Xəritəni göstər/gizlə
Buzluq xəritədə
Buzluq
Buzluq

Toponimikası[redaktə | mənbəni redaktə et]

Kənd adını Buzluqçayın adından almışdır. Başqırdıstanda Buzdak, Rusiyanın Orenburq vilayətində Buzuluk adlı yaşayış məntəqələri qeydə alınmışdır.[2]

Tarixi[redaktə | mənbəni redaktə et]

Kənd əvvəllər Talış nahiyəsinə ait idi. 1727-ci il Osmanlı qaynağında adı keçir. Qarabağ münaqişəsi başlayan zaman Ermənistandan bu əraziyə çoxlu silahlı ermənilər gələrək kənddə nəzarəti ələ keçirmişdilər. Onlar buradan qonşu azərbaycanlı kəndlərinə quldur basqınları edirdilər. 1991-ci ilin iyulun 18-də Sovet ordusu ilə Azərbaycan OMON-nun birgə əmliyyatı nəticəsində kənd quldurlardan azad edildi, kəndin əhalisi isə Ermənistana və Rusiyaya köçdü. Kənddə isə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar məskunlaşdırıldı.[3] Kəndə sonradan ermənilər dəfələrlə hücum etmiş, qısa müddətə kəndi ələ keçirsələr də, kənd Azərbaycan silahlı Qüvvələri tərəfindən azad olunmuşdu. 1991-ci il sentyabrın 14-də Buzluq kəndi uğrunda döyüşdə Azərbaycan Milli Qəhrəmanı Yusif Əliyev şəhid olub.[4] Həmin döyüşdə Goranboy rayon Todan milis bölməsinin dörd əməkdaşı, bölmə rəisi mayor Fərəcov Ənvər Səyyad oğlu, mayor Hümbətov Rizvan Məşədi oğlu, kapitan Əliyev Nəsrəddin Yunis oğlu, kapitan Kamandarov Mövsüm Qasım oğlu da qəhrəmancasına şəhid oldular.

Coğrafiyası və iqlimi[redaktə | mənbəni redaktə et]

Kənd Buzluqçayın sahilində, Murovdağ silsiləsinin ətəyində, Kəpəz dağının şərq hissəsində yerləşir. Kənddə həm meşəlik, həm alp çəmənliyi var. Kəndin içindən axan çay və çayboyu tikilən evlər çox gözəl mənzərə yaradır.

Əhalisi[redaktə | mənbəni redaktə et]

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 355 nəfər əhali yaşayır.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Buzluq (Goranboy) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. KEÇMİŞİN İŞIĞINDA Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine İlham İsmayıl, Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri
  4. Qəhrəmanlar Unudulmur - Milli Qəhrəmanlar Ənvər Arazov və Yusif Əliyev Arxivləşdirilib 2012-11-10 at the Wayback Machine milaz.info
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax[redaktə | mənbəni redaktə et]